Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   22   23   24   25   26   27   28   29   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
49 
idaretməni,  Đnternetdə  vahid  və  anlaşılan  formda  daimi  yeniliklər  və  əlavələr  etməyi  asanlaşdırır 
(Friese et al., 2003).   
“Đnternetin”  imkanları  və  interaktiv  xəritələr  interaktiv  iştirak  etmə  üçün  əsas  yaradır 
(məsələn,  diskusiyalar,  interaktiv  formulyarlar  və  fikirlərin  toplanması,  elektron  poçt  vasitəsi  ilə 
komunikasiyalar). Xəritədə çəkilmiş hər bir obyektə və mətnin ayrıca yerlərinə arzularını bildirmək, 
rəqəmsal şəkildə şəhər idarəsinə göndərmək, vətəndaş və plan tutanlar üçün xüsusi maraqlıdır. Belə 
üsulla  məlumatların  inventarizasiyasında  mümkün  olan  səhvləri  düzəltmək  olar  və  yaxud  başqa 
tədbirlər  təklif  etmək  olar,  onun  həyata  keçməsi  üçün  göstərişlər  etmək  olar.  Rəqəmsal  iştirak 
forması,  hansı  ki,  mətn  və  yaxud  obyekt  ilə  ərazi  arasında  aydın  uyğunluq  yaradır,  şəhər 
idarəetməsində  nəticələrin  araşdırılmasına  xərci  xeyli  azaldır.    Düzdür,  bununla  yanaşı  “klassik” 
iştirak formalarsız keçinmək olmaz. Belə ki, hələ hər yerdə sürətli “Đnternet” yoxdur, və yaxud bəzi 
vətəndaşlar  hələ  də  məktub,  telefon  və  yaxud  birbaşa  söhbət  kimi  komunikasiyalara  üstünlük 
verirlər.  
Yeni  texnologiyalar  müxtəlif  plan  təkliflərinin  və  landşaftın  vəziyyətinin  iki  və  üç  ölçülü 
fotorealistik  görüntülərini  verir.  Fikirlər  və  baxışlar  çoxaldıqca,  məlumatlar  artdıqca  planlaşdırma 
haqqında  verilən  qərar  daha  kompleks  olur  və  məsul  şəxslər  üçün  qavrama  çətinləşir.  Đnteraktiv 
landşaft planı sistemində işlənmiş eroziyaya qarşı tədbirlər planı landşaft planına gələcəkdə əlavələr 
etməyin mümkünlüyünü göstərən misaldır.  
Planlaşdırmanın  dəstəklənməsi  üçün  yeni  kütləvi  informasiya  vasitələri  və  interaktiv 
təkliflər hələlik, çox güman ki heç vaxt, yerlərdə olan iştirakı tamamilə əvəz edə bilməz.  
 
3.15.2. Ekoloji ekspertizada (UVP)landşaft planlaşdırılmasının vasitələrindən istifadə 
Təbiəti  və  ətraf  mühiti  mühafızəyə  dair  Alman  ekoloji  qanunçuluğunda  landşaft 
planlaşdırması  ilə  yanaşı  digər  göstəriş  və  vasitələrdə  vardır.  Məsələn,  obyektlərin  tikilməsi  üçün 
sənədlər  tərtib  edildikdə  təbiəti  mühafizə  haqqında  Federal  (AFR)  qanunun  18,  19  və  20-ci 
maddələrinin  nizamlayıcı  qaydalarını  tətbiq  etmək  və  UVP  qanununa  əsasən  ekoloji  ekspertiza 
(UVP)  aparmaq  lazımdır.  Sahə  plan  və  proqramlarını  işlədikdə  ətraf  mühitə  təsirin  strateji 
qiymətləndirilməsi (SUP) vacibdir. Bu ekspertiza və qiymətləndirmə prosedurlarının məqsədi ayrı-
ayrı obyektlər yaradılanda ətraf mühitə təsirləri aradan qaldırmaq, azaltmaq və yaxud kompensasiya 
etməkdən ibarətdir.  
Düzdür bu prosedurlar konkret obyekt, plan və proqramlara aiddir, ancaq onların qarşısında 
duran əsas məsələ bütövlükdə təbiəti, landşaftı və ətraf mühiti saxlamaqdır (Federal Ministry for the 
Environment, Nature Conservation and Nuclear Safety, Germany, 1998, стр. 15). Ona görədə belə 
plan  və  yaxud  obyektlərin  ətraf  mühitə  təsirini  qiymətləndirdikdə  bütün  ərazi  üçün  landşaftın 
saxlanmasının ümumi konsepsiyasından çıxan kriteriyalardan istifadə etmək lazımdır. Bunun üçün 
landşaft planlaşdırması idealdır (von Haaren, 2004a, səh. 63 və ondan sonra gələn səhifələr.).   
Plan  və  proqramlar  tərtib  olunanda,  məsələn,  zərərsizləşdirmə  üzrə  planlar  və  tullantıların 
utilləşdirilməsi,  verilənlər  və  informasiya  istifadə  oluna  bilər,  ancaq,  hər  şeydən  əvvəl  landşaft 
planlaşdırmasının  müvafiq  instrumentindən  irəli  gələn  ətraf  mühitə  təsir  kriteriyası  durur.  Ona 
görədə  heç  də  təəccüblü  deyildir  ki,  Almaniyada  ətraf  mühitə  strateji  təsirin  hüquqi  əsaslarını 
yazanda  landşaft  planlaşdırmasının  hüquqi  tələblərinin  böyük  hissəsini  icra  etməyə  qadir  olduğu 
göstərilir (BDLA, 2004, səh. 12). Digər plan və proqramları tərtib edəndə landşaft proqramı, çərçivə 
landşaft planı və landşaft planı nə qədər erkən istifadə edilsə, ekoloji konfliktləri daha hərtərəfli həll 
etmək olar. Əgər landşaft planının verdiyi informasiya ilkin mərhələdə nəzərə alınırsa, onda pul və 
vaxta  qənaət  etmək  olar.  Verilənlər  olmadiqda  planlaşdırılmanın  dayandırılması  haqqında 
xəbərdarlıq etmək olar. Xüsusi tələblərə uyğun olaraq ətraf mühitə təsiri kompensasiya etmək üçün 
də  landşaft  planlaşdırması  lazım  olan  əsas  konsepsiyanı  verir.  Və  nəhayət,  aydınlaşdırmaq  olar  - 
landşaft  planlaşdırılmasında  göstərilən  inkişafların  məqsədləri  və  ətraf  mühitin  yaxşılaşdırılması 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
50 
məsələləri-  plan,  proqramma  və  yaxud  obyekt,  və  onların  ətraf  mühitə  təsiri  bu  məqsəd  və 
məsələlərlə  uyğunlaşırmı  (Gassner,  Winkelbrandt,  1997,  səh.  189)?  Bununla  da  landşaft 
planlaşdırmasının nəticələrinin mövcudluğu təsirlərin qiymətləndirilməsi üçün ilkin və vacib zəmin 
olur.  
Landşaft planlaşdırmasının bu üstünlükləri öz təsirini təkcə landşaft proqramı və planı tərtib 
olunanda  deyil,  həm  də,  obyektlərin  tikilməsi  üçün  icazə  alınanda  göstərir.  Đcazənin  verilməsi 
zamanı  landşaft  planının  mövcudluğu  qarşılıqlı  təsirə  və  kumulyativ  effektlərə  böyük  diqqət 
ayırldığını  göstərməklə  onun  reallaşmasına  sürət  verə  bilər.  Bununla  da  landşaft  planlaşdırması 
icazənin  tərtib  olunması  zamanı  yaranmış  defisiti  doldura  bilər.  Landşaft  planlaşdırmasının 
kriteriyaları və məqsədlərinin ətraflı təqdimatı təbiəti və ətraf mühiti mühafizənin digər vasitələrinə 
yaxşı istiqamət verir.   
Məsələn,  Gruehn,  Kenneweg  (1998),  ərazinin  istifadəsində  landşaft  planlaşdırmasının 
komunal planlara  müsbət təsir etdiyini  empirik olaraq aydın sübut etmişlər.  Landşaft planı tərtib 
olunmuş ərazilərin istifadə planında təbiəti mühafizə məqsədləri, landşaft planı omayan ərazilərdən 
açıq-aydın  çoxdur  (bax  orada  səh.252  və  sonra).  Burada  həm  də  keyfiyyətin  təsiri  hiss  olunacaq 
dərəcədədir.  Landşaft  planının  keyfiyyəti  nə  qədər  çox  olsa,  təbiəti  mühafizənin  məqsədləri  bir  o 
qədər  çox  olur  və  landşafta  qulluq  ərazidən  istifadəni  planlaşdırılanda  nəzərə  alınır.  Gruehn  və 
Kenneweg  bu  halda  fəaliyyətdə  olan  və  öz  informasiyası  ilə  inandıran  “persuasiv”  landşaft 
planlaşdırmasından  danışırlar.  Almaniyada  eyni  fikirlər  landşaft  planı  ilə  kənd  təsərrüfatı  planının 
uyğunluğuna da aiddir. Və  burda da  landşaft planlaşdırması  aqraq  strukturlu planlara  inamlı təsir 
göstərir (Gruehn, Kenneweg, 2002, səh. 63). 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə