92
kapsulu ilə birləşir. Bu bağ,
oynaq kapsu-
lunu möhkəmləndirməklə yanaşı dizaltı çu-
xurun dibinin əmələ gəlməsində iştirak edir
(
şək
.
138,1
).
Virxov düyünü, körpüçüküstü limfa dü-
yünlərinin səthi qrupuna aid olub, süd vəzisi
xərçənginin metastazı zamanı ən erkən zədə-
lənməyə məruz qalır. Metastazın mövcudlu-
ğu zamanı Virxov düyünü körpücük sümü-
yünün üzərində döş – körpücük – məməyə-
bənzər əzələnin bayır kənarının arxasında və
ya bu əzələnin ayaqcıqları arasında bərk, nis-
bətən hərəkətli törəmə şəklində əllənir
(şək.
15
–
B,6)
.
Ona görə, bu düyünə
«keşikçi» və
ya «işarə verən» limfa düyünü deyilir.
Qida borusunun aşağı hissəsinin və mə-
də xərçənginin metastazları zamanı böyümüş
bu düyün sol döş – körpücük – məməyə-
bənzər əzələnin bayır kənarında və ya
ayaqcıqları arasında əllənir (bu topoqrafo -
anatomik xüsusiyyət, həmçinin, orqanlardan
Şəkil 137. Periton boşluğunun yuxarı mərtəbəsinin topoqrafiyası
1 – Vinslov dəliyi (mil yeridilmişdir); 2 – hepar; 3 – lig.hepatoduodenale; 4 – lig.hepatogastricum; 5 – lobus caudatis
hepatis; 6 – recessus superior bursae omentalis; 7 – lobus sinister hepatis; 8 – plica gastropancreatica; 9 –
pancreas;
10 – gaster; 11,15 – mesacolon transversum; 12 – recessus splenicus bursae omentalis; 13 – lig.gastrosplenicum; 14 – splen;
16 – jejunum; 17 – flexura duodenojejunalis; 18 – pars ascendens duodeni; 19
–
recessus inferior omentalis; 20
–
pylorus.
Şəkil 138. Diz oynağı bağları
1 – lig.popliteum obliquum; 2 – lig.popliteum arcuatum;
3 – m.semimembranosus
93
limfanın döş qəfəsi limfa axacağına və sol
venoz bucağa açılması ilə əlaqədardır).
Vitnall qabarcığı (almacıq qabarcığı –
tuberculum zygomaticum) bayır göz qapa-
ğı bağının (
lig. palpebrale laterale) bağlan-
masına məxsus, almacıq sümüyünün alın çı-
xıntısının göz yuvası səthində, əsas
sümüyün
boyük qanadlarının önündə yerləşən hündür-
lükdür.
Voyniç – Syanojeskinin təhlükəsizlik
üçbucağı perikardın döş sümüyünə, qabırğa
qığırdağına söykənən və plevra ilə örtülmə-
yən hissəsidir. Bayır tərəfdən plevranın ön
sol hüdudu, içəri tərəfdən döş sümüyünün
sol kənarı (VI – VII qabırğa qığırdaqlarının
birləşdiyi yer) və aşağı tərəfdən perikardın
aşağı hüdudu ilə əhatə olunmuşdur. Perikar-
dın bu hissəsinin klinik əhəmiyyəti vardır,
çünki burada plevranı açmadan perikard boş-
luğunu punksiya etmək və ürəyə operativ yol
icra etmək mümkündür.
Vrizberq siniri (ara sinir – n.inter-
medius) üz siniri
ilə birlikdə öyrənilir, XIII
sinir də adlandırılır. Davamı təbil teli adla-
nır, tərkibində dilin ön 2/3 hissəsindən dad
impulslarını daşıyan hissi və kiçik ağız suyu
vəzilərinə, çənəaltı və dilaltı ağız suyu vəzi-
lərinə məxsus preqanqlionar parasimpatik
(sekretor) liflər vardır. Sinirin zədələnməsi
dilin ön 2/3 hissəsində dad hissiyyatının
itməsinə, çənəaltı və dilatı ağız suyu
vəzilərinin hipofunksiyasına səbəb olur.
Yakobson anastomozu dil – udlaq sini-
rinin aşağı qanqlionu ilə qulaq qanqlionu
arasındakı anastomozdur. Belə ki,
təbil sini-
ri dil – udlaq sinirinin aşağı qanqlionundan
başlayaraq təbil boşluğunda təbil kələfini
əmələ gətirir, davamı kiçik daşlıq siniri adı ilə
qulaq qanqlionunda tamam olur və beləliklə,
iki qanqlionu bir – biri ilə əlaqələndirir.
Yaxınlaşdırıcı kanal (canalis adducto-
rius) budun ön şırımı ilə dərzi əzələsi ara-
sında əmələ gələn kanaldır (dərzi əzələsialtı
kanal –
canalis subsartorius da adlandırılır).
Kanal içəri tərəfdən budu yaxınlaşdıran uzun
və böyük əzələlər, bayır tərəfdən içəri enli
əzələ ilə əhatə olunmuşdur. Onun ön divarını
budun orta hissəsində dərzi əzələsinin fassial
futlyar yatağının arxa səfhəsi, aşağı 1/3 his-
səsində isə
lamina vastoadductoria adlanan
vətərli səfhə təşkil edir. Yaxınlaşdırıcı
kanalın yuxarı hissəsi Hünter kanalı, aşağı
hissəsi isə Yossel kanalı adlanır
(şək. 69)
.
Yazı qələmi (calamus scriptorius)
toxumaları deşmək, ayırmaq
və uzunluğu
dəqiq məlum olan qisa kəsiklər aparmaq
üçün neştərin əldə tutulması üsuludur
(şək.
139)
. Anatomiyada IV mədəciyin aşağı ucu
qələmə oxşadığından onu da
«yazı qələmi»
adlandırırlar.
Şəkil 139. Neştərin əldə tutulmasının “yazı qələmi”
vəziyyəti
94
Şəkil 141 .Yaxınlaşdırıcı kanal (Yossel kanalı)
1 – Yossel kanalı; 2 – a. və v.femoralis;
3 – lamina vastoadductoria.
Yevstax borusu (eşitmə borusu – tuba
auditiva) uzunluğu 30 – 35 mm, diametri 2
mm olan və udlağın burun hissəsini təbil
boşluğu ilə birləşdirən kanaldır
(şək. 140,1)
.
Sümük (1/3 hissə) və qığırdaq (2/3 hissə)
hissələrdən təşkil olunmuşdur. Onun vasi-
təsilə hava təbil boşluğuna keçərək təzyiqlər
fərqini bərabər-ləşdirir və təbil pərdəsini gə-
rilmədən qoruyur.
Yevstax qapağı və ya aşağı boş vena
qapağı (valva Eustachii seu venae cava
inferior), aşağı boş venanın sağ qulaqcığa
açılan yerində endokarddan əmələ gəlmiş
büküş olub, oval çuxurun haşiyəsi ilə birlə-
şir. Bu qapaq embrional dövrdə aşağı boş
vena ilə gələn qan axınını sağ qulaqcıqdan
sol qulaqcığa yönəldir.
Yossel kanalı, yaxınlaşdırıcı kanalın
aşağı hissəsi olub, budun ön nahiyəsinin
aşağı 1/3
hissəsində yerləşir
(şək. 141,1)
.
Uzunluğu orta hesabla 6 – 7 sm, dərinliyi isə
1,5 – 1,7 sm – dir. Dizaltı çuxura açıldığı
üçün bud – dizaltı kanal (
canalis femoropop-
liteus) da adlandırılır. Öndən içəri enli
əzələni yaxınlaşdıran böyük əzələ ilə bir-
ləşdirən və lamina vastoadductoria adlanan
aponevrotik səfhə, bayırdan içəri enli əzələ,
içəridən isə budu yaxınlaşdıran böyük əzələ
və yaxınlaşdıran uzun əzələnin vətərinin
distal hissəsi ilə əhatə olunmuşdur. Kanalın
yan divarları bud
sümüyünün üzərində
yerləşir, onun iki hissəsi – aponevrotik və
vətər – əzələ hissələri ayırd edilir. Aponev-
rotik hissə kanalın uzunluğunun, təqribən,
yarısını təşkil edir. Burada bud damarları
aponevrotik səfhəyə söykənirlər və vizual
olaraq ğörünürlər: öndə bud arteriyası, arxada
bud venası və onların arasında isə gizli sinir
Şəkil 140. Yevstax borusu (eşitmə borusu)
1 – tuba auditiva; 2 – ostium pharyngeum tube auditivae;
3 – porus acusticus externus