125
(embarqonun tətbiqi, ifrat dərəcədə kəmiyyət və tarif məhdudiyyətlərinin
qoyulması, müxtəlif malların qiymətlərinin süni surətdə bahalaşdırılması,
yaxud ucuzlaşdırılması), kommersiya fəaliyyəti praktikasını pozmaqla,
texnologiyaların beynəlxalq miqyasda hərəkəti qarşısında maneələrin
yaradılması və s.
Ölkənin valyutasına bilərəkdən zərər vurulması onun valyuta
rejiminin pozulması, valyuta məzənnəsinin aşağı salınması üzrə
manipulyasiyaların aparılması, ölkənin xarici bank hesablarının don-
durulması, kredit məhdudiyyətlərinin qoyulması yolu ilə həyata keçirilə
bilər. Kapitalın hərəkəti də onun müəyyən ölkədən təşkil olunmuş
qaydada təcili çıxarılması, xarici investorların mülkiyyətinin kompen-
sasiya ödənilmədən müsadirə olunması və ya milliləşdirilməsi yolu ilə də
məqsədyönlü şəkildə pozula bilər.
Elmi və fiziki əmək sahələrinin ən yüksək ixtisaslı işçilərinin
məqsədyönlü şəkildə axınının təşkili, bağlanmış müqavilələrə zidd olaraq
nəqliyyat sahəsində mövcud olan sistemin pozulması da beynəlxalq
iqtisadi təhlükəsizliyin pozulmasına aiddir.
Ətraf mühitlə və transmilli hərəkətlərlə (narkotiklərlə ticarət və s.)
bağlı olan, müxtəlif ölkələrin iqtisadiyyatına zərər vuran və ciddi maddi
itkilərlə nəticələnən problemlərin sayı da artmaqdadır.
Müasir dünya praktikasında iqtisadi təhlükəsizliyin təmin
olunmasının aşağıdakı əsas üsulları məlumdur:
(1) arzuolunmaz hərəkətlərin müxtəlif təzyiq vasitələri ilə
qarşısının alınması, təhlükəsizliyi pozana qarşı dövlət səviyyəsində əməli
təsir göstərilməsi. Bunların sırasına güc təsirini tamamlayan, yaxud əlavə
olaraq tətbiq edilən, onu rəsmiləşdirən və qanuniləşdirən siyasi proses
daxildir. Bütün bu tədbirlər onları tətbiq edən ölkənin müəyyən
səviyyədə iqtisadi qüdrətə malik olmasını tələb edir;
(2) regional və beynəlxalq səviyyədə müxtəlif növ birliklərin və
blokların təşkili yolu ilə qüvvələr arasında tarazlığın yaradılması. Amma güc
tətbiqi məcburiyyətin zəif vasitəsidir. Əvvəllər müxtəlif milli iqtisadiyyatlar
arasındakı əlaqələrin səviyyəsi aşağı olduğundan, güc tətbiqinin dəyəri
nisbətən aşağı, ondan istifadə isə yolverilən hesab edilirdi. Hazırda ölkələr
arasında güc tətbiqi baha başa gəlir. Qarşılıqlı iqtisadi asılılıq, adətən hər iki
tərəf üçün üstünlüklərlə bağlıdır və münasibətlərin qırılması müxtəlif
dərəcədə olsa da, ikitərəfli zərərlə nəticələnir.
Milli iqtisadi təhlükəsizlik ölkə iqtisadiyyatında daxili təkrar
istehsal prosesinin normal fəaliyyətini pozmaqla, əhalinin əldə olunmuş
rifah səviyyəsini sarsıtmaqla cəmiyyətdə sosial gərginlik yaradan, habelə
dövlətin özünün varlığına təhlükə törədən arzuolunmaz daxili və xarici
təsirlərdən qorunma dərəcəsini ifadə edir.
126
Ümumilikdə isə, təhlükəsizliyin əsas məsələsi iqtisadi potensial,
müxtəlif təsərrüfatların qüvvələri arasındakı nisbətlərdir. Cəmiyyətin
məhsuldar qüvvələrinin, milli sərvətin həcminin məcmusundan ibarət
olan iqtisadi potensial dövlətin dünya iqtisadi sistemində fəaliyyət
göstərmək, ona müəyyən təsir göstərmək qabiliyyətini əks etdirir. İqtisadi
təhlükəsizliyin təmin olunması qapalı, avtargiya xarakterli milli təsər-
rüfatın yaradılmasını deyil, milli iqtisadi maraqlara qarşılıqlı surətdə
hörmət göstərilməsini, dünya iqtisadiyyatının fəaliyyətinin müəyyən
olunmuş normalarına əməl edilməsini nəzərdə tutur. Bu mənada milli
iqtisadiyyatın təhlükəsizliyinin təmin edilməsi problemi (iqtisadiyyatın
idarə olunmaması, suverenlik uğrunda müharibələr, iqtisadi əlaqələrin
etibarsızlığı) Şərqi və Cənubi-Şərqi Avropa ölkələri, inkişaf etməkdə
olan bir sıra ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir.
Milli iqtisadi təhlükəsizliyin daxili və xarici təzahürləri vardır.
İqtisadi inkişaf səviyyəsi yüksək, əsas resurslar və bir çox məhsullarla
özünütəminatı isə zəif olan ölkələrdə milli iqtisadi təhlükəsizlik xarici
iqtisadi əlaqələrin kifayət dərəcədə etibarlı diversifikasiyası vasitəsilə
təmin edilir. İqtisadi inkişaf səviyyəsi nisbətən aşağı olan ölkələr üçün
əsas növ resurslar və məhsullar ilə özünütəminat məsələləri mühüm
əhəmiyyətə malikdir.
Milli iqtisadi təhlükəsizliyin təmin edilməsi milli təsərrüfatların və
ümumilikdə dünya iqtisadiyyatının sabit fəaliyyəti üçün əlverişli ilkin
şərait yaradır. Təsərrüfatçılığın planetar miqyasda qloballaşması
prosesləri yalnız beynəlxalq və milli iqtisadi təhlükəsizliyin təmin
olunması və qorunması şəraitində inkişaf edə bilər.
Mövzu üzrə suallar
1. İqtisadi fəaliyyətin beynəlmiləlləşməsi və qloballaş-
ması anlayışlarını xarakterizə edin. Onların fərqini izah edin.
2. XX əsrin əvvəllərində sahibkarlıq fəaliyyətinin dünya
miqyasında yayılması sahəsində baş verən proseslərlə müasir
dövrdə gedən proseslərin səviyyələrini müqayisə edin.
3. Qloballaşma proseslərinin iqtisadi inkişafa və milli
təsərrüfatların vəziyyətinə necə təsir göstərdiyini təhlil edin.
4. Qarşılıqlı asılılığın mexanizmini izah edin (xarici
ticarət multiplikatoru).
5. Dövlətlərin iqtisadi təhlükəsizliyinin təmin edilməsi
üzrə əsas tədbirlər hansılardır?