Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə278/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   274   275   276   277   278   279   280   281   ...   285

 

 

606 



təmin olunur. İdxalda maşın və avadanlığın payı 60%-ə çatır (1980-ci illərdə 

- 15-20%). Yeni texnologiyalara olan tələbatın yarısı idxal hesabına ödənilir. 

Rusiya  iqtisadiyyatının  beynəlxalq  iqtisadi  əlaqələrə  əhəmiyyətli 

dərəcədə  cəlb  olunması  milli  bazarda  təklifin  kəskin  azalması,  habelə 

təsərrüfatın  açıqlığı  ilə  izah  edilir.  1990-cı  illərdə  RF-in  xarici  iqtisadi 

siyasəti  əsasən  iqtisadiyyatın  açıqlıq  dərəcəsinin  artırılmasına,  Qərbin  və 

beynəlxalq  ticarət-maliyyə  qurumları  ilə  qarşılıqlı  əlaqələrin  güclən-

dirilməsinə,  xarici  ticarətin  tənzimlənməsinin  zəiflədilməsinə  yönəlmişdi. 

Bu  siyasət  Rusiya  təsərrüfatının  beynəlxalq  bazarlardan  asılılığının  ifrat 

dərəcəyə  çatması,  hazır  məhsullarının  rəqabət  qabiliyyətinin  zəifləməsi, 

ixracdan  əldə  olunan  vəsaitlərin  vaxtında  daxil  olmaması  ilə  nəticələndi. 

1990-cı illərin sonundan ixrac və idxalın tənzimlənməsi (lisenziyalaşdırma, 

rüsumlar,  valyuta  nəzarəti)  tətbiq  edilir.  Son  illərdə  işgüzar  fəallığın 

zəiflədiyi  şəraitdə  idxal  rüsumları  yüksək,  orta  hesabla  10%  səviyyəsində 

saxlanılır. 

____________________________________________________ 

Xarici ticarət  

 

2000-ci  illərdə  RF-in  dünya  ticarətində  payı  artmışdır.  Dünya  üzrə 



malların  və  xidmətlərin  ixracında  bu  pay  2008-ci  ildə  2,7%  olmuşdur. 

Ticarət  dövriyyəsi  böhranlı  2009-cu  ildə  əhəmiyyətli  dərəcədə  aşağı 

düşmüşdür. Xarici ticarət dövriyyəsinin həcminə görə ölkə dünyanın 10 ən 

iri ixracatçısı və idxalçısı sırasındadır. 

RF-in  xarici  ticarət  əlaqələri  sahəsində  vəziyyəti  yaxşılaşmamışdır. 

Sənaye  istehsalının  xammal  yönümü,  texniki  geriliyin  güclənməsi, 

avadanlığın  sürətlə  köhnəlməsi  rəqabət  qabiliyyətini  zəiflədir.  Mineral 

xammal və yarımfabrikatların aparıcı ixracatçıları olan ölkələrlə müqayisədə 

Rusiya  sənayesinin  ixracyönümlü  sahələrinin  çoxunda  məhsul  vahidinə 

çəkilən  məsrəflər  yüksəkdir.  İctimai  məhsuldarlıq  göstəricisinə  (ÜDM/işçi 

qüvvəsi) görə RF Braziliyadan 1,2 dəfə, Səudiyyə Ərəbistanından 2,3 dəfə 

geri qalır. 

Xarici  ticarətin  əmtəə  strukturunda  əlavə  dəyəri  aşağı  olan  xammal 

və yarımfabrikatlar üstünlük təşkil edir (cədvəl 33.4). 

 

 

Cədvəl 33.4. RF-in ixracının əmtəə strukturu, % 



 

 

1990 

2000 

2007 

2008 

Ərzaq malları və kənd təsərrüfatı xammalı  

2,1 

2,8 


2,6 

2,0 


Mineral məhsullar 

45,4 


53,2 

64,8 


69,7 

Kimya sənayesi məhsulları, kauçuk 

4,8 

7,1 


5,9 

6,5 


Oduncaq və sellüloza-kağız məmulatları  

4,1 


4,3 

3,5 


2,5 


 

 

607 



Metallar,  qiymətli  daşlar  və  onlardan  hazırlanan 

məmulatlar 

16,0 

24,0 


16,0 

13,2 


Maşın və avadanlıq, nəqliyyat vasitələri 

18,1* 


10,3 

5,6 


4,9 

 

* Yalnız mülki təyinatlı. 



 

Mənbə: Орешкин В.А. Внешнеэкономический комплекс России: 

проблемы  и  перспективы  развития.  ВНИКИ.  М.,  2000;  Российский 

статистический ежегодник 2008: Статистический сборник; Торговля в 

России. 2009. ФСГС. 

 

İxracın  ümumi  həcminin  2/3  hissəsi  enerji  mallarından  və 



metallardan ibarətdir. İxracın ümumi dəyərində maşınların xüsusi çəkisi 5%-

ə düşmüşdür (1990-cı ildə 18%) və bu halda maşın və avadanlığın dəyərinin 

2/5  hissəsi  silahların  payına  düşür.  Dünya  üzrə  orta  səviyyə  ilə  müqayisə 

olunduqda,  Rusiyanın  ixracında  emal  sənayesinin  payı  2,5  dəfə,  maşın  və 

avadanlığın  payı  isə  4  dəfə  aşağıdır.  Yüksək  texnologiya  malları 

bazarlarında  RF-in  yeri  yalnız  silah  və  hərbi  texnikanın,  AES  üçün 

avadanlığın ixracında nəzərəçarpandır. 

İxracın  enerji  və  xammal  yönümü  ölkənin  ticarət  və  tədiyyə 

balanslarını  beynəlxalq  bazarlarda  xammalın  qiymətlərinin  enib-

qalxmasından əhəmiyyətli dərəcədə asılı edir. 

RF xarici bazarlarda nikel (27%), emal olunmamış ağac (23%), təbii 

qaz (18%), mineral gübrələr, polad, xam neft və neft məhsulları, alüminium 

(7-10%),  habelə  silah  və  hərbi  ləvazimatın  iri  satıcısı  qismində  çıxış  edir. 

Malların  ayrı-ayrı  növləri  üzrə  RF  bir  sıra  idxalçı  ölkələrin  daxili 

bazarlarında  mühüm  yer  tutur.  Belə  ki,  RF-dən  enerji  mallarının 

göndərilməsi  Ukraynanın  tələbatını  80%,  Baltikyanı  ölkələrin  tələbatını 

bütövlüklə, Mərkəzi Avropa ölkələrinin tələbatının 50%-dən çoxunu, Qərbi 

Avropa  ölkələrinin  tələbatının  20%-ə  yaxınını  ödəyir.  İstehsalın  bir  sıra 

sahələrində,  məsələn,  qara  və  əlvan  metallurgiyada,  neft-kimya,  meşə 

sənayelərində Rusiya istehsalçıları kifayət qədər rəqabət gücünə malikdir. 

İdxalın  strukturunda  ən  böyük  mövqeni  maşın  və  avadanlıq  (47-

53%)  tutur.  Kənd  təsərrüfatı  məhsulları  (13-18%)  və  kimya  malları  (13-

16%) da mühüm yerdədir. İdxalın təqribən 1/4 hissəsi istehlak mallarından 

ibarətdir. Ümumiyyətlə, xarici ticarətdə struktur dəyişiklikləri xammalın, az 

emal  olunmuş  məhsulların  və  geniş  istehlak  mallarının  xüsusi  çəkisinin 

artması ilə əlaqədardır. 

Sahə  strukturunda  nəzərdən  keçirdiyimiz  dəyişikliklər  müəyyən 

dərəcədə  xarici ticarətin  coğrafi  yönümündə  irəliləyişlərin nəticəsidir. Əsas 

ticarət tərəfdaşları inkişaf etmiş ölkələrdir və Rusiyanın ticarət dövriyyəsinin 

65%-i  onların  payına  düşür.  Periferiya  ölkələrinin  payı  azalmışdır.  İnkişaf 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə