Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə276/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   272   273   274   275   276   277   278   279   ...   285

 

 

602 



_____________________________________________________ 

RF-in dünya təsərrüfatında mövqeləri 

 

Ötən  onillikdə  iqtisadi  inkişafdakı  müsbət  meyillər  RF-in  dünya 



təsərrüfatında  tutduğu  mövqeyini  dəyişmişdir.  2008-ci  ildə  ümumdünya 

istehsalında  onun  payı  3,3%-dək  (AQP  üzrə),  cari  valyuta  məzənnələri 

əsasında hesablandıqda isə 2,3%-dək artmışdır (2000-ci ildə MDM-in 2,6%-

i və 0,8%-i). Cari valyuta məzənnələri üzrə ÜMG-nin əhalinin hər nəfərinə 

düşən  məbləği  dünya  üzrə  analoji  göstəricinin  111%-i  qədərdir.  ÜDM-in 

həcminə görə müasir Rusiya İspaniya və Braziliya ilə (dünyada 8-ci yer), bu 

göstərici  AQP  üzrə  hesablandıqda  isə  Britaniya  və  Fransa  ilə  müqayisə 

ediləndir. 

Ölkə  dünya  təsərrüfatında  mineral  xammalın  iri  istehsalçısı  kimi 

məşhurdur.  RF  dünyada  təbii  qazın  28%-ni,  daş  kömürün  14%-ni,  neftin 

11%-ni  hasil  edir.  Rusiya  almaz,  (ümumdünya  istehsalının  1/5  hissəsi), 

alüminium,  platin,  zənginləşdirilmiş  uran,  elektrik  enerjisi,  qara  metallar, 

oduncaq,  taxıl  və  mineral  gübrələrin  iri  istehsalçısı  olsa  da,  maşın  və 

avadanlığın buraxılması az miqdardadır. RF-in bütün maşınqayırması satış-

larının  həcminə  görə  Cənubi  Koreyanın  "El  Ci  Elektroniks"  şirkətindən 

geridə  qalır.  Dünya  üzrə  istehsal  olunan  elmtutumlu  məhsulların  həcminin 

0,3%-i RF-in payına düşür. 

Dünya  Forumunun  qiymətləndirməsinə  görə,  RF  rəqabət  qabi-

liyyətinə  görə  dünyada  63-cü  yer,  makroiqtisadi  mühit,  texnoloji  səviyyə, 

şirkətlərin rəqabət qabiliyyəti, mallar və xidmətlər bazarlarının səmərəliliyi, 

maliyyə bazarının inkişafı mövqeləri üzrə isə 79-cu yer tutur. 

 

33.2. Təsərrüfatın sosial strukturunun səciyyəvi cəhətləri 

 

Sosial-iqtisadi  struktur  ölkədə  dövlət  mülkiyyətinin  özəlləşdirilməsi 



nəticəsində  kifayət  qədər  dayanıqlı  sistemin  yaradılması  nəticəsində 

formalaşmışdır.  Bu  sistemin  əsas  cəhətləri  sahibkarlıq  sektorunun  və 

dövlətin fəaliyyətinə, işçi qüvvəsindən istifadə olunmasına təsir göstərir. 

İşgüzar fəallıqda əsas yeri özəl kapitalist sektoru tutmuşdur. Özəl və 

qarışıq  sektorların  ÜDM-in  istehsalındakı  payı  75%,  işçi  qüvvəsinin 

məşğulluğunu  təmin  etməsi  isə  70%-dir.  Bu  sektorlar  əvvəllər  dominant 

mövqe  tutan  dövlət  sektorunun  parçalanması  nəticəsində  meydana 

çıxmışdır.  Amma  bu  prosesdə  iqtisadi  azadlıq,  bərabərlik  və  sosial  ədalət 

prinsipləri  pozulmuşdur.  Hesablama  Palatası  ekspertlərinin  rəyinə  görə 

(2004-cü  il),  özəlləşdirmə  güc  tətbiqi  və  kriminal  üsullarla  həyata 

keçirilmişdir. Əsas  təsərrüfat subyektləri şəxsi mülkiyyətə pulsuz verilmiş, 

yaxud dəyər-dəyməzinə satılmışdır (sənayedə hər müəssisə orta hesabla 15,5 




 

 

603 



min dollara özəlləşdirilmişdir). 

Böyük  həcmdə  sərvət  ayrı-ayrı  şəxslərin  əlində  cəmləşmişdir. 

Varlanmanın  əsas  yolu  hakim  dairələrin,  "ailənin"  üzvü,  yaxud  onlara 

yaxınlıq  olmuşdur.  Bunun  nəticəsində  kriminal-nomenklatura  kapitalizmi

yaxud  kleptokratiya  yaranmışdır.  Xüsusi  mülkiyyətin  təmərküzləşməsi 

dünyada  ən  yüksək  dərəcəyə  çatmışdır.  Qiymətləndirmələrə  görə,  RF  ifrat 

dərəcə zənginlərin sayına görə dünyada ABŞ-dan sonra 2-ci yer tutur. 

Mülkiyyətin  və təsərrüfatın  yaranmış sistemi klan  xarakteri  daşıyır. 

Mülkiyyətçilərin yeni qruplaşmaları dövlət aparatı və kriminalla qovuşaraq, 

bazarlara  nəzarət  edir,  ən  iri  və  gəlirli  müəssisələrə  sahiblik,  dövlət 

büdcəsinə yol tapmaq uğrunda mübarizə aparır. Klanları qeyri-rəsmi asılılıq, 

bir-birinə  zaminlik  və  sadiqlik  möhkəmləndirir.  Böyük  iqtisadi  və  siyasi 

hakimiyyətə malik olan klanlar onlara mane olan məmurları və sahibkarları 

aradan  götürməklə,  müstəqil  fəaliyyəti  boğur.  Klan  qruplaşmalarının 

dominant  mövqe  tutması  əmtəə-pul  münasibətlərini  deformasiyaya 

uğratmış, onları kvazibazar münasibətlərinə çevirmişdir. 

Sahibkarlığın klan strukturu bu sahədə fəaliyyətin və bazarın inhisar 

strukturunu  yaradır.  Sənayedə  neft  hasilatının  38,8%-i,  qara  metalların 

(33,8%), kimya mallarının (11,7%), maşın və metal məmulatların (12,6%) 

istehsalı 3 müəssisədə cəmləşmişdir. 2006-cı ildə ÜDM-in 80%-i cəmi 500 

müəssisə  tərəfindən  istehsal  olunmuşdur.  Təşkilati  baxımdan  holdinqlər, 

yəni  bir-birinə  bənzər,  yaxud  sahə  səviyyəsində  bir-birini  tamamlayan 

profilli,  idarə  edilməsinin  müəyyən  funksiyaları  mərkəzləşdirilmiş 

müəssisələrin birlikləri əsas yer tutur. İri istehsalat birliklərinin, o cümlədən 

strateji  əhəmiyyətli  sahələrdə  müəssisələrin  böyük  qismi  de-yure  Rusiyaya 

məxsus  deyil.  Onlar  xaricdə  qeydiyyatdan  keçsələr  də,  dövlət  büdcəsindən 

külli məbləğdə vəsait alırlar. 

Rusiya  təsərrüfatı  üçün  səhmdar  mülkiyyətinin  yüksək  səviyyədə 



təmərküzləşməsi  səciyyəvidir.  2009-cu  ildə  emal  sənayesi  müəssisələrinin 

39%-nin yalnız bir dominant mülkiyyətçisi, 25%-nin isə ikinci mülkiyyətçi 

qismində şəriki olan bir dominant mülkiyyətçisi vardı. 

İnhisarçı  birliklər  klanların  və  dövlət  strukturlarının  şəxsi  uniyası, 

hakimiyyət  orqanları  ilə  bağlı  olan  şəxslərin  başçılıq  etdiyi  "dostyana" 

şirkətlərin əsasında yaranmışdır. Bu, həmin qruplaşmalara hüquqi, inzibati və 

güc  tətbiqi  metodlarından  istifadə  etməklə,  başqalarının  bazarda  iştirakını 

məhdudlaşdırmaq  və  hətta  onları  müflisləşmə  dərəcəsinə  çatdırmaq  imkanı 

verir. Belə şəraitdə səmərə ilə işləyən müəssisələr belə, mənfəətsiz qala bilər. 

Kriminal  münaqişələr  və  müflisləşmələr  nəticəsində  mülkiyyətin 

təqribən 1/3 hissəsi hər il əldən-ələ keçirdi. Sahibliyin orta müddəti 3 il idi 

(2000-ci  ilədək).  Mülkiyyətçilər  sinfinin  bu  sürətlə  dəyişməsi  zamanı 

iqtisadi inkişaf strategiyası deyil, möhtəkirlik baxımından yanaşma üstünlük 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   272   273   274   275   276   277   278   279   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə