Ön söz
Salam,
əziz dost! Əlində tutduğun kitab kifayət
qədər məsuliyyətli, çətin,
lakin ç
ətin olduğu qədər də şərəfli sənətdən – jurnalistikadan bəhs edir. Daha dəqiq
des
ək, jurnalistikanın önəmli qollarından olan telejurnalistikadan. Özlüyündə
r
əngarəngliyi, dinamik inkişaf tempi, vizuallığın yaratdığı aydınlıqdan doğan
ecazkar v
ə cəlbedici aləmi ilə hər kəsin diqqətinə hakim kəsilən televiziya zaman–
zaman çoxlarını öz sehrinə salıb. Əgər sən də onun sehrinə düşüb, televiziyada
çalışmaq və peşəkar telejurnalist
olmaq istəyirsənsə, deməli uzun yolun
başlanğıcındasan. Bu yolda sənə uğurlar arzulayıram.
Bu kitabı oxumaqla televiziya jurnalistikasının mühüm önəm kəsb edən
yaradıcılıq prinsipləri, terminləri, müxtəlif peşələrin özünəməxsus
və fərqli
keyfiyy
ətləri, reportyor işinin xüsusiyyətləri, hətta operator işi barədə dəyərli
bilgil
ər əldə edəcəksən. Bunlar isə peşəkar jurnalist kimi formalaşmağında mühüm
ön
əm kəsb edəcək. Lakin yadda saxla, yalnız kitab oxumaqla professional jurnalist
olmaq mümkün deyil. Bunun üçün televiziyada ill
ərlə çalışmaq, peşəkar
jurnalistl
ərdən yaradıcılıq sirlərini öyrənmək və daim öz üzərində işləmək tələb
olunur. S
əbirli olmalı, deyilən tapşırıqlara əməl etməlisən.
Peşəkar jurnalist üçün tələb olunan əsas keyfiyyətlər informasiyalı olmaq,
operativ düşünmək, verilən tapşırıqları vaxtında yerinə yetirmək və səlist danışıq
qabiliyy
ətinə yiyələnmək bacarığıdır. Qeyd olunan prinsiplərin hər hansı biri
çatışmırsa, deməli peşəkarlıqdan danışmağa da dəyməz. Jurnalist daim hadisələrin
m
ərkəzində dayanmalı, informasiya mənbələrindən yetərincə yararlanmalı və
müşahidə aparmalıdır.
Peşəkarlıq çox zaman stajla deyil, həvəslə, istəklə və bacarıqla ölçülür.
B
əzən jurnalistikaya yeni başlayan, televiziyaya təcrübəçi kimi
ayaq basan
g
ənclərin kifayət qədər maraqlı süjet ortaya qoyduğunun da şahidi oluruq. Bu, nə
q
ədər təəccüblüdürsə, bir o qədər də təbiidir. Çünki profesionallığa aparan yol ilk