Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə270/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   266   267   268   269   270   271   272   273   ...   285

 

 

589 



deflyatoru  ilə  hesablanmış  orta  illik  səviyyəsi  1990-2000-ci  illərdə  523% 

olmuş,  2006-2010-cu  illərdə  isə  18,8%-ə  enmişdir.  Yüksək  inflyasiya 

nəticəsində ölkənin bank sektoru tərəfindən verilən daxili kreditlərin məcmu 

həcmi daim azalırdı. 



_____________________________________________________ 

İqtisadi artımın amilləri  

 

Uzun müddət ərzində KDR-də investisiya kvotasının aşağı düşməsi 



meyilləri  müşahidə  olunurdu.  1990-cı  ildə  bu  kvota  ÜDM-in  1%-i  qədər 

qiymətləndirilirdi.  Kapital  qoyuluşlarının  artımı  yalnız  2005-ci  ildən  bərpa 

olundu.  Ümumi  investisiyalar  dünya  üzrə  orta  səviyyədən  əhəmiyyətli 

dərəcədə,  ayrı-ayrı  illərdə  isə  2,5  dəfə  geri  qalırdı  (cədvəl  32.1).  Bütün 

bunlar ölkənin iqtisadi artım templərinə öz təsirini göstərməyə bilməzdi. 

İnvestisiyaların  son  dərəcə  aşağı  səviyyəsindən  başqa,  iqtisadi  artı-

mın  dinamikasına  işçi  qüvvəsinin  vəziyyəti  də  mənfi  təsirini  göstərirdi. 

Onun fiziki keyfiyyəti gözlənilən ömür müddətinin 54 il olmasında öz əksini 

tapır. Əhalinin 70%-i "xroniki aclara" aiddir. Təhsil səviyyəsi aşağıdır, yaşlı 

əhalinin 33%-i savadsızdır. 

 

 Cədvəl 32.1. Ümumi milli əmanətlərin norması, ÜDM-in %-i 

 

 

1965 



1980 

1990 


2007 - 2010 

KDR 


30 

10 


21,1 


Dünya 

25 



22 

22,9 


 

Mənbə:  World  Development Report. 1990, 1997. The World Bank; 



World  Development  Indicators  2009.  The  World  Bank;  Democratic 

Republik  of  Congo.  Economic  Report  (Spring  2009).  World  Bank;  World 

Economic Outlook. April 2010. IMF.  

 

Ölkədə elmi-texniki baza  yoxdur. Məhsuldar  qüvvələrin inkişafının 



aşağı  səviyyəsi  təsərrüfatın  bütün  sektorlarında  öz  əksini  tapır.  Səhmdar 

kapitalı üzrə gəlirlər 2004-cü ildəki mənfi 18,5%-dən 2006-cı ildəki müsbət 

51,6%-dək kəskin enib-qalxır. 

_____________________________________________________ 

Təsərrüfatın sahə strukturu 

 

KDR  iqtisadiyyatının  əsas  sahəsi  kənd  təsərrüfatıdır  və  burada 

ölkənin iqtisadi fəal əhalisinin 70%-i məşğuldur, ÜDM-in 41%-i  yaradılır. 

Kənd  təsərrüfatının  artım  templəri  milli  iqtisadiyyatın  ehtiyaclarından  geri 

qalır. 1980-1990-cı illərdə kənd təsərrüfatı istehsalı hər il 2,5%, 1990-2000-

ci illərdə 1,4%, 2000-2010-cu illərdə isə yalnız 1,5% artırdı. 

 



 

 

590 



İnkişaf  səviyyəsinə  görə  KDR-in  aqrar  sektoru  inkişafı  aşağı 

səviyyədə olan ölkələrin çoxundan geridə qalır. Belə ki, kənd təsərrüfatında 

hər nəfər məşğul olana əlavə olunmuş dəyər üzrə hesablanmış məhsuldarlıq 

2003-2005-ci  illərdə  149  dollar,  ümumdünya  səviyyəsindən  6,1  dəfə  aşağı 

olmuşdur.  Kənd  təsərrüfatının  səmərəliliyinin  aşağı  olması  bir  çox 

səbəblərlə, o cümlədən becərilən torpaq sahələrinin azlığı, texniki inkişafın 

aşağı səviyyəsi ilə izah edilir. Ölkədə adambaşına 0,13 hektar, dünyada isə 

10,8  hektar  becərilən  sahə  düşür.  Becərilən  torpaqların  hər  100  kvadrat 

kilometrinə  cəmi  4  traktor  düşür.  Suvarma  əkinçiliyi  sistemi  inkişaf 

etməmiş,  bitki  yetişdirilən  torpaqların  yalnız  0,1%-i  irriqasiya  ilə  əhatə 

olunmuşdur (Böyük Səhradan Cənubda  yerləşən Afrikada analoji göstərici 

3,3%-dir). Kənd təsərrüfatı fəaliyyətinin  mahiyyətcə  ekstensiv  sistemi  olan 

dincə qoyulma əkinçiliyi kifayət qədər geniş yayılmışdır. 

Kənd  təsərrüfatının  aşağı  səmərəliliyi  və  artım  templərinin  lazımi 

qədər  olmaması  son  nəticədə  ölkədə  aqrar  münasibətlərin  geridə  qalmış 

xarakteri ilə bağlıdır. KDR-in və ümumiyyətlə, inkişafı aşağı səviyyədə olan 

ölkələrin aqrar sektorunda torpaq üzərində mülkiyyətin kapitalizmə qədərki 

və  kapitalizmin  ilkin  dövrlərinin  formaları  üstündür.  Ölkədə  torpağa  icma 

mülkiyyəti  indiyədək  geniş  yayılmışdır.  Yerli  əhalinin  torpaq  üzərində 

xüsusi mülkiyyəti isə az inkişaf etmişdir. 

Xaricilərin xüsusi mülkiyyətində olan, kənd təsərrüfatının "Avropa" 

sektoru  adlandırılan,  ixrac  üçün  nəzərdə  tutulan  məhsullar  yetişdirilən 

torpaqlardan daha yüksək səmərə ilə istifadə edilir. 

Kənd  təsərrüfatının  "Avropa"  sektorunun  əsas  məhsulları  kauçuklu 

bitkilər  (keçmişdə  ölkə  Afrikada  yığılan  kauçukun  17%-ni  verirdi),  yağlı 

meyvəli palma, çay və qəhvədir. Amma uzun müddət  ərzində  davam edən 

siyasi  qeyri-sabitlik  nəticəsində  kənd  təsərrüfatının  "Avropa"  sektorunda 

istehsalın  miqyası  xeyli  azalmışdır.  İstehsalın  ixtisarı,  ilk  növbədə,  təbii 

kauçukun, palma yağının, yəni bir vaxtlar ixracın mühüm maddəsi olmuş və 

ölkənin  nisbi  üstünlüklər  qazandığı  malların  istehsalına  sirayət  etmişdir. 

Qəhvə kənd təsərrüfatının əsas bitkilərindən birinə çevrilmişdir. 

Kənd  təsərrüfatının  digər  -  "Afrika"  sektorunun  məhsulları  daxili 

bazara  yönəlmişdir.  Bu  sektorun  əsas  bitkiləri  kök  yumruları  (maniok, 

yams), darı, sorqo, qarğıdalıdır. KDR əhalisinin qidalanma rasionunda kök 

yumruları kimi ənənəvi ərzaq məhsullarının payı Afrika ölkələri arasında ən 

yüksək  səviyyədədir  və  bu  göstərici  bütün  qitə  üzrə  14,9%  olduğu  halda, 

KDR-də 56,2% təşkil edir. 

Kənd  təsərrüfatındakı  gerilik  ölkənin  ərzaqla  təmin  olunmasını 

dəfələrlə  böhran  həddinə,  aclığa  gətirib  çıxarmış  və  son  nəticədə  onun 

xaricdən mal göndərişlərindən tam asılılığına səbəb olmuşdur. 

Sənayedə də uzun müddət ərzində istehsal templəri aşağı düşmüşdür. 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   266   267   268   269   270   271   272   273   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə