Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə272/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   268   269   270   271   272   273   274   275   ...   285

 

 

593 



Son  iki  onillikdə  xarici  ticarətdə  təzadlı  meyillər  meydana  çıxmağa 

başlamışdır. 1990-2000-ci illərdə inkişaf etmiş ölkələrdə ÜDM-in material 

tutumunun azalması, sənayenin resursa qənaət edən texnologiyalara keçməsi 

və sintetik  əvəzedicilərdən istifadə  olunması meyilləri nəticəsində  ticarətdə 

ixracın  orta  illik  artım  templəri  1,8%  olmuşdur.  Amma  2000-ci  illərdə 

KDR-in  ənənəvi  ixrac  mallarının  əksəriyyətinin  dünya  qiymətlərinin 

əhəmiyyətli  dərəcədə  yüksəlməsi  bu  templərin  9,4%-dək  yüksəlməsi  ilə 

nəticələndi. 

KDR-in ixracında filiz şəklində olan mineral xammalın xüsusi çəkisi 

73%-dən  yuxarıdır.  Kənd  təsərrüfatı,  meşə  və  neft  nəzərə  alındıqda  isə, 

ölkənin  ixracının  85-87%-i  xammal  xarakteri  daşıyır.  İxracın  ümumi 

dəyərində emal sənayesi məhsullarının xüsusi çəkisi isə təqribən 13% təşkil 

edir. 

KDR-in  idxalının  əsas  maddələri  başlıca  olaraq  mədənçıxarma 



sənayesi  üçün və  nəqliyyat təyinatlı maşınlar və  avadanlıq (təqribən 30%), 

emal  sənayesinin  digər  məhsulları,  ilk  növbədə  isə,  istehlak  malları,  tikinti 

materialları  və  kimya  məhsulları  (30%),  habelə  həcmi  get-gedə  artan 

ərzaqdır (2000-ci illərdə - 27%-dək). İdxalın təqribən 10%-i yanacağın, 3%-i 

müxtəlif növ xammalın payına düşür. 

KDR-in  əsas ticarət tərəfdaşları, ilk növbədə, Belçika, Aİ-nin başqa 

ölkələri,  habelə  ABŞ-dır.  Ötən  onillikdə  ticarət  münasibətləri  ÇXR-ə 

istiqamətlənmiş  və  2007-ci  ildə  KDR-in  ixracının  48%-i  onun  payına 

düşmüşdür. 

KDR  ticarət  münasibətlərini  regional  əsasda  inkişaf  etdirir.  Ölkə  4 

regional  birliyin:  Şərqi  və  Cənubi  Afrika  üçün  Ümumi  Bazarın,  Böyük 

Göllər  ölkələrinin  İqtisadi  Birliyinin,  Mərkəzi  Afrika  ölkələrinin  İqtisadi 

Birliyinin  və  Afrikanın  Cənubunun  İnkişafı  Birliyinin  üzvüdür.  Ancaq 

KDR-in  ixracının  xammal  yönümlü  olması  səbəbindən  onun  xarici 

ticarətində Afrika ölkələrinin xüsusi çəkisi aşağıdır. Regionda KDR-in ixrac 

üzrə  Zambiya,  idxal  üzrə  isə  CAR,  Zambiya  və  Zimbabve  əsas 

tərəfdaşlarıdır. 

Ötən  onillikdə  ticarət  balansı  müsbət  saldo  ilə  yekunlaşsa  da, 

xidmətlərlə ticarətdə daim kəsir olmuşdur. 

_____________________________________________________ 

Kapitallar bazarlarında mövqelər 

 

Ölkənin  məcmu  daxili  əmanətləri  onun  daxili  investisiyalara  olan 

tələbatını  ödəmədiyinə  baxmayaraq,  KDR  dünyanın kapitallar  bazarlarında 

kapitalın qeyri-leqal formada xalis ixracatçısı rolunda çıxış edir.  

KDR-in  iqtisadi  artımı  ona  verilən  əvəzsiz  beynəlxalq  yardımdan 

əhəmiyyətli dərəcədə asılıdır. Bu cür yardım həm ikitərəfli əsasda İƏİT-nin 




 

 

594 



İnkişafa  Yardım  Komitəsi  tərəfindən,  həm  də  beynəlxalq  təşkilatlar,  ilk 

növbədə, BMT-nin və PROON-nun Uşaq Fondu tərəfindən göstərilir. 2007-

ci ildə KDR-ə göstərilən beynəlxalq yardımın ümumi məbləği onun ÜDM-

nin  14%-i  səviyyəsində  olmuşdur.  Mərkəzi  hökumətin  xərclərinin  təqribən 

15%-i  yardımın  hesabına  ödənilirdi.  Bununla  bərabər,  KDR  qarşısında 

duran  problemlərin  miqyasını,  habelə  2008-ci  ildə  beynəlxalq  yardımın 

əhalinin hər nəfərinə düşən məbləğinin Afrikanın Böyük Səhradan Cənubda 

yerləşən  ölkələrdə  44  dollar,  burada  isə  cəmi  20  dollar  olduğunu  nəzərə 

alsaq, onun kifayət qədər olmadığı görünür. 

Son  onilliklərdə  xarici  birbaşa  investisiyaların  dinamikası  ümu-

milikdə  cüzi olmuşdur. 2000-2007-ci illərdə onların KDR-ə  orta illik axını 

161  milyon  dollardan  bir  qədər  artıq  olmuşdur.  Ayrı-ayrı  illərdə  birbaşa 

investisiyaların  axını  10-20  milyon  dollara  düşmüş,  yaxud  ümumiyyətlə 

mənfi olmuşdur. Xarici investorlar qismində Aİ ölkələri və ÇXR çıxış edir. 

Onların 

investisiyaları 

mədənçıxarma 

sənayesində 

və 

istehsal 



infrastrukturunda cəmləşmişdir. 

KDR-də özəl xarici kreditləşdirmə cüzidir. Qeyd etmək kifayətdir ki, 

ölkənin məcmu xarici borcunda xarici kommersiya banklarına borc yoxdur. 

Xarici  özəl  kapitalın  ölkə  iqtisadiyyatına  investisiya  qoymaması  və 

kreditləşdirməməsi  əsas  etibarilə  onun  iqtisadi  inkişaf  perspektivlərinin 

qeyri-müəyyənliyi ilə izah olunur. 

Tədiyyə  balansının  cari  əməliyyatları  mənfi  saldo  ilə  yekunlaşır  və 

ötən  onillikdə  ÜDM-in  3-13%-nə  çatırdı.  Onilliyin  sonunda  valyuta 

ehtiyatları idxalın cəmi 1-9 həftə ərzində təmin olunması üçün kifayət edirdi. 

Qeyd olunmalıdır ki, Afrikanın ən böyük dövlətlərindən biri, zəngin 

resurs  bazasına  malik  olan  KDR-də  uzun  müddət  ərzində  iqtisadi  inkişaf 

tənəzzülə  uğramış,  təsərrüfatının  strukturu  geridə  qalmış,  nəhəng  sosial 

problemlər toplanmışdır. İlk baxışdan təzadlı görünən bu vəziyyət, yuxarıda 

qeyd etdiyimiz kimi, həm daxili, həm də xarici amillərin təsirinin nəticəsidir. 

Aydındır  ki,  növbəti  onilliklərdə  KDR-in  dünyada  tutduğu  iqtisadi  mövqe 

iki məqamdan asılı olacaq: (1) KDR daxilində və ətrafında siyasi vəziyyətin 

sabitləşdirilməsi  sahəsində  əldə  olunan  müvəffəqiyyətlərdən;  (2)  ölkənin 

milli  maraqlara  cavab  verən,  tarixi  ənənələrini  və  xüsusiyyətlərini,  habelə 

dünya təsərrüfatının tərəqqisinin meyillərini və qanunauyğunluqlarını nəzərə 

alan iqtisadi inkişaf modelini yarada bilməsindən.  

 

 

 



 

 

 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   268   269   270   271   272   273   274   275   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə