Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   36   37   38   39   40   41   42   43   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
87 
5.1.3. Tədqiqatların aparılmasının alqoritmləri 
Beləliklə, bu razılıq və müzakrələrdən sonra, seçilmiş ərazi üçün 1:25 000 miqyasında 
landşaft planı tərtib olunması qərara alındı. Onun yaranması aşağıdakı mərhələlərdən ibarət oldu: 
•  Inventarlaşdırma - ərazinin təbii mühiti, onun sosial-iqtisadi şəraiti, torpaqdan istifadənin 
srükturu  və  xüsusiyyətləri  haqında  mümkün  informasiyanın  toplanması  və 
ümumiləşdirilməsi,  və  həm  də,  ərazinin  ekoloji  problemlərinin  analizi  konteksində 
təbiətdən istifadədə olan konfliktlərin müəyyənləşdirilməsi; 
•  əhəmiyyət  və  həssaslıq  kateqoriyasında  planlaşdırma  ərazisinin  təbii  şəraitinin  və 
potensialının  qiymətləndirilməsi,  və  həm  də,  torpaqdan  istifadənin  xarakterinin 
qiymətləndirilməsi; 
•  ayrı-ayrı  təbii  komponentlər  üçün  təbii  resurslardan  istifadənin  sahə  məqsədləri 
konsepsiyasının işlənməsi; 
•  ərazinin istifadəsinin inteqrasiya olunmuş məqsədli konsepsiyasının işlənməsi; 
•  ərazinin inkişafı üçün fəaliyyət və tədbirlər planının hazırlanması. 
Tədbirlərə  həm  də  kənd  təsərrüfatı,  turizm  və  istirahət,  rekreasiya  və  digər  fəaliyyətlər 
daxildir. Bundan əlavə, davamlı inkişaf konsepsiyasına uyğun olaraq (həm təbiəti mühafizə, və həm 
də, sosial-iqtisadi sfera)  bütün ərazi üçün ümumi fəaliyyətlər planlaşdırılır. 
Gələcəkdə  Milli  Park  qarşısında  qoyula  biləcək  məsələləri  effektiv  həll  etmək  üçün 
aparılmış  tədqiqatlar  əsasən  ərazinin  kopmpleks  qimətləndirilməsini  aparmaq  və  onun  əsasında 
ə
razinin  funksional  zonalaşdırılması  gərəkdir.  Funksional  zonalaşdırma  parkın  ərazisini  müxtəlif 
prioritet təyinatlı, mühafizə rejimli və istifadəli hissələrə bölməyi nəzərdə tutur.  
 
5.1.4. Landşaft planlaşdırılmasının ünvançıları və daşıyıcıları 
Landşaft  planlaşdırılmasında  hazırlanan  inkişaf  məqsədləri  və  tədbirlər,  birliklərə  və 
hakimiyyətə, özəl və peşəkar şəkildə bu fəaliyyətlə məşğul olub təbiət və landşafta təsir edən bütün 
şə
xslərə ünvanlaşdırılıb (A.Antipov və b., 2005). 
Landşaft planının göstərişlərini icra etməyə məcbur ictimai idarələrdən aşağıdakıları xüsusi 
göstərmək  olar:  regional  və  tikinti  planlarının  daşıyıcıları,  təbiəti  mühafizə  idarələri,  sahə 
planlaşdırılması ilə məşğul olan digər xüsusi idarələr.  
Landşaft  planlaşdırılmasının  səviyyəsindən  asılı  plmayaraq  təbiəti  mühafizə  təşkilatları 
həmişə onun daşıyıcısıdır. 
Ş
irvan 
Milli 
Parkının 
təbiəti  mühafizə  əhəmiyyətini  və 
yerləşdiyi  şəraiti  nəzərə  alsaq 
Ekologiya  və  Təbii  Sərvətlər, 
Đ
qtisadi Đnkişaf,  Kənd Təsərrüfatı, 
Gənclər  və  Turizm,  Müdafiə 
nazirlikləri, 
Su 
və 
Torpaq 
komitələri  bu  park  və  onun  ətraf 
ə
razilərində 
aparılan 
landşaft 
planlaşdırılmasının  daşıyıcılarıdır. 
Parkın  yaxınlığından  beynəlxalq 
ə
həmiyyətli 
avtotrassa 
keçir, 
hahsı  ki,  ceyranların  hərəkətinə 
təhlükə 
yaradır 
və  bu  da 
Nəqliyyat  Nazirliyini  landşaft 
planlaşdırılmasının 
siyahısına 
daxil edir.  
Şə
kil 5.4. Şirvan Milli Parkında layihənin ictimaiyyət və 
KĐV nümayəndələri ilə müzakirəsi 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
88 
Parkın  ərazisini  əhatə  edən  Səlyan,  Neftçala  və  Qaradağ  inzibati  rayonlarının 
administrasiyası  da  landşaft  planlaşdırılmasının  ünvançıları  və  daşıyıcılarıdır.  Şərti  olaraq  bufer 
zonası adlanan ərazidə 30 kənd yetləşmişdir, onların bələdiyyələri Şirvan Milli Parkı və onun ətraf 
zonası üçün tərtib olunmuş landşaft planının ünvançıları və daşıyıcılarıdır.  
Universitetlər  və  onların  coğrafiya,  biologiya  və  ekoloji  fakultələri,  Milli  Elmlər 
Akademiyasının  müvafiq  elmi  təqiqat  institutları,  turizm  şirkətləri,  GEF  və  KWf  kimi  beynəlxalq 
təşkilatlarda Şirvan Milli Parkı üçün tərtib olunmuş landşaft planının ünvançılarıdır.  
Yuxarıda  deyilənlərlə  birlikdə,  xüsusi  qeyd  etmək  lazımdır  ki,  landşaft  planlaşdırılmasının 
ə
sas  məsul  daşıyıcıları  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi,  Torpaq  Komitəsi  və  Şirvan  Milli 
Parkının müdiriyyətidir.  
 
5.2. Đnventarlaşdırma mərhələsi  
5.2.1.Landşaf potensialı 
Ş
irvan Milli Parkının ərazisi Cənub- Şərqi Şirvanın bir hissəsini əhatə edir. O, şimaldan Baş 
Ş
irvan Kollektoru, şərqdən Xəzər dənizi, qərbdən isə Bakı-Lənkəran şosse yolu bounca sərhədlənir. 
Cənub-Şərqi  Şirvan  düzü  Kür-Araz  depressiyasının  şimal-şərq  qurtaracağı  olub,  tektonik 
cəhətdən  Qaraçala  sinklinalına  uyğun  gəlir.  Düzənlik  üst  pliosen  və  dördüncü  dövrün  dəniz  və 
allüvial  çöküntülərindən təşkil olunmuşdur. Cənub-Şərqi Şirvan düzənliyi mürəkkəb geomorfoloji 
quruluşu  ilə  xarakterizə  olunur.  Ərazidə    geniş  yayılmış  antiklinal  təpələr,  konusşəkilli  palçıq 
vulkanları,  qədim  dərələr,  hamar  dibli  çökəkliklər,  sahilboyu  tirələr  və  sair  relyef    formaları 
düzənliyin  səthini əhəmiyyətli dərəcədə mürəkkəbləşdirir. 
Cənub-Şərqi  Şirvan  düzənliyi  özünün  genetik  və  morfoloji  əlamətlərinə  görə  şimal-şərqi 
öndağlıq    və  cənub-qərb    düzənliyi  rayonlarına  bölünür.  Şirvan  Milli  Parkı  ərazinin  cənub-qərb 
düzənlik  hissəsində  yerləşir  və  müxtəlif    genetik  süxur  komplekslərindən  təşkil  olunaraq  meyilli 
səthə malikdir. 
Ş
irvan  Milli  Parkı  sərhədləri  daxilində  genetik  əlamətlərinə  görə  aşağıdakı  düzənlik  tipləri 
ayrılır:  abrazion-akkumlyativ,  allüvial-delta,  akkumlyativ-dəniz,  şoranlıq-laqun  və  şoranlıq-
deflyasiya. 
Cənub-Şərqi Şirvan düzünün torpaqları əsasən qonur yarımsəhra, boz-qonur, çəmən-boz və 
çəmən-bataqlıq  tiplərindən  ibarət  olub,  eyni  zamanda  onlar  şorlaşma  dərəcəsinə  və  mexaniki 
tərkibinə görə bir sıra yarım tip və növlərə bölünürlər. 
Ş
irvan  Milli  Parkı  daxilində  havanın  orta  illik  temperaturu  ərazinin  relyef  xüsusiyyəti  və 
Xəzər dənizinin  təsirilə əlaqədar olaraq 0-0,6
0
C arasında fərqlənir. Xəzər  dənizi sahilində yerləşən 
Ə
lət  qəsəbəsində  havanın orta illik  temperatutu 14,6
0
C, lakin  sahildən  bir qədər aralıda  yerləşən 
Qaraçalı  kəndində  14,2
0
C  təşkil  edir.  Havanın  orta  illik  temperaturu  ərazidə  14-14,6
0
C  arasında 
dəyişir.  Yanvar  ayının  orta  aylıq    temperaturu  2,2-4,2
0
C  təşkil  edir.  Havanın    mütləq  minimum  
temperatut soyuq Arktika hava kütlələri daxil olan zaman -12,-24
0
C arasında dəyişir. 
Atmsofer  yağıntıları qeyri-bərabər paylanmışdır. Milli Parkın şimalında 218  mm, cənub və 
qərbində isə 260-300 mm  yağıntı düşür. Yağıntlar əsasən yağış halında düşür. Qar az yağır və tez 
bir  zamanda  əriyir.  Qarla  örtülü  günlər  6-10  təşkil  edir.  Yağıntıların  az  düşməsi,  inetnsiv 
buxarlanma,  torpaqların    şorlaşması  ərazidə  yarımsəhra  landşaft  komplekslərinin  formalaşmasına 
səbəb olmuşdur. 
Ş
irvan  Milli  Parkı  ərazisində  süxurların  litoloji  tərkibi,  geomorfoloji  quruluşu,  torpaq  və 
bitki  örtüyünün  müxtəlif  növ  tərkibi  nəzər  almaqla  bizim    tərəfimizdən  bir  neçə  landşaft  növü  
ayrılmış və landşaft-rekreasiya  xəritə-sxemi tərtib olunmuşdur (şəkil 5.5). 
Quru  və  mülayim-quru    subtropik  düzənliklərin  landşaftı.  Bu  landşaft  tipi  Şirvan  Milli 
Parkının  bütün  ərazisini  əhatə  edir.    Son    zamanlar    burada  texnogen  təsirlərin  güclənməsi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə