Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   41   42   43   44   45   46   47   48   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
102 
Şə
kil 5.8. Şirvan Milli Parkı və onun ətraf zonsında iqlim göstəriciləri 
 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
103 
5.2.5. Hidrologiya və hidrogeoloji şərait 
 
Cənub-Şərqi  Şirvan  düzünün  landşaftı  əsasən  qrunt  və  səth  suları  ilə  formalaşır.  Dəniz  
səviyyəsindən  olan  yüksəkliyin  azlığı,  axının  zəif  sürəti  landşafta  suyun  güclü  təsirini  sübut  edir. 
Bununla  belə  qrunt  sularının  səviyyəsinə  Xəzər  dənizinin  tərəddüdləri  də  təsir    göstərir.  Bu  amil 
düzənlik  ərazinin bitki və heyvanat  aləminin tərkibində xüsusilə  mühüm əhəmiyyət kəsb edir. 
Düzənlik  zonada  ümumi  geomorfoloji  xüsusiyyətlərlə    yanaşı,  hər  bir  sahə 
özünəməxsusluğu ilə seçilir. 
Düzənlik  ərazisində axımın formalaşmasının mənbəyi leysan xarakterli atmosfer yağıntıları 
hesab  olunur.  Leysanların  təsadüfiliyi  ilə    əlaqədar,  aramsız  yağışlar  axımın  formalaşmasında 
mühum rol oynayır. Belə yağışlar davamiyyətliliyi ilə axım əmsalını yüksəldir. 
Məlumdur  ki,  səthi  axım  yağıntının  torpaq  tərəfindən  udulmayan  hissəsidir.  Səthi  axımın 
miqdarı, torpaq səthinə düşən  suyun  intensivliyi  ilə torpağın  sukeçirmə  intensivliyinin  nisbətindən 
asılıdır. Kiçik damlalarla düşən yağış topağa yaxşı hopur və bunun nəticəsində axım azalır, əksinə, 
iri damlalarla düşən yağışda axım artır. Düzənlik ərazisində axım əmsalı yağışın intensivliyindən və 
miqdarından    asılı  olaraq  dəyişir.  Kiçik    axım  əmsalı  yağışın  intensivliyi  zəif,  miqdarı  isə  az 
olduqda  müşahidə  olunur.  Yağışın  intensivliyi  güclü,  miqdarı  isə  çox  olduqda  axım  əmsalı  artır. 
Belə ki, 10 mm-dək müxtəlif intensivlikli yağış zamanı axım əmsalı 0,057-0,01-ə, 10-20 mm yağış 
zamanı isə 0,073-0,077-yə çatır. 20 mm-dən çox yağış  düşdükdə isə axım əmsalı bir qədər artaraq 
0,080-nə  çatır.  Beləliklə,  illik  axımda  səthi  axımın  payı  yüksək  olub,  90-95%  təşkil  edir.  Cənub-
Şə
rqi Şirvan düzü ərazisində axım əmsalının kəmiyyəti 0,057-0,080 arasında dəyişir. Onun  böyük 
qiyməti (0,080) yağıntıların nisbətən çox düşdüyü düzənliyin  cənub hissəsində, kiçik  qiyməti isə 
(0,057) düzənliyin şimal hissəsində müşahidə olunur. 
Təbii  suların  əhəmiyyətini  müəyyən  etmək  üçün  yay  qıtsulu  dövründə,  torpaqdakı  su 
ehtiyatının  tükənməsi  ilə  əlaqədar  ekoloji  vəziyyəti    gərginləşdikdə,  hər  bir  landşafta  axım 
modulundan, istifadə təklif olunur. Düzənlik ərazisində müvafiq olaraq axım əmsalının dəyişməsilə, 
ş
imaldan  cənuba  doğru  axım  da  dəyişir.  Düzənliyin  cənub  hissəsində  orta  illik  axım  modulu 
maksimum kəmiyyətə – 2l/s•km
2
 (60 mm)-ə çatır. Cənub hissə ilə müqayisə də  şimal hissədə axım 
modulu azalaraq 0,5 l/s•km
2
 (15 mm) təşkil edir. 
Yüksək  su  keçirmə  qabiliyyətli  qalın    allüvial  çöküntülərlə  əlaqədar  burada  səthi  axım 
yaranmır. Bununla əlaqədar düzənlik ərazisində daimi axarlı çay formalaşmışdır. 
Landşaftın komponentləri arasında əlaqə göstəricilərindən biri  suyun kimyəvi tərkibi hesab 
olunur.  Düzənlik    ərazisindəki  səth  suları    kimyəvi  tərkibinə  görə    kalsium-karbonatlı,  natrium 
sulfatlı və natrium  xloridli sulara  aiddir. Bu sular   minerallaşmasına görə yüksək minerallaşmış – 
2000 mq/l sulardır. 
Ə
sasən kalsium  qrupuna aid olan  hidrokarbonatlı sular düzənliyin cənub hissəsinə xasdır. 
Onların orta minerallaşması 1800-2000 mq/l arasında  dəyişir. 
Natrium qruplu  sulfatlı  sular  düzənliyin şimal hissəsində yayılmışdır (şəkil 5.9). Bu sular 
yüksək və çox yüksək minerallaşmaya  malikdir (2000 mq/l-dən çox). 
Natrium qruplu xloridli  sular düzənliyin  mərkəzi  hissəsinə  xasdır (şəkil 5.9). Bu suların da 
orta minerallaşması 2000 mq/l-dən çoxdur. 
Kimyəvi  tərkibinə  görə  suların  tipi  il  ərzində  demək  olar  ki,  dəyişmir.  Düzənlik    ərazi  ən 
kiçik minerallaşma yaz-payız dövründə müşahidə olunur. 
Hidroqrafik şəbəkənin inkişafında və formalaşmasında yaradılmış kolektorvlar və kanallarda 
mühüm  rol  oynayır.  Cənub-Şərqi  Şirvanın  hidroqrafik  şəbəkəsi  müxtəlif  ölçülü  8  kollektordan 
ibarətdir. Kollektorların miqdarı və onların bəzi hidroloji göstəriciləri aşağıda verilmişdir. 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
104 
 
Su sərfi  
 (m
3
/s) 
Drenaj modulu 
 (l/s-ha) 
Ə
razi 
Kollektor 
drenaj 
sisteminin sayı  minimum  maksimum  orta  orta  maksimum 
Cənub Şərqi 
Ş
irvan düzü 

0,31-1,65 
0,79-4,35 
0,67-
3,25 
0,218 
0,248 
 
Cədvəl 5.6. Cənub-Şərqi Şirvan düzündə yerləşən əsas kollektorlar aşağıdakı cədvəldə verilmişdir. 
Su sərfi, Q, 
m
3
/s 
Kollektorun 
adı 
Đ
stismara 
verildiyi 
il 
Uzunluğu, 
km 
mak.  çoxillik 
Drenləşmiş 
sahə, min 
ha 
Minerallaşma, 
q/l 
Ş
imal 
1955 
22 


11 
11,5 
Mərkəz 
1954 
16 
 

10 
16 
Cənub 
1954 
18 



19,4 
Daşlıbaz 
1954 
16 


10 
14,6 
Uzunbabalı 
1956 
39 



23,2 
Kollektorların  ümumi  uzunluğu  111  km  təşkil  edir.  Bu  kollektorlarla  drenaj  suları  Baş 
Ş
irvan Kollektorlarına axıdılır. Cənub-Şərqi Şirvan düzünün şimal sərhəddi Baş Şirvan Kollektoru  
ilə  sərhədlənir.  Uzunluğu  216  km-ə,  suburaxma  qabiliyyəti  sonda  37  m
3
/s-yə  çatan  Baş  Şirvan 
kollektoru  1955-1964-cü  illərdə  Qarasu  depresiyasında  tikilmişdir.  Bu  kollektorla  Şirvan,  Mil  və 
Qarabağ    düzlərində    sahəsi  200  min  hektara  çatan  ərazinin  yüksək    minerallaşmış  drenaj    suları 
Xəzər    dənizinə  axıdılır.    Şirvan  şəhərini  keçdikdən    sonra  kollektorun  son  10  km-i  Cənub  Şərqi 
Ş
irvan  düzündən  keçir.  1994-cü  ildə  yenidənqurma  işləri  başa  çatdıqdan  sonra  bu  kollektorun 
suburaxma qabiliyyəti 37 m
3
/s-dən 65m
3
/s-dək  artmışdır. 
Düzənliyin cənub-qərb hissəsində Şor Duzdağ gölü yerləşir. Gölün morfometrik elementləri 
aşağıda verilmişdir. 
Adı 
Mütləq 
yüksəkliyi,

Səthi-
nin 
sahəsi, 
km
2
 
Maks. 
dərinliyi,

Su 
həcmi, 
mln m
3
 
Uzun-
luq 
ə
msalı, 
l/Bor 
Yağcam-
lıq əmsalı 
Bor/B 
maks 
Nisbi 
dərin-
lik 
ə
msalı, 
hor/F 
Su 
səthi-
nin 
açıqlıq 
ə
msalı, 
F/hor 
Həcm 
ə
msalı, 
hor/hmak 
Duz-
dağ 
-23 

1,2 

6,75 
0,55 
1,36 
5,00 
0,67 
Gölün  su  balansının  formalaşmasında  atmosfer  yağıntıları  mühüm  rol  oynayır. 
V.A.Məmmədova (1998) görə atmosfer yağıntılarının payı 61,5% təşkil edir. 
Duzdağ gölünün su balansı (mln.m
3

Gəlir hissə 
Çıxar hissə 
Sahəsi, 
F, km
2
 
səthi 
yeraltı 
atmosfer 
yağıntıları 
cəmi 
səthi 
buxarlanma 
cəmi 
4,0 
%
0
,
11
2
,
0
 
%
5
,
27
5
,
0
 
%
5
,
61
12
,
1
 
%
100
82
,
1
 
    - 
%
100
82
,
1
 
%
100
82
,
1
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə