LüĞƏTDƏ gedəN İXTİsarlar


bəhcət bax sevinc  bəhər



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə20/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   16   17   18   19   20   21   22   23   ...   216

bəhcət bax sevinc 

bəhər bax meyvə, məhsul 

bəhərli bax barlı I

I bəhr bax vəzn 1

II bəhr bax dəniz 

bəhrə bax meyvə, məhsul 

bəhrəli bax barlı 1 

bəhri bax dənizçi 

bəhriyyəçi bax dənizçi

bəhs bax 1. söhbət 1; 2. mübahisə 1 

bəxil bax 1. paxıl; 2. xəsis 

bəxşeyiş bax hədiyyə 

bəxşiş bax hədiyyə

BƏXT Bəxt”, “qismət” kimi olfazı unut; 

Səy  ilə  bazuyi-iqbalını  tut  (A.Səhhət); 



İQBAL  (kl.əd.)  O  deyirdi:  “Bu  ulduz  ki, 

sanki indi sönəcək; Yazıq, yoxsul bir kimsə­

nin iqbalıdır yanır tək (M.Rahim); QİSMƏT 

[Falçı  qarı:]  Sənin  qismətində  deyəsən  bir 

gözəl var (Çəmənzəminli); TALE [Gimon:] 

Qarşıda en böyük səadət var; Səni bu yurda 



taleyin çəkmiş (A.Şaiq); UĞUR [Cavanşir:] 

Uğurumuz xoş olarsa, yenə burada görüşərik 

(M.Hüseyn).



bəxtəvər bax xoşbəxt 

bəxtəvərlik bax xoşbəxtlik 

bəxtiqara bax bədbəxt 

bəxtiyar bax xoşbəxt 

bəxtiyarlıq bax xoşbəxtlik 

bəxtsiz bax bədbəxt

BƏKARƏT  Qaçırılan  qızın  bəkarətirıin 

pozulmadan geri qayıtması oğlan üçün ölüm 

sayılırdı (İ.Şıxlı); BAKİRƏLİK Salatın hə­

yadan  qızardı.  Qızlıq  ismətinin  bakirəliyini 

saxlamağın çox çətin olduğunu bildiyindən, 

Gülosərin  halına  acıdı  (İ.Şıxlı);  QIZLIQ 

[Əbülhəson bəy:] Lakin son hər şeydən qiy­

mətli  olan  qızlıq  namusunu  mənə  etibar 

edərkən,  ..vəzi  fəni  mendən  gizlətdin 

(M.S.Ordubadi). 



bəkçi bax gözətçi

bəkləmək bax 1. gözləmək 1; 2. qorumaq

BƏKMƏZ  (şirin  meyvələrdən,  xüsusən 

tutdan  hazırlanmış  şirə)  Könül  çay  süzüb 

gətirdi. Süfrəyə bəkməz riçalı, əncir qurusu, 

qoz və quru meyvə qoydu (X.Hasilova);

Bəhcət

48

DOŞAB  {dan.)  [Dostəli:]  Bəxtəvər  başına, 

ay Eynəli, doşab almısan, bal çıxıb! (Ə.Vəli- 

yev).


bəqa bax ölməzlik 

bəla bax 1. fəlakət; 2. qada; 3. qəm 

bəladidə  bax  bəlakeş 

BƏLAĞƏT  {gözəl  və  aydın  danışmaq 

qabiliyyəti, natiqlik məharəti) [Rəhim xan:] 

Sənin əql, kamal, fərasət və bəlağətin mənim 

nəzərimi cəlb etdi (C.Cabbarlı); FƏSAHƏT 

{kl.əd.) Doğmdan da, dostumun fəsahətinin 

qəlizliyindən ağzının köpüyü stəkan-nəlbə­

kiyə sıçrayırdı (C.Məmmədquluzadə).

BƏLAKEŞ {başına bəla gəlmiş) Hər yan 

dedilər ki, ey bəlakeşl Gül çağıdır, olmagil 

müşəwəş  (Füzuli);  BƏLADİDƏ. 

bəlalı bax 1. qadalı; 2. bədbəxt 

bələd  bax  1.  bələdçi;  2.  xəbərdar 

BƏLƏDÇİ  {müxtəlif  mənalarda)  [Eşik 

ağası:] Oğlumu senə bələdçi verirəm, gedin 

gəzin  (Çəmənzəminli);  BƏLƏD  Xidmətçi 

gedib bir tərlan və bir bələd gətirdi (“Abbas 

və  Gülgoz”);  RƏHNÜMA  [Şokorlinski:] 

Siz cavanlara gərək biz rəhnünıa olaq (M.İb- 

rahimov); YOLGÖSTƏRƏN (yo/ bələdçisi) 

[Kamil:]  Sağ  olun!  Siz  mənim  yolgöstərən 

ülkərlərim (A.Şaiq).

bələdiyyət  bax  bələdlik 

bələdlik  bax  tanışlıq 

BƏLƏK  [Safo:]  Doğrusu  mənim  gözüm 

lap  sen  bələkdə  ikən  Alonun  evində  idi 

(S.Rəhimov);  QUNDAQ  [Sənəm:]  Bircə 

bunnan  o  Zöhrədən  sarı  sakit  olmur,  elə 

məmə yeyən vaxtında qundağa sığmazdılar 

(M.İbrahimov).



BƏLƏKBAĞI, QUNDAQBAĞI {bələyi 

bağlamaq üçün bağ)

BƏLƏKLİ, QUNDAQLI {bələyə bükül­

müş)

BƏLƏMƏK {bələyə bükmək) Sona Mər­

yəmi bələdi, iki əli ile qaldırıb qarşısına gə­

tirdi  və  bəbe  kimi  atıb-tutmağa  başladı 

(A.Şaiq);  QUNDAQLAMAQ  Adını  Leyla 

qoyub, qızı qundaqladılar; Bəxtinə, taleyinə 

ümidlər bağladılar (S.Rüstəm).



Bələmək


BƏLİ (təsdiq ədatı) [Veli:] Bəli, bu keçəl 

oruca ad-san çox lazımdır! (M.F.Axundzadə); 



ARİ  (məh.)  Dedi:  -  Ari,  bu  Məhəmməd  o 

Məhəmməddir ki; Xəbərin verdi bizə rəmz 

ilə şahi-Bətha (S.Ə.Şirvani); ƏVƏT (tiirkcə) 

[Rauf:] Əvət, şaşqınlar daim əsəbi və bəd­

bin  olurlar  (H.Cavid);  HƏ  Hə,  burada  nə 

işin var? (Ü.Hacıbeyov); HƏRİ (dan.) [Ağa 

Qurban:] Siz yəqin bakılısınız? Dedim: - Həri 

(Ə.Haqverdiyev). 



bəlirmək bax görünmək 

BƏLKƏ  [Qiyas:]  Bəlkə  hər  halda  mənə 

bir  stəkan  çay  verəsən  (Anar);  OLMAYA 



Olmaya, sən məni biiqrar sandım... (M.P.Va­

qif);  ŞAYƏD  (köhnə)  Əgər  mən  Məşədi 

Qulamhüseyni  yaxşı  tanımamış  olsaydım, 

xəyalıma  gələrdi  ki, 



şayəd  yalan  deyir... 

(C.Məmmədquluzadə);  YOXSA  [Gülnar 

anasına:] Nə olub, ana? Yoxsa atamdan pis 

bir xəbər var? (M.İbrahimov), 



bəllətmək bax bildirmək 

bəlli bax aşkar 

bəmbəyaz bax ağappaq

11. 

BƏND (arıat. skelet sümüklərinin oy­

naq  verləri)  Qazan  xan  başında,  bədəninin 

bəndlərində  bir  ağırlıq  və  sızıltı  duyurdu 

(M.Rzaquluzadə), BUĞUM, MƏFSƏL.



2.  BƏND, BAĞ, DÜYÜN, İP, SAP

II BƏND (ədəb., nıus., şeirdə)', KUPLET 

Kupletlər  bir-birindən  nəqarət  vasitəsilə 

ayrılır, hər bənddən sonra təkrar edilən nə­

qəratın musiqisi və bəzən sözləri de dəyiş­

dirmədən  olduğu  kimi  saxlanır  (Ə.Bədəl- 

bəyli);  YARPAQ  [Rəsul:]  Güloğlana  dörd 

yarpaq söz deyəcəyəm (“Aşıq Qərib”).

III bənd bax vurğun

IV bənd bax maddə I 

bəndə bax 1. insan; 2. qul 1,1 

bəndəlik bax qulluq I 

bəndfərman bax buyruqqulu 

bəniz bax üz

BƏNÖVŞƏYİ (bənövşə rəngi) [Qızların] 

ağ, qırmızı və bənövşəyi kəlağayıları... ha­

vada çırpınır (İ.Əfəndiyev); MOR Onun mor 

rəngli gözəl gözlərinin gülüşündə ne isə



Bəli

Bərə

sirayetedici dərin və xoş bir ifadə var idi 

(İ.Əfəndiyev). 

bənzəmək bax oxşamaq I 

bənzər bax tay 1; 2. oxşar 

bənzərlik bax oxşarlıq 

bənzətmək bax oxşatmaq 

bənzəyiş bax oxşarlıq

1.  BƏRABƏR  Siyah  zülfün  qəddin  ilə 

bərabər; Nazik ağ əndamın bəyaz qar, gelin! 

(M.P.Vaqif); TARAZ Sariban tayları etmok- 

çin  taraz;  Yolun  üstündəki  bu  daşı  aldı 

(M.Rahim); TƏN Qalxdım şahin kimi üfüq­

lərə tən... (N.Xezri).

2. BƏRABƏR (bərabərhüquqlu) [Cahan:] 

İndi  bizim  hüququmuz  kişilərlə  bərabərdir 

(Ə.Haqverdiyev); TƏN Ona görə də həmişə 

gərək tən olaq (İ.Əfəndiyev).



3. bərabər bax tay 1

4. bərabər bax ön

5. bərabər bax birlikdə



1. BƏRABƏRLİK Bəli burada nəfəs alır 

fəhlə mühəndis; Bərabərlik beşiyidir bizim 

ölkəmiz  (S.Rüstəm);  MÜSAVAT  Fəqr  ilə 

qina əhlinə kim verdi müsavat? Mənadə də, 

surətdə də var bunda münafat... (M.Ə.Sabir).

2.  TARAZLIQ,  MÜVAZİNƏT,  TƏN- 

LİK

bəradər bax qardaş 

bəratəlqövl bax protokol 

bərbər bax dəllək 1 

bərbərxana bax dəlləkxana 

bərbəriyyət bax vəhşilik 

bərbərlik bax dəlləklik 

bərbəzək bax bəzək

I BƏRƏ (dənizçilikdə və çayda üzən nəq­

liyyat vasitəsi, yaxud gəmi, körpü) Dalğalar 

axıb gedir; üstü köpüklü; Elə bil ağ saçlı bir 

qoca; göy rəngli bərə çəkir (R.Rza); KEÇİD 

Bu keçid nadir keçiddir. Bərə nəqliyyatı sa­

həsində  dünya  təcrübəsində  buna  oxşar  bir 

keçid yoxdur (Qəzetlərdən); SAL Uğuldayır 

uzaqda  -  o  tayda  torpaq;  sal  üstündə  üzə­

rəm o taya mən de (Ə.Cəmil); PAROM.

II bərə bax pusqu

49



Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə