Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   39   40   41   42   43   44   45   46   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
94 
 
 
Şə
kil 5.6. Şirvan Milli Parkı və ətraf ərazilərin biotop xəritəsi 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
95 
Cədvəl  5.2.  ŞMP və onun ətraf ərazilərinin bitki xəritəsinin legendası 
Sahə 
Kontur
un 
nömrəs

Takson
ların 
ş
ifri 
Diminant bitkilərlə biotop  tiplərinin adı 
ha 


П
-1в 
Qaraşoranlı  –  Xəzərsahili  şahsevdili  (dam.  Halocnemum 
strobilaceum; iştirakı ilə Sphenopus divaricatus)  
7946.16 
14,05 

П
-2б 
Efemerli – Xəzərsarıbaşlı (dam. Kalidium capsicum) 
1021.20 
1,81 

П
-1в 
Ağacşəkilli  çərənli  –  Xəzərsahili  şahsevdili  (dom.  Halostachys 
belangeriana) 
2967.24 
5.25 

П
-2б 
Efemerli  –  gəngizli    (dom.  Salsola  nodusola,  iştirakı  ilə  Allium 
rubellum, Stipa caspica) 
72.04 
0.13 

П
-2б 
Qışotlu (dom. Petrosimonia brachiata, iştirakı ilə Tetradiclis tenella) 
655.40 
1.16 

П
-1в 
Avropa  duzlaqçoğanı    (dom.  Salicornia  europia,  iştirakı  ilə 
Puccinellia gigantean) 
93.64 
0.17 

П
-2а 
Efemerli –ətiryovşanlı – ağacşəkilliçərən  (dom. Suaeda dendroides) 
1364.46 
2.41 

П
-2а 
Efemerli – ətiryovşanlı  (dom. Artemisa fragrans) 
6534.22 
11.56 

П
-2б 
Qarışıqefemerli    (dom.  Sphenopus  divaricatus,  Bromus  japonicus, 
Hordeum leporinum, Lolium rigidum və s.) 
233.83 
0.41 
10 
П
-2б 
Ə
tiryovşanlı – erikabənzər şorangəli  (dom. Salsola ericoides) 
1656.33 
2.93 
11 
П
-2б 
Ə
tiryovşan  –  erikabənzər  şorangə  -qışotlu  (dom.  Petrosimonia 
brachiata) 
2416.72 
4.27 
12 
П
-2б 
Ə
tiryovşanlı – ağacşəkillişorangəli   (dom. Salsola dendroides) 
2543.23 
4.50 
13 
П
-1б 
Ə
tiryovşanlı – dağşorangəli  (dom. Salsola gemascens) 
7054.48 
12.48 
14 
П
-7а 
Qaraçayır  – adi  dəvə  tikanlı  (dom.  Alhadi  pseudoalhadi, iştirakı  ilə 
Artemisia swovitziana, Linaria simplex)  
4076.90 
7.21 
15 
П
-7б 
Dəvəyağılı  –  ağacabənzər  şorangəli  –  çoxbudaqlı  yulğunlu  (dom. 
Tamarix ramosissima) 
6872.49 
12.15 
16 
П
-9а 
Cənub yulğunlu  (dom. Phragmites australis) 
5062.07 
8.95 
17 
П
-3б 
Sibirturneforsiyası  –  iranotsarmaşığı    (dam.  Argusia  sibirica, 
Artemisia scoparia) 
1361.47 
2.41 
 
 
Digər sahələr  
4611.12 
8.15 
 
 
Ümumi  
56543.00 
100.0 
 
 
5.2.3. Torpaq şəraiti 
Landşaft  planlaşdırılmasında  ərazinin  inkişafının  əsas  məqsədli  funksiyası  üçün  xəritələr 
tərtib  etdikdə  torpaq  ən  vacib  komponent  sayılır.  Milli  park  və  onun  ətraf  ərazilərində  boz,  boz-
çəmən, çəmən-bataqlıq və qumlu torpaqlar yayılmışdır.  
Layihədə  torpaqlara  onların  landşaft-ekoloji  xüsusiyyətləri  baxımından  diqqət  yetirmək 
lazımdır,  və  bu  xüsusiyyətlər  çöl-müşahidə  məlumatlarının  tədqiqi,  ədəbiyyat  mənbələrinin, 
müxtəlif kartoqrafik və aerokosmik materialların analizi nəticəsində müəyyənləşdirilir (Antipov və 
b., 2005; Cənub-Şərqi Şirvanın topoqrafik xəritələri 1: 100 000). 
Hazırda torpağın tədqiqi və mühafizəsi, və həm də, torpağın məhsuldarlığının artırılması və 
ekoloji  tarazlığının  saxlanması,  sosial-iqtisadi  əhəmiyyətli  kompleks  regional  problemlər 
səviyyəsinə  qalxmışdır  və  torpaqdan  rasional  istifadənin  ümumi  istiqamətlərini  və  elmi-texniki 
tərəqqinin nailiyyətlərini nəzərə almağı tələb edir. 
Yuxarıda  deyilən  ideya  və  müddəalar  irimiqyaslı  (1:25  000,  şəkil  5.7)  torpaq  xəritəsinin 
tərtibində  nəzəri  və  elmi-metodiki  əsas  kimi  istifadə  olundu,  eyni  zamanda  Şirvan  Milli  Parkında 
torpağın boniteti və qranulimetrik tərkibi nəzərə alındı (Zaruçkaya, Krasilnikov, 1989; Antipov və 
b.,  2005).  Bu  xəritə  tərtib  olunanda,  həm  də,  lokal  səviyyəli  aerokosmik  şəkillərin 
deşifrlənməsindən alınan məlumatlar, xeyli miqdarda tematik materiallar, o cümlədən yer quruluşu 
planından, topoqrafik  və ŞMP-nın  biotop xəritlərindən  istifadə olundu. Torpağın  məhsuldarlığı  və 
torpaq-ekoloji şərait nəzərə alındı (Ətraf mühitin qorunması haqqında  


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
96 
Şə
kil 5.7. Şirvan Milli Parkı və ətraf ərazilərin torpaq xəritəsi 
azərbaycan  Respublikasının  qnunu,  1999;  Azərbaycan  Respublikasının  torpaq  kodeksi, 
1999; Azərbaycanın təbii yem yerlərinin geobotanik tədqiqinə dair metodik göstərişlər, 2001; SSRĐ-
nin qruqlari (Qafqazın qoruqları), 1990).   
Ş
irvan  Milli  Parkı  və  onun  ətrafında  boz,  açıq-boz,  çəmən-bataqlıq,  şoran  və  dəniz-qumlu 
torpaq  tipləri  ayrılır.  Baxılan  ərazinin  torpaq  xəritəsini  tərtib  etmək  üçün,  həm  də,  əsas  torpaq 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
97 
tiplərinin  sahəsi  və  məhsuldarlığı  (torpağın  fiziki  və  kimyəvi  xassələri  və  kimyəvi  tərkibi),  onlar  5.3 
cədvəlində verilmişdir. Bununla yanaşı, qranulometrik tərkib, torpağın rütubəti saxlamaq qabiliyyəti və 
bitopların inkişafı kimi amillər nəzərə alınmışdır.     
 
Cədvəl 5.3. Əsas torpaq tiplərinin sahəsi və məhsuldarlıq parametrləri (torpağın fiziki və kimyəvi
 
xassələri və kimyəvi tərkibi) 
Sahə 
Torpağın üst qatının tərkibindəki faktiki parametrlər, (%) 
ümumi 

  
Torpağın adı 
ha 
qumus 
azot 
fosfor 
Tərk.. 
fosforа, 
mq/kq 
Mübadilə 
ə
saslar. 
cəmi. mq.-
ekv.  
Karbonat 
lar СО

1.  Boz 
8730,12 
1,6-2,0 
0,12-0,10 
0,16-0,22 
14-20 
23,7-24,4 
4,51-5,08 
2. 
 
Açıq boz 
 
27795,70 
 
1,2-1,5 
 
0,03-0,15 
 
0,12-0,18 
 
12,0-22,0 
 
10,0-25,0 
 
4,70-5,08 
3.  Çəmən 
 
2,0-3,8 
0,11-0,18 
0,16-0,25 
7,0-10,0 
14,0-21,0 
4,88-5,26 
4.  Çəmən – 
bataqlı 
2150,59 
1,2-1,4 
0,09-0,12 
0,11-0,19 

7,9-14,8 
5,45-5,83 
5.  Şoran  
14193,26 
0,3-0,8 




3,0-7,21 
6.  Qumluqlar  
(qumluca) 
457,10 
 
 
 
 
 
 
 
Digər torpaqlar  1047,03 
 
 
 
 
 
 
 
Ümumi sahə 
54373,80 
 
 
 
 
  
 
Ş
irvan  Milli  Parkının  torpqlarının  təsnifatı  tip  və  yatımtiplərin  taksonu  səviyyəsinədə 
aparılmışdır. Təsnifatın əsasında qranulometrik tərkib, şorlaşma və şoranlıq durmuşdur, Dövlət Torpaq 
və  Kartoqrafiya  Komitəsinin  və  “Azhiprozem”  Đnstitunun  arxiv  və  fond  materiallarından  istifadə 
olunmuşdur.  
Qeyd  etmək  lazımdır  ki,  Şirvan  Milli  Parkı  təşkil  olunana  qədər,  son  on  illərdə  ekosistemdə 
böyük  dəyişiklər  baş  vermişdir,  landşaftların  deqradasiyası  baş  vermiş,  o  cümlədən  torpaq  və 
fitosenozda.  Antropogen  (və  zoogen)  amillərin  təsiri  və  texnogen  fəaliyyət  bütün  təbiət  komleksində, 
birinci  növbədə  Şirvan  Milli  Parkının  torpaq,  biotop,  flora  və  faunasında  əsaslı  dəyişikliklərə 
gətirmişdir.  
Landşaft qurşağı sistemi baxımından Cənubi Qafqazın şərq hissəsinin (bu əraziyə Cənub-Şərqi 
Ş
irvan düzü və Şirvan Milli Parkı daxildir) bazis landşaftı subtropik yarımsəhradır (Artomonov, 1989; 
Səhra  zonalarında  aerokosmik  şəkilləri  tətbiq  etməklə  otlaqların  xəritəsinin  tərtib  olunmasına  dair 
metodik göstəriş, 1984; SSSR-nin nadir və məhv olan flora növləri, 1981).  
Ş
irvan  Milli  Parkının  mərkəzində  Çala  göl  yerləşib,  kollektorların  suları  ilə  qidalanır,  parkın 
ə
razisindən  kanallar  keçir.  Bütün  tip  və  yarımtip  torpaqlarda  qumusun  tərkibi  3,8%  təşkil  edir,  onlar 
məhsuldarlığına və başqa əsas göstəricilərinə görə fərqlənirlər (cədvəl 5.4)  
Yuxarıda  deyildiyi  kimi,  bonitirovka  aparılanda  və  yaxud  torpaq  qrupunun  keyfiyyətini 
müəyyənləşdirəndə qumusun tərkibi, ümumi azot  və  fosfor  və torpağın başqa əlamətləri  nəzərə  alınıb 
(Landşaft planlaşdırılması  və təbiəti mühafizə: alman-rus-ingilis tərcümə  məlumat  kitabı, 2006; Səhra 
zonalarında  aerokosmik  şəkilləri  tətbiq  etməklə  otlaqların  xəritəsinin  tərtib  olunmasına  dair  metodik 
göstəriş, 1984; Cənub-Şərqi Şirvanın topoqrafik xəritələri 1: 100 000).  
Qeyd  etmək  lazımdır  ki,  baxılan  ərazidə  torpaq  örtüyü  kifayət  qədər  böyük  məkanda  təkrar 
ş
orlaşmağa,  bəzi  yerlərdə  isə  bataqlaşmağa,  məruz  qalmışdır.  Ərazinin  hidrogeoloji  rejimi  pozulmuş, 
xüsusən şoranlıq olan yerlərdə torpağın strükturu dağılmış və onun ekoloji xüsusiyyətləri məmfi tərəfə 
dəyişmişdir.  Əsas  səhra  biotopları  tam  bağlanmamış  örtük  yaradır,  aralarda  şoranlıq  və  qumlu  çatlar 
müşahidə olunur.  
Qranulometrik təkibi və torpağın bonitetini nəzərə almaqla Şirvan Milli Parkı və onun ətraf 
ə
razilərinin xəritəsinin legendası 5.4 cədvəlində verilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə