600
İstehsalın maddi sahəsində
kənd təsərrüfatı və
balıqçılığın vəziyyəti
kökündən dəyişdi. Ölkə əhalisinin 13%-i bu sahələrdə məşğul olsa da,
onların ÜDM-də payı 16%-dən 4%-ə düşmüşdür. Kənd təsərrüfatı məhsulla-
rının istehsalında natural sektorun payı kəskin artmışdır. Kənd təsərrüfatı
məhsullarının 42-58%-i kəndlilərin həyətyanı sahələrində, şəhər sakinlərinin
bostanlarında yetişdirilirdi. Ev təsərrüfatları nəzərə alınmaqla, kənd təsər-
rüfatında sərf edilmiş iş saatlarının miqdarı sənayedə olduğundan çoxdur.
İstehsalın strukturunda bitkiçilik məhsulları üstünlük təşkil edir, becərilən
hər hektara 20 kq mineral gübrə verilir (Tropik Afrika ölkələrində - 13 kq).
Payına ÜDM-in 1/3 hissəsi düşən sənaye istehsalının strukturunda
ciddi dəyişikliklər baş vermişdir. Burada energetikanın, yanacaq məhsulları
hasilatının, qara və əlvan metallurgiyanın payı artmış, maşınqayırma və
yüngül sənayenin xüsusi çəkisi kəskin azalmışdır (cədvəl 32.3).
Maşınqayırmanın nisbi göstəricilərinə görə RF Meksika və Braziliyadan
geridədir.
Tələbatda baş verən irəliləyişlər də sənaye istehsalının strukturunun
dəyişməsinə təsir göstərmişdir. Əsasən daxili tələbatı ödəyən sahələr
(maşınqayırma, yüngül sənaye, tikinti materialları) özlərinin istehsal
həcmini kəskin azaltdı.
Daxili bazarın ixtisarı şəraitində məhsullarına tələbat inkişaf etmiş
ölkələr tərəfindən müəyyənləşdirilən xammal və ilkin emal sahələri öz
mövcudluğunu qoruyub saxlaya bildi. Elmtutumlu sahələrdə və onunla bağlı
olan müdafiə kompleksində istehsal kəskin azalmışdır. Bir sıra istehsallar
fəaliyyətini, demək olar ki, tamamilə dayandırmışdır. Qiymətləndirmələrə
görə, emal sənayesində elmtutumlu məhsulların buraxılışının aşağı həddi ən
azı 6% olmalıdır. Əslində isə bu pay 2-2,5%-dən yuxarı deyil.
Cədvəl 33.3. Sənaye istehsalının strukturu, %
Sənaye istehsalı
1990
1992
1999
2004
2008
Elektroenergetika
3,8
9,7
11,8
10,5
6,4
Yanacaq sənayesi
7,3
13,7
16,4
21,4
19,5
Qara metallurgiya
5,3
8,0
9,7
12,1
13,9
Əlvan metallurgiya
5,8
5,3
6,9
7,2
-
Kimya sənayesi
7,0
8,3
8,8
5,4
7,0
Maşınqayırma
30,3
22,4
19,1
18,6
14,2
Meşə, ağac emalı və sellüloz-kağız
sənayesi
5,6
6,0
5,1
3,8
3,2
Yüngül sənaye
11,9
5,6
2,0
1,1
0,7
Yeyinti sənayesi
15,1
11,4
12,2
13,2
11,2
Mənbə:
Россия в цифрах. Офиц. изд. Российский
статистический ежегодник. Росстат.
601
Sənayedə istehsal gücləri 66% yüklənmişdir, yəni onlar tələbatın
üzərində ağır yük kimi "asılmışdır". Sənaye məhsulu istehsalının adam-
başına düşən həcminə görə RF dünya üzrə orta səviyyədən 1,7 dəfə geri
qalaraq, 57-ci yerdədir.
Sənaye istehsalının dinamikası və strukturu göstəriciləri əvvəlki
onilliklərdə formalaşmış nisbətlərin pozulması meyillərinin dayanıqlı
olduğunu nümayiş etdirdi. Müxtəlif sahələrdə məhsul buraxılışı həcminin
ixtisarının kəskin fərqlənməsi istehsalın: xammal sahələri - emal sənayesi -
son istehlak malları strukturunda qeyri-mütənasibliklərin yaranması, ölkənin
vahid istehsal məkanının zəifləməsi ilə nəticələndi.
_____________________________________________________
İqtisadi artımın problemləri
1990-2000-ci illərdə təkrar istehsaldan savayı, regional problemlər
də kəskinləşdi. İqtisadi baxımdan böhranlı və geridə qalmış bölgələrin
siyahısı genişləndi, regionların inkişaf səviyyəsindəki fərqlər artdı. Təkrar
istehsalın regional fərqlərlə müşayiət olunan qeyri-mütənasiblikləri ayrı-ayrı
bölgələrin təsərrüfatlarının özünə qapanmasının güclənməsi ilə
qonşuluqdadır. Nəticədə bir sıra sərhədyanı bölgələr daxili bazardan daha
çox xarici iqtisadiyyata qoşulmuşdur.
İstehsal amilləri şəhər əhalisinin üstünlük təşkil etdiyi azsaylı
zonalarda və ən iri şəhərlər olan Moskva və Sankt-Peterburqda həddən artıq
dərəcədə cəmləşmişdir. RF-in subyektlərinin iqtisadi inkişaf səviyyəsi
arasındakı fərq bir neçə on dəfəyə çatır. Məsələn, ÜDM-in adambaşına
düşən həcmi göstəricisi üzrə fərq Moskva və ümumilikdə RF arasında
təqribən 3 dəfə, Moskva və Penza vilayəti arasında 6,8 dəfə, Moskva və
İnquşetiya arasında 23 dəfədir.
İqtisadiyyatın real sektorunun rolunun aşağı düşməsi istehsalın
səmərəliliyinə xüsusilə mənfi təsir göstərmişdir. Fond verimi ümumilikdə
milli təsərrüfat və sənaye üzrə azalmışdır. Təsərrüfatın enerji tutumu
artmışdır. Bu göstərici inkişafı orta səviyyədən yuxarı olan ölkələrlə
müqayisədə 2,3 dəfə yüksəkdir.
Ətraf mühitin çirklənməsi güclənmişdir. Atmosferə atılan karbon
qazının ÜDM-in hər vahidinə düşən həcminə görə RF yalnız Qazaxıstandan
və ÇXR-dən geri qalaraq, başlıca ölkələr sırasındadır. Ərazinin yalnız 15%-i
ekoloji baxımdan münasib hesab edilir və burada əhalinin 2/3 hissəsi
yaşayır. Mənfi antropogen təsir nəticəsində ətraf mühitə dəyən ziyan ÜDM-
in 10%-i həcmində qiymətləndirilir.