Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərs



Yüklə 5,86 Mb.
Pdf görüntüsü
səhifə271/285
tarix06.05.2018
ölçüsü5,86 Mb.
#43145
növüDərs
1   ...   267   268   269   270   271   272   273   274   ...   285

 

 

591 



1980-1990-cı  illərdə  sənaye  istehsalı  ildə  cəmi  0,9%  artırdı.  1990-2000-ci 

illərdə sənaye artımının orta templəri mənfi (-8%) idi. Ancaq 2000-2007-ci 

illərdə  analoji  göstərici  müsbət  9,6%  olmuşdur.  1980-ci  və  1990-cı  illərdə 

ÜDM-in  istehsalında  sənayenin  rolu  daim  azalırdı.  1980-ci  ildə  sənayenin 

ÜDM-də xüsusi çəkisi 33% olduğu halda, 1995-ci ildə 17%, 2008-ci ildə isə 

27% idi. 

KDR-in  iqtisadiyyatında  mədənçıxarma  sənayesi  tarixən  xüsusi  yer 

tutmuşdur.  Müstəmləkə  dövründə  mineral  xammalın  hasilatının  artırılması 

və  metropoliyaya  aparılması  Belçika  administrasiyasının  əsas  iqtisadi 

vəzifəsi  olmuşdur.  1970-1990-cı  illərdə  hakimiyyətdə  olan  diktatura  rejimi 

də ölkənin iqtisadi inkişafının əsas perspektivlərini məhz mineral xammalın 

istehsalının və ixracının artırılmasında görürdü. Bununla belə, 1980-1990-cı 

illərdə mineral xammalın əksər növlərinin istehsalı artmaq əvəzinə azalırdı. 

Ölkənin ÜDM-də mədənçıxarma sənayesinin payı 1980-ci ildəki 19%-dən 

2004-cü  ildəki  15%-dək  azalmış  və  2008-ci  ildə  22%  olmuşdur. 

Mədənçıxarma sənayesinin uzun müddət davam edən tənəzzülü həm daxili, 

həm də xarici qəbildən olan səbəblərə görə baş vermişdi. 

Mineral xammalın hasilatının ixtisarının əsas daxili səbəbi, əlbəttə ki, 

1990-cı  illərdə  ölkədə  yaranan  siyasi  qeyri-sabitlikdir.  Mədənçıxarma 

sənayesi  müəssisələrində  əsas  kapitalın  yeniləşdirilməsinə  kifayət  qədər 

diqqət yetirilməməsi də buna öz təsirini göstərmişdir. Bu cəhətdən KDR-də 

yaranan  vəziyyət  inkişafı  aşağı  səviyyədə  olan  bir  sıra  ölkələrdə  yaranan 

hala bənzəyirdi. Həmin ölkələrdə mineral xammalın ixracından əldə olunan 

gəlirlər  investisiyalar  şəklində  yenidən  hasilat  sənayesinə  və  ona  xidmət 

göstərən sahələrə yönəldilmək əvəzinə, Qərb ölkələrinə köçürülürdü. 1980-

1990-cı  illərdə  KDR-in  ixracının  əsas  maddələri  olan  bir  sıra  xammal 

növlərinin  qiymətlərinin  düşməsi  hasilat  sahələrində  vəziyyətin  daha  da 

pisləşməsinə böyük təsir göstərdi. 2000-ci illərdə mədənçıxarma sənayesinin 

artımı  isə  dünyanın  xammal  bazarlarındakı  konyunkturada  əlverişli 

dəyişikliklərlə əlaqədar olmuşdur. 

Mədənçıxarma  sənayesinin  inkişafı  yaxşı  təşkil  olunmuş  enerji 

təchizatı  və  nəqliyyat  infrastrukturu  olmadan  qeyri-mümkündür.  Regionun 

başqa  dövlətlərindən  fərqli  olaraq,  KDR  böyük  hidroenerji  ehtiyatları 

potensialına  malik  olmaqla  yanaşı,  ondan  sənaye  miqyasında  istifadə 

olunması üçün qurğulara da malikdir. Konqo çayı üzərində gücü 2300 min 

kilovat  olan  İnqa  HES  hasilat  sənayesinin  cəmləşdiyi  bölgələri  elektrik 

enerjisi ilə təmin etməklə yanaşı, onun Anqolaya, Burundiyə, Zambiyaya və 

Konqo Respublikasına ixracına imkan verir. 

Ancaq  KDR-in  nəqliyyat  infrastrukturu  ölkənin  mədənçıxarma 

sənayesinin  inkişafının  tələblərinə  cavab  vermir.  KDR-də  əsas  nəqliyyat 

marşrutlarının  dəmir  yolu və su nəqliyyatından kombinələşdirilmiş şəkildə 




 

 

592 



istifadəni  nəzərdə  tutması  yüklərin  daşınmasının  həm  vaxtını,  həm  də 

xərclərini  artırır.  Marşrutlardan  yalnız  biri  bütövlüklə  KDR-in  ərazisindən 

keçir  və  yüklərin  boşaldılıb-yüklənməsini  tələb  etdiyinə  görə  çox 

mürəkkəbdir.  Buna  görə  də  xarici  ticarət  yüklərinin  daşınmasının  əsas 

marşrutları ənənəvi olaraq başqa dövlətlərin (Anqola, Zambiya, Zimbabve, 

Mozambik və Tanzaniya) ərazisindən keçir. 



Emal sənayesinin zəif inkişaf etməsi KDR iqtisadiyyatının səciyyəvi 

cəhətidir.  Emal  olunmuş  mallar  istehsal  edən  müəssisələrin  çoxu  idxalın 

əvəzləşdirilməsi 

strategiyasının 

həyata 

keçirilməsi 



çərçivəsində 

yaradılmışdır  və  ərzaq  məhsullarının,  ayaqqabı  və  paltarın,  ən  sadə  kosm-

etikanın istehsalına istiqamətlənmişdir. KDR-də alətlərin buraxılması, ağac 

emalı üzrə kiçik istehsallar, kimya, toxuculuq və tikinti malları istehsal edən 

müəssisələr  vardır.  Neft  emal  edən  bir  zavod  fəaliyyət  göstərir.  Emal 

sənayesinin  məhsulları  əsasən  daxili  bazar  üçün  nəzərdə  tutulmuşdur  və 

yalnız kiçik bir hissəsi Afrikanın başqa ölkələrinə ixrac olunur. 

Emal  sənayesinin  ÜDM-də  xüsusi  çəkisi  1980-ci  ildəki  14%-dən 

2007-ci  ildəki  6%-dək  azalmışdır,  yəni  sənaye  istehsalının  özünü  saxlaya 

bilən  böhran  nöqtəsindən  aşağıdadır.  Emal  sənayesinin  orta  illik  artım 

templəri 1980-1990-cı illərdə cəmi 1,6%, 1980-2000-ci illərdə mənfi (- 8,7), 

2000-ci illərdə isə 6,3% olmuşdur. 

İki  onillik  ərzində  emal  sənayesinin  inkişaf  dinamikasının  aşağı 

düşməsinin  səbəbləri:  (1)  1980-1990-cı  illərdə  ölkənin  xammal  ixracından 

əldə etdiyi gəlirlərin ixtisarı nəticəsində xarici bazarlarda  əsas və dövriyyə 

kapitalının elementlərini satın almaq imkanlarının məhdudlaşması; (2) xarici 

borclar yükünün sənaye üçün idxala mənfi təsirinin güclənməsi olmuşdur. 

 

32.3. KDR beynəlxalq iqtisadi münasibətlərdə 

 

KDR-in  inkişafının  təmin  olunmasında  xarici  iqtisadi  əlaqələrin 

müstəsna  rolu  vardır.  2007-2010-cu  illərdə  xarici  ticarət  dövriyyəsinin 

ÜDM-ə olan nisbəti 124% olmuşdur (ixrac kvotası - 58,6%, idxal kvotası - 

65,6%), bu isə, inkişafı aşağı səviyyədə olan və bütün periferiya ölkələrinin 

göstəricilərindən yüksəkdir. 



_____________________________________________________ 

Xarici ticarətin inkişafı 

 

 Dünya  üzrə  ticarətin  həcmində  ölkənin  payı  cüzidir.  İxracın 

strukturu  inkişafı  aşağı  səviyyədə  olan  ölkə  üçün  tipikdir.  KDR  dünya 

bazarlarında  mineral  xammalın,  ilk  növbədə,  kobaltın,  misin,  qalayın, 

sinkin, texniki almazların, habelə nadir metalların və oduncağın ixracatçısı 

kimi çıxış edir. Müxtəlif illərdə ölkə dünya bazarlarında iri həcmdə qara və 

qırmızı ağac satmışdır. 



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   267   268   269   270   271   272   273   274   ...   285




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə