Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə281/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   277   278   279   280   281   282   283   284   285

 

 

612 



kimi vəhdətinin yaradılmasını nəzərdə tutan inteqrasiyaya əsaslanmır. MDB 

çərçivəsində ticarət və başqa iqtisadi əlaqələr yalnız ikitərəfli əsasda qurulur 

və hər bir cütlüyün əməkdaşlıq şərtləri başqalarından  əhəmiyyətli dərəcədə 

fərqlənir. Buna görə də MDB-də iqtisadi əməkdaşlıq barədə göstəricilər bir 

çox  başqa  qruplaşmaların,  xüsusilə  də  inkişaf  etmiş  ölkələrin  regional 

birliklərinin  göstəricilərindən  geridə  qalır.  MDB-də  xarici  ticarətin  ümumi 

həcmində  qarşılıqlı ticarət dövriyyəsinin payı  azalır və təqribən 20% təşkil 

edir (buna bənzər proses MERKOSUR-da baş verirdi). 

Təsərrüfatların  birləşməsinin  qarşısındakı  maneələrin  obyektiv  və 

subyektiv səbəbləri vardır. Bunlar istehsal aparatının yeni mülkiyyətçilərinin 

klan  maraqları,  bu  maraqları  təmsil  edən  və  ölkələrinin  ağır  vəziyyətdə 

olmasına baxmayaraq, beynəlxalq miqyasda özünütəsdiqə çalışan liderlərin 

siyasi  təkəbbürləridir.  Yeni  dövlətlərin  iqtisadi  inkişafının  qeyri-

bərabərliyinin güclənməsi, onların çoxunun təsərrüfatının xammal yönümlü 

olması  birləşmə  qarşısında  maneədir.  Qiymət  siyasəti  də  prosesə  ləngidici 

təsir  göstərir.  Bu  siyasətin  nəticəsində  MDB-dən  olan  tərəfdaşlar  üçün 

nəzərdə  tutulan  daxili  qiymətlər  eyni  malların  uzaq  xarici  ölkələrə 

göndərilməsi  zamanı  tətbiq  olunan  qiymətlərdən  yüksək  olur.  Qərb 

dövlətlərinin  siyasəti  də  bu  ölkələrin  bir-birindən  uzaqlaşmasına  təsir 

göstərir.  Qərb  dövlətlərinin  iqtisadi  yardımı  bir  sıra  hallarda  istehsal 

kooperasiyasına  mane  olur,  ödəniş  qabiliyyətli  müəssisələr  arasında  qalan 

əlaqələri pozur. 

İqtisadi  ittifaqın  zahiriliyinə,  reallıqda  xarici  iqtisadi  fəaliyyətin, 

vergi  siyasətinin  əlaqələndirilməməsinə,  götürülən  öhdəliklərin  yerinə 

yetirilməsinə  görə məsuliyyət mexanizminin  yoxluğuna MDB-nin müxtəlif 

subregional  qruplaşmalara  parçalanması  əlavə  olunur.  Bunlar  Avrasiya 

İqtisadi  Birliyi  (RF,  Belarus,  Qazaxıstan,  Qırğızıstan,  Tacikistan),  GUAM 

(Gürcüstan,  Ukrayna,  Azərbaycan  Moldova),  2  dövlətin  müstəqilliyinin 

saxlanmasına  əsaslanan  Rusiya  və  Belarus  İttifaqı,  RF-in,  Belarusun  və 

Qazaxıstanın  gömrük  ittifaqıdır.  Milli  xüsusiyyətlərdən,  dini  gərginlikdən, 

geosiyasi  səmtləşmədən,  sosial-iqtisadi  vəziyyətdən  ölkələri  bir-birindən 

ayıran məqamlar kimi istifadə olunur. 

İqtisadiyyatların müstəqilliyi, sahibkarlıq fəaliyyətinin klan xarakteri, 

təsərrüfat  subyektləri  səviyyəsində  kooperasiyanı,  yaxud  mikrosəviyyədə 

inteqrasiyanı  ləngidir.  Qanunvericilikdə  mövcud  olan  əksliklər  də  maneə 

kimi çıxış edir. 

MDB  ölkələrinin  çoxu  öz  əlaqələrini  RF-dən  başqa  xarici  ölkələrə 

yönəltmişdir  və  onların  ixracının  4/5  hissəsi,  idxalının  2/3  hissəsi  onların 

payına  düşür.  RF,  Ermənistan,  Gürcüstan  və  Özbəkistanın  xarici  iqtisadi 

fəaliyyəti  əsasən  üçüncü  ölkələrə  istiqamətlənmişdir  və  yalnız  Belarus, 

Moldova  və  Türkmənistanın  ixracının  əsas  hissəsi  Birlik  ölkələrinə  gedir. 



 

 

613 



Bütün  bunlar  qarşılıqlı  ticarətin  inkişafına  imkan  vermir,  istehsal 

əlaqələrinin bağlılığı və bir-birini tamamlaması isə get-gedə zəifləyir. 



_____________________________________________________ 

RF-nın MDB ölkələri ilə münasibətləri  

 

RF-in  MDB  iştirakçısı  olan  ölkələrlə  münasibətləri  rəsmi  surətdə 



hədəf  xarakteri  daşıyanlara  aid  edilir.  Amma  bu  ölkələrlə  ticarətin  həcmi 

aşağı  düşmüşdür.  1991-2008-ci  illərdə  Rusiyanın  ticarət  dövriyyəsində 

MDB iştirakçısı olan ölkələrin payı 54,6%-dən 15%-ə enmişdir. Keyfiyyət 

dəyişiklikləri  baş  vermişdir.  1990-cı  illərin  əvvəlində  kooperasiya 

münasibətləri  saxlanılırdısa,  onilliyin  sonunda  sadəcə  olaraq  əmtəə 

mübadiləsi üstünlük təşkil edirdi. 

Birinci  mərhələdə  RF-in  hakim  dairələri  MDB-yə  artıq  yük  kimi 

yanaşaraq,  mərkəzdənqaçma  meyillərini  dəstəkləyirdi.  Qərb  bazarlarına 

istiqamətlənmə  emal  sənayesinin  ixracının  kəskin  azalması  ilə  nəticə-

lənmişdir və onun bərpası çox çətin ola bilər. Son vaxtlaradək xarici iqtisadi 

əlaqələrdən bir çox hallarda xarici siyasi təzyiq aləti kimi istifadə edilirdi. 

MDB  ölkələri  ilə  xarici  iqtisadi  əlaqələrin  coğrafi  yönümündə 

dəyişikliklər baş vermişdir. Onlar öz təzahürünü Cənubi Qafqaz və Mərkəzi 

Asiya  ölkələrinin  iqtisadi  əlaqələrdə  xüsusi  çəkisinin  aşağı  düşməsində 

tapmışdır.  Bu  regionların  bəzi  ölkələri  ilə  iqtisadi  münasibətlər  ən  aşağı 

səviyyədədir. 

2000-ci illərdə RF-in MDB çərçivəsində ticarət dövriyyəsinin 70%-i 

Ukrayna  və  Belarusun  payına  (müvafiq  olaraq  35%  və  38%)  düşürdü. 

Rusiya ixracının əsas hissəsi Belarusa gedir və bu ölkə Rusiyanın idxalının 

əsas  hissəsini  təmin  edir.  Belarus  və  Ukraynadan  sonra  böyük  geriliklə 

Qazaxıstan gəlir. Amma bu ölkələr əmtəə dövriyyəsinin həcminə görə AFR-

dən geridə qalır. 

RF-in  MDB  ölkələrinə  ixracında  mineral  məhsullar,  kimya  malları 

və metallar üstünlük təşkil edir (58-61%). Qeyd etməliyik ki, maşınqayırma 

məhsullarının ixracı azalır və böyük enib-qalxmalarla onun 16-18%-ni təşkil 

edir. Ticarət saldosu RF-in xeyrinə müsbət saldo ilə yekunlaşır. 

Kapitalın RF ilə başqa MDB ölkələri arasında birbaşa investisiyalar 

formasında hərəkəti cüzidir. MDB-nin başqa ölkələrinin Rusiya təsərrüfatına 

birbaşa  kapital  qoyuluşları  XBKQ-nin  ümumi  həcminin  yalnız  1,5%-ni 

təşkil edir. Onların arasında ən iri investor Ukraynadır. 

Ümumilikdə  isə,  siyasi  iradənin  olmaması,  kapitalın  Rusiyadan 

Qərbə  çıxarılması,  iqtisadi  potensialın  zəifləməsi  RF-in  iqtisadi 

münasibətlərində  MDB  ölkələrinin  ikinci  dərəcəli  mövqelərə  keçməsi  ilə 

nəticələnmişdir. 

 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   277   278   279   280   281   282   283   284   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə