Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə275/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   271   272   273   274   275   276   277   278   ...   285

 

 

600 



İstehsalın maddi sahəsində kənd təsərrüfatı və balıqçılığın vəziyyəti 

kökündən  dəyişdi.  Ölkə  əhalisinin  13%-i  bu  sahələrdə  məşğul  olsa  da, 

onların ÜDM-də payı 16%-dən 4%-ə düşmüşdür. Kənd təsərrüfatı məhsulla-

rının  istehsalında  natural  sektorun  payı  kəskin  artmışdır.  Kənd  təsərrüfatı 

məhsullarının 42-58%-i kəndlilərin həyətyanı sahələrində, şəhər sakinlərinin 

bostanlarında  yetişdirilirdi.  Ev  təsərrüfatları  nəzərə  alınmaqla,  kənd  təsər-

rüfatında  sərf  edilmiş  iş  saatlarının  miqdarı  sənayedə  olduğundan  çoxdur. 

İstehsalın  strukturunda  bitkiçilik  məhsulları  üstünlük  təşkil  edir,  becərilən 

hər hektara 20 kq mineral gübrə verilir (Tropik Afrika ölkələrində - 13 kq). 

 Payına  ÜDM-in  1/3  hissəsi  düşən  sənaye  istehsalının  strukturunda 

ciddi dəyişikliklər baş vermişdir. Burada energetikanın, yanacaq məhsulları 

hasilatının,  qara  və  əlvan  metallurgiyanın  payı  artmış,  maşınqayırma  və 

yüngül  sənayenin  xüsusi  çəkisi  kəskin  azalmışdır  (cədvəl  32.3). 

Maşınqayırmanın  nisbi  göstəricilərinə  görə  RF  Meksika  və  Braziliyadan 

geridədir. 

Tələbatda baş verən irəliləyişlər də sənaye istehsalının strukturunun 

dəyişməsinə  təsir  göstərmişdir.  Əsasən  daxili  tələbatı  ödəyən  sahələr 

(maşınqayırma,  yüngül  sənaye,  tikinti  materialları)  özlərinin  istehsal 

həcmini kəskin azaltdı. 

Daxili  bazarın  ixtisarı  şəraitində  məhsullarına  tələbat  inkişaf  etmiş 

ölkələr  tərəfindən  müəyyənləşdirilən  xammal  və  ilkin  emal  sahələri  öz 

mövcudluğunu qoruyub saxlaya bildi. Elmtutumlu sahələrdə və onunla bağlı 

olan  müdafiə  kompleksində  istehsal  kəskin  azalmışdır.  Bir  sıra  istehsallar 

fəaliyyətini,  demək  olar  ki,  tamamilə  dayandırmışdır.  Qiymətləndirmələrə 

görə, emal sənayesində elmtutumlu məhsulların buraxılışının aşağı həddi ən 

azı 6% olmalıdır. Əslində isə bu pay 2-2,5%-dən yuxarı deyil. 

 

Cədvəl 33.3. Sənaye istehsalının strukturu, % 



 

Sənaye istehsalı 

1990 

1992 

1999 

2004 

2008 

Elektroenergetika 

3,8 

9,7 


11,8 

10,5 


6,4 

Yanacaq sənayesi 

7,3 

13,7 


16,4 

21,4 


19,5 

Qara metallurgiya 

5,3 

8,0 


9,7 

12,1 


13,9 

Əlvan metallurgiya 

5,8 

5,3 


6,9 

7,2 


Kimya sənayesi 

7,0 

8,3 


8,8 

5,4 


7,0 

Maşınqayırma 

30,3 

22,4 


19,1 

18,6 


14,2 

Meşə,  ağac  emalı  və  sellüloz-kağız 

sənayesi  

5,6 


6,0 

5,1 


3,8 

3,2 


Yüngül sənaye 

11,9 


5,6 

2,0 


1,1 

0,7 


Yeyinti sənayesi 

15,1 


11,4 

12,2 


13,2 

11,2 


  

 

 Mənbə: 


Россия  в  цифрах.  Офиц.  изд.  Российский 

статистический ежегодник. Росстат. 




 

 

601 



Sənayedə  istehsal  gücləri  66%  yüklənmişdir,  yəni  onlar  tələbatın 

üzərində  ağır  yük  kimi  "asılmışdır".  Sənaye  məhsulu  istehsalının  adam-

başına  düşən  həcminə  görə  RF  dünya  üzrə  orta  səviyyədən  1,7  dəfə  geri 

qalaraq, 57-ci yerdədir. 

Sənaye  istehsalının  dinamikası  və  strukturu  göstəriciləri  əvvəlki 

onilliklərdə  formalaşmış  nisbətlərin  pozulması  meyillərinin  dayanıqlı 

olduğunu  nümayiş  etdirdi.  Müxtəlif  sahələrdə  məhsul  buraxılışı  həcminin 

ixtisarının kəskin fərqlənməsi istehsalın: xammal sahələri - emal sənayesi - 

son istehlak malları strukturunda qeyri-mütənasibliklərin yaranması, ölkənin 

vahid istehsal məkanının zəifləməsi ilə nəticələndi. 



_____________________________________________________ 

İqtisadi artımın problemləri 

 

1990-2000-ci  illərdə  təkrar  istehsaldan  savayı,  regional  problemlər 

də  kəskinləşdi.  İqtisadi  baxımdan  böhranlı  və  geridə  qalmış  bölgələrin 

siyahısı  genişləndi,  regionların  inkişaf  səviyyəsindəki  fərqlər  artdı.  Təkrar 

istehsalın regional fərqlərlə müşayiət olunan qeyri-mütənasiblikləri ayrı-ayrı 

bölgələrin  təsərrüfatlarının  özünə  qapanmasının  güclənməsi  ilə 

qonşuluqdadır.  Nəticədə  bir  sıra  sərhədyanı  bölgələr  daxili  bazardan  daha 

çox xarici iqtisadiyyata qoşulmuşdur. 

İstehsal  amilləri  şəhər  əhalisinin  üstünlük  təşkil  etdiyi  azsaylı 

zonalarda və ən iri şəhərlər olan Moskva və Sankt-Peterburqda həddən artıq 

dərəcədə  cəmləşmişdir.  RF-in  subyektlərinin  iqtisadi  inkişaf  səviyyəsi 

arasındakı  fərq  bir  neçə  on  dəfəyə  çatır.  Məsələn,  ÜDM-in  adambaşına 

düşən  həcmi  göstəricisi  üzrə  fərq  Moskva  və  ümumilikdə  RF  arasında 

təqribən  3  dəfə,  Moskva  və  Penza  vilayəti  arasında  6,8  dəfə,  Moskva  və 

İnquşetiya arasında 23 dəfədir.  

İqtisadiyyatın  real  sektorunun  rolunun  aşağı  düşməsi  istehsalın 

səmərəliliyinə  xüsusilə  mənfi  təsir  göstərmişdir.  Fond  verimi  ümumilikdə 

milli  təsərrüfat  və  sənaye  üzrə  azalmışdır.  Təsərrüfatın  enerji  tutumu 

artmışdır.  Bu  göstərici  inkişafı  orta  səviyyədən  yuxarı  olan  ölkələrlə 

müqayisədə 2,3 dəfə yüksəkdir. 

Ətraf  mühitin  çirklənməsi  güclənmişdir.  Atmosferə  atılan  karbon 

qazının ÜDM-in hər vahidinə düşən həcminə görə RF yalnız Qazaxıstandan 

və ÇXR-dən geri qalaraq, başlıca ölkələr sırasındadır. Ərazinin yalnız 15%-i 

ekoloji  baxımdan  münasib  hesab  edilir  və  burada  əhalinin  2/3  hissəsi 

yaşayır. Mənfi antropogen təsir nəticəsində ətraf mühitə dəyən ziyan ÜDM-

in 10%-i həcmində qiymətləndirilir. 

 

 

 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   271   272   273   274   275   276   277   278   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə