4
genişlənməsi ayrı-ayrı ölkələrin milli təsərrüfatlarını daha sıx əlaqələn-
dirir, onların qarşılıqlı asılılığını və birgə fəaliyyətini gücləndirir.
İnteqrasiya prosesləri dünya təsərrüfatının regional səviyyədə bey-
nəlmiləlləşməsinə imkan yaradır. 1990-cı illər Şimali Amerika qitəsində
azad ticarət zonasının yaranması ilə əlamətdar olmuşdur, Şərqi Asiyada
kapitalların qovuşması və təmərküzləşməsi prosesləri güclənir.
Ssuda kapitalından yalnız xarici iqtisadi fəaliyyətin deyil, həmçi-
nin ölkələrin daxili inkişafının maliyyələşdirilməsi üçün də artan temp-
lərlə istifadə edilirdi. Sərhədləri aşan maliyyə vəsaitlərinin həcmi son
onillik ərzində əhəmiyyətli dərəcədə artmışdır. Beynəlxalq kredit bazar-
larının ümumi dövriyyəsi Məcmu Dünya Məhsulu (MDM) istehsalının
həcmini dəfələrlə üstələyir.
Valyuta-kredit münasibətlərinin inkişafı istehsal və ticarəti
qabaqlamışdı. Dünya ssuda kapitalları bazarı dünya təsərrüfatı sistemi-
nin mərkəzi həlqələrindən birinə çevrilmişdir. O, təsərrüfatçılığın qlobal-
laşması proseslərini sürətləndirir, iqtisadi münasibətlərin çevikliyini
yüksəldir. Amma kredit sazişlərinin bir çoxunun təsərrüfatın real tələbat-
larını əks etdirməyərək, müstəqil və möhtəkirlik xarakteri daşıması
müəyyən dövrlərdə dünya iqtisadiyyatının fəaliyyətində pozuntulara
gətirib çıxarır. Maliyyə bazarları dəfələrlə (xüsusilə də, 1990-cı illərin so-
nunda, 2008-ci ildə) milli təsərrüfatların təhlükəsizliyi sahəsində əngəllər
yarada biləcəyini nümayiş etmişdir.
1980-1990-cı illər beynəlxalq borc münasibətlərinin böhranı ilə
səciyyələnmişdir. Dünyanın onlarca ölkəsi borclar üzrə ödənişləri həyata
keçirmək qabiliyyətini itirmiş oldu. Lakin borc böhranı dövrünün başa
çatmasına baxmayaraq, inkişaf etməkdə olan ölkələrin beynəlxalq borcu-
nun ümumi məbləği artmaqdadır. Həmin ölkələrin ixracdan əldə edilən
vəsaitlərin böyük hissəsini borcların ödənməsinə yönəltməsi, onların
iqtisadiyyatının inkişafına güclü mənfi təsir göstərir, dünya təsərrüfatında
təkrar istehsal proseslərinin sabitliyini pozur.
Məhsuldar qüvvələrin misli görünməmiş inkişafı dünyanın bir sıra
regionlarında iqtisadi vəziyyətin pisləşməsi ilə müşayiət olunur. Səfalət
və yoxsulluq böyük problem kimi qalmaqdadır. XX əsrin sonunda hər
3,6 saniyədə bir nəfər aclıqdan ölür, gün ərzində isə artıq 24 min adam
aclığın qurbanına çevrilirdi. İşsizlik artır, milyonlarla adam işini itirir.
Təkcə qeydiyyatdan keçmiş işsizlərin sayı 186 milyon nəfərdən artıqdır.
Milyarda yaxın adam yazmağı və oxumağı bacarmır.
Planetimizin insanların praktiki fəaliyyət meydanına çevrilməsi
təbii sistemlərin üzərinə düşən yükü ağırlaşdırır və onların qorunub sax-
lanması getdikcə çətinləşir. Ətraf mühitin çirklənməsi, təbii ehtiyatların
azalması təhdidedici templərlə sürətlənir. Sabit iqtisadi inkişaf, ümum-
5
dünya təsərrüfat proseslərinin tənzimlənməsinə yeni yanaşmaların işlənib
hazırlanması məsələləri son dərəcə aktuallaşmışdır.
Son onilliklərdə dünya təsərrüfatının inkişafı ilə insanın inkişafı
səviyyələri arasında ziddiyyətlərin artması müşahidə olunur. İstehsal
vasitələrində baş verən inqilabi dəyişikliklər insanın vəziyyətində müva-
fiq dəyişikliklərlə müşayiət olunmur. Milyonlarla insan özünü yaradıcı
qüvvə kimi hiss edə bilmir. Sosial xidmətlərin dünya iqtisadi sisteminin
fəaliyyət göstərməsi üçün obyektiv zəruri şərt olması get-gedə daha çox
dərk edilir. Bu xidmətlər əhalinin artımının saxlanması, işçi qüvvəsinin
ixtisasının artması üçün şərait yaradır. İşçi qüvvəsinin hazırlanması, cəlb
olunması, ixtisas səviyyəsinin ardıcıl artırılması istehsal vasitələrinə
kapital qoyuluşlarından heç də az olmayan, bəzi hallada isə, daha çox
vəsait xərclənməsini tələb edir.
Müasir inkişafın xüsusiyyətləri dünya dövlətlərinin əksəriyyətini
təşkil edən, inkişaf etməkdə olan ölkələrdə baş verən proseslərlə qırılmaz
surətdə bağlıdır. Əsrimizin ilk onilliyində dünyada istehsal artımının təq-
ribən yarısını onlar təmin edirdilər. Ancaq sənaye ölkələri ilə inkişaf
etməkdə olan ölkələrin iqtisadi səviyyələri arasındakı fərq cüzi dəyişmiş-
dir. Dünya əhalisinin tərkibində "qızıl milyardın" və təqribən buna
bərabər sayda səfalət içərisində yaşayan insanların mövcudluğu bütöv-
lükdə dünya təsərrüfatı sisteminin inkişafına dağıdıcı təsir göstərir. Öz
növbəsində, inkişaf etməkdə olan ölkələr arasında da diferensiallaşma
prosesləri dərinləşir. Emal sənayesinin, hazır məmulatların ixracının
artımının əksər hissəsi bu ölkələrin azsaylı qisimi tərəfindən təmin olu-
nur. Onların tərəqqisi - təkcə həmin ölkələrin inkişaf amillərində və şərai-
tində olan fərqlərin deyil, həm də xarici hadisələrin nəticəsidir.
Dünya təsərrüfatında iqtisadi artımın mərkəzi Şərqi Asiya olmuş-
dur. Geniş istehlak mallarının istehsalı üzrə "dünyanın sənaye emalat-
xanasına", ən iri kreditorlardan birinə çevrilən Çin dünyanın qüdrətli
iqtisadi dövlətləri sırasında yer tutmuşdur.
Mövqeləri zəifləmiş Qərbi Avropa dünyada öz yerini qorumaq və
möhkəmlətmək imkanlarını iqtisadi ittifaqın yaradılması və genişləndiril-
məsi yollarında axtarır. 1950-1960-cı illərdə dünya təsərrüfatındakı möv-
qelərini möhkəmləndirmiş Yaponiya və Almaniya inkişafın gələcək
yollarını yenidən nəzərdən keçirir. Onlar dünyada geniş təkrar istehsal
şərtlərinin dəyişməsi, ticarət və tədiyyə balanslarında kəskin dönüşlərin
baş verməsi nəticəsində ticarət ekspansiyası sahəsində müəyyən həddə
gəlib çatmışlar.
Dünyanın iqtisadi sistemində mövcud olan kəskin uyğunsuzluqlar
onun strukturunun sabitləşməsinə, iqtisadi inkişaf templərinin qorunub saxlan-
masına imkan vermir, dünyada istehsalın səmərəliliyinin artmasını ləngidir.