Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə277/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   273   274   275   276   277   278   279   280   ...   285

 

 

604 



təşkil  edirdi.  Müəssisələrin  zəbt  olunması  indiyədək  aradan  qaldırıl-

mamışdır. Son illərdə "reyder basqınlarının" sayı ildə 60-70 minə çatmışdır. 

Bazar  prinsiplərinə  zidd  özəlləşdirmə,  mərkəzdən  planlaşdırılan 

təsərrüfat  sisteminin  tezliklə  dağıdılması  və  onun  yenidən  dirçəlməsinə 

imkan  verilməməsi  vəzifəsi  sahibkarlıq  fəaliyyətini  kriminallaşdırmışdır

Qiymətləndirmələrə  görə,  1997-ci  ildə  ölkədə  3  mindən  çox  cinayətkar 

qruplaşması  40  mindən  artıq  sahibkarlıq  subyektinə  nəzarət  edirdi. 

Müəssisələrin 40%-dən çoxu və kommersiya strukturlarının təqribən 70%-i 

kriminal  mühitə  cəlb  olunmuşdu.  Orta  hesabla,  onlar  ölkənin  ÜDM-nin 

25%-nə nəzarət edirdilər. 

İctimai  şüurda  adi  davranış  normalarının,  qarşılıqlı  münasibətlərin 

pozulması,  bir  çox  subyektlərə  və  fiziki  şəxslərə  hüquqa  zidd  fəaliyyət 

göstərmək  üçün  şərait  yaradır.  Kölgə  iqtisadiyyatında  fəaliyyət  ÜDM-in 

20%-nə  çatır  (1990-cı  illərdə  40-50%).  Kölgə  iqtisadiyyatında  fəaliyyətin 

əsas  hissəsi  iri  birliklərdə  aktivlərin  mənimsənilməsi,  rüşvət  verilməsi, 

vergilərdən  yayınma  şəklində  həyata  keçirilir.  Kölgə  iqtisadiyyatından 

dəyən  zərər  öz  əksini  strukturun  geriliyində,  rəqabət  qabiliyyətinin  aşağı 

olmasında, dövlət büdcəsinin itkilərində tapır. 

Klanlar,  onlarla  əlaqədar  olan  kriminal  və  kölgə  iqtisadiyyatı  digər 

təsərrüfat subyektlərinin təşəbbüsünü,  ev təsərrüfatlarının  əmanət toplamaq 

səylərini  boğur,  dövlətin  tənzimləyici  və  sosial  rolunu  deformasiyaya 

uğradır.  Kiçik  və  orta  sahibkarlıq  sektoru  ağır  vəziyyətə  düşür.  Kişik 

müəssisələr  qeydiyyatdan  keçmiş  bütün  təsərrüfat  subyektlərinin  23%-ni 

təşkil  edir.  ÜDM-in  15-17%-ni  istehsal  etsələr  də,  bütün  kapital 

qoyuluşlarının  3%-i  onlar  tərəfindən  həyata  keçirilir.  Kiçik  müəssisələrin 

təqribən  yarısı  ticarətlə  məşğuldur  və  bu  sektorda  dövriyyənin  əsas  hissəsi 

onların payına düşür. 

Dövlətin rolu kəskin dərəcədə aşağı düşmüşdür. ÜDM-in 26-31%-i 

maliyyə  sistemi  vasitəsilə  yenidən  bölüşdürülür.  Bu  rəqəm  dünyanın  əksər 

ölkələri  ilə  müqayisədə  aşağıdır.  Dövlətin  bir  sıra  funksiyalarını  kölgə 

strukturları  həyata  keçirir.  Qətllərin  nisbi  göstəricilərinə  görə  RF  dünyada 

birincilər  sırasındadır.  Lakin  dəyişikliklər  də  baş  vermişdir.  Ötən  onilliyin 

ikinci yarısında dövlət və strateji əhəmiyyətli sahələrdəki özəl şirkətlər vahid 

idarəçiliyə  keçdikdə,  dövlət  nəzarəti  altında  olan  korporasiyaların  (dövlət 

holdinqləri) sayı çoxaldı. 



Muzdlu  işçilər  ictimai-siyasi  hərəkatın  müstəqil  qüvvəsinə 

çevrilməmişdir.  Ölkədə  işçi  qüvvəsinin  vəziyyətinə  təsir  göstərə  bilən  nü-

fuzlu həmkarlar təşkilatları yoxdur. İşçilər və sahibkarlar arasında qarşılıqlı 

münasibətlər mexanizminin formalaşmaması nəticəsində işçilərin hüquqları 

pozulur. 

Əmək  bazarı  real  əmək  haqqının  aşağı  düşməsi,  onun  verilməsinin 




 

 

605 



daim  gecikdirilməsi,  gizli  ödənişlərdən  istifadə  olunması,  natamam 

məşğulluğun  geniş  yayılması,  kadrların  tez-tez  dəyişməsi,  ikinci  məş-

ğuliyyətin inkişafı şəraitində yeni şəraitə uyğunlaşırdı. Qeyri-rəsmi və gizli 

əmək bazarı get-gedə artırdı. Qeyri-rəsmi məşğulluq işçi qüvvəsinin 18%-ni 

əhatə edir. Gəlirlərinə görə orta qrupa aid olunan əhali xarici şirkətlərdə və 

hakimiyyətin yuxarı təbəqəsində işləyənlərin hesabına formalaşır. 

Yarırəsmi əmək münasibətləri sistemi işsizliyin (2000-ci illərdə - 6-

13%) artımını ləngitsə də, müəssisələrin texniki səviyyəsinin yüksəlməsinə 

mane  olurdu.  İşçi  qüvvəsinin  ucuz  olması  və  əmək  haqqının  verilməsinin 

gecikdirilməsi  şəklində  məcburi  borc  alınma  sayəsində  müəssisələr  öz 

fəaliyyətlərini texniki yenidənqurma aparmadan da həyata keçirə bilirdi. 

Kənd  əhalisinin  iqtisadi  fəallığı  zəifləmişdir.  Burada  məşğulluğun 

ümumi  səviyyəsi  64%-dən,  gənclər  arasında  isə  42%-dən  yuxarı  deyil. 

İşsizlərin  və  yoxsulluq  həddindən  aşağı  səviyyədə  yaşayanların  ümumi 

sayının  37%-ni  kənd  əhalisi  təşkil  edir.  Əcnəbi  işçi  qüvvəsindən  istifadə 

olunması  Rusiya  əmək  bazarının  səciyyəvi  cəhətinə  çevrilmişdir. 

Qeydiyyatdan  keçmiş  əcnəbi  işçi  qüvvəsinin  sayı  böyük  deyil,  2,4  milyon 

nəfərdir.  İmmiqrantların  əksəriyyəti  MDB  ölkələrindən  gəlmələrdir.  Onlar 

əsasən ödənişi aşağı olan işlərlə məşğuldurlar. Əmək bazarında qeyri-qanuni 

immiqrantlar  böyük  yer  tutur.  Onların  sayı  3-8  milyon  nəfər  arasında 

qiymətləndirilir. 

Qeyri-rəsmi 

immiqrantların  əksər  hissəsi  kölgə 

iqtisadiyyatında  məşğuldur.  Sosial  vəziyyət  baxımından  onların  heç  bir 

hüququ yoxdur. 

 

33.3. RF dünya təsərrüfatı əlaqələrində 

 

Xarici təsərrüfat subyektləri üçün açıldıqdan sonra RF xarici iqtisadi 

əlaqələrin bütün sahələrində iştirak edir. Onun xarici ticarət kvotası ÜDM-in 

50%-dən  artıqdır  və  bu  halda  ÜDM-in  30%-i  ixrac  olunur  (1990-cı  ildə  - 

18%).  Bu,  xarici  iqtisadi  fəaliyyətin  Rusiya  iqtisadiyyatının  inkişafının 

mühüm amilinə çevrildiyini və onun başqa ölkələrin bazarları ilə möhkəm 

bağlılığını sübut edir. 

Bəzi mallar üzrə ixrac kvotası yüksək səviyyədədir: xam neft - 56%, 

neft  məhsulları  -  73%,  təbii  qaz  -  37%,  mineral  gübrələr  -  75%,  qara 

metallar,  mis  -  50-80%,  sellüloza  -  80%,  alüminium  -  90%.  Bu  məlu-

matlardan  göründüyü  kimi,  bir  sıra  sahələr  bütövlüklə  xarici  bazar  üçün 

işləyir. 

RF-in daxili tələbatının ödənilməsində idxalın rolu böyükdür. Ərzaq 

mallarına  olan  tələbatın  15-35%-i,  o  cümlədən  ət  və  balığa  -  15-30%-i, 

şəkərə  -  40%-i,  kərə  yağına  -  50%-i  idxal  hesabına  ödənilir.  Audiovizual 

texnika, məişət elektrik cihazlarına tələbat, demək olar ki, bütövlüklə idxalla 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   273   274   275   276   277   278   279   280   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə