növb
ədə maraqdan, həvəsdən və istəkdən başlayır. Əgər səndə də telejurnalistikaya
olan ist
ək və həvəs sonsuzdursa, deməli artıq peşəkarlığa doğru ilk addım atılıb. O
zaman ir
əli. Çalış və qarşıya qoyduğun hədəfə çatmaq uğrunda inamla mübarizə
apar. Yalnız bu zaman uğur səninlə olacaq. Elə isə səni kitabla baş-başa
buraxıram...
ƏDALƏT ƏLİYEV
“LİDER TV VƏ RADİO
AZƏRBAYCAN MMC”nin PREZİDENTİ
I FƏSİL. TELEJURNALİSTİKADA İLK ADDIMLAR
1.1. Jurnalistika
Müxt
əlif dillərdə demək olar ki, eyni formada səslənən bu sözü, əsasən, bir
m
əna birləşdirir–journal, jour – “gündəlik”, “gün”, “jurnal”. Başqa sözlə, “həyatın
günd
əliyi”, “dünyanın jurnalı” mənasını ifadə edən və qələmlə kağızın vəhdətindən
yaranan jurnalistika müasir dövrd
ə bütün dünyanın diqqətinə, maraq dairəsinə
hakim k
əsilib. Bu da təsadüfi deyil. Qloballaşan və elmi-texniki tərəqqinin fonunda
zaman-
zaman daha da inkişaf edən dünyanın özü informasiya ilə idarə olunur
des
ək, yəqin ki yanılmarıq. Tarixin müxtəlif mərhələlərində informasiyanı kainatın
ən güclü silahı hesab edən şəxsiyyətlər bu silahın ələ keçirilməsi, onun müxtəlif
m
əqsədlə idarə olunması və ondan daha çox şəxsi maraqlar üçün yararlanmaq
namin
ə hər cür üsullara, hətta müharibələrə belə əl atmışlar. Latın dilində
“informatio” kimi ifad
ə olunan və mənası “məlumat”, “xəbər”, “başa salma”, “izah
etm
ə” kimi səslənən informasiya termini isə bu gün daha çox jurnalistikanın və
jurnalist s
ənətinin tərkib hissəsi kimi qəbul olunur.
Olduqca müc
ərrəd və dərin mənaları əks etdirən informasiya anlayışını bir
cüml
ə ilə ifadə etmək qeyri-mümkündür. Bu termin siyasi, iqtisadi, texniki, elmi,
sosial, m
ədəni, idman və digər önəmli sahələrin inkişaf tendensiyalarından xəbər
verm
əklə yanaşı, ətraf aləmin, hətta bir qədər də dərindən düşünsək və məsələyə
f
əlsəfi yanaşsaq materiyanın inkişaf qanunauyğunluqlarını və inkişaf
istiqam
ətlərini müəyyənləşdirir. Qeyd olunanlar isə dünyanın özünün informasiya
üz
ərində və informativ dəyərlər fonunda mövcud olduğunu söyləməyə əsas verir.
Bir sözl
ə, informasiya bəşəriyyətin yaranışından tutmuş onun müasir dövrdə
formalaşma və tərəqqi mərhələlərini əks etdirən, qlobal hadisələr burulğanını
istiqam
ətləndirən önəmli vasitədir. Bu önəmli vasitəni ictimaiyyətə təqdim edən və
informasiyalı cəmiyyətin formalaşmasına bilavasitə təsir göstərən sahə jurnalistika,
informasiya il
ə çalışan, onu daha anlaşıqlı və sadə dildə operativ olaraq
auditoriyaya çatdıran şəxs isə jurnalistdir. Başqa sözlə, jurnalist dünyada baş verən
ön
əmli ictimai, siyasi, sosial və mədəni hadisələrin mərkəzində dayanan və qeyd
olunan sah
ələrdə yaşanan çoxsaylı fakt və informasiyaları toplayaraq sistemli
şəkildə, həmçinin ədalətlilik, obyektivlik və operativlik prinsiplərinə önəm
verm
əklə oxucu, dinləyici və tamaşaçıya çatdıran şəxsdir. Lakin yalnız bumu?
Əlbəttə ki, yox.
Jurnalist c
əmiyyətin elit nümayəndəsi kimi aid olduğu ölkənin
v
ətəndaşlarının istər intellektual səviyyə, etik dəyərlər, istərsə də zövq baxımdan
formalaşmasında, ən əsası isə sosial münasibətlər sistemində vətəndaşlıq
d
əyərlərinin aşılanması və təbliğ olunmasında önəmli rol oynayır. Çoxmilyonlu
auditoriyanın istək və maraq dairəsinə hakim kəsilən, danışıq qabiliyyəti, geyimi,
jest v
ə mimikaları ilə daim diqqət mərkəzində olan jurnalist auditoriya ilə
ünsiyy
ətdə olduğu ilk gündən informasiya təqdimatında ən xırda detallara da
h
əssas yanaşır, istər öz, istərsə də təmsil etdiyi təşkilatın nüfuzunun qorunması
istiqam
ətində mübarizə aparır. Bu da təsadüfi deyil. Adi bir səhv jurnalistin illərlə
topladığı etibarın, inamın üzərindən xətt çəkə, onun nüfuzuna xələl gətirə bilər .
Odur ki, h
ər gün öz üzərində çalışmaqla sənətin sirlərinə daha dərindən yiyələnən
v
ə bununla da yalnız işinin professionalı kimi deyil, həm də bir fərd olaraq
formalaşan jurnalist zaman–zaman peçəkarlığını artırmaqla yanaşı, şəxsiyyət kimi
d
ə yetişir. Deməli, jurnalistika informasiyanı ictimaiyyətə ötürməklə yanaşı, həm
auditoriyanın formalaşmasına, həm də cəmiyyətin aparıcı və aktiv üzvü olan
jurnalistl
ərin şəxsiyyət kimi yetişməsinə birbaşa təsir edir. Çünki yalnız bir şəxs və
bir v
ətəndaş olaraq formalaşan, ictimai münasibətlər sistemində dəst-xətti ilə
seçil
ən və özünəməxsus yeri olan jurnalistlər dünyada yaşanan qlobal ictimai-
siyasi hadis
ələri düzgün analiz edə, müasir dövrdə tələbkarlığı ilə seçilən
auditoriyanın maraqlarını ödəyə bilər.
Jurnalist ictimai h
əyatın hər hansı konkret sahəsində bacarığını ortaya
qoymaqla, çoxsaylı informasiyalar və gündəlik çalışmalar fonunda tədricən həmin
sah
ənin mütəxəssisinə çevrilir, bununla da müvafiq qurumların diqqətini cəlb edir.
Odur ki,
əksər mütəxəssislər haqlı olaraq jurnalistikanı tramplin, başqa sözlə
karyera
nın ən yüksək mərtəbələrinə qalxmaq üçün mühüm önəm kəsb edən
“n
ərdivan” adlandırırlar. Təsadüfi deyil ki, jurnalistikada çalışmaqla müxtəlif
dövl
ət orqanlarına, ictimai təşkilatlara dəvət alan şəxslər sınaq imtahanlarından və
dem
ək olar ki, hər bir yeni işçi üçün tətbiq olunan sınaq müddətindən azad olurlar.
Çünki jurnalist can atdığı, yaxud dəvət aldığı sahə üzrə nə dərəcədə savadlı və
m
əlumatlı olduğunu istər mətbuat, istər radio, istərsə də TV vasitəsilə artıq hər
k
əsə sübut edib. Bu üzdən, onların yenidən sınaqdan keçirilməsinə ehtiyac olmur
v
ə jurnalistlərə əksər hallarda konkret vəzifələr təklif olunur.
Jurnalistika yeni tanışlıqlar, yeni münasibətlər sistemidir. Hər gün ətraf
al
əmdə aktivliyi, ictimai-siyasi mövqeyi, qazandığı uğurları ilə seçilən insanlarla
t
əmasda olmaq jurnalistin intellektual səviyyəsinə, dünyagörüşünə bilavasitə təsir
göst
ərir. Həmin insanların hər biri müxtəlif təbiətə, emosional duruma, düşüncə
t
ərzinə malikdir. Odur ki, onlarla ünsiyyət də fərqlilik, özünəməxsusluq tələb edir.
M
əhz bu üzdən müsahiblərini və ya başqa sözlə desək, informatorlarını daim
öyr
ənməyə çalışan jurnalist özü də hiss etmədən, zaman keçdikcə bir psixoloq kimi
formalaşır, ətraf aləmlə asanlıqla ümumi dil tapmaq və istənilən insanla münasibət
qurmaq keyfiyy
ətlərinə malik olur.
Ən nəhayət, jurnalistika aktiv həyat tərzidir. Ürəyi bu sənətlə döyünən insan
operativ düşüncə tərzi, hazırcavablığı, səlis danışıq qabiliyyəti və məntiqi ilə
seçilir. T
əcrübə göstərir ki, nə vaxtsa jurnalist kimi çalışan insanların sonradan
nisb
ətən passiv və oturaq işə alışması ya müəyyən vaxt tələb edir, ya da
ümumiyy
ətlə mümkün olmur.
Jurnalistikanın müsbət keyfiyyətlərini uzun – uzadı sadalamaq fikrimiz
yoxdur. Sad
əcə bu sənətin özünəməxsusluğunu və yaradıcılıq dəyərlərini istər
n
əzəri, istərsə də praktik baxımdan təhlil etməzdən öncə jurnalistikanın sadə bir
m
əşğuliyyət növü olmadığını, əksinə özlüyündə olduqca qədim və zəngin
yaradıcılıq ənənələri daşıdığını, istər ictimai, istər sosial, istərsə də beynəlxalq
münasib
ətlər sistemində önəmli rolu ilə seçildiyini, həmçinin bəşəri keyfiyyətləri
il
ə digər sənət növlərindən əsaslı şəkildə fərqləndiyini, ən nəhayət, müasir dövrdə
milyonlarla insanın həyat tərzinə çevrildiyini qeyd etmək istədik. Çünki
jurnalistika çoxlarına həyatda öz yerini tapmağa və istər yaradıcılıq, istərsə də
Dostları ilə paylaş: |