Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə273/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   269   270   271   272   273   274   275   276   ...   285

 

 

595 



Mövzu üzrə suallar: 

 

1. KDR-in dünya təsərrüfatındakı mövqeyini izah edin. 



2.  Son  onilliklərdə  KDR-in  iqtisadi  inkişafının  amillərini 

və şəraitini səciyyələndirin. 

3.  KDR  iqtisadi  və  sosial  inkişafın  hansı  göstəriciləri 

əsasında inkişafı aşağı səviyyədə olan ölkələr qrupuna aid edilir?  

4.  Xammalın  beynəlxalq  qiymətlərinin  dinamikası  ilə 

KDR-in iqtisadi artımı arasında dayanıqlı bağlılıq mövcuddurmu? 

5.  KDR-in  dünya  təsərrüfatı  əlaqələrində  iştirakının 

xarakterini izah edin. 

6.  İnkişafı  aşağı  səviyyədə  olan  başqa  ölkələrlə  mü-

qayisədə  KDR-ə  xarici  kapital  axınının  strukturunda  özəl 

kreditlərin xüsusi çəkisi niyə azdır?  



 

 

596 



Fəsil 33 

_____________________________________________________ 

Rusiya Federasiyası dünya təsərrüfatında 

 

 

Rusiya Federasiyası (RF) - ərazisinə görə dünyanın ən iri ölkəsidir. 



Dünyanın quru hissəsinin 12,7%-i və əhalisinin 2,1%-i burada yaşayır. RF 

MDM-in 2,3-3,0%-ni istehsal edir (2009-cu il), əhalinin hər nəfərinə düşən 

gəlirlərinin  məbləği  orta  səviyyədən  yuxarı  olan  ölkələr  qrupuna  daxildir. 

İnsan inkişafı indeksinə görə dünyada 65-ci yerdədir. RF 1991-ci ildə SSRİ-

nin süqutundan sonra formalaşmışdır. Onun müasir təsərrüfat sistemi burjua 

çevrilişi,  dövlət  quruluşunun  dağıdılması,  vahid  iqtisadi  məkanın  və 

təsərrüfat mexanizminin pozulması nəticəsində yaranmışdır. 

SSRİ-nin  tərkibində  olduğu  dövrdə  RF  ən  iri  elmi  və  sənaye 

potensialına  malik  idi.  SSRİ-nin  süqutundan  sonra  ona  yüksək  səviyyədə 

inkişaf etmiş aviakosmik sənaye, energetika maşınqayırması, gəmiqayırma, 

metallurgiya, baza kimyası, nüvə energetikası, dəniz donanması, dünyada ən 

böyük  elmi-texniki  və  işlənilmiş  resurs  bazalarından  biri  miras  qalmışdır. 

Qiymətləndirmələrə  görə,  dünyanın  mineral  resurslarının  1/5  hissəsi  RF-in 

payına  düşür.  Dünya  üzrə  təbii  qaz  ehtiyatlarının  24%-i,  iri  həcmdə  daş 

kömür, dəmir, nikel, qalay, qurğuşun, qızıl, almaz, neft (6%) yataqları onun 

ərazisində yerləşir. 



 

33.1. İqtisadi inkişafın xüsusiyyətləri 

 

1990-cı  illərdə  ölkə  sosial-iqtisadi  böhran  dövrünü  yaşayırdı.  ÜDM 

1,4  dəfə  azalaraq,  böhranlı  1991-ci  ilin  62,5%-i  səviyyəsinə  düşmüşdü. 

2000-2008-ci illərdə istehsalatda canlanma yaranmağa başladı. ÜDM-in orta 

illik artım tempi 5,6%-ə çatdı (cədvəl 33.1). Bu canlanma əsasən yanacaq, 

əlvan  metallurgiya,  yeyinti  sənayeləri  və  tikinti  materiallarının  istehsalı 

sayəsində təmin olunmuşdu. 

  

 

Cədvəl 33.1. ÜDM-in artım templəri, % 



 

 

1990-2000 

2000-2010 

RF 


-4,8 

5,2 


İnkişaf etməkdə olan ölkələr 

3,5 


6,1 

Dünya 


2,7 

2,6 


 

Mənbə:  World  Development  Indicators  2002,  2009.  World  Bank; 



Global Economic Prospects. January 2011. World Bank. 

 


 

 

597 



Ötən  onilliyin  birinci  yarısında  artımın  yüksək  templəri  istehsal 

həcminin  çoxalması  ilə  nəticələndi.  2008-ci  ildə  ÜDM-in  istehsalı  1990-cı 

ilin səviyyəsinə çatdı (sənaye məhsulunun buraxılışı - 82%, kənd təsərrüfatı 

məhsullarının  istehsalı  -  86%,  əhalinin  gəlirləri  -  83%).  2009-cu  ildə  RF 

təsərrüfatı dərin iqtisadi böhran keçirdi: ÜDM 8% ixtisar olundu. İstehsalın 

ən böyük ixtisarı emal sənayesində baş verdi. 



_____________________________________________________ 

İstehsal amilləri  

 

2000-2008-ci  illərdə  artımın  bərpa  olunması  şirkətlərin  investisiya 



fəallığını yüksəltdi. Əsas kapitala vəsait qoyuluşlarının xüsusi çəkisi ÜDM-

in 20-22%-dək artdı (2000-ci ildə - 17%). Bu, ümumdünya və əhalinin hər 

nəfərinə  düşən  gəlirlərinin  məbləği  orta  səviyyədə  olan  ölkələrin 

göstəricilərinə müvafiq, həcmi isə 1990-cı il səviyyəsinin 50%-dən çox idi. 

İnvestisiyaların  əksər  hissəsi  3  sektora:  nəqliyyata  və  rabitəyə  (18-22%), 

daşınmaz  əmlakla  əməliyyatlara,  icarəyə  (15-17%),  enerji  daşıyıcılarının 

hasilatına  (17-14%)  istiqamətlənmişdi.  Texnoloji  baxımdan  kapital 

qoyuluşlarının  nisbətən  kiçik  hissəsi  (35-38%)  avadanlığa,  inventara, 

alətlərə yönəldilmişdi (1990-cı ildə - 38%). 

Kapital qoyuluşlarının aşağı səviyyəsi əmanətlər normasının 2000-ci 

illərdə  29-37%  səviyyəsinə  qalxması  və  milli  gəlirdə  mənfəətin  payının 

yüksək olması ilə müşayiət olunurdu. 

Ötən  onillikdə  investisiya  prosesinin  canlanması  əsas  kapitalın 

mövcud  yaş  strukturu  səbəbindən  onun  təkrar  istehsalının  xarakterində 

əhəmiyyətli  dəyişikliklərin  aparılması  üçün  kifayət  etməmişdir.  Əsas 

fondların  köhnəlmə  dərəcəsi  46%,  o  cümlədən  maşın  və  avadanlığın  köh-

nəlməsi  57%  olmuşdur.  Balıqçılıqda,  energetikada,  mədənçıxarma  sə-

nayesində,  təhsil  sahəsində  əsas  kapitalın  köhnəlməsi  daha  yüksək 

səviyyədə olmuşdur. 

Avadanlıqların  köhnəlməsi  istehsalın  texniki  səviyyəsinin  tənəz-

zülünə səbəb oldu və bu, öz əksini təzə avadanlığın xüsusi çəkisinin aşağı 

düşməsində  tapdı.  Avadanlığın  orta  yaşı  11  ildən  21  ilədək  artdı  (cədvəl 

33.2). İstehsal təyinatlı kapital qoyuluşlarının yarısından çoxu müəssisələrin 

yenidən  qurulmasına  və  avadanlığının  dəyişdirilməsinə  yönəldilsə  də, 

vəsaitlərin  məbləğinin  az  olması  səbəbindən  bu  istiqamətdə  əhəmiyyətli 

irəliləyiş əldə edilmədi. 



 

 

 

 

 


Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   269   270   271   272   273   274   275   276   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə