Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə280/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   277   278   279   280   281   282   283   284   285

 

 

610 



mühüm rolu olmuşdur. 2000-ci ilin iyununda RF Prezidenti özünün Federal 

Məclisi  qarşısındakı  çıxışında  demişdir:  "Kölgə  iqtisadiyyatının  və  "boz 

sxemlərin"  hökmranlığına,  korrupsiyanın  tüğyan  etməsinə  və  kapitalın 

kütləvi  surətdə  xaricə  axmasına  bir  çox  hallarda  dövlətin  özü  imkan 

yaratmışdır".  Kapital  Qərb  ölkələrinin  kredit  idarələrinin  yardımı  olmadan 

ölkədən qeyri-qanuni yolla çıxarıla bilməzdi. 

Kapitalların  ölkədən  qaçması  investisiya  prosesini  ləngidir,  ölkənin 

valyuta  mövqelərini  sarsıdır,  xarici  borcların  ödənilməsini  çətinləşdirir. 

Bunun  nəticəsində  Qərb  ölkələrinin  təsərrüfat  potensialı  güclənir.  RF-dən 

kapitalın qeyri-qanuni ixracı barədə göstərdiyimiz qiymətləndirmələr burada 

bir neçə nəslin əməyi ilə yaradılmış milli sərvətin Qərb ölkələrinin iqtisadi 

artımında böyük rol oynadığını sübut edir. 

1991-2000-ci  illərdə  kapitalın  rəsmi  ixracı  (Mərkəzi  Bankın 

lisenziyası  əsasında)  33  milyard  dollar,  o  cümlədən  birbaşa  və  portfel 

investisiyaları 4,5 milyard dollar, yaxud kapitalın icazə verilmiş məbləğinin 

41%-i  qədər  olmuşdur.  2000-2010-cu  illərdə  ölkədən  ildə  orta  hesabla  55 

milyard  dollar,  yaxud  ölkədə  əsas kapitala  yönəldilən  vəsaitlərin  həcminin 

16,5%-i həcmində kapital çıxarılmışdır. 

2009-cu  ildə  Rusiyanın  XBKQ-nin  həcmi  249  milyard  dollara, 

yaxud onların dünya üzrə ümumi məbləğinin 1,3%-nə çatmışdır. 

Xarici iqtisadiyyata kapital ixracatçısı və investorlar qismində əsasən 

mineral  xammal  və  qara  metallurgiya  sektorunun  maliyyə-sənaye  qrupları 

çıxış  edir.  "Lukoyl",  "Evraz",  "Severstal"  şirkətlərinin  transmilliləşmə 

indeksi  30-47%  təşkil  edir.  Rusiyanın  kapital  qoyuluşları  Britaniyada, 

Kiprdə,  Niderlandda,  Ukraynada  daha  böyük  məbləğdədir.  Kapitalın 

ölkədən  qanuni  yolla  ixracı  onun  qeyri-qanuni  çıxarılması  ilə  müqayisədə 

cüzi məbləğ təşkil edir. 

Ötən  onillikdə  RF  iqtisadi  yardım  göstərilməsində  əsasən  borcların 

silinməsi  formasında  iştirak  edirdi.  SSRİ-nin  hüquqi  varisi  olduğuna  görə, 

Sovet İttifaqının bütün xarici aktivləri RF-in sərəncamına keçmişdir. Xarici 

dövlətlərin  (MDB  ölkələri  nəzərə  alınmadan)  borclarının  ümumi  məbləği 

120  milyard  dollardan  yüksək  idi.  Ancaq  RF  bu  aktivlərdən  tam  həcmdə 

istifadə  edə  bilmədi.  Əsas  borclular  yoxsul,  onların  bir  hissəsi  isə  ən  aşağı 

səviyyədə inkişaf etmiş  ölkələr idi. 57 borclu  ölkənin  yalnız 1/3  hissəsi öz 

öhdəliklərini  mütəmadi  olaraq  yerinə  yetirirdi.  Bu  aktivlərin  böyük  qismi 

borclu  ölkələrin  iqtisadi  inkişafına  yardım  göstərilməsi  çərçivəsində 

silinmişdi. 

Ümumilikdə,  RF-in  xarici  iqtisadi  əlaqələri  malların  və  kapitalların 

ölkədən  çıxarılması  ilə  ifadə  olunan  biristiqamətli  xarakter  daşıyır.  Bu, 

təsərrüfatın  inkişafında  qeyri-mütənasibliklərin  yaranmasına  gətirib  çıxarır. 

İxracın xammal yönümlü olması maddi istehsal çərçivəsində daxili və xarici 



 

 

611 



bazarlar  üçün  işləyən  2  sektorun  ayrılması  ilə  nəticələnmiş,  bu  isə,  təkrar 

istehsal  prosesinin  vəhdətini  pozmuşdur.  Bu  sektorlardan  biri  üçün  böyük 

gəlirlər,  digəri  üçün  isə  aşağı  mənfəət  və  əsas  məşğulluq  səciyyəvidir. 

XBKQ-nin  xammal  sahələrinə  və  ticarətə  axını  bu  qeyri-mütənasibliyi 

aradan  qaldırmaq  əvəzinə,  onu  daha  da  dərinləşdirirdi.  Daxili  və  xarici 

sektorların  vəziyyətinin  dəyişməsi  nəticəsində  Rusiya  təsərrüfatı  inkişafın 

periferiya-asılı tipinin cəhətlərini qazandı. 

 

33.4. MDB ölkələri ilə xarici iqtisadi əlaqələr 

_____________________________________________________ 

MDB ölkələrinin təsərrüfatlarının inteqrasiyasının pozulması 

 

RF-in xarici iqtisadi əlaqələr sistemində SSRİ-nin süqutu nəticəsində 



1991-ci  ilin  dekabrında  yaradılmış  Müstəqil  Dövlətlər  Birliyi  (MDB) 

ölkələri xüsusi yer tutur. Buraya keçmiş 15 müttəfiq respublikadan 11 dövlət 

daxildir. Ötən illərin təcrübəsinin göstərdiyi kimi, dövlət birliyinin əvəzinə 

siyasi  birliyin  yaradılması  müttəfiq  respublikaların  bir-birindən  tədricən 

uzaqlaşdırılması,  Sovet  İttifaqının  əmlakının  bölüşdürülməsi,  öz 

müstəqilliyini  elan  etmiş  dövlətlərin  rəhbərlərinin  şəxsi  və  milliyyətçi 

təkəbbürlərinin  ödənilməsi  məqsədi  daşıyırdı.  Vahid  iqtisadi  məkanın 

dağılması  bütün  keçmiş  müttəfiq  respublikaların  təsərrüfat  potensialını 

zəiflətdi,  yeni  yaranmış  dövlətlərin,  demək  olar  ki,  hamısında  istehsalın 

həcmi 30-50% azaldı. Azad ticarət yollarının itirilməsi, resurs potensialının 

azalması RF-in geosiyasi rolunun əsaslı dərəcədə zəifləməsi ilə nəticələndi. 

Yeni  yaranmış  dövlətlərdə  iqtisadi  cəhətdən  salamat  qalma  problemlərinin 

baş qaldırması obyektiv olaraq yenidən inteqrasiyanın vacibliyini göstərirdi 

və  bəzi  MDB  ölkələrinin  hakim  dairələri  öz  siyasətində  bundan  təbliğat 

məqsədləri üçün istifadə etmişdi. 

MDB-nin  mövcud  olduğu  dövrdə  dövlət  və  hökumət  başçıları 

tərəfindən  ticarət,  maliyyə,  istehsalat,  texniki,  müdafiə  və  sosial-humanitar 

xarakterli  1300-dən  çox  sənəd  imzalanmışdır.  Təsərrüfatların  birləşməsi 

rəsmən 1993-cü ildə bağlanmış, bütün MDB ölkələrinə şamil olunan İqtisadi 

birliyin  yaradılması  haqqında  Müqavilə,  sonra  isə  nisbətən  aşağı  səviyyəli 

razılaşma  -  1994-cü  ildə  bağlanmış  Sərbəst  ticarət  zonasının  yaradılması 

haqqında  Müqavilə  ilə  təmin  olunur.  30-dan  artıq  əlaqələndirmə  və  icra 

orqanı,  o  cümlədən  Dövlət  başçıları  Şurası,  Hökumət  başçıları  Şurası, 

Dövlətlərarası  İqtisadi  Komitə,  İqtisadi  Məhkəmə  və  s.  yaradılmışdır. 

Onların qərarları məsləhət və tövsiyə xarakteri daşıyır. Nə MDB-nin, nə də 

onun ayrı-ayrı orqanlarının dövlətüstü səlahiyyətləri yoxdur. 

İmzalanmış  müqavilələrə  baxmayaraq,  MDB  daxilində  qarşılıqlı 

iqtisadi əlaqələr pərakəndə hissələrin vahid təsərrüfat sisteminin elementləri 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   277   278   279   280   281   282   283   284   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə