Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə282/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   277   278   279   280   281   282   283   284   285

 

 

614 



Mövzu üzrə suallar: 

 

1.  2000-ci  illərdə  RF-də  istehsal  və  sənayenin  strukturu 



hansı istiqamətdə inkişaf edirdi?  

2. RF iqtisadi və sosial inkişafın hansı göstəricilərinə görə 

inkişaf etmiş ölkələrə aid olunur? 

3.  Dünya  qiymətlərinin  dinamikası  ilə  RF-in  iqtisadi 

inkişafı arasında sabit əlaqə mövcuddurmu? 

4. Təsərrüfatın sosial-iqtisadi strukturunu səciyyələndirin. 

Bu, ölkənin iqtisadi inkişafına təsir göstərirmi? 

5. RF-in dünya ticarətində iştirakının xarakterini açıqlayın. 

6.  Kapitalların  beynəlxalq  hərəkətində  RF-in  iştirakının 

hansı xüsusiyyətləri vardır? 

7.  RF-in  dünya  təsərrüfatında  rolunu  və  yerini 

səciyyələndirin. 

8.  RF-in  MDB-nin  başqa  ölkələri  ilə  münasibətlərinin 

xarakterini təhlil edin. 



 


 

 

615 



_____________________________________________________ 

Yekun 

 

Son  onilliklərdə  dünya  iqtisadiyyatı  ümumbəşər  əhəmiyyəti  olan 

bir çox problemlərin təsiri altında inkişaf etmişdir. Sosializm sisteminin 

süqutu,  əmtəə-pul  münasibətlərinin  daha  geniş  yayılması,  beynəlmi-

ləlləşmə  prosesləri,  təsərrüfat  fəaliyyətinin  qloballaşması  dünya  iqtisa-

diyyatının  inkişafına  güclü  təsir  göstərmişdir.  Təsərrüfatın  müxtəlif 

sektorlarında  kapitalın  ümumdünya  miqyasında  hərəkət  etməsi  ayrı-ayrı 

ölkələrin  inkişafında  xarici  iqtisadi  əlaqələrin  rolunu  gücləndirmişdir. 

Lakin bu meyil təzadlı inkişaf etmişdir. 

Qərbin  və  Asiyanın  inkişaf  etmiş  ölkələrində  ticarət  axınlarının 

regionlaşması güclənmiş, inkişaf etməkdə olan ölkələrdə isə ticarətin bir 

hissəsi  başqa  regionlarda və  digər qruplara daxil olan dövlətlərlə  həyata 

keçirilmişdir.  Milli  təsərrüfatların  bu  qrupunun  30-dan  çox  qruplaş-

masının heç birində zonadaxili ticarət ixracın ümumi həcminin 25%-dən 

yüksək  deyil.  İnkişaf  edən  dünyada  Cənub-Cənub  deyil,  Cənub-Şimal 

münasibətləri üstünlük təşkil edir. Əmtəənin, kapitalların əsas axınları 3 

aparıcı  sənaye  regionu  daxilində  cəmləşmişdir.  Bu  təsərrüfat  mərkəz-

lərinin  bir-birindən  tədric  olunması  istehsal  amillərinin  ümumdünya 

miqyasında inkişafına imkan vermir. 

Müasir dünya təsərrüfatının inkişafı periferiya ölkələrinin geriliyi 

problemi  ilə  qırılmaz  surətdə  bağlıdır.  Beynəlmiləlləşmiş  dünya  təsər-

rüfatında  ölkələr  qruplarının  və  milli  iqtisadiyyatların  irəliləyişi  onun 

digər  tərkib  hissələrinin  vəziyyətindən  əhəmiyyətli  dərəcədə  asılıdır. 

İnkişaf etməkdə olan ölkələr yoxsul və ən yoxsul dövlətlər vəziyyətindən 

çıxmaq üçün böyük səylər göstərir. Son onilliklərdə dünya təsərrüfatının 

iqtisadi  və  sosial  tərəqqisində,  inkişaf  etməkdə  olan  ölkələrin  möv-

qelərində  dəyişikliklər  baş  vermişdir.  Onların  bir  çoxunun  milli  təsər-

rüfatları  daha  çox  diversifikasiya  olunmuş,  istehsalda  emal  sənayesi 

əhəmiyyətli yer tutmuş, kənd təsərrüfatının siması və xidmətlər sahəsinin 

xarakteri dəyişmişdir. 

Son 20 ildə periferiya ölkələrinin ümumdünya istehsalındakı payı 

cüzi dəyişmişdir. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin iqtisadi 

inkişaf  səviyyəsindəki  fərqlər  bir  qədər  ixtisar  olunsa  da,  dünyanın  bir 

sıra regionlarında ÜDM-in adambaşına düşən həcmi azalmışdır. Bir çox 

ölkələr dünya təsərrüfatının inkişafının periferiyasında qalmışdır, bəziləri 

isə bu mövqeyə düşmüşdür, onların qarşılıqlı əlaqələri isə yardıma daimi 

bağlılıq xarakteri almışdır. Sərvətlərin son dərəcə qeyri-bərabər bölgüsü 

yoxsullarda siyasi təhqirolunma hissi yaradır.  

2000-ci  illərdə  inkişaf  etmiş  ölkələrin  ümumdünya  istehsalındakı 



 

 

616 



mövqelərində  dəyişikliklər  az  olmuşdur.  Onlar  elmi-texniki  sahədə  əldə 

etdikləri  üstünlüklər  sayəsində  hazır  məhsullar  bazarlarındakı  möv-

qelərini  qoruyub  saxlaya  bilmişdir.  Beynəlxalq  əmək  bölgüsü  kon-

sepsiyalarının  ziddinə  olaraq,  onların  yanacaq,  ərzaq  məhsulları,  kənd 

təsərrüfatı  xammalının  dünya  üzrə  ixracındakı  payı  yüksəkdir.  Ən  iri 

ixracatçı  olmaqla,  inkişaf  etmiş  ölkələr  eyni  zamanda  malların  və 

xidmətlərin  böyük  həcmdə  alıcısı  qismində  çıxış  edir.  İstehsalın 

beynəlmiləlləşməsi proseslərinə baxmayaraq, onların sahədaxili əlaqələri 

əsasən inkişaf etmiş ölkələr altsistemində genişlənir. Dünya təsərrüfatının 

vəziyyətinin  təhlili  göstərir  ki,  qlobal  miqyasda  fəaliyyət  göstərməklə, 

dünyanın bütün resurslarından istifadə etməklə, inkişaf etmiş ölkələr, ilk 

növbədə, özlərini təkrar istehsal edir. Bu vəziyyət dünya təsərrüfatındakı 

qeyri-mütənasiblikləri  gücləndirir  və  daha  çox  inkişaf  etmiş  altsistemə 

iqtisadi  potensialı  tam  açılmamış  başqa  ölkələrə  ziyan  vurulması 

hesabına  birtərəfli  üstünlüklər  qazanmaq  imkanı  verir.  Qlobal  ədalət 

olmadan, qlobal təhlükəsizlik təmin edilə bilməz. 

Ən iri milli iqtisadiyyatlar arasındakı qüvvələrin nisbətində dəyi-

şikliklər baş vermişdir. Sənaye ölkələrinin iqtisadi inkişaf templərindəki 

fərqlər artmışdır. 1990-2000-ci illərdə inkişaf etmiş ölkələr altsistemində 

ABŞ-ın  mövqeləri  güclənmişdir.  Sovet  İttifaqının  "soyuq  müharibədə" 

məğlubiyyətindən  sonra  ABŞ  yenidən  dünyada  öz  lider  mövqelərini 

qoruyub saxlamağa çalışan yeganə fövqəldövlətə çevrilmişdir. 

İstehsal həcminə görə dünyanın ən böyük iqtisadiyyatları sırasına 

daxil olan, lakin inkişaf səviyyəsinə görə inkişaf etmiş ölkələrdən hələ də 

geridə  qalan  ÇXR-in  gələcəkdə  də  sürətli  artımının  ciddi  nəticələri  ola 

bilər. 


Dünya  iqtisadiyyatında  baş  verən  sosial-iqtisadi  dəyişikliklər 

müxtəlif  ölkə  qruplarının  təsərrüfat  mexanizmləri  arasında  uyğunlaş-

manın  güclənməsinə  gətirib  çıxarmışdır.  Eyni  zamanda  aparıcı  iqti-

sadiyyatların  inkişafı  bu  və  ya  digər  ölkənin  dünya  iqtisadiyyatındakı 

mövqelərinin  möhkəmləndirilməsi  üçün  vahid  təsərrüfat  mexanizminin 

mövcud olmadığını göstərir. Onların təcrübəsi dünya təsərrüfatının hətta 

vahid  altsistemində  müxtəlif  istehsal  amillərinin  hərəkətə  gətirilməsinin 

çoxvariantlı olmasını nümayiş etdirir. 

Müasir  təsərrüfatın  inkişafı  təkcə  sərvətlərin  artmasına  deyil, 

həmçinin  ətraf  mühitlə  insan  cəmiyyəti  arasında  tarazlığın  pozulmasına, 

təbii ehtiyatların tükənməsinə səbəb olmuşdur. "İnsan-təbiət" tarazlığının 

pozulması  özünü  inkişaf  etməkdə  olan  ölkələrdə  xüsusilə  kəskin  biruzə 

verir.  Tropik  Afrika  ölkələrində  meşələrin  qırılması  uzun  illər  ərzində 

davam  edən  quraqlıqlar  və  onları  müşayiət  edən  aclıqlarla  nəti-

cələnmişdir.  Torpaqların  məhsuldarlığı  aşağı  düşür,  böyük  torpaq 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   277   278   279   280   281   282   283   284   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə