Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə274/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   270   271   272   273   274   275   276   277   ...   285

 

 

598 



Cədvəl 33.2. Əsas fondların, maşın və avadanlığın yaş strukturu, % 

 

 

1990 

2000 

2004 

5 ilədək 

29,4 

4,7 


8,6 

6 - 10 il 

28,3 

10,6 


5,1 

20 ildən atıq 

15,0 

38,2 


51,5 

Orta yaş 

10,8 

18,7 


21,2 

 

Mənbə: 


Российский 

статистический 

ежегодник. 

2005. 


Федеральная служба статистики. M. 2006. 

 

Ölkənin dünya təsərrüfatında tutduğu mövqe əsasını əhali təşkil edən 



əmək  resurslarının  keyfiyyətindən  və  kəmiyyətindən  asılıdır.  1992-ci  ildən 

RF-də  əhalinin  mütləq  azalması  baş  verir,  özü  də  əməkqabiliyyətli  əhali 

daha  sürətli  templərlə  ixtisar  olunur.  MDB  ölkələrindən  böyük 

immiqrasiyaya baxmayaraq, ixtisar təbii azalma (ildə 300 min nəfərdən çox) 

hesabına  baş  verirdi.  Əmək  qabiliyyəti  olmayan  yaşlıların  sayı  artır, 

gözlənilən ömür müddətinin orta göstəricisi isə azalır (2010-cu ildə 67 yaş, 

1986-1988-ci illərdə 70 yaş). 

İşçi  qüvvəsinin  təhsil  səviyyəsi  də  dəyişir.  Ali  təhsil  məktəblərinin 

tələbələrinin  sayı  2  dəfə  artmışdır.  Əməkqabiliyyətli  əhalinin  16%-i  ali 

təhsillidir. Eyni zamanda çoxlu sayda uşaq məktəbə getmir. İşçi qüvvəsinin 

təqribən  1%-nin  ibtidai  təhsili  yoxdur.  ÜDM-də  dövlət  tərəfindən  təhsilə 

çəkilən xərclərin xüsusi çəkisinə (3,1%) görə RF ümumdünya səviyyəsindən 

xeyli geridədir. Nəticədə işçi qüvvəsi bazarının iki tərəfə meylliliyi güclənir, 

yüksəkixtisaslı və ixtisası olmayan işçilərin sayı artır. 

Təkrar istehsalda baş verən dəyişikliklər elmi-texniki işlərə tələbatın 

artmasına,  2000-ci  illərdə  onların  maliyyələşdirilməsinin  mütləq  və  nisbi 

çoxalmasına 

səbəb 


oldu. 

ETTKİ-nin 

bütün 

mənbələrdən 



maliyyələşdirilməsinin  həcmi  ÜDM-in  1-1,3%-ni  təşkil  edir  (1990-cı  ildə 

2,2%).  Xarici  mənbələr  xərclərin  12%-ni  təmin  edir.  ETTKİ-yə  çəkilən 

xərclərin həcminə (dünya üzrə xərclərin AQP üzrə hesablanmış 2%-i) görə 

RF Braziliya və Meksikanı geridə qoyaraq, 8-9-cu yerlərdədir. Tədqiqatların 

və  elmi  işlərin  səmərəliliyi  yüksək  deyil.  Qeydiyyatdan  keçən  ixtiraların 

5%-dən  azı  kommersiya  sövdələşmələrinin  obyektinə  çevrilir.  Şirkətlərin 

yenilikləri  tətbiq  etmə  fəallığı  10%-dən,  yeni  və  təkmilləşdirilmiş  mallar 

ümumi istehsal həcminin 4-5%-dən yüksək deyil. 

 

İstehsal şəraiti  

 

2000-2008-ci  illərdə  artımın  bərpası  dövründə  daxili  tələbat  amil-



lərinin  ÜDM-in  dinamikasına  təsirinin  get-gedə  güclənməsi  müşahidə 

olunurdu.  İstehsalın  tələbatının  artması  ilə  yanaşı,  daxili  tələbatın  əsas 

elementi  olan  ev  təsərrüfatlarının  istehlakı  da  çoxaldı.  ÜDM-də  ev 



 

 

599 



təsərrüfatlarının  xərclərinin  payı  50%-dən  aşağıdır.  Onların  istehlakının 

strukturu geridə qalmışdır. İstehlakın əsasını (1/3 hissəsini) ərzaq məhsulları, 

istehlak  xərclərinin  5%-ni  isə  çörək  təşkil  edir.  Əhalinin  yarısının 

istehlakında  heyvan  mənşəli  zülallardan,  vitaminlərdən  istifadə  olunması 

minimum səviyyədən aşağı düşmüşdür. Qida məhsullarının enerji dəyərliliyi 

üzrə  də  bu  cür  hal  yaranmışdır.  RF  1990-cı  ildə  əsas  ərzaq  məhsullarının 

adambaşına  düşən  istehlakının  səviyyəsinə  görə  dünyada  6-7-ci  yer 

tuturdusa, hazırda 45-ci yerdədir. Ev əşyaları, uzun müddət istifadə olunan 

mallar ləng templərlə yeniləşdirilir.  

Şəxsi  istehlakın  strukturunun  geriliyi  əhalinin  əsas  kütləsinin 

gəlirlərinin aşağı düşməsinin nəticəsidir. Qeyd olunduğu kimi, 2008-ci ildə 

real gəlirlər 1990-cı ilin 83%-i səviyyəsində olmuşdur. Gəlirləri ayda 5 min 

rubl  rəsmi  yaşayış  minimumundan  aşağı  olan  əhalinin  xüsusi  çəkisi  17%, 

əhalinin ən varlı 10%-i ilə ən yoxsul 10%-nin gəlirləri arasında fərq 17 dəfə 

idi.  Əhalinin  ən  yoxsul  10%-nin  payına  gəlirlərin  cəmi  2%-i  düşür. 

Cəmiyyətin  varlıların  məhdud  dairəsi  ilə  yoxsulların  böyük  kütləsinə 

bölünməsi  əhalinin  sosioloji  məqsədləri  müxtəlif,  bir-birinə  əks  olan  2 

qrupunu yaratmışdır. 

2000-ci  illərdə  RF-in  iqtisadi  inkişafı  dövlət  maliyyəsinin  möh-

kəmlənməsi  ilə  müşayiət  olunurdu.  2008-ci  ilədək  dövlət  büdcəsi  ÜDM-in 

0,3-7%-i  həcmində  müsbət  saldo  ilə  yekunlaşdırılırdı.  Bununla  yanaşı, 

inflyasiya  kifayət  qədər  yüksək  səviyyədə  qalmaqdadır.  2005-2009-cu 

illərdə  onun  orta  səviyyəsi  11%,  inkişaf  etməkdə  olan  ölkələrin 

göstəricisindən 2,3 dəfə yüksək olmuşdur. 

Ölkənin  valyuta  mövqeləri  möhkəmlənirdi.  Beynəlxalq  bazarlarda 

mineral  xammalın  qiymətlərinin  kəskin  artması  buna  zəmin  yaratmışdı. 

Valyuta  ehtiyatlarının  həcmi  idxalın  ödənilməsi  üçün  tamamilə  kifayətdir. 

Dövlət borcu əhəmiyyətli dərəcədə ixtisar edilmişdir. 



_____________________________________________________ 

Təsərrüfatın strukturu  

 

Daxili  və  xarici  tələbatda  baş  verən  irəliləyişlərin  təsiri  nəticəsində 



təsərrüfatın  strukturunda  mühüm  dəyişikliklər  baş  vermişdir.  Maddi 

istehsalın payı 65%-dən 43%-dək azalmış, xidmətlər sahəsinin xüsusi çəkisi 

isə  artaraq,  ÜDM-in  57%-nə  çatmışdır.  İlk  onilliklərdə  ticarət,  rabitə  və 

İnternet  daha  sürətlə  inkişaf  edirdi.  Buna  baxmayaraq,  İnternet 

istifadəçilərinin xüsusi çəkisi başqa inkişaf etməkdə olan ölkələrdən geridə 

qalır.  Xidmətlər  sektorunun  payının  artımı  zahirən  dünyanın  inkişaf 

meyillərinə müvafiq olsa da, iqtisadi mahiyyəti baxımından müasir tələblərə 

cavab  vermirdi.  Maliyyə  sektorunda  (xüsusilə  də  1990-cı  illərdə)  ölkənin 

iqtisadi  inkişafına  mənfi  təsir  göstərən  sələmçilik,  möhtəkirlik  ünsürləri 

müşahidə olunurdu. 




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   270   271   272   273   274   275   276   277   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə