Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
77
Bitgi formasiasının mühafizəsi üçün əhəmiyyət: 1.- yüsək, 2 – orta. Kənd təsərrüfatının istifadəsində əhəmiyyət: 3 –
yüksək, 4 – orta, 5 – aşağı. Totpaqdağıdıcl ekzogen proseslərə həssaslıq: 6 – yüksək, 7 – orta, 8 – aşağı.
Landşaftların “əhəmiyyətlilik” və “həssalıq” kateqoriyalarında qiymətləndirilməsi bu və ya
digər landşaftın istifadəsində nəyə üstünlük verilmsinə yönəlir. Yəni burada estetik cazibədarlıq,
ə
traf mühitin insanların sağlamlığı üçün optimallığı, təbii komfortluğu, nəqliyyatın asanlığı, sosial-
psixoloji məqamlar və əhalinin müxtəlif qruplarının marağı nəzərə alınır. Landşaftların əhəmiyətini
qiymətləndirdikdə əsas diqqət onların özünəməxsusluğu və müxtəlifliyinə, unikallığına (nadir
geoloji formasiyaların, bitgi növləri və heyvanların mövcudluğu, relyefin ekzotik forması və s.),
peyzaj cazibədarlığına verilir. Landşaftın həssaslığını qiymətləndirəndə onun hazırki vəziyyəti və
dinamikası haqqında məlumatdan istifadə edirlər, landşaftın pozulması nəticəsində mümkün
dəyişmələri aydınlaşdırırlar. Landşaftların həssalığının indikatoru kimi həm də onların rekreasiya
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
78
tutumu, təşkil olunmamış istirahətin varlığı və yaxud yoxluğu, onun iqlim məhdudiyyətləri və risk
amillərindən istifadə edirlər.
4.8.4. Đnkişafın məqsədli konsepsiyasının hazırlanması
Đ
nkişafın məqsədli konepsiyasını hazırlamaq qiymətləndirmə mərhələlərinin materialları
ə
sasında aparılır. Ayrı-ayrı təbii komponentlərin istifadəsinin məqsədli konsepsiyası və inteqrasiya
olunmuş məqsədli konsepsiyası çərçivəsində məqsədləri yarımnövlərlə üç növə bölmək olar:
- mühafizə (yüksəkəhəmiyyətli və yüksəkhəssaslıqlı torpağa, biotoplara və yaxud
landşaftlara malik olan ərazilərdə istifadənin ayrı-ayrı növlərindən imtina etməklə mövcud
vəiyyətin saxlanılması; orta- və aşağı əhəmiyyətli, yüksəkhəssaslıqlı torpaq, bitoplar və landşaftlar
üçün mövcud ekstensiv istifadənin saxlanması);
- inkişaf (yüksək- və ortaəhəmiyyətli, orta- və aşağıhəssaslıqlı torpaqları və biotopları olan
ə
razilər üçün lokal mühafizə və pozulmuş landşaftları sağlamlaşdırmaqla ektensiv inkişaf; yüksək-
və ortaəhəmiyyətli, aşağıhəssaslıqlı torpaqları və biotopları olan ərazilər üçün ekstensiv inkişaf;
yüksəkəhəmiyyətli, ortahəssalıqlı torpaqları və biotopları olan ərazilər üçün nizamlanmış intensiv
inkişaf);
- yaxşılaşdırma ( pozulmuş, yüksəkəhəmiyyətli, orta- və aşağı həssaslıqlı torpaqları və
biotopları olan əraziləri reqlamentləşdirilmiş intensiv inkişaf kateqoriyasına keçirmə;
ortaəhəmiyyətli, orta- və aşağıəhəmiyyətli torpaqları və biotopları olan ərazilər üçün ekstensiv
inkişaf kateqoriyasına keçmə; pozulmuş, orta- və aşağıəhəmiyyətli, yüksəkhəssalıqlı torpaqları və
biotopları olan ərazilər üçün reqlamentləşdirilmiş ekstensiv istifadə kateqoriyasına keçid).
4.8.5. Đnkişafın inteqrasiya olunmuş məqsədli konsepsiyası
Đ
nkişafın inteqrasiya olunmuş məqsədinin xəritəsini (mahiyyətcə yerlərin funksional
zonalaşdırılmasına yaxındır) ayri-ayrı təbii komponentlərin istifadə məqsədlərini birləşdirməklə
yaratmaq məsləhət görülür (şəkil 4.18). Bu zaman məqsədli məkan diferensasiyasının əsas amili kimi
sosial-iqtisadi problemləri və ərazinin resurs qiymətini götürmək vacibdir. Sahə növlərinin
məqsədlərinin arealları üst-üstə düşməyəndə inteqrallaşma prioritet prinsipi əsasında aparılır: üstünlük
mühafizə məqsədlərinə verilir, sonra sağlamlaşdırma (o cümlədən yaxşılaşdırma), və nəhayət, ərazinin
bu iki növə daxil olmayan hissələri üçün inkişaf nəzərdə tutulur. Đnkişafın inteqrasiya olunmuş
məqsədlərinin məüyyənləşdirilməsi ətraf mühitin mühafizəsi, və yaxud, sosial-iqtisadi inkişaf üçün
məsləhət bilinmiş sahələri ayırmağa, daha kəskin ekoloji problemlərin olduğu sahələri konturlamağa və
onları bərpa etmək yollarını göstərməyə, ərazinin inkişaf istiqamətini dəqiqləşdirməyə və bu inkişafın
baza strükturunu konkretləşdirməyə imkan verir.
4.8.6. Fəaliyyət və tədbirlərin müəyyənləşdirilməsi
Ə
razi inkişafının məqsədlərinin formalaşmasına müəyyən fəaliyyət və tədbirlərlə nail olunur.
Bunu üçün məqsədlərin inteqrasiya olunmuş xəritəsi əsasında ərazini tədbirlərin növünə görə
diferensiallaşdırmaq lazımdır (şəkil 4.16). Orta miqyaslı analoji xəritədən fərqli olaraq burada
tədbirlərin növü yox, əhalinin sosial-iqtisadi şəraitini nəzərə almaqla mövcud qanunçuluq bazasında
sahələr ilə bağlı konkret tədbirlər verilir. Aşağıdakı tədbirlər xüsusi vurğulana bilər:
- bütün ərazisi üçün, onun inkişaf konsepsiyasının həyata keçməsinə yönəlmiş ümumi
- planlaşdırma;
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
79
Şə
kil 4.16
. Ərazi inkişafının inteqrasiya olunmuş məqsədləri (Olxon rayonu)
Mühafizə 1. Müaasir vəziyyəti saxlamaqla müəyyən istifadə növlərindən imtina. 2. Mövcud eksteniv istifadəni
saxlama.
Đ
nkişaf (istifadə). 3. Yem yerləri kimi ekstensiv istifadə. 4. Keçmiş kənd təsərrüfatı torpalarının istifadəsinin
intensifikasiya etmək. 5. Yerşünaslıqda eksteniv istifadə. 6. Yem yerləri kimi nizamlanmış ekstensiv istifadə.
Yaxşılaşdırma (sanasiya). 7. Yaxşılaşdırma və sonra nizamlanmış ekstensiv istifadə kateqoriyasına keçmə.
- ərazinin istifadəsinin müasir vəziyyətinin saxlanması;
- mövcud və planlaşdırılan istifadənin inkişafı;
- təbii komponentlərin vəziyyətinin yaxşılaşdırılması;
Dostları ilə paylaş: |