Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   34   35   36   37   38   39   40   41   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
82 
4.10. Landşaft planlaşdırmasının sosial-iqtisadi məqsədləri  
Landşaft  planlaşdırmasının  yekun  mərhələlərindən  biri  hazırlanmış  təkliflərin  ərazinin 
sosial-iqtisadi  inkişaf  planına  tətbiqi  və  yaxud  inteqrasiyasıdır.  Bu  mərhələ  bələdiyyə  qurumunun 
inkişafının  iqtisadi  və  sosial  strategiyasına  nəzəri  və  praktiki  texnologiyaların  tətbiq  olunmasında 
kəmiyyətcə yeni keçid mərhələsidir.  
Đş
lənmələrin  aktuallığı  regionların  hüquqlarının  genişlənməsi  və  özünütəşkilin, 
özünümaliyyələşdirmənin və özünüidarənin rolunun artması ilə əlaqədardır. Bu proseslərin təminatı 
üçün  elmi  praktiki  tələbata  ehtiyac  vardır.  Yuxarıda  yazılanlarla  əlaqədar  konsepsiyaya, 
proqnozlara,  layihələrə  və  balanslaşdırılmış  inkişaf  məqsədli  proqramlara  ehtiyaclar  yaranır.  Eyni 
zamanda  regionların  kompleks  tədqiqatına,  onların  inkişaf  konsepsiyasının  əsaslandırılmasına, 
konkret regionların depressiv vəziyyətdən çıxarmaq üçün proqramın işlənməsinə də ehtiyac vardır.    
Đ
stənilən ərazinin balanslaşdırılmış inkişafı sosial-iqtisadi və təbii-ekoloji amillərin çoxluğu 
ilə müəyyən olunur. Bunlardan hər hansı birini nəzərə almamaq disbalansa gətirir və inkişaf prosesi 
pozulur.  Yüksək  təbiyət  əhəmiyyətinə  malik  ərazilərdə  ekoloji  tələbləri  nəzərə  almaq  məcburidr. 
Yuxarida deyilənlərlə əlaqədar ictimai və ekoloji sistemlərin müasir inkişaf mərhələsində qarşılıqlı 
ə
laqəli strateji landşaft (ekoloji) və sosial-iqtisadi ərazi planlaşdıtılması xüsusi əhəmiyyət kəsb edir. 
Bu konsepsiya konfliktləri nizamlama məqsədinə yönəlmişdir: iqtisadi və sosial maraqlar - ərazinin 
ekoloji məhdudlaşdırılması.  
Bu zaman aşağıdakı məsələlər qoyulur:  
1. Resursdan istifadənin balanslı modelləşdirilməsi. 
2.  Đctimai  və  təbii  sistemlərin  münasibətlərinin  optimallaşdırılması  üçün  fəaliyyətlərin 
koordinasiya  vasitəsinin  hazırlanması,  ekoloji  yönəmli  torpaqdan  istifadənin  hüquqi-
normativ nizamlanması. 
3.  Milli  maraqların  balansına  nail  olmaq  və  ərazinin  inkişafının  yeni  resurslarının 
axtarılması (alternativlər). 
4.  Model  regionlarda  strateji  landşaft  və  sosial-iqtisadi  planlaşdırmanın  təcrübəsinin  tətbiq 
perspektivləri. 
5. Đdarəetmə təşkilatlarının elmi-informasiya təminatı.   
Bələdiyyə  qurumuna  ərazi  idarəetməsinin  birinci  səviyyəsi  kimi  baxılır.  Bununla  yanaşı  o 
mürəkkəb ərazi təbii-təsərrüfat sistemidir, onun inkişafı, əsasən, təbii, iqtisadi, sosial mühitlərin və 
idarəetmə  təşkilatlarının  daxili  inteqrasiya  əlaqələri  ilə  müəyyən  olunur.  Ərazi  inkişafının 
qanunauyğunluqlarının  analizi  rayon  sistemi  və  onun  ayrı-ayrı  elementlərinin  xarici  amillərin 
təsirinə reaksiyasını əvvəlcədən görməyə və diaqnozunu verməyə imkan verir. Ona görə də, böhran 
şə
raitini  proqnozlaşdırmaq  üçün  imkan  yaranır,  bunun  nəticəsi  kimi  onların  aradan  qaldırılması 
üçün  vaxtında  tədbirlər  görülür,  bu  da  öz  növbəsində  ərazi  inkişafının  idarəsinin  adaptasiya 
məsələridir.     
Ə
razi  inkişafının  balanslaşdırılmış  planlaşdırılması  ərazi  proqnazlaşdırılmasının  yuxarıda 
qeyd olunan ümumi prinsipləri əsasında qurulur və aşağıdakı bölmələrin icrasına söykənir: 
1.  Rayonun ümumi səciyyəsi. Bura rayonun iqtisadi-coğrafi vəziyyətinin qiymətləndirilməsi, 
texniki-iqtisadi göstəriciləri və rayonun sosial və iqtisadi sferasının ümumi vəziyyəti, hansılar 
ki, rayonun ölkədə yerini xarakterizə edir, daxildir.    
2.  Təbii-resurs,  əmək  və  istehsal  potensialının  analizi  və  qiymətləndirilməsi,  məhsuldar 
qüvvələrin cəlb olunması və onlardan istifadə, sosial və mühəndis-nəqliyyat infrastrukturunun 
inkişafının səciyyəsi və inkişaf dərəcəsinin qiymətləndirilməsi. 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
83 
3.  Ərazinin  idarəsinin  ilkin  mənbələri,  potensialı,  investisiya  cazibədarlığı  və    iqtisadi  və 
sosial inkişafını əks etdirən sahə və kompleks xəritələrin işlənməsi. 
4.  Sosial-iqtisadi inkişafın strategiyasının işlənməsi. Bloka rayonun sosial-iqtisadi inkişafının 
mümükün  ssenarilərini  işləmək,  sahə  strategiyalarını  razılaşdırmaq  daxildir:  kənd  təsərrüfatı 
və  sənaye,  investisiya  kompleksi,  sosial  və  mühəndis-nəqliyyat  infrastrukturu,  torpaq 
münasibətləri, yerli büdcə və maliyyə axınlarının rasionallaşdırılması.   


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
84 
5. Şirvan Milli Parkı və onun ətraf ərazilərinin landşaft planı 
 
5.1. Ümumi müddəalar   
5.1.1. Model ərazisinin seçilməsinin əsasları və qısa təqdimatı 
ĐĐ
  fəsildə  qeyd  olunduğu  kimi,  2003-cü  ildə  Qafqaz  ölkələrində  landşaft  planlaşdırılması 
üzrə  mütəxəssilər  hazırlamaq  üçün  Almaniyanın  Federal  Təbiəti  Mühafizə  Đdarəsi  tərəfindən 
Almaniya (Drezden, 2004) və Cənubi Qafqazda (Tbilisi, bir neçə dəfə) layihə iştirakçıları və həmin 
ölkələrin  Ekologiya  Nazirliklərinin  əməkdaşları  üçün  treninqlər  təşkil  olundu.    Daha  sonra, 
tərəflərin  hər  birinə  öz  ölkəsində  icra  üçün  model  ərazinin  seçilməsini  və  müvafiq  nazirliklə 
razılaşdırılması təklif olundu.  
“Davamlı  inkişaf”  daha  doğrusu 
balanslaşdırılmış 
sosio-eko-iqtisadi 
inkişaf  həm  anlayış,  və  həm  də, 
imperativ  kimi  beynəlxalq  səviyyədə 
qəbul 
olunduğu 
yuxarıda 
qeyd 
olunmuşdur.  Burada  təbiət  və  ətraf 
mühitin  mühafizəsi  iqtisadiyyətlə  yanaşı 
eyni məqsəd daşıyırlar.   
“RĐO-92”  konfransından  sonra 
2001-ci  ildə  Azərbaycanda  ölkənin 
davamlı  sosial-iqtisadi  inkişafı  üzrə 
proqram  qəbul  olunduğu  da  yuxarıda 
qeyd 
olunmuşdur. 
Mövcud 
ekosistemlərin  mühafizəsi,  və  indiki  və 
gələcək 
nəsillərin  tələblərini  eyni 
dərəcədə  ödəmək  üçün  lazım  olan,  təbii 
resurslardan  rasional  istifadə  bu  Milli 
Proqramın  əsas  məqsədlərindən  biridir. 
Həm  də,  regionların  inkişafı  üçün 
ekoloji 
ə
saslara 
söykənmiş 
milli 
proqram qəbul olunmuşdur.  
Digər 
tərəfdən, 
landşaft 
planlaşdırılmasının 
mexanizm 
və 
vasitələri  xüsusi  mühafizə  olunan 
ə
razilərin  təşkili  və  mhafizəsində  xeyli 
dərəcədə  faydalıdır.  Milli  park  halında 
landşaft  planlaşdırılması  ilə  aşağıdakı 
ə
sas  sullara  cavab  tapmaq  olar: 
mühafizəyə ehtiyacı olan dəyərli nə var; 
onlara  hansı  mövcud  və  ehtimal  olunan 
təsirlər 
vardır; 
hansı 
konfliktlər 
mövcuddur  və  onları  necə  həll  etmək  olar;  inkişafın  hansı  məqsədləri  olmalıdır;  hansı  tədbirlərə 
ehtiyac vardır. [A. Antipov və b., 2005).  
Ekoloji istifadə forması yönəmli ərazilərdə landşaft planlaşdırılmasının məqsədi landşaftların 
mühafizəsi  və  inkişafıdır.  Belə  ekoloji  istifadə  üsulunda  təbii  mühit  və  resurslar  mühafizə  olunur. 
Bu halda landşaft planlaşdırılmasının əsas funksiyalarından biri mədəni landşaftın növ və biotopları 
üçün xüsusi əhəmiyyətli ərazilərin ayrılmasıdır.  
Yuxarida  yazılanları  və  Almaniyanın  Federal  Təbiəti  Mühafizə  Đdarəsinin  təklifini  nəzərə 
alaraq azərbaycanda landşaft planlaşdırılması aparmaq üçün Şirvan Milli Parkı və onun ətraf zonası 
Şə
kil 5.1.Şirvan Milli Parkı və ətraf əarzilərin 
inzibati xəritəsi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə