Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   28   29   30   31   32   33   34   35   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
66 
-  il ərzində nisbi rütubəti 80%-dən və çox olan günlərin sayı; 
-  atmosferin yerə yaxın qatında temperatur inversiyasının yaranma şəraitinin kəmiyyət 
xarakteristikası. 
Potensialın  kəmiyyətinin  bal  ilə  qiymətləndirilməsini  planlaşdırma  ərazisinin  atmosfer 
dövranının konkret xüsusuyyətlərindən asılı olaraq hər kriteriya üçün işlənmiş qiymətləndirmə şkalası 
ə
sasında aparmaq olar. 
Atmosferin  ziyanverən  aşqarlarla  çirklənməyə  həssalığı  özünütəmizləmə  potensialı  ilə  tərs 
mütənasibdir: potensial nə qədər böyük olsa atmosfer havasının həssaslığı o qədər azdır, və əksinə. 
Mühəndis  və  rekreasiya  istifadələrində  landşaftların  həssalığını  antropogen  fəaliyyət 
nəticəsində  ekzogen  relyefəmələgətirici  proseslərin  potensial  yaranma  imkanlarına  görə 
qiymətləndirmək məsləhət görülür.  
Landşaftların  həssaslığını  qiymətləndirən  zaman  onların  morfolitogen  əsaslarının 
(dəyişmələrin  intensivliyi  və  prosesin  qayıtması)    antropogen  təsirə  reaksiyası  nəzərə  alınır.  Buna 
uyğun olaraq landşaftların davamlılığının aşağıdakı qradasiyalarını ayırmaq olar: 
•  davamlı-təhlükəsiz  və  yaxud  ekzogen  proseslərin  əhəmiyyəli  olmadığı,  intensiv     
istifadəyə yararlı  səthlər; 
•  nisbətən  davamlı  –  potensial  olaraq  təhlükəli  səthlər,  ekstensiv  istifadə  mümkündür, 
amma, ekzogen proseslərin təsirindən mühafizəyə ahtiyacı var; 
•  davamsız  –  təhlükəli  səthlər,  onların  istifadəsi  landşaftın  deqradasiyasına  və  bərpa 
olunmayan proseslərə gətirib çıxara bilər; 
•  son dərəcədə davamsız – çox təhlükəli səthlər, onların  istifadəsi  məqsədəuyğun deyildir; 
burada  ekzogen  relyefəmələgətirici  ptoseslərin  yaranmasının  təbii-dağıdıcı  xarakteri 
təsərrüfat fəaliyyətini, və o cümlədən insanların həyatını, təhlükə altına qoyur.   
4.4. cədvəlində landşaftların antropogen təsirə qarşı həssalığının təsnifatı verilmişdir. 
 
         Cədvəl 4.4. Landşaftların antropogen təsirə həssaslığı 
Həssalıq 
dərəcəsi 
Davamlılıq  Landşaftın morfolitogen əsasının antropogen təsirə reaksiyasının 
xüsusiyyətləri 
Yüksək 
Davamsız 
və  hədsiz 
davamsız 
Yaranma və aktivləşmə 
-  uçqunlar, sürüşmələr və yuyulan çox dik yamacların, tektonik 
kontaktların qayalı yamaclarının  aşınması; 
-  vadilərin dik yamaclarında eroziya və sürüşmələr.  
 
Orta  
Nisbətən 
davamlı və 
nisbətən 
davamsız 
Yaranma və aktivləşmə 
- eroziya yuyulması və vadilərin yamaclarında kütləvi 
sürüşmələr; 
-deltalarda, çay konuslarında əkin yerlərində deflyasiya. 
Aşağı  
Davamlı  
Aktivlik  yoxdur  və  yaxud  azdır  (hamar  səthlər,  azmeylli 
yamaclar və terraslar)  
 
Bir  çox  hallarda,  təsir  növü  kifayət  qədər  yaxşı  məlum  olanda  (məsələn,  ancaq  rekreasiya 
yükləri),  landşaftların  həssaslığını  aydınlaşdırmaq  üçün  onun  dinamiki  izahından  istifadə  edirlər. 
Yəni, landşaftın funksional strükturunun modifikasiyasını nəzərə almaqla onun mümkün dəyişmələri 
müəyyənləşdirilir.  
 
4.4. Ərazinin istifadə olunmasının sahə məqsədləri 
Bu  mərhələnin  son  nəticəsi  sahə  xəritələri  komplektidir,  hansılardakı  istifadə  məqsədləri 
növlərinə uyğun zonalaşdırma aparılmışdır.  


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
67 
Cəmi üç əsas məqsəd növü ayırmaq olar: 
-  mühafizə, 
-  inkişafetdirmə 
-  yaxşılaşdırma. 
Məqsədin  birinci  növü  –  mühafizə  -    ətraf  mühitin  mövcud  vəziyyətini  saxlamağa 
yönəlmişdir.  Bu  ancaq  ərazi  istifadə  olunmayanda  və  yaxud  ekstensiv  istifadə  zamanı  mümkündür. 
Məqsədin bu növünə aşağıdakı fəaliyyət və tədbirlər uyğun gəlir: 
-  mühafizə (istifadə etməmək); 
-  ekstensiv istifadənin saxlanması; 
-  intensiv istifadədən imtina və onun ekstensiv formaya keçirilməi; 
-  istənilən mövcud və gələcəkdə mümükün istifadə cəhdlərindən  imtina. 
Məqsədin  ikinci  növü  –  inkişaf  -  ərazinin  inkişafına  yönəlmişdir.  Bu  zaman,  fəaliyyətdə 
olan qanuna əsasən, həm ekstensiv, və həm də, intensiv inkişafa yol verilir. Ərazinin “inkişaf” növü 
məqsədinə görə istifadəsini reallaşdıranda onun mühafizəsi kateqoriyası (təbiəti mühafizə statusu), 
ya  əvvəlki  kimi  qalır,  yaxud,  bir  dərəcə  aşağı  salınır.  Belə  məqsəd  növü  üçün  aşağıdakı  şəkildə 
tədbirlər mümkündür:   
-  mövcud ekstensiv istifadənin saxlanması; 
-  qiymətləndirmə və nizamlama şərti ilə mövcud intensiv istifadəni saxlamaq; 
-  istifadə olunmayan ərazini ekstensiv istifadə kateqoriyasına keçirmək; 
-  istifadə  olunmayan  və  yaxud  az  istifadə  olunan  ərazini  intensiv  istifadə  kateqoriyasına  
keçirmək (inkişafın nizamlanmış intensifikasiyası).  
Məqsədin  üçüncü  növü  –  yaxşılaşdırma  –  ancaq  ərazinin  yaxşılaşdırmaq  üçün  kompleks 
tədbirləri nəzərdə tutur. Bu keçmişdə və hazırda intensiv istifadəyə məruz qalmış ərazilərə aiddir.  
Qeyd  etmək  lazımdır  ki,  böyük  ərazilərin  1:  200 000  miqyaslı  landşaft  planında  istənilən 
məqsəd  növünə  nisbətən  önəmlisi  kimi  baxmaq  lazımdır,  yəni  bu  məqsəd  növü  lokal  sahələrdə 
başqa  istifadə  növünü  inkar  etmir.  Məqsəd  növlərinin  və  tədbirlərin  xülasəsi  və  nisbəti  şəkil  4.8 
verilmişdir.  
Sahə  məqsədlərinin  növlərinin  müəyyənləşdirilməsi  əhəmiyyətlilik  və  həssaslıq  xəritələri 
ə
sasında  aparılır.  Araşdırma  zamanı  adətən  hər  iki  göstərici  nəzərə  alınır.  Məqsəd  növlərinə  görə 
ə
razinin zonalaşdırılması aşağıdakı prinsiplərə riayət etməklə aparılır (şəkil 4.9): 
-  “Mühafizə”  məqsədi  ərazi  ən  yüksək  qiymətə  və  daha  böyük  həssaslığa  malik  olanda 
qəbul olunur. 
-   “Yaxşılaşdırma”  məqsədi  aşağı  əhəmiyyətli  ərazilər  üçün  qəbul  olunur.  Əlavə  olaraq 
ə
razinin pozulması  və real  istifadə  xəritələri cəlb  olunur, və  əgər, ərazinin pozulması onun 
ə
həmiyyətinin azalması ilə əlaqədar olsa, onda ərazi “yaxşılaşdırma” zonasına daxil edilir.  
-  “Đnkişaf  “  məqsədi  qalan  ərazilərdə  qəbul  olunur,  bununla  yanaşı  həssaslığın  əsas 
kriteriyası kimi davamlılığın qiymətləndirilməsinə xüsusi diqqət ayrılır. Yüksək davamlılıq 
olmadıqda ərazi bu zonaya daxil edilmir.  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə