Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   37   38   39   40   41   42   43   44   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
89 
nəticəsində  landşaftın strukturunda dəyişiklik  müşahidə  olunur. Bu proseslər  milli parkın qərb  və 
cənub-qərb  hissəində daha da güclənmişdir. Ərazinin səthi  əsasən hamarlanmış, bəzi yerlərdə isə 
relyefin  deflyasiya  formaları    olan  dyunlar  və  dayaz    dərələr  yaranmışdır.  Bəzi  yerlərdə  isə  sahil 
yolları,  qədim  sahil  xətləri  (üst  yeni  xəzər)  müşahidə  olunur.  Sahil  zonasında  müasir    çimərliklər 
inkişaf  etmişdir.  Relyefin  daha  hündür  yerləri  əsasən  Bəndovan,  Durovdağ,  Dovşandağ  palçıq 
vulkanlarında qeyd olunur. Burada bitki örtüyündən məhrum olmuş yastı dibli sahələrə rast gəlinir. 
Ə
razinin torpaqları əsasən boz-çəmən və şoranlıqlardan ibarətdir. Bitki örtüyü yarımsəhra və 
səhra  tipindən  təşkil  olunmuşdur.  Şirvan  milli  parkının  landşaft  komplekslərinin  formalaşması  və 
dinamikasında  palçıq vulkanları böyük rol oynayır. 
Bəndovan  palçıq  vulkanı   dəniz səviyyəsindən  76,1  m  hündürlükdə olub, gümbəzə oxşar 
formaya  malikdir.  Vulkanın  geoloji  strukturunda  ağcagil,  abşeron  və  dövrdüncü  dövr  süxurları 
üstünlük  təşkil  edir.  Vulkanın  əsası  üst  pliosen    çöküntülərindən  təşkil  olunmuşdur.  Brekçiyaların 
tərkibində  üst təbaşir  yaşlı  süxurlara  rast    gəlinir.  Vulkanın  yamaclarında  bitki  örtüyü  zəif  inkişaf  
etmiş, əsasən kəngiz və sirkana rast gəlinir. 
Durovdağ  palçıq  vulkanı  dəniz  səviyyəsindən  30  mhündürlüyə  malikdir.  1200  m
2
  sahədə 
bitki örtüyü zəif inkişaf etmişdir.  Vulkanın  yamacları yarğanlarla parçalanmışdır. Palçıq vulkanın 
yaşı üst pliosenin orta abşeron mərtəbəsinə uyğun gəlir. Vulkanın yuxarı hissəsində bir neçə sopka 
və çoxlu sayda qrifonlar inkişaf etmişdir. Vulkan sopkalarının nisbi hündürlüyü 2 - 5, diametri isə 
3m təşkil edir. Onların bəziləri fəaliyyətdədir və zəif sukeçirən və gillicəli məhsulları ilə xarakterizə 
olunur. 
Dovşandağ  palçıq  vulkanı  Babazənən  strukturunun  cənub-qərbində  yerləşir  və  zəngin  neft 
və qaz ehtiyatına malikdir. Vulkanın brekçiyasının sahəsi 50 ha olub, bəzi yerlərdə qalınlığı 60 m-ə 
çatır. Vulkanın yaşı üst pliosenin orta abşeron mərtəbəsinə uyğun gəlir. 
Cənub-Şərqi  Şirvanda  geniş  əraziləri  şor  və  təpəli  şoranlıqlar  əhatə  edir.  Çökəkliklərdə 
toplanmış qrunt və kapilyar suları  yay aylarında  intensiv olaraq  buxarlanır və onların səthində toz 
şə
klində duzlar yaranır ki, onlar da şimal-şərq küləklərinin təsiri ilə ətraf ərazilərə yayılır. Hərəkət 
edən  bu  duz  tozları  bəzən  kolluqların  və  hündür  otların  ətrafında  toplanaraq  kiçik  təpəciklər 
yaradırlar. 
Ş
irvan milli parkının yarımsəhra landşaft kompleksində və həmçinin ətraf ərazilərin torpaq-
bitki  örtüyünün  müxtəlifliyini  nəzərə  alaraq  bizim  tərəfimizdən  aşağıdakı  yarımtiplər  ayrılmışdır 
(bu bölgü həm də landşaft xəritəsinin şərti işarələrinin legendasını əks etdirir): 
1.  Zəif  parçalanmış,  yastıdibli  xırda  təpəli  düzənliklərin  humuslu  qumlu-gilli  boz-çəmən 
torpaqlarında  yağlı  şorangə,  yovşan  və  efemerlər.  Landşaftların  differensiyası  aydın  müşahidə 
olunur. 
2.  Parçalanmamış,  zəif  parçalanmış  allüvial-delta  düzənliklərin  qədimdən  suvarılan 
ortahumuslu  çəmən-boz  torpaqlarda  yağlı  şorangə,  çərən,  qarağan,  efemer  bitkiləri.  Hamar  səthli, 
yastıdibli  çala  və  akkumlyativ  relyef  formalarına  rast  gəlinir.  Bitki  örtüyündən  qış  otlaqları  kimi 
istifadə olunur, əsasən ceyranlar yaşayır. 
3.  Zəif  parçalanmış,  təpəli  dəniz  düzənliklərin  orta  şorlaşmış  boz,  boz-çəmən,  az  humuslu 
ibtidai  qumlu  və  ağır  gilli  torpaqlarında  ağacşəkilli  şoran,  çərən,  yulğun  bitkiləri.  Təbii  şərait 
ə
razidə ceyranların çoxalması, çoxlu sayda köçəri və  yerli quşların (qutan, qu quşu, dəniz quşları, 
ağbaş ördək və s.) toplanması üçün əlverişlidir. 
4.  Şoranlıq-laqun,  parçalanmamış  qumlu-təpəli,  sahil  valları  ilə  mürəkkəbləşmiş 
düzənliklərin  boz, boz-çəmən  və  şoran torpaqlarında ağacşəkilli  şoran,  yulğun  və efemer  bitkiləri. 
Ceyranlarla yanaşı burada çoxlu sayda köçəri quşlar olan qaz və ördəklər toplanır. 
5.  Palçıq  vulkanları  dağlarının  intensiv  parçalanmış  yamaclarında  inkişaf  etməmiş  boz-
çəmən  torpaqlarda  yovşan,  çərən  və  kəngiz  bitkiləri.  Palçıq  vulkanları  yamaclarında  bitki  örtüyü 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
90 
zəif  inkişaf  etmişdir,  krater  hissəsi  isə  bitki  örtüyündən  tamamilə  məhrum  olmuşdur.  Vulkanların 
yuxarı  hissəsində  intensiv  olaraq  eroziya-denudasiya  prosesləri  gedir.  Yamaclar  yarğanlarla 
parçalanmışdır. 
Ş
irvan  milli  parkında  turizmin  inkişafı  üçün  hər  cür  şərait  vardır  (şəkil  5.5).  Burada 
atraksionlar, istirahət yerləri, gəzinti stansiyaları otellər və s. vardır. Kiçik, orta və uzaq marşrutlar 
vardır.  Kiçik  marşrutlar  turistlərin  qısa  vaxt  ərzində  Şirvan  Milli  Parkı  ilə  tanış  olması  üçün 
yaradılmışdır.  Turistlər  muzeyə,  ekoturist  mərkəzinə  və  “Xilaskar  piri”  adlanan  sitayiş  yerinə 
gedirlər.  Bütün  bunlar  vidiomaterialların  göstərilməsilə  yerinə  yetirilir.  Xüsusi  baxış 
meydançalarından teleskop vasitəsilə ceyranlara baxmaq olar. 
Orta  uzaqlıqda  marşrutların  uzunluğu  7,5  km-dir.  Turistlərə  velosiped,  avtobus,  faytonla 
gəzinti  təşkil  olunur.  Teleskop  vasitəsilə  təbii  landşaft,  ceyranlar,  dəniz  və  göl  quşlarına  tamaşa 
edilir.  Müştərilərə  çay  və  yemək  verilir.  Sonra  isə  qayıqla  göldə  gəzinti  olur.  Marşrutun  gəzinti 
müddəti 3,5-6 saat davam edir. 
Uzaq  marşrutun  uzunluğu  11-12  km-dir.  Turistlər  laquna  gedirlər,  hansı  ki,  orada  çimərlik 
var.  Burada  dəniz  idmanı  və  balıq  tutmaq  üçün  hər  cür  şərait  vardır.  Bəndovan  dağına  səyahət 
edilir. Arzu edənlər buradakı Bəndovan pirinə gedə bilərlər.          
 
5.2.2. Bitoplar 
Bitgi  örtüyü  ceyranların  məskunlaşması  və  populyasiayası  üçün  əsa  və  xüsusi  əhəmiyyət 
kəsb etdiyindən inventarlaşma mərhləsi bu təbii komponent haqqında məlumatdan başlayır. 
Park  və  onun  ətraf  ərazilərində  aşağıdakı  bitgi  tiplərinə  ən  çox  rast  gəlinir  (Q.Prilipko, 
1970): 
•  Səhra tipi şoranlıqlarda inkişaf etmiş qaraşoranlı, şahsevdili, duzlaq çoğanlı formasiyalar ilə 
örtülmüşdür. Qaraşoranlı bitgilər parkın ərazisini 40%-də yayılmışdır: 
•  Səhra  tipli  bitgi  örtüyü  bir  neçə  formasiya  yaradır.  Onların  içərisində  çərənli  –  şahsevdili 
formasiyanı  səhra  bitgisindən  yarımsəhra  bitgisinə  keçid  kimi  adlandırmaq  olar.  Yovşanlı- 
efemerli formasiya ən zəngin növ tərkibinə malikdir, parkın ərazisinin 40%-ni tutur. 
•  Çəmən  tipli  bitgi  örtüyü  parkın  düzənlərində,  relyefin  rütubətli  çökəkliklərində  inkişaf 
etmişdir. Ot örtüyü iki yarusludur. Birinci yarusu hündürlüyü 60-70 cm-ə çatan dəvə tikanlı, 
ikinci yarusu isə 10-15 cm hündürlüklü qaçan çayırlı otlar təşkil edir. Hərdən buraya qonşu 
yarımsəhra sahələrindən daxil olmuş ətiryovşanlılara rast gəlinir. 
Ş
irvan  Milli  Parkının  bitoplarının  xəritəsini  hazırlamaq  üçün  əsas  mənbə  kimi  yer 
quruluşunun  1:  25 000  miqyaslı  xəritəsi  və  ekspertin  şəxsi  müşahidələrindən  istifadə  olunmuşdur. 
Eyni  zamanda  yerüstü  və  aerokosmik  məlumatlar  toplanıb,  fond  və  ədəbiyyat  materiallarındam 
istifadə  olunub.  Sadalanan  materialların  analizi  nəticəsində  Şirvan  Milli  Parkı  və  ətraf  zonasının 
bitgi  örtüyünün  təsnifatı  verilmiş  (cədvəl  5.1),  həmin  ərazinin  1:  25 000  miqyaslı  biotop  xəritəsi 
(şəkil  5.6)  tərtib  olunmuşdur.  5.2.  cədvəlində  ŞMP-nın  bitki  xəritəsinin  legendası  verilmisdir. 
Cədvəl  5.1-dən  göründüyü  kimi  baxılan  ərazinin  bitgi  örüyünün  təsnifatı  assosiasiya  dərəcəsinə 
qədər  işlənmiş  və  5  tip,  14  formasiya  və  17  assosasiya  qrupu  və  yaxud  biotopları  birləşdirən  7 
formasiya sinfi ayrılmışdır.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə