131
Əmanətlər normasının 1985-1995-ci illərdəki 24,2%-dən 2004-2010-
cu illərdəki 28,6%-ə çatdığı inkişaf etməkdə olan ölkələrdə isə bu proses əks
istiqamətdə inkişaf edirdi. 2000-ci illərdə ölkələrin bu qrupunda əmanətlərin
artımı əhəmiyyətli dərəcədə Çin tərəfindən təmin edilmişdi.
1970-ci illər istisna edilməklə, dünya təsərrüfatında kapital
qoyuluşlarının orta illik həcmi dünyada əmanətlərin dinamikasına uyğun
olaraq dəyişirdi. 1950-ci ildən 1970-ci ilədək investisiya kvotası müntəzəm
qaydada yüksələrək, 1973-cü ildə MDM-in təqribən 27%-nə çatmışdı. 1982-
1990-cı illərdə bu göstərici 23,4%-dək aşağı düşmüş və bu enmə sonrakı
onilliklərdə də davam etmişdir (cədvəl 7.1).
Cədvəl 7.1. Dünya iqtisadiyyatında əmanətlər və kapital
qoyuluşları normaları,
MDM-ə nisbətən %, (AQP üzrə hesablama)
1974-1981
1982-1990
1991-1999
2000-2010
Əmanətlər
24,9
22,4
22,4
22,0
Kapital qoyuluşları
24,7
23,4
22,8
22,0
Mənbə: World Economic Outlook IMF. October 1996, September
2005, April 2010.
Dünya üzrə kapital qoyuluşlarının dinamikasındakı dəyişikliklər
iqtisadi dalğanın hərəkətinə uyğun olaraq, yüksəliş dövrlərində artır, tənəzzül
dövrlərində isə aşağı düşürdü. Başqa səbəblər də mövcud idi. 1980-ci illərdə
dünya təsərrüfatında real uçot dərəcələrinin artımı baş vermişdir. Onlar aşağı
və çox vaxt mənfi real kəmiyyətdən tarixdə ən yüksək həddə qalxaraq, 1990-
cı illərin ortalarınadək bu səviyyədə qaldı. Real uçot dərəcələrinin yüksək
səviyyəsi əmanətlər normasının artımı ilə müşayiət olunmurdu. Bu göstərici
bütün inkişaf etmiş ölkələrdə aşağı düşmüşdü.
İnvestisiya kvotalarının aşağı düşməsinə faiz dərəcələri və verilən
kreditlərin həcmindən başqa, qiymətlərin dəyişməsi də təsir göstərir.
İnvestisiya mallarının qiyməti istehlak mallarının qiymətinə nisbətən
ucuzlaşırsa, əmanətlərin səviyyəsi dəyişmədikdə belə, investisiyalara reallıqda
daha çox vəsait yönəltmək mümkündür. 1973-cü ildən investisiya mallarının
qiyməti başqa malların və xidmətlərin qiymətləri ilə müqayisədə aşağı düşsə
də, investisiya xərclərini payının azaldığı halda, kapital qoyuluşlarının real
həcmi saxlanıla bilmişdı. Buna görə də hesablamalar müqayisəli qiymətlərlə
və valyuta məzənnələri ilə aparıldıqda, investisiya kvotasının kəmiyyəti cari
qiymətlərlə aparılan hesablamaların nəticəsinə nisbətən aşağı düşür.
Göstərilən səbəblərdən başqa, investisiya kvotasının aşağı düşməsinə
aktivlərin, xüsusilə də mənzillərin qiymətlərinin yüksəlməsi nəticəsində özəl
sektora verilən kreditlərin məbləğinin artması təsir göstərmişdir.
132
Qiymətləndirmələrə görə, ÜDM-də kreditlərin payının 10% artması inkişaf
etmiş ölkələrdə əmanətlərin payının 0,5%, inkişaf etməkdə olan ölkələrdə isə
0,9% azalmasına gətirib çıxarır.
_____________________________________________________
Ölkələrin əsas qruplarının yığım prosesində rolu
İdeal halda götürüldükdə, dünya təsərrüfatında əmanətlərin S və
kapital qoyuluşlarının I səviyyələri eyni olmalıdır (Sw = Iw). Rəsmiyyət
baxımından, onlar bir-birindən asılı olmayaraq formalaşdığına və
hesablandığına görə, eyni olmaya bilərlər. İnvestorların şəxsi əmanətləri ilə
təmin olunmayan kapital qoyuluşları başqa sektorların əmanətləri hesabına
maliyyələşdirilir. Deməli, dünya üzrə kapital qoyuluşları normasının istənilən
artımı özəl sektorun, yaxud dövlətin gəlirlərinin istehlakdan yığım xeyrinə
yenidən bölüşdürülməsi vasitəsilə təmin edilir.
Milli səviyyədə əmanətlər və kapital qoyuluşları fərqləndirilir. Əgər
ölkədə kapital qoyuluşlarının arzuolunan həcmi daxili əmanətlərin məbləğini
üstələyirsə, bu fərqin yerinin doldurulması üçün xarici əmanətlərdən istifadə
oluna bilər. Vəsaitlər beynəlxalq maliyyə sistemi vasitəsilə köçürülür.
Nəticədə, ölkənin istehlaka və yığıma yönəltdiyi vəsaitlərin həcmi milli gəlirin
yol verdiyi imkanlardan artıq ola bilər.
Əvvəllər əmanətlərin və kapital qoyuluşlarının milli səviyyələri
qarşılıqlı əlaqələndirilirdi. Bu, əmanətlərin səviyyəsinin dəyişməsinin kapital
qoyuluşlarının səviyyəsində müvafiq surətdə əks olunduğunu bildirirdi. Son
onilliklər ərzində kapitalın hərəkətinin liberallaşdırılması ilə əlaqədar olaraq,
daxili əmanətlər və kapital qoyuluşları arasındakı bu cür qarşılıqlı əlaqə
zəifləmişdir. Təsərrüfatların ayrı-ayrı qrupları daxilində investisiyaların və
əmanətlərin payı üst-üstə düşmür. Ölkələrin əsas qruplarında kapital
qoyuluşlarının böyük əksəriyyəti onların öz əmanətləri ilə təmin edilir.
İnkişaf etmiş ölkələrdə kapital qoyuluşlarının həcmi əmanətlərdən
çoxdur, inkişaf etməkdə olan ölkələrdə isə əmanətlər kapital qoyuluşlarının
həcmini üstələyərək, onların 100,4-113%-i səviyyəsindədir. Bu, inkişaf etmiş
ölkələrdə kapital qoyuluşlarının maliyyələşdirilməsində periferiya ölkələ-
rindən cəlb olunan xarici kapitalın nəzərəçarpacaq rol oynadığını göstərir.
Xarici kapitalın axınının güclənməsi heç də bütün hallarda kapital
qoyuluşlarının artması ilə nəticələnmir. Ayrı-ayrı ölkələrdə xarici kapital
daxili əmanətləri əvəz edə, yəni istehlakı maliyyələşdirə və ixracdan müvafiq
daxilolmaları xarici borca xidmət göstərilməsinə, mənfəətin və dividendlərin
köçürülməsinə yayındıra bilər. Əgər ölkə idxal olunan kapitaldan məhsuldar
tərzdə istifadə edə bilmirsə, iqtisadi inkişaf səngiyə bilər.
Milli təsərrüfatlar qrupları dünyada əmanətlərin formalaşmasında
müxtəlif dərəcədə iştirak edir. Onların payı əksər hallarda MDM-in istehsal