Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
39
4. Landşaft planı ətraf mühitin keyfiyyət kiteryalarını irəli sürməlidir, hansı ki, ərazinin
inkişafı planı və digər planlara istiqamət verir, ətraf mühitə təsirin tənzimlənməsi və ekoloji
ekspertizalara xidmət edir;
5. Landşaftın planlaşdırılması landşafta qulluğ tədbirlərini və mühafizə tələblərini
birləşdirməli və sintez etməli, istifadə olunan ərazilərin planlarında tələb və təklifin balansını təmin
etməylı, təbiətdən istifadə edənlərin niyyətlərinin mümkünlüyü haqqında qərar qəbul etmək
bazasını yaratmalıdır.
Şə
kil 3.1. Landşaft planlaşdırmasının mərhələləri və addımları.
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
40
3.3. Planlaşdırmanın mərhələləri və addımları
Obyektin təsviri və planlaşdırma məqsədlərinə uyğun olaraq landşaft planlaşdırılmasında
aşağıdakı iş mərhələlərini ayırmaq olar: obyektin təsviri, onun qiymətləndərəlməsi, məqsədlərin
hazırlanması, fəaliyyət proqramı və onların həyata keçirilməsi üçün tədbirlər. Digər tərəfdən
planlaşdırmanın sosial funksiyaları ilə əlaqədar “addımlar”, yəni: ictimaiyyətin məlumatlandırılması
və, bu proses kimlərin maraqlarına toxunursa, hamının planlaşdırma prosesinə cəlb olunması, o
cümlədən də ixtisaslı planlaşdırıcılar, müxtəlif təşkilat və məsləhətçilərin nümayəndələri dəvdət
olunurlar (şəkil 2.1.)
Planının işlənməsində atılan addımların nəticələri ilə bu prosesdə iştirak edənlər
məlumatlandırılmalıdırlar. Bu prosesdə iki əsas faza ayrılmalıdır: planın tərtib olunması və onun
təkliflərindən istifadə olunması. Çox vaxt onlar kəsişdiyindən həyatda bu iki fazanı bir-birindın tam
ayırmaq olmur. Bir çox hallarda, artıq planın işlənməsi vaxtı, məsləhət görülən bəzi yerli tədbirlərin
icrasına başlamaq məqsədə uyğundur.
3.4. Landşaft planlaşdırılmasının təbiəti mühafizə və ətraf mühitə verdiyi töhfə
3.4.1. Təbiətin və landşaftın dəyərlərinin qiymətləndirilməsi
Landşaft planlaşdırılması təbiətin və landşaftın müasir vəziyyəti və tarixi inkişafı haqqında
kifayət qədər tam təsəvvür verməlidir. Bununla birlikdə Vətənin bir hissəsi olan landşaftın
mənzərəsini formalaşdıran xüsusi səciyyəvi elementləri (qədim xiyabanlar, rütubətli çəmənliklər və
bataqlıqlar) ancaq landşaft planlaşdırılması vasitəsi ilə lazımı qədər dərk edilə bilər. Landşaftın
məhv olmaq təhlükəsinin qarşısını landşaft planı ilə almaq imkanı haqda cəmiyyəti və
mütəxəssisləri məlumatlandırmaq, təbiət və landşaftın dəyərini qiymətləndirməkdə tamami ilə
başqa yanaşmalara gətirə bilər.
3.4.2. Təbiət və landşaft haqqında ümumiləşdirici məlumatlar
Ə
saslı qərarları qəbul etmək üçün ekoloji əlaqələri və ümumiləşdirici məlumatları bilmək
vacibdir. Mövcud ziyanlı təsirləri və təzyiqləri aradan qaldırmaq və yeni təhlükələrin qarşısını almaq,
və həm də, landşaft və təbiətin itirilmiş keyfiyyətlərini bərpa etmək üçün təbiətin və landşaftın müasir
vəziyyəti haqqında biliyə malik olmaq lazımdır.
Ona görə də landşaft planlaşdırması çərçivəsində əhali, mütəxəssislər və siyasətçilər təbii
proseslər və landşaftın strükturu, təbiəti mühafizə problemləri və onları aradan qaldırmaq haqqında
müxtəlif informasiyalar alırlar. Beləliklə landşaft planlaşdırması təbiət və landşaft haqqında bilik
dairəsini genişləndirir və proqramın seçilməsində bizim kompetentliyimizi artırır.
3.4.3. Planlaşdırma və qərarların qəbul olunmasının koordinasiyası
Çox hallarda neqativ təsirlərə təbiətin dözümlüyünün azalması ayrı-ayrı antropogen təsirlə
deyil, onları cəmi ilə əlaqədardır. Ona görədə çoxlu sayda təsir olduqda və gözlənildikdə proqnostik
və koordinasiya olunan planlaşdırma lazımdır. Ümumi ərazi planlaşdırmasınin, yəni regionlar
səviyyəsində planlaşdırmanın, və həm də, komunal səviyyədə tikinti planlaşdırmasının
məsuliyyətlərindən biri ekoloji tələblərə uyğun olaraq bütün xüsusi məqsədləri razılaşdırmaqdır. Bu
razılaşma üçün landşaft planlaşdırması lazımi materialları təmin edir. Demək olar ki, o təbiətdən
istfadənin bütün formaları üçün əsaslı töhfə verir və onların nəticələrini davamlı inkişafın ekoloji
kriteriyalarına görə “bərabərləşdirir”.
Eyni zamanda planlaşdırmanın digər növləri də (məsələn, su mühafizəsi planı) ümumi
planlaşdırmaya öz töhfəsini verir, ona ətraf mühitin ayrı-ayrı komponentləri barədə məlumat verir,
landşaft planlaşdırması onların hamısını qarşılıqlı təsirdə əks etdirir. Beləliklə bu təbiəti
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
41
mühafizənin bütün istiqamətlərini - növlərdən və biotoplardan, torpaq və iqlimdən rekreasiyaya
qədər, analiz edən və onu konkret fəza formasında təqdim edən yeganə planlaşdırma metodudur.
3.4.4. Konfliktlərin həlli və planlaşdırma işlərinin səmərəliliyinin artırılması
Yuxarida deyildiyi kimi landşaft planlaşdırması digər sahə planlaşdırmalarına təbiəti
mühafizə üzrə öz tədbirlərini hazırlamağa və qiymətləndirməyə fundamental baza verir. Bu baza
xüsusi təbiəti mühafizə vasitələrini, məsələn, ekoloji ekspertizanı tətbiq etmək və həm də, ətraf
mühitə təsiri nizamlamaq və qiymətləndirmək üçün əsasdır. Bununla da landşaft planlaşdırması
sahə planlaşdırmlarına təbiəti mühafizə tədbirlərindən yaranan konfliktləri əvvəlcədən təsəvvür
etmək imkanı verir və bu da potensial istifadəçilərə və sahə plançılarına öz vaxtlarına və
vəsaitlərinə qənaət etməyə imkan verir. Başqa sözlə, landşaft planlaşdırması təkcə təbiətdən
istifadəçilərin fəaliyyətini koordinasiya etmir, o həm də təbiətdən istifadə sferasında konfliktləri
azaldır və yaxud aradan qaldırır və davamlı inkişafın əsasını qoyur.
3.4.5 Əhalinin və hakimiyyətin ekolji şüurunun möhkəmlənməsi
Cəmiyyət və regionların hakimiyyətləri landşaft planlaşdırmasında iştirak etdikdə ətraf mühit
və təbiəti mühafizə problemləri ilə qrşılaşırlar, bununla qarşılıqlı ekoloji problemləri anlamağa
yaxınlaşır və yerli landşaft haqqında qiymətli məlumat alirlar, bu problemləri həll etmək yolları
axtarırlar. Çox vaxt təbıəti mühafizə tədbirlərinə olan neqativ və yaxud qərəzli münasibətin
pozitivlə dəyişməsi də landşaft planlaşdırmasının əlavə nəticəsidir. Bu effekt özünü müxtəlif
təşkilatların və maraqların, ayrı-ayrı vətəndaşların və ictimai cəmiyyələrin, bir birini başa
düşməsinin yaxşılaşmasında özünü göstərir.
Ümumiyyətlıə landşaft planlaşdırması öz tövsiyələri ilə ətraf mühiti mühafizə tələbləri ilə
iqtisadi tələblər, və həm də, insanların sosial və mədəni maraqları arasında əlaqənin
möhkəmlənməsinə yardım edir, onları regionun davamlı inkişafı məqsədlərinə getməyə təhrik edir.
3.4.6. Təbiəti mühafizə və rekreasiyanın planlı əsası
Xüsusi təşkilatlar həm müxtəlif suallarda çevik qərar qəbul etmək üçün, həm də,
uzunmüddətli xüsusi proqramların hazırlanmasında, məsələn, mühafizə olunan ərazilərin
şə
bəkəsinin formalaşdırmaq üçün, landşaft-planlaşdırma təklifləri və landşaft planlaşdırmasının
informasiya bazasından istifadə edə bilərlər. Eyni ilə landşaft planları əsasında təbiət yönəmli və
ekoloji məsuliyyətli təkliflər hazirlana bilər.
3.5. Planların növləri və səviyyələri
Landşaft planlaşdırılması abstrakt anlayış deyil. O landşatı insanların yaşayış məkanı kimi
araşdırır. Bu məkanla ərazi planlaşdırması (daha dəqiq, torpaq), regional və tikinti (torpaqdan
istifadənin planları və tikililər şəkilində) planları, və həm də xüsusi sahə planlaşdırmaları (məsələn,
nəqliyyat və yaxud meşə) ilə məşğul olur. Onların hamısı bir qayda olaraq ərazi-inzibati bölgüyə
uyğun müxtəlif miqyaslı səviyyələrdə icra olunur. Cədvəl 3.1-də Almaniya Federativ
Respublikasında landşaft planlaşdırılmasının ümumi ərazi və başqa sahə planlaşdırmaları ilə nisbəti
verilmişdir. Almaniyada bu prinsipə görə də landşaft planlaşdırılması təşkil olunmuşdur. Təbiəti
mühafizə haqqında federal qanuna uyğun olaraq o üç, ən azı iki, səviyyədə icra olunmalıdır.
Fedral torpaqda təbiəti mühafizə və landşafta qulluğa aid yerli tələblərdən və tədbirlərdən
üstünləri landşaft proqramında verilməlidir. Regional səviyyəli ayrı-ayrı ərazilər üçün (dairələr,
vilayətlər) çərçivə landşaft planı hazırlanır. Đcma səviyyəsində bir qayda olaraq landşaft planı
Dostları ilə paylaş: |