606
təmin olunur. İdxalda maşın və avadanlığın payı 60%-ə çatır (1980-ci illərdə
- 15-20%). Yeni texnologiyalara olan tələbatın yarısı idxal hesabına ödənilir.
Rusiya iqtisadiyyatının beynəlxalq iqtisadi əlaqələrə əhəmiyyətli
dərəcədə cəlb olunması milli bazarda təklifin kəskin azalması, habelə
təsərrüfatın açıqlığı ilə izah edilir. 1990-cı illərdə RF-in xarici iqtisadi
siyasəti əsasən iqtisadiyyatın açıqlıq dərəcəsinin artırılmasına, Qərbin və
beynəlxalq ticarət-maliyyə qurumları ilə qarşılıqlı əlaqələrin güclən-
dirilməsinə, xarici ticarətin tənzimlənməsinin zəiflədilməsinə yönəlmişdi.
Bu siyasət Rusiya təsərrüfatının beynəlxalq bazarlardan asılılığının ifrat
dərəcəyə çatması, hazır məhsullarının rəqabət qabiliyyətinin zəifləməsi,
ixracdan əldə olunan vəsaitlərin vaxtında daxil olmaması ilə nəticələndi.
1990-cı illərin sonundan ixrac və idxalın tənzimlənməsi (lisenziyalaşdırma,
rüsumlar, valyuta nəzarəti) tətbiq edilir. Son illərdə işgüzar fəallığın
zəiflədiyi şəraitdə idxal rüsumları yüksək, orta hesabla 10% səviyyəsində
saxlanılır.
____________________________________________________
Xarici ticarət
2000-ci illərdə RF-in dünya ticarətində payı artmışdır. Dünya üzrə
malların və xidmətlərin ixracında bu pay 2008-ci ildə 2,7% olmuşdur.
Ticarət dövriyyəsi böhranlı 2009-cu ildə əhəmiyyətli dərəcədə aşağı
düşmüşdür. Xarici ticarət dövriyyəsinin həcminə görə ölkə dünyanın 10 ən
iri ixracatçısı və idxalçısı sırasındadır.
RF-in xarici ticarət əlaqələri sahəsində vəziyyəti yaxşılaşmamışdır.
Sənaye istehsalının xammal yönümü, texniki geriliyin güclənməsi,
avadanlığın sürətlə köhnəlməsi rəqabət qabiliyyətini zəiflədir. Mineral
xammal və yarımfabrikatların aparıcı ixracatçıları olan ölkələrlə müqayisədə
Rusiya sənayesinin ixracyönümlü sahələrinin çoxunda məhsul vahidinə
çəkilən məsrəflər yüksəkdir. İctimai məhsuldarlıq göstəricisinə (ÜDM/işçi
qüvvəsi) görə RF Braziliyadan 1,2 dəfə, Səudiyyə Ərəbistanından 2,3 dəfə
geri qalır.
Xarici ticarətin əmtəə strukturunda əlavə dəyəri aşağı olan xammal
və yarımfabrikatlar üstünlük təşkil edir (cədvəl 33.4).
Cədvəl 33.4. RF-in ixracının əmtəə strukturu, %
1990
2000
2007
2008
Ərzaq malları və kənd təsərrüfatı xammalı
2,1
2,8
2,6
2,0
Mineral məhsullar
45,4
53,2
64,8
69,7
Kimya sənayesi məhsulları, kauçuk
4,8
7,1
5,9
6,5
Oduncaq və sellüloza-kağız məmulatları
4,1
4,3
3,5
2,5
607
Metallar, qiymətli daşlar və onlardan hazırlanan
məmulatlar
16,0
24,0
16,0
13,2
Maşın və avadanlıq, nəqliyyat vasitələri
18,1*
10,3
5,6
4,9
* Yalnız mülki təyinatlı.
Mənbə: Орешкин В.А. Внешнеэкономический комплекс России:
проблемы и перспективы развития. ВНИКИ. М., 2000; Российский
статистический ежегодник 2008: Статистический сборник; Торговля в
России. 2009. ФСГС.
İxracın ümumi həcminin 2/3 hissəsi enerji mallarından və
metallardan ibarətdir. İxracın ümumi dəyərində maşınların xüsusi çəkisi 5%-
ə düşmüşdür (1990-cı ildə 18%) və bu halda maşın və avadanlığın dəyərinin
2/5 hissəsi silahların payına düşür. Dünya üzrə orta səviyyə ilə müqayisə
olunduqda, Rusiyanın ixracında emal sənayesinin payı 2,5 dəfə, maşın və
avadanlığın payı isə 4 dəfə aşağıdır. Yüksək texnologiya malları
bazarlarında RF-in yeri yalnız silah və hərbi texnikanın, AES üçün
avadanlığın ixracında nəzərəçarpandır.
İxracın enerji və xammal yönümü ölkənin ticarət və tədiyyə
balanslarını beynəlxalq bazarlarda xammalın qiymətlərinin enib-
qalxmasından əhəmiyyətli dərəcədə asılı edir.
RF xarici bazarlarda nikel (27%), emal olunmamış ağac (23%), təbii
qaz (18%), mineral gübrələr, polad, xam neft və neft məhsulları, alüminium
(7-10%), habelə silah və hərbi ləvazimatın iri satıcısı qismində çıxış edir.
Malların ayrı-ayrı növləri üzrə RF bir sıra idxalçı ölkələrin daxili
bazarlarında mühüm yer tutur. Belə ki, RF-dən enerji mallarının
göndərilməsi Ukraynanın tələbatını 80%, Baltikyanı ölkələrin tələbatını
bütövlüklə, Mərkəzi Avropa ölkələrinin tələbatının 50%-dən çoxunu, Qərbi
Avropa ölkələrinin tələbatının 20%-ə yaxınını ödəyir. İstehsalın bir sıra
sahələrində, məsələn, qara və əlvan metallurgiyada, neft-kimya, meşə
sənayelərində Rusiya istehsalçıları kifayət qədər rəqabət gücünə malikdir.
İdxalın strukturunda ən böyük mövqeni maşın və avadanlıq (47-
53%) tutur. Kənd təsərrüfatı məhsulları (13-18%) və kimya malları (13-
16%) da mühüm yerdədir. İdxalın təqribən 1/4 hissəsi istehlak mallarından
ibarətdir. Ümumiyyətlə, xarici ticarətdə struktur dəyişiklikləri xammalın, az
emal olunmuş məhsulların və geniş istehlak mallarının xüsusi çəkisinin
artması ilə əlaqədardır.
Sahə strukturunda nəzərdən keçirdiyimiz dəyişikliklər müəyyən
dərəcədə xarici ticarətin coğrafi yönümündə irəliləyişlərin nəticəsidir. Əsas
ticarət tərəfdaşları inkişaf etmiş ölkələrdir və Rusiyanın ticarət dövriyyəsinin
65%-i onların payına düşür. Periferiya ölkələrinin payı azalmışdır. İnkişaf