617
sahələri kənd təsərrüfatı dövriyyəsindən çıxır. Artımın bu nəticələri cari
iqtisadi inkişafı ləngitməklə bərabər, gələcək nəsillərin üzərinə ağır yük
kimi düşür.
Dünya təsərrüfatının vəziyyətini pisləşdirən problemlər arasında
həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə əmək
qabiliyyətli əhalinin məşğulluğu məsələləri mühüm yer tutur. Əmək
məhsuldarlığının artması məşğulluğun yüksək səviyyədə olmasının əsas
səbəblərindən biri kimi çıxış edir. Şirkətlər beynəlxalq bazarlarda məh-
sullarının rəqabət qabiliyyətini artırmaq məqsədi ilə istehsal məsrəflərini
işçi qüvvəsinin hesabına ixtisar etməyə cəhd göstərir. İnkişaf etməkdə
olan ölkələrdə bu amilə istehsal qüvvələrinin inkişafının zəifliyi, kənd
yerlərində gizli işsizliyin böyük həcmi əlavə olunur. İşsizlik iqtisa-
diyyatda həm əsas məhsuldar qüvvənin vəziyyətini sarsıdır, həm də
yoxsulluq və aclığın ilkin səbəbi kimi çıxış edir.
Dünya təsərrüfatı çoxcəhətli, çoxsəviyyəli və iyerarxiyalı
sistemdir. Qüvvələr arasında nisbətlərdə, iqtisadi inkişaf səviyyələrində
daim irəliləyişlər baş verir. Qlobal təsərrüfat mexanizminin fəaliyyətinin
mövcud mexanizmi əsasən daha çox inkişaf etmiş ölkələrin qarşılıqlı
təsiri ilə müəyyən olunur və universal, ümumi xarakter daşımır. İqtisadi
tənzimləmənin dövlətlərarası sistemi inkişaf etmiş ölkələrin daxili və
xarici siyasətlərinin əsas istiqamətlərinin razılaşdırılmasını, liberallaş-
dırmanı, beynəlxalq iqtisadi münasibətlərin, ilk növbədə, kapitalın,
ticarətin şəffaflığını, beynəlxalq valyuta-maliyyə qurumlarının rolunun
gücləndirilməsini əhatə edir. Göründüyü kimi, buraya həm bazar, həm də
qeyri-bazar, inzibati alətlər daxildir. Bu qüvvələr əksər hallarda güclü
iqtisadi potensiala malik olan aparıcı təsərrüfatların xeyrinə fəaliyyət
göstərir.
Müasir iqtisadiyyatın əsas məsələlərinin həllində dünya təsərrüfat
mexanizminin institusional əsasının demokratik zəmində yenidən
qurulması, aparıcı beynəlxalq və dövlətlərarası qurumlara dünya təsər-
rüfatının bütün subyektlərinin maraqlarını nəzərə alan universal xarakter
verilməsi müsbət rol oynaya bilər.
618
MÜNDƏRİCAT
Giriş................................................................................................
3
BÖLMƏ I. DÜNYA TƏSƏRRÜFAT SİSTEMİ .................................................................................. 7
7
Fəsil 1. Dünya təsərrüfatı bütöv sistemdir ........................................................................................... 8
1.1. Dünya təsərrüfatı anlayışı və onun səciyyəvi cəhətləri ..................................................................... 8
1.2. Dünya təsərrüfatının subyektləri ..................................................................................................... 11
1.3. Milli təsərrüfatların altsistemlərə və qruplara bölünməsinin
meyarları ................................................................................................................................................. 20
1.4. Dünya təsərrüfatı inkişafının əsas göstəriciləri ............................................................................... 24
8
8
11
20
24
Fəsil 2. Dünya təsərrüfatının yaranması və inkişafı .......................................................................... 31
2.1. Dünya təsərrüfatının ilkin tarixi ...................................................................................................... 31
2.2. Qərbi Avropanın inkişafı və dünya bazarının yaranması ................................................................ 36
2.3. Dünya təsərrüfatının formalaşması ................................................................................................. 44
2.4. Dünya təsərrüfatının inkişaf dövrləri .............................................................................................. 47
2.5. Dünya təsərrüfatının inkişafının xüsusiyyətləri .............................................................................. 51
2.6. Qlobal iqtisadi sistem konsepsiyası ................................................................................................. 60
31
31
36
44
47
51
60
Fəsil 3. Dünya təsərrüfatının mexanizmi ........................................................................................... 67
3.1. Dünya təsərrüfatı mexanizmi anlayışı və onun alətləri ................................................................... 67
3.2. Dünya təsərrüfatı mexanizminin strukturu ...................................................................................... 72
3.3. Dünyanın iqtisadi qaydaları ............................................................................................................ 82
67
67
72
82
Fəsil 4. Dünyada təkrar istehsal prosesi ............................................................................................. 86
4.1. Beynəlxalq istehsal .......................................................................................................................... 86
4.2. Mübadilənin beynəlmiləlləşməsi..................................................................................................... 91
4.3. Regional iqtisadi inteqrasiya - dünyada istehsal prosesinin
inkişafı formasıdır .................................................................................................................................. 96
4.4. Dünya təkrar istehsal prosesinin uyğunsuzluqları ......................................................................... 102
86
86
91
96
102
Fəsil 5. Kommunikasiya sistemləri dünya təkrar istehsal
prosesində ............................................................................................................................................ 104
5.1. Rabitə və informasiya sistemləri ................................................................................................... 104
5.2. Nəqliyyat sistemi ........................................................................................................................... 108
5.3. Rabitə və nəqliyyat sistemlərinin qarşılıqlı əlaqəsi ....................................................................... 113
104
104
111
113