604
təşkil edirdi. Müəssisələrin zəbt olunması indiyədək aradan qaldırıl-
mamışdır. Son illərdə "reyder basqınlarının" sayı ildə 60-70 minə çatmışdır.
Bazar prinsiplərinə zidd özəlləşdirmə, mərkəzdən planlaşdırılan
təsərrüfat sisteminin tezliklə dağıdılması və onun yenidən dirçəlməsinə
imkan verilməməsi vəzifəsi sahibkarlıq fəaliyyətini kriminallaşdırmışdır.
Qiymətləndirmələrə görə, 1997-ci ildə ölkədə 3 mindən çox cinayətkar
qruplaşması 40 mindən artıq sahibkarlıq subyektinə nəzarət edirdi.
Müəssisələrin 40%-dən çoxu və kommersiya strukturlarının təqribən 70%-i
kriminal mühitə cəlb olunmuşdu. Orta hesabla, onlar ölkənin ÜDM-nin
25%-nə nəzarət edirdilər.
İctimai şüurda adi davranış normalarının, qarşılıqlı münasibətlərin
pozulması, bir çox subyektlərə və fiziki şəxslərə hüquqa zidd fəaliyyət
göstərmək üçün şərait yaradır. Kölgə iqtisadiyyatında fəaliyyət ÜDM-in
20%-nə çatır (1990-cı illərdə 40-50%). Kölgə iqtisadiyyatında fəaliyyətin
əsas hissəsi iri birliklərdə aktivlərin mənimsənilməsi, rüşvət verilməsi,
vergilərdən yayınma şəklində həyata keçirilir. Kölgə iqtisadiyyatından
dəyən zərər öz əksini strukturun geriliyində, rəqabət qabiliyyətinin aşağı
olmasında, dövlət büdcəsinin itkilərində tapır.
Klanlar, onlarla əlaqədar olan kriminal və kölgə iqtisadiyyatı digər
təsərrüfat subyektlərinin təşəbbüsünü, ev təsərrüfatlarının əmanət toplamaq
səylərini boğur, dövlətin tənzimləyici və sosial rolunu deformasiyaya
uğradır. Kiçik və orta sahibkarlıq sektoru ağır vəziyyətə düşür. Kişik
müəssisələr qeydiyyatdan keçmiş bütün təsərrüfat subyektlərinin 23%-ni
təşkil edir. ÜDM-in 15-17%-ni istehsal etsələr də, bütün kapital
qoyuluşlarının 3%-i onlar tərəfindən həyata keçirilir. Kiçik müəssisələrin
təqribən yarısı ticarətlə məşğuldur və bu sektorda dövriyyənin əsas hissəsi
onların payına düşür.
Dövlətin rolu kəskin dərəcədə aşağı düşmüşdür. ÜDM-in 26-31%-i
maliyyə sistemi vasitəsilə yenidən bölüşdürülür. Bu rəqəm dünyanın əksər
ölkələri ilə müqayisədə aşağıdır. Dövlətin bir sıra funksiyalarını kölgə
strukturları həyata keçirir. Qətllərin nisbi göstəricilərinə görə RF dünyada
birincilər sırasındadır. Lakin dəyişikliklər də baş vermişdir. Ötən onilliyin
ikinci yarısında dövlət və strateji əhəmiyyətli sahələrdəki özəl şirkətlər vahid
idarəçiliyə keçdikdə, dövlət nəzarəti altında olan korporasiyaların (dövlət
holdinqləri) sayı çoxaldı.
Muzdlu işçilər ictimai-siyasi hərəkatın müstəqil qüvvəsinə
çevrilməmişdir. Ölkədə işçi qüvvəsinin vəziyyətinə təsir göstərə bilən nü-
fuzlu həmkarlar təşkilatları yoxdur. İşçilər və sahibkarlar arasında qarşılıqlı
münasibətlər mexanizminin formalaşmaması nəticəsində işçilərin hüquqları
pozulur.
Əmək bazarı real əmək haqqının aşağı düşməsi, onun verilməsinin
605
daim gecikdirilməsi, gizli ödənişlərdən istifadə olunması, natamam
məşğulluğun geniş yayılması, kadrların tez-tez dəyişməsi, ikinci məş-
ğuliyyətin inkişafı şəraitində yeni şəraitə uyğunlaşırdı. Qeyri-rəsmi və gizli
əmək bazarı get-gedə artırdı. Qeyri-rəsmi məşğulluq işçi qüvvəsinin 18%-ni
əhatə edir. Gəlirlərinə görə orta qrupa aid olunan əhali xarici şirkətlərdə və
hakimiyyətin yuxarı təbəqəsində işləyənlərin hesabına formalaşır.
Yarırəsmi əmək münasibətləri sistemi işsizliyin (2000-ci illərdə - 6-
13%) artımını ləngitsə də, müəssisələrin texniki səviyyəsinin yüksəlməsinə
mane olurdu. İşçi qüvvəsinin ucuz olması və əmək haqqının verilməsinin
gecikdirilməsi şəklində məcburi borc alınma sayəsində müəssisələr öz
fəaliyyətlərini texniki yenidənqurma aparmadan da həyata keçirə bilirdi.
Kənd əhalisinin iqtisadi fəallığı zəifləmişdir. Burada məşğulluğun
ümumi səviyyəsi 64%-dən, gənclər arasında isə 42%-dən yuxarı deyil.
İşsizlərin və yoxsulluq həddindən aşağı səviyyədə yaşayanların ümumi
sayının 37%-ni kənd əhalisi təşkil edir. Əcnəbi işçi qüvvəsindən istifadə
olunması Rusiya əmək bazarının səciyyəvi cəhətinə çevrilmişdir.
Qeydiyyatdan keçmiş əcnəbi işçi qüvvəsinin sayı böyük deyil, 2,4 milyon
nəfərdir. İmmiqrantların əksəriyyəti MDB ölkələrindən gəlmələrdir. Onlar
əsasən ödənişi aşağı olan işlərlə məşğuldurlar. Əmək bazarında qeyri-qanuni
immiqrantlar böyük yer tutur. Onların sayı 3-8 milyon nəfər arasında
qiymətləndirilir.
Qeyri-rəsmi
immiqrantların əksər hissəsi kölgə
iqtisadiyyatında məşğuldur. Sosial vəziyyət baxımından onların heç bir
hüququ yoxdur.
33.3. RF dünya təsərrüfatı əlaqələrində
Xarici təsərrüfat subyektləri üçün açıldıqdan sonra RF xarici iqtisadi
əlaqələrin bütün sahələrində iştirak edir. Onun xarici ticarət kvotası ÜDM-in
50%-dən artıqdır və bu halda ÜDM-in 30%-i ixrac olunur (1990-cı ildə -
18%). Bu, xarici iqtisadi fəaliyyətin Rusiya iqtisadiyyatının inkişafının
mühüm amilinə çevrildiyini və onun başqa ölkələrin bazarları ilə möhkəm
bağlılığını sübut edir.
Bəzi mallar üzrə ixrac kvotası yüksək səviyyədədir: xam neft - 56%,
neft məhsulları - 73%, təbii qaz - 37%, mineral gübrələr - 75%, qara
metallar, mis - 50-80%, sellüloza - 80%, alüminium - 90%. Bu məlu-
matlardan göründüyü kimi, bir sıra sahələr bütövlüklə xarici bazar üçün
işləyir.
RF-in daxili tələbatının ödənilməsində idxalın rolu böyükdür. Ərzaq
mallarına olan tələbatın 15-35%-i, o cümlədən ət və balığa - 15-30%-i,
şəkərə - 40%-i, kərə yağına - 50%-i idxal hesabına ödənilir. Audiovizual
texnika, məişət elektrik cihazlarına tələbat, demək olar ki, bütövlüklə idxalla