Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   30   31   32   33   34   35   36   37   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
73 
- kənd təsərrüfatı yerli əhalinin və turistlərin ehtiyaclarını ənənəvi olaraq bu ərazidə istehsal 
olunan ərzaq məhsulları ilə təmin edə bilmir. 
4. Ayrı-ayrı zonaların inkişaf konsepsiyasına yenidə baxış, nə zaman ki, 
- təbiətdən istifadəyə və ətraf mühitə təsiri qiymətləndirməyə yeni normativ məhdudiyyətlər 
daxil edilmişdir; 
-  əbiətdən nizamlı istifadə ilə əlaqədar problemlər kəskinləşmişdir. 
5. Fəaliyyət və tədbirlərin istiqamətlərinin düzəlişi və dəqiqləşdirilməsi, nə zaman ki,  
- ayrı-ayrı komponentlər üzrə təbiəti mühafizə tövsiyələri icra olunmur, və yaxud, inkişafın 
məqsədli konsepsiyasını təmin etmir; 
-  pozulmuş  təbii  komplekslərin  təbii  bərpası  kifayət  qədər  intensiv  getmir,  və  yaxud,  arzu 
olunmayan istiqamətdə gedir. 
Təkrar planlaşdırma aparamağın  mənası  və  xeyri  onda olur ki, ərazinin  inkişafı üçün əvvəl 
tərtib olunmuş planın bütün məqsədləri icra olunmuş olsun. 
 
4.8. Đri miqyaslı lanşaft planı (1: 25 000),  
4.8.1 Ümumi müddəalar 
Đ
rimiqyaslı  landşat  planını  adətən  yerli  özünüidarəetmə  əraziləri,  və  yaxud,  bələdiyyə 
ə
razisinin bir hissəsi, həm də, xüsusi təbiət əhəmiyyəti olan əraziləri üçün (yasaqlıq, qoruq, milli və 
yaxud təbii parkın ərazisi) tərtib edirlər.   
Ortamiqyaslı 
(çərçivə) 
landşaft 
planlaşdırılmasından 
fərqli 
olaraq 
irimiqyaslı 
planlaşdırmanın  məqsədi  adətən ərazinin  inkişafının ümumi problemlərinin  həllinə  yönəlməmişdir 
və  daha  yüksək  səviyyəli  planın  çərçivə  tələblərinin  göstərişlərinə  uyğun  olaraq  konkret  prioritet 
məsələləri  həll  edir.  Đrimiqyaslı  lanşaft  planlaşdırılması  ərazisnin  sərhədi  kimi  inzibati  bölmənin 
sərhədlərini götürmək məsləhət görülür. Bu təbii, tarixi  və digər sərhədləri orientir kimi götürməyə 
qadağa qoymur, əgər, planlaşdırmanın əsas məqsədi bu sərhədlərdə daha effektiv reallaşırsa. Ancaq, 
bunula  yanaşı,  vahid  şəkildə  formlaşmış  təsərrüfat  kompleksinin  bütün  əlaqələrini    infrastruktur, 
sosial  blok,  xammal  istehsalı  və  onun  emalı,  istirahət  zonaları  və  canlı  təbiətin  mühafizəsində 
nəzərə almaq lazımdır. Ona görə də əsas məqsədi müəyyən etdikdən sonra araşdırılan sahənin dəqiq 
sərhədlərini müəyyən etmək lazımdır.  
Đ
rimiqyaslı planlaşdırma ərazisinin sərhədlərini müəyyən etdikdən sonra araşdırılan ərazinin 
problemlərini aydınlaşdırmaq və bu problemlərin realizasiyasının şəcərəsinin tərtib etmək lazımdır. 
Onların ardıcıllığı inkişafın ekoloji, sosial, siyasi və iqtisadi şərtləri ilə təyin olunur.  
Məsələn,  xüsusi  mühafizə  olunan  ərazilərdə  hər  şeydən  əvvəl  ekoloji  problemlər  nəzərə 
alınır,  hansıların  ki  həlli  təbiəti  mühafizə  tədbirləri  ilə  yanaşı  iqtisadi  və  digər  fəaliyyətdən  də 
asılıdır.  Kənd  təsərrüfatı  əraziləri  üçün  davamlı  inkişaf  prinsipinə  əsaslanmaq  lazımdır.  Davamlı 
inkişaf prinsipi  landşafta əks təsiri, onun uzunmüddətli  istifadəsini  və təbii potensialının  bərpasını 
təmin  edir.  Bu  zaman  ekloji  amillər  mütləq  və  məcburi  şəkildə  həlledici  deyildir,  ancaq  çərçivə 
ə
həmiyyətli ola bilərlər.   
Đ
rimiqyaslı planlaşdırmanın vacib məqamı konkret ərazinin inkişaf məqsədlərinə xas olan və 
şə
cərə  məqsədlərində  nəzərə alınan   siyasi,  sosial,  iqtisadi  və  xüsusən ekoloji  problemlərin ardıcıl 
şə
kildə  analizidir.  Sadalanan  sferaların  hər  biri  xüsusi  elementlərə  ayrılır.  Belə  ki,  iqtisad  sferası 
emal sənayesinə, meşə və su təsrrüfatına, nəqliyyata, energetikaya və ticarətə bölünür (şəkil 4.13).  


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
74 
 
Şə
kil 4.13. Đrimiqyaslı landşaft planlaşdırılmasında problemlərin kompleks təyini 
 
Burada  hər element üçün  bütün  mümkün problemlərə  baxılır, xüsusi  hal üçün  məqsədlərin 
şə
cərəsi  tərtib  olunur  və  dominant  məqsəd  müəyyənləşdirilir.  Məsələn,  kənd  təsərrüfatına  tətbiq 
zamanı  bu  problemlər  kimi  torpağın  eroziya  prosesinə  qarşı  zəif  olamsını  və  yaxud  onun  zəif 
susaxlama qabiliyyətini, odun hazırlanması üçün  ehtiyatın və tikinti  materiallarinın olmamasını  və 
s. göstərmək olar. Meşə təsərrüfatı üçün xüsusi hal kimi meşənin bərpası və yaxud mühitmühafizə 
qabiliyyətinin  gücləndirilməsini  vurğulamaq  olar.  Nəqliyyat  üçün  məqsəd  kimi  nəqliyyat 
şə
bəkəsinin  yaxşılaşdırılması,  və  yaxud,      yaradılaması  ola  bilər.  Bu  məqsədlər  kənd  təsərrüfatı 
məhsullarının daşınması, emalı və reallaşdırılmasına qulluq edirlər.  
Bütün bu məqsədlər satış bazarının mövcudluğu, məhsulun mayadəyəri, investisiya siyasəti 
və s. kimi vacib makroiqtisadi prinsiplərə yönəlməlidir.  
Sosial sferada  məşğulluq və  işszlik,  mədəniyyət, təhsil, təqaüd təminatı, səhiyyə və s. kimi 
elementləri ayırmaq olar. Bu elementlərin hər biri üzrə problem sahələrə baxmaq və inkişafın əsas 
isitiqamətlərini həll edən əsas məqsədləri ayırmaq lazımdır. 
Siyasi  sferanın  vacib  olmasına  baxmayaraq  müasir  zamanda  ərazi  planlaşdırılması 
konteksində  o  az  inkişaf  tapmışdır.  Vacib  element  kimi  inzibati  bölgü,  idarəetmə  və  torpaqdan 
istifadənin hüquqi-qanuni əsaslarını misal göstərmək olar. Onlar həm də landşaft planları hazırlanan 
zamanı da analiz edilməlidir. 
Bu  sferaların  hər  biri  və  onların  ayrı-ayrı  elementləri  üzrə  əsas  məqsədləri  və  inkişaf 
məqsədlərini müəyyən etdikdən sonra irimiqyaslı landşaft planlaşdırmasının informasiya təminatına 
baxmaq lazımdır. Bu zaman nəzərə almaq lazımdır ki, planlaşdırmanın əsasını əsasən əldə olan, və 
yoxlanmış, məlumatlar təşkil etməlidir. 
Đ
rimiqyaslı  landşaft  planlaşdırılması  çərçivəsində  təbii-ekoloji  şəraitin  xüsusiyyətlərini 
nəzərə  almaq  və  inkişafın  məqsədini  işləmək  və  qiymətləndirmək  üçün  ən  əhəmiyyətli  təbii 
komponent seçilir. Çox vaxt bu miqyasda bu məqsəd kimi torpaq, növ və biotoplar, landşaftlar və 
onların  rekreasiya  potensialı  meydana  çıxır.  Đrimiqyaslı  landşaft  planının  hazırlanması  çərçivə 
planında olduğu kimi beş mərhələyə bölünə bilər.  
 
4.8.2. Đnventarlaşdırma mərhələsi  
Çərçivə  landşaft planlaşdırılmasında olduğu kimi, burada da  inventarlaşdırma  mərhələsinin 
ilkin materialları dövlət statistika, meşə taksasiyası və yerquruluşu məlumatları, hirometeorologiya 
xidməti  şəbəkəsinin  müşahidə  sıraları  və  s.  ola  bilər.  Ancaq,  onlar  çöl  tədqiqatları,  ədəbiyyat 
mənbələrinin  analizi  və  müxtəlif  kartoqrafiya  və  aerokosmik  materiallarla  dəqiqləşdirilir.  Torpaq, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə