Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   24   25   26   27   28   29   30   31   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
53 
Landşaft layihə sənədlərinin işlənməsinin əsası  olan bu  mərhələlərin məzmunu aşağıda 
ə
traflı veriləcək.  
 
 
 
Şə
kil 4.1. Landşaft planlaşdırmasının mərhələləri 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
54 
4.2. Landşaft proqramı 
Ümumi müddəalar 
Landşaft planlaşdırılması sistemi ierarxiyasının ən yuxarı təbəqəsi kimi landşaft proqramının 
onun  növbəti  səviyyələrindən  əsas  fərqi  bütün  planlaşdırma  ərazisindəki  funksional  istifadə 
(məqsədli) zonalarını ayrırmaqdır (bölünməsi). Bunun üçün aşağıdakılar nəzərə alınmalıdır: 
-  planlaşdırmanın əsas məqsədləri, hər şeydən əvvəl, təbiəti mühafizə məsələləri; 
-  təbii-məkan strükturu və ərazinin təsərrüfat baxımdan mənimsənilməsi;  
-  təbiətdən istifadənin konfliktli arealları. 
Landşaft proqramı işlənən zamanı aşağıdakı funksional zonalar ayrıla bilər, misal üçün: 
A zonası – xüsusi ehtiyacı olan arealların mühafizəsi 
Ə
sas  məqsəd  -  əsasən  qarşılıqlı  əlaqədə  olan  təbii  və  yaxud  ona  yaxın  ekosistemlərin 
mühahafizəsidir; bu areallar növ və biosenozların mühafizəsi üçün çox böyük əhəmiyyətə malikdir; 
bu zonalarda heç bir istifadəyə məsləhət görülmür, ekstensiv də daxil omaqla.  
B zonası – ekstensiv istifadə olunan arealların mühafizəsi 
Ə
sas məqsəd - əsasən extensiv istifadə olunan arealların mühafizəsidir, misal üçün, hansılara 
ki  daxildir,  meşə  arealları  və  təbii  ekosistemlərə  yaxın,  ancaq  növbə  ilə  meşə  və  kənd 
təsərrüfatlarında  istifadədə  olan  mədəni  ekosistemlər;  bura  hər  şeydən  əvvəl  tarixi  mədəni 
landşaftlar  daxildir;  bu  əsasən  landşaftın  komponentlərinin  “işqabiliyyətini”  saxlamaq  üçün 
lazımdır. Bu həm də  xüsusi  cəciyyəvi  landşaftlara və extensiv təbiətdən  istifadəyə  istinad  yaradan 
kiçik  istifadəli  landşaft  komplekslərinə  aiddir.  Sərbəst  (boş)  sahələrdə  landşaftın  imkanına  uyğun 
olaraq  nizamlanan  rekreasiya  formaları  inkişaf  etdirmək  olar.  Məskunlaşma  məntəqələrinin  sayı 
məxsusi  tələbə  uyğun  olaraq  məhdudlaşdırılır,  infrastrukturun  inkişafından,  xüsusən  nəqliyyatın, 
imtina etmək gərəkdir.  
C zonası – əsasən xüsusi həssas arealların yaxşılaşdırılması 
Ə
sas məqsəd - əsasən landşaftın komponentlərinin iş qabiliyyətini və istifadənin intensivliyi 
və  yaxud  növünü  dəyişdirməklə  istifadə  olunan  arealların  vəziyyətini  yaxşılaşdırmaqdır.  Bura  hər 
ş
eydən əvvəl daxildir, ərazinin istifadə növü və dərəcəsi mümkün olan təzyiqi xeyli artan areallar.  
D zonası – kənd təsərrüfatında istifadə olunan areallarda təbii komponentlərin mühafizəsi 
Ə
sas  məqsəd  –  mövcud  təbii  strükturu  və  torpaqdan  extensiv  istifadəni  saxlamaqla  kənd 
təsərrüfatında  istifadə  olunan  areallarda  təbii  mühitin  iş  qabilyyətinin  təminatıdır;  ərazinin 
yaxşılaşdırılmasının  xüsusi və ümumi  məqsədlərinə  nail olmaqdır (məsələn,  yeraltı suların, suyun, 
torpağın  mühafizəsi;  meşələrin  kiçik  biotoplarının,  su  obyekləri  ətrafında  salınmış  meşə 
zolaqlarının təbii suksessiya ilə təminatı).   
E zonası – yaşayış məntəqələrində sərbəst (boş) yerlərin və təbii mühitin mühafizəsi 
Ə
sas  məqsəd  –  böyük  yaşayış  məntəqələri  və  onların  ətraflarında  lazımi  miqdar  və 
keyfiyyətdə  sərbəst  (boş)  yaşıl  sahələri  saxlayıb,  mühafizə  etməkdir;  aşağıdakı  məqsədlər  üçün 
yaşayış məntəqəsini təbii landşaftlara yaxın, yaşıl biotoplara görə bölmək: 
-  tikilməmiş  shaələrdə  funksional  əlaqənin  yaradılması  (xüsusən  kənd  meşə 
təsərrüfatında istifadə olunan şəhər ətrafında); 
-  rekreasiyada; 
-  mənbələrin ziyanverici maddələrdən və səsdən mühafizəsində. 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
55 
F zonası – intensiv istifadə olunan arealların yaxşılaşdırılması ( o cümlədən sanasiya) 
Ə
sas  məqsəd  –  təbiətə  ziyanverın  təsərrüfat  növü  olanda  və  bu  zaman  ətraf  mühitin 
mühafizəsi  üçün  adyekvat  tədbirlərin  olmadığı  halda  insan  və  təbiyət  üçün  xüsusi  təhlükə  olanda  
ziyanverən təzyiqlərin aradan qaldırılması, ətraf mühitin sanasiya edilməsi. 
 
Şə
kil 4.2. Đlkin məlumatların quruluşu və çərçivə landşaft planının hazırlanmasının birinci və ikinci 
mərhələləri üçün nəticələrin alınması 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
56 
4.3. Çərçivə landşaft planının tərtib olunmasının alqoritmi  (Baykal gölünün timsalında) 
4.3.1 Đnventarlaşdırma mərhələsi 
Đ
nventarlaşdırma  mərhələsi  ərazinin  təbii  mühiti,  onun  sosial-iqtisadi  şəraiti  və  torpaqdan 
istifadənin xüsusiyyətləri haqqında bütün mümkün məlumatların toplanması və ümumiləşdirilməsi, 
və  həm  də,  ərazinin  ekoloji  problemləri  konteksində  “sosial  mühit-təbiətdən  istifadə”  sistemində 
ə
sas konfliktlərin müəyyənləşdirilməsi üçün aparılır. 
Bu mərhələnin əsas nəticəsi 1: 100 000 miqyaslı inventarlaşdırma xəritələri və planlaşdırma 
ə
razisində konflikt və problemlərin müəyyənləşdirilib, təqdim olunmasıdır. Xəritələrin məzmunu və 
informasiya  zənginliyi  ərazinin  təsərrüfat  istifadəsinin  xüsusiyyətlərini  və    təbii  mühitin  müasir 
vəziyyətini əks etdirməlidir.   
Đ
nventalaşdırma xəritələri tərtib edildikdə təbii komponentlərin vəziyyəti analiz edilir və bu 
da  ərazinin  əsas  inkişaf  funksiyasını  müəyyən  etdikdə  nəzərə  alınır.  Adətən  belə  komponentlər 
aşağıdakılardır:  
-  novlər və biotoplar; 
-  torpaqlar, 
-  iqlim və yerüstü atmosfera, 
-  səth suları; 
-  yeraltı sular, 
-  landşaftlar.  
Bundan başqa bu mərhələdə sosial-iqtisadi şərait və ərazidən mövcud istifadəolunma analiz 
edilir. Bu siyahı təqribidir və ərazinin təbii xüsusiyyətləri və planlaşdırmanın məqsədlərindən asılı 
oıaraq dəyişə bilər. 
Đ
nventarlaşdırma  xəritələrinin  tərtibi  üçün  ilkin  məlumatlar  xəritə  və  qeyri-xəritə  fond  və 
müxtəlif  təşkilatların  arxiv  materialları  ola  bilər.  Ayrı-ayri  komponentlər  və  sosial-iqtisadi  şərait 
üçün inventarlaşdırma xəritələrinin mənbələri 4.2. şəkilində verilmişdir.  
Ə
razinin  təbii  şəraitini  analiz  etdikdə,  məsələn,  antropogen  pozulmanın  xarakter  və 
dərəcəsinin müəyyən etdikdə, rayon planlaşdırmasına daxil olan materiallardan, ərazinin kompleks 
təbiəti mühafizə sxemindən, və həm də, təbiəti mühafizə üzrə yerli ərazi komitələrinin ekoloji şərait 
haqqında  hazırladığı  illik  məruzələrdən  istifadə  etmək  məsləhət  görülür.    Misal  üçün  şəkil  4.3  və 
4.4-də  konkret  ərazi  (Baykal  gölünə  axan  Qoloustan  çayının  hövzəsi)  üçün  1:  100  000  miqyaslı 
inventarlaşdırma xəritəsinin fraqmentləri verilmişdir.  
Đ
nventarlaşdırma  xəritələrini  tərtib  etdikdə  həmdə  aşağıdakı  məxsusi  tədqiqtqların 
aparılması  məsləhət  görülür:  ərazi  üzrə  birdəfəlik  tematik  ekspedisiyalar  aparmaq,  məsələn, 
geobotaniki,  geokimyəvi,  torpaq  və  digərləri  üçün;  səciyyəvi  hissələrdə  kompleks  stasionar 
tədqiqatlar  aparmaq  və  xüsusi  hazırlanmış  anket  vasitəsilə  yerli  əhali  arasında  sosioloji  sorğular 
keçirmək.  
Yuxarıda  göstərildiyi  kimi,  inventarlaşdırma  mərhələsinin  vacib  məsələsi  təbiətdən 
istifadəçilərin  maraqlarını  müəyyənləşdirmək,  həm  də  bu  mühitdə  olan  konflikt  və  problemləri 
analiz etməkdir. Ona görədə, landşaft planının bu mərhələsində artıq bütün marağı olan təşkilat və 
fərdlərlə  məsləhətləşmə  aparmaq,    kütləvi  informasiya  vasitələri,  xüsusi  nəşrlər  və  digər  oxşar 
mexanizmlərlə ictimaiyyəti məlumatlandırmaq lazımdır.  Mümkün olduqca təşkilat və ictimaiyyətin 
nümayəndələri ilə əvvəlcədən görüşlər keçirmək gərəkdir. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə