Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə279/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   275   276   277   278   279   280   281   282   ...   285

 

 

608 



etmiş  ölkələr  arasında  Rusiya  mallarının  əsas  satış  bazarları  Aİ  ölkələri  - 

51% (ABŞ - 5%), Niderland (11%), Almaniya və İtaliyadır. Qərbdən olan 

aparıcı tərəfdaşların RF ilə ticarət dövriyyəsi onların xarici ticarətində cüzi - 

0,1-0,8%  rəqəmlə  ifadə  olunur.  Yalnız  Almaniya  və  İtaliyada  bu  göstərici 

1,5%-dən  yuxarıdır.  Xarici  iqtisadi  əlaqələrin  dərin  iqtisadi  böhran  keçirən 

Aİ  ölkələri  üzərində  cəmləşməsi  RF-in  ticarət  dövriyyəsinin  və  ÜDM-nin 

kəskin azalmasının səbəblərindən biri olmuşdur. 

RF-in ticarət balansı 2004-cü ildən müsbət saldo ilə yekunlaşır və bu, 

əsasən inkişaf etmiş ölkələrə xammal və yarımfabrikatların satışı sayəsində 

təmin edilir. Xidmətlərlə ticarət balansı mənfidir. Bu, əsasən turizm maddəsi 

hesabına yaranır. 

____________________________________________________ 

RF kapitalın hərəkətində  

 

1990-2000-ci illərdə RF kapitalın beynəlxalq hərəkətinə fəal surətdə 



qoşulmuş, böyük məbləğdə xarici kapital cəlb etməyə müvəffəq olmuşdur. 

Onun  əsas  hissəsi  (70%)  ssuda  kapitalı  formasında  idi.  RF  borclanmanın 

bütün  əsas  formalarından  -  dövlət  kreditlərindən,  beynəlxalq  təşkilatların 

kreditlərindən,  öhdəliklərin  beynəlxalq  bazarlarda  yerləşdirilməsindən 

istifadə etmişdir. 2007-ci ilədək vəsaitlərin böyük bir hissəsi iqtisadi yardım 

formasında daxil olurdu. 2005-ci ildə onun həcmi ÜDM-in 0,2%-nə, yaxud 

RF  əhalisinin  hər  nəfərinə  2  dollar  məbləğində  olmuşdur  (Latviya  -  70 

dollar, Litva - 73 dollar, Gürcüstan - 69 dollar, Ukrayna - 7 dollar). 

Xarici  ssuda  kapitalından  geniş  istifadə  olunması  xarici  borcların 

xeyli artmasına səbəb olmuşdur. Mərkəzi Bankın məlumatlarına görə, xarici 

borcun  illik  həcmi  təqribən  600  milyard  dollardır  (1990-cı  ildə  -  59,8 

milyard dollar) və inkişaf etməkdə olan ölkələr sırasında Braziliya ilə ÇXR-

dən sonra ən böyük məbləğlərdən biridir. 

Borcların strukturunda dövlət borcu 30 milyard dollaradək azalmış, 

özəl sektorun borcları isə sürətlə artmışdır. 2009-cu ildə korporativ borclar 

üzrə ödənişlər 150 milyard dollara çatmışdır. 1990-cı illərdən fərqli olaraq, 

2000-ci  illərdə  xarici  borclara  xidmət  göstərilməsi  ölkənin  təsərrüfatı  üçün 

böyük  çətinlik  yaratmırdı.  İxracdan  daxil  olan  vəsaitlərin  13-16%-i  onun 

ödənilməsinə sərf olunurdu. 

RF-in  təsərrüfatının  inkişafı  sahibkarlıq  kapitalının  -  rəsmən  xarici 

borc  yaratmayan  xarici  birbaşa  və  portfel  investisiyalarının  axınına  istinad 

edirdi. Bu investisiyalar RF-də xarici kapitalın ümumi həcminin 20-26%-ni 

təşkil edir. 

Dünya miqyasında götürüldükdə, 2000-2009-cu illərdə 7,8 dəfə artan 

XBKQ-nin axını böyük olmuşdur. 2007-2009-cu illərdə əsas kapitala vəsait 

qoyuluşlarının  ümumi  həcmində  XBKQ-nin  payı  18,4%  (1995-2000-ci 




 

 

609 



illərdə  -  7,6%),  bu  isə,  MDB  və  dünyanın  başqa  ölkələrinin  müvafiq 

göstəricilərindən  bir  qədər  aşağı  olmuşdur.  UNKTAD-ın  qiymətlən-

dirmələrinə  görə,  toplanmış  XBKQ-nin  ümumi  məbləği  2009-cu  ildə  252 

milyard dolları ötüb keçmişdir. Bu isə, dünya üzrə xarici XBKQ-nin ümumi 

həcmində nəzərəçarpan kəmiyyət - 1,4% təşkil edirdi (2000-ci ildə - 0,4%). 

XBKQ-nin  əsas  sahələri  ticarət  və  ictimai  iaşə,  neft  hasilatı  və 

kommersiya  xidmətləridir.  Kapital  qoyuluşlarının  ümumi  həcminin  5%-i 

maşınqayırma  və  metal  emalının  payına  düşür.  Ötən  dövrün  təcrübəsi 

göstərdi  ki,  inkişaf  etmiş  ölkələrin  şirkətləri  avtomobilqayırma  istisna 

edilməklə, RF-in maşınqayırma sektorunun dəstəklənməsində və xüsusilə də 

gücünün artırılmasında maraqlı deyil. 

Xarici kapital Rusiya təsərrüfatında xüsusi yer tutur. Xarici kapitallı 

müəssisələr  ÜDM-in  12%-ni,  o  cümlədən  pivənin  76%-ni,  tütün 

məmulatlarının 65%-ni istehsal edir. 

XBKQ-nin  regional  baxımdan  Moskvada,  Tümen  və  Saxalin  vila-

yətlərində cəmləşməsi müşahidə olunur. Birbaşa kapital qoyuluşlarının əsas 

axını  mövcud  müəssisələrin  satın  alınması  və  yenilərinin  inşası  hesabına 

təmin olunmuşdur. 

Rusiya iqtisadiyyatına birbaşa kapital qoyuluşlarının əsas investorları 

Kipr  (2008-ci  ildə  -  33%),  Niderland  (29%),  habelə  AFR-in,  Britaniyanın, 

ABŞ-ın,  Virciniya  adalarının  şirkətləridir.  Dünya  iqtisadiyyatında 

nəzərəçarpan  investor  olmayan  Kipr  şirkətlərinin  payının  yüksək  olması 

diqqəti cəlb edir. Bu halda Rusiyanın qeyri-qanuni kapitalının axını barədə 

danışmaq olar. 

Hələ 1990-cı illərdə RF-in təsərrüfat subyektləri kapitalın beynəlxalq 

hərəkətinə geniş miqyasda cəlb olunmuşdu. Rusiya kapitalın ölkədən qeyri-



qanuni formada ixracının ən iri subyektlərindən birinə çevrilmişdir. Qeyri-

qanuni kapital axınını ildə 9-30 milyard dollar arasında qiymətləndirilir, bu 

isə, RF-in ÜDM-nin 2%-30%-nə bərabərdir. 1990-cı illərin sonunda ölkədən 

qeyri-qanuni  yolla ixrac edilən kapitalın  ən  yüksək həddi 1,4 trilyon dollar 

məbləğində  qiymətləndirilir,  bu  isə,  milli  sərvətin  amansızcasına  talan 

edilməsidir.  İxrac  edilən  kapitalın  məbləği  1990-cı  illərdə  RF-ə  qoyulan 

xarici  investisiyaların  və  göstərilən  iqtisadi  yardımın  həcmindən  dəfələrlə 

çox  idi.  1990-cı  illərdə  elita  adlandırılan  hakim  dairələr  öz  gələcəklərini 

Böyük  və  Kiçik  Rusiyadan  kənarda  gördüklərini  nümayiş  etdirirdi.  2000-

2010-cu illərdə ölkədən qeyri-qanuni ixrac edilən kapitalın məbləği ildə 15-

45 milyard dollar məbləğində qiymətləndirilirdi. 

Kapitalın qeyri-qanuni  yerdəyişməsinin hərəkətverici qüvvəsi kölgə 

iqtisadiyyatı, klanlar, təsərrüfat mexanizminin kriminallaşmasıdır. Vergidən, 

dövlət  nəzarətinin  istənilən  formasından  yayınmağa  istiqamətlənmiş  qeyri-

qanuni  mənfəət  bu  strukturda  formalaşır.  Bu  prosesdə  dövlət  aparatının  da 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   275   276   277   278   279   280   281   282   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə