Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə269/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   265   266   267   268   269   270   271   272   ...   285

 

 

586 



KDR-in təsərrüfatında bir-biri ilə zəif əlaqəsi olan ənənəvi  müasir 

sektorlar yanaşı mövcuddur. Ənənəvi sektor kənd təsərrüfatı məhsullarını və 

emal  olunmuş  ən  sadə  malları  istehsal  edən  kiçik  müəssisələrlə  təmsil 

olunmuşdur.  Bu  sahə  geridə  qalmış  (sənayeləşməyə  qədərki)  əmək 

vasitələrinə  əsaslanır və  daxili bazara  yönəlmişdir.  Amma  KDR-in iqtisadi 

fəal əhalisinin əsas hissəsi məhz ənənəvi sektorda cəmləşmişdir. 

Müasir  sektor  milli  və  xarici  kapitallı,  əsasən  mədənçıxarma 

sənayesində  fəaliyyət  göstərən  müəssisələrlə  təmsil  olunmuşdur.  Burada 

sənaye,  bəzən  isə  tamamilə  müasir  əmək  vasitələrindən  istifadə  olunur  və 

istehsal  əsasən  xarici  bazarlara  istiqamətlənmişdir.  İnkişaf  etməkdə  olan 

ölkələrdə  təsərrüfatın  bu  cür  dualist  strukturu  sosial-iqtisadi  inkişafın  ən 

mühüm təzadlarından birini özündə ehtiva edir. 

İqtisadi  gerilik  inkişafı  aşağı  səviyyədə  olan  ölkələrin  səciyyəvi 

əlamətidir. KDR-in cari valyuta məzənnələri əsasında hesablanmış ÜMG-in 

əhalinin  hər  nəfərinə  düşən  məbləği  keçmiş  metropoliya  olan  Belçikanın 

müvafiq  göstəricilərindən 295 dəfə aşağıdır.  KDR-in iqtisadi  geriliyi  onun 

sosial  sahəsinin  son  dərəcə  qeyri-qənaətbəxş  səviyyədə  olması  ilə 

nəticələnmişdir.  Əhalinin  70%-i  tibb  xidmətlərindən  praktiki  olaraq 

məhrumdur  (əhalinin  hər  min  nəfərinə  cəmi  0,1  həkim  düşür),  57%-i 

təhlükəsiz  su  ilə  təmin  olunmamışdır  və  cəmi  31%-i  məqbul  sanitariya 

şəraitində  yaşayır.  Uzun  müddətdir  ki,  əhalinin  ölkədən  axını  baş  verir  və 

ötən onillikdə bu göstərici hər il 2 milyon adam olmuşdur. 

İnkişaf  etməkdə  olan  ölkələrin  əksəriyyəti  kimi,  KDR  dünya 

iqtisadiyyatında periferiya və buna müvafiq olaraq asılı mövqe tutur. Bu cür 

asılılıq özünü eyni zamanda bir neçə istiqamətdə göstərir: 

(1)  beynəlxalq  əmək  bölgüsündə  dar  sahədə,  xammal  üzrə  ixtisas-

laşmasına  görə  KDR-in  xarici  ticarətdən  gəlirləri  dünyanın  xammal 

bazarlarında  yaranan  konyunkturdan  və  deməli,  onların  əsas  istehlakçıları 

olan inkişaf etmiş ölkələrin bu mallara tələbatından asılıdır;  

(2) KDR-in məcmu daxili əmanətləri uzun müddət son dərəcə aşağı 

səviyyədə  (ÜDM-in  9-10%-i)  olmuş  və  daxili  investisiyalara  tələbatdan 

(onlar isə yalnız maliyyə resurslarının xaricdən cəlb olunduğu hallarda təmin 

edilə bilər) xeyli geridə qalmışdır; 

(3)  KDR-in  dünya  iqtisadiyyatındakı  asılı  vəziyyətini  onun  borc 

yükü  sübut  edir.  Dəfələrlə  silinməsindən  sonra  2007-ci  ildə  ölkənin  xarici 

borcu  12,3  milyard  dollar  olmuşdur.  Bu  isə,  onun  ÜDM-nin  111%-nə  və 

mal  ixracının  473%-nə  müvafiqdir.  BVF-in  təsnifatına  görə,  KDR  borc 

böhranına düçar olmuş ölkələr qrupuna daxildir və inkişafının perspektivləri 

kreditorların  -  Qərbin  inkişaf  etmiş  ölkələrinin  münasibətindən  birbaşa 

asılıdır.  



 


 

 

587 



32.2. İqtisadi inkişafın xüsusiyyətləri 

_____________________________________________________ 

Artım templəri 

 

1960-cı  ildə  siyasi  müstəqillik  əldə  etdikdən  sonrakı  dövrün  əksər 

hissəsi  ərzində  KDR-in  iqtisadi  artım  templəri  son  dərəcə  aşağı  olmuşdur. 

Bundan  əlavə,  iqtisadi  artım  templəri  əhalinin  artımından  xeyli  geri 

qalmışdır. Belə ki, 1965-1980-ci illərdə ölkənin ÜDM-nin və əhalinin orta 

illik  artım  templəri  müvafiq  olaraq  1,4%  və  2,8%  təşkil  etmişdir.  1980-

1990-cı illərdə  isə  ölkənin ÜDM-i ildə  orta hesabla 1,6%,  əhalisi isə  3,3% 

artırdı.  1990-2000-ci  illərdə  ÜDM-in  artım  templəri,  ümumiyyətlə,  mənfi 

olmuş və əhali hər il 2,7% artdığı halda, 4,9% aşağı düşmüşdür. Bu onillikdə 

KDR-də  Syerra-Leone  və  Ekvatorial  Qvineya  ilə  yanaşı,  çoxamilli 

məhsuldarlığın  ən böyük  (ildə  3,6%) tənəzzülü baş vermişdir. 2000-ci ildə 

çoxamilli məhsuldarlıq ABŞ-ın 2%-i səviyyəsində olmuşdur. 

ÜDM-in  müsbət  artım  templəri  yalnız  XXI  əsrin  əvvəlində  bərpa 

olundu və  2000-2010-cu  illərdə  əhalinin orta illik  artımı 3% olduğu halda, 

5,2% təşkil etdi (şəkil 32.1). 

 

 

   

Səkil 32.1. KDR-də iqtisadi artım templəri, % 



 

 

Mənbə:  World  Development  Indicators.  2002,  2009.  World  Bank; 



Global Economic Prospects. January 2011. World Bank. 

 

İqtisadi  artım  templərinin  əhalinin  artımından  geri  qalması 



nəticəsində  bu  dövr  ərzində  KDR-də  əhalinin  hər  nəfərinə  düşən  gəlirin 

məbləği  aşağı  enməyə  doğru  meyil  göstərmişdir.  1965-1997-ci  illərdə 

ölkənin  ÜMG-nin  əhalinin  hər  nəfərinə  düşən  məbləği  ildə  3,7%  azalırdı. 



 

 

588 



Burada  qeyd  olunmalıdır  ki,  1965-1997-ci  illərdə  bu  göstəricinin  aşağı 

düşmə tempi Böyük Səhradan Cənubda yerləşən bütün dövlətlər arasında ən 

sürətli  idi.  2000-ci  illərin  birinci  onilliyində  ÜDM-in  adambaşına  düşən 

həcminin artımı regionun başqa ölkələri ilə müqayisədə ən aşağı olmuşdur. 



_____________________________________________________ 

Təkrar istehsal şərtləri  

 

Son iki onillikdə KDR-in iqtisadi inkişafı mürəkkəb şəraitdə keçmiş 



və  bir  sıra  mənfi  amillərin  və  ilk  növbədə,  ölkənin  daxilində  və  ətrafında 

siyasi  qeyri-sabitlik  amilinin  təsirinə  məruz  qalmışdır.  Ölkə  daxilində  baş 

verərək,  beynəlxalq  xarakter  alan  münaqişələr  gah  zəifləyir,  gah  da  yeni 

qüvvə  ilə  alovlanırdı.  Hərbi  əməliyyatlar  gedən  bölgələrdə  iqtisadi 

fəaliyyətin 

əhəmiyyətli 

dərəcədə 

ixtisarı, 

iqtisadi 

proseslərin 

tənzimlənməsinin  son  dərəcədə  çətinləşməsi  və  hətta  ən  sadə  tədbirlərin 

həyata  keçirilməsinin  ciddi  problemə  çevrilməsi  ölkənin  iqtisadi  inkişafına 

mənfi təsir göstərməyə bilməzdi. 

Dövlətin  təsərrüfatda  iştirakı  zəifdir.  Korrupsiyaya  nəzarət  10%-dən 

aşağı  qiymətləndirilir,  hüquqi  normalara  əməl  olunması  isə  bundan  da 

aşağıdır.  ÜDM-in  23%-i  dövlət  maliyyəsi  vasitəsilə  yenidən  bölüşdürülür. 

Büdcə  ÜDM-in  3-13%-i  həcmində  kəsirlə  icra  olunur.  Xərclərdə  dövlət 

qulluqçularının məvacibi böyük məbləğ təşkil edir, əsaslı xərclər isə 16%-dir. 

Bank  sistemi  zəifdir.  Riskli  kreditlərin  payı  10%-dən  artıqdır. 

Bankların  əksəriyyəti  likvidlik  tələbini  ödəmək  və  valyuta  əməliyyatlarını 

yerinə yetirmək iqtidarında deyil. 2009-cu ildə mərkəzi bankın uçot dərəcəsi 

65%-ə çatmışdır. 

Demoqrafik  təzyiqin  yüksək  səviyyəsi  iqtisadi  vəziyyəti  daha  da 

ağırlaşdırır.  Artıq  çoxdandır  ki,  himayədə  olanların  iş  qabiliyyəti  yaşında 

olanlara nisbəti vahidə bərabərdir. 

Təkrar  istehsalın  xarici  şəraitinə  inkişaf  etmiş  ölkələrdə  struktur 

islahatlarının  aparılması  və  sintetik  əvəzləyicilərin  yaradılması  nəticəsində 

dünyanın mineral xammal bazarlarında vəziyyətin dəyişməsi təsir  göstərir. 

İnkişaf  səviyyəsi  aşağı  olan  bir  çox  ölkələr  kimi,  KDR  da  1990-cı  illərdə 

mineral  xammalın  qiymətlərinin  ucuzlaşması  nəticəsində  gəlirlərin 

azalmasına  məruz  qaldı.  Bu  isə,  idxalın,  o  cümlədən  istehsal  vasitələrinin 

satın alınmasının ixtisarına gətirib çıxardı. Nəticədə əsas kapitalın fiziki və 

mənəvi  köhnəlmiş  elementlərinin  əvəz  olunması  əhəmiyyətli  dərəcədə 

ləngidi,  texnoloji  proseslərin  vəhdəti  pozuldu,  bir  çox  sənaye  müəssisələri 

fəaliyyətini dayandırdı. 

İqtisadiyyatın  həm  bütünlükdə,  həm  də  ayrı-ayrı  sektorlarının 

inkişafının  aşağı  templəri  2000-ci  ilədək  ölkənin  pul  sahəsinin  qeyri-

qənaətbəxş  vəziyyətinin  əsas  səbəbi  olmuşdur.  İnflyasiyanın  ÜDM 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə