LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə200/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   196   197   198   199   200   201   202   203   ...   216

1

I üzücü bax üzgüçü

II üzücü bax yorucu 

üzügülər bax gülorüz(lü)

1. ÜZÜK [Rübaba:] Sərvinaz xanım hə­

risini verib, qızın barmağına üzük taxıb ge­

diblər  (H.Abbaszado);  ƏYRİMÇƏ  (dial.) 

Səksən oxu əyrimçədən keçirdim; Heç ka­

mımda  arzumanım  qalmadı  (“Koroğlu”); 

HALQA Gözlərin sanki bu Göy göl kimidir

Halqa  üstündəki  zümrüd  kimidir  (M.Müş- 

fıq);  XATƏM  (köhn.)  Barmağında  xatəm, 

belində kəmər; Telində güşvarə, düymə ta­

mam zər (Q.Zakir); BARMAQLIQ.

2. üzük bax üzgün

ÜZÜQARA Əslində, lap əslində, Zübeydə 

bu denizin yanında da üzüqara idi (Elçin); 



XƏCALƏTLİ (bax). 

üzülmək bax yorulmaq

Üzücü

ÜZÜM No olar ki, bir səhər qapımızdan 

girəydin; Uzanıb o kəhrəba üzümündən ve­

rəydin (M.Rahim); ƏNGUR (kl.əd.) Nagoh 

səsini  eşitdi  əngur;  Qeyzə  xəlib  oldu  məs- 

rur-məsrur (Füzuli).



ÜZÜYOLA Yerli-yersiz yox, ancaq yeri 

düşəndə fürsəti eldən vermədən qeyd edirdi 

ki, əsil olmağın və yaxşı əxlaqın birinci şərti 

elə budur ki, başıaşağı, üzüyola olasan, söz 

ağızdan çıxan kimi yerinə yetirəsən (M.İbra- 

himov); SÖZƏBAXAN [Sabirov:] O ki qaldı 

bu iki nəfər işgüzar, sözəbaxan, icraçı uşaq­

lardır  (Y.Şirvan);  YÖNLÜ  Ağıllı  övlad, 



yönlü  bala  adamın  qalxması  üçün  ən  sehrli 

qanad deyilmi? (S.Rəhimov). 



üzüyuxarı bax ağzıyuxarı 

üz-üzə  bax  üzbəüz 

üzv bax əza I

Üzv

386


Vabəstə

Vv

vabəstə bax əlaqədar 

vadi bax 1. derə; 2. səhra 

VAHİD, BİR, TƏK, YEGANƏ, YAL­

QIZ (bax)

1. VAHİDLİK, TƏKLİK

2. vahidlik bax birlik 2 

vahimə bax qorxu 

vahimələndirmək bax qorxutmaq 1 

vahimələnmək  bax  qorxmaq 

vahiməli bax qorxulu 

1  VAXT  Yalnız  ikicə gün vaxtımız qal­

mışdı  (M.Hüseyn);  ÇAĞ  (dia!.)  Kölgədə 

keçmişdir uşaqlıq çağım; Ömrümün vahidi 

oldun, ey çinar (S.Rüstom); MƏQAM Ayrı­

lıq məqamı hamı pərişan; Qolunu boynuma 

salan yar ham (Aşıq Məmməd); MÖHLƏT 



(dan.) [Ordu komandanı:] Məncə bir ay möh­

lət kifayətdir... (M.Hüseyn); MÜDDƏT (bir 

işin görüldüyü zaman) Yarış müqaviləsinin 

müddəti oktyabrın 30-da qurtarırdı (M.Hü­

seyn); SAAT .. mən., bu cansıxan, yarıqaran­

lıq  otaqda  saatlarımı  saya-saya  çörəkpulu 

qazanmalıyam  (M.Hüseyn);  VƏDƏ  Şaba­

nın  vədəsi  tamam  oldu..  (Ə.Haqverdiyev); 

ZAMAN  Aradan  üç  aya  qədər  bir  zaman 

keçmişdi (S.Hüseyn).



2. vaxt bax dövr, çağ I

3. vaxt bax macal 1 

vaxtsız bax gec

vaqiə bax 1. yuxugörmə; 2. hadisə 1; əh­

valat


vaqiən bax doğrudan 

valeh bax vurğun, məftun 

valehedici bax məftunedici 

VALET, SOLDAT (kart oyununda) 

[Mehdi bəy:] Qospoda, bu andan bizim 

aramızdan valet, soldat ləfzleri götürülür 

(S.S.Axundov).



1. VALİ (köhıı.), VİLAYƏT HAKİMİ

2. vali bax qubernator 

valid bax ata

VALİDEYN, ATA-ANA [Səfurə:] Vali­

deyn övlad üçün fərəh, başucalığı olmalıdır. 

Uşaq ata-anasına baxanda sevinməlidir 

(H.Abbaszadə); ƏBƏVEYN (kl.əd.) Hörgün 

əbəveyni şad edirlər; Hörmətlərin izdiyad 

edirlər (M.Ə.Sabir). 



validə bax ana

VALLAH, BİLLAH, TALLAH (kimsəni 

inandırmaq üçiin Allahın adı ilə bağlı and) 

[Salman boy:] Vallah, billah, tallah təngə 

gəlmişəm.. (N.Vəzirov); ALLAHA AND 

OLSUN [Vəli:] Allaha and olsun, əgər ayaq 

geri qoyarsan şeytanını çəkib qarnını tüstü 

ilə doldurram (M.F.Axundzadə). 

vandal bax vəhşi 1 

vandalizm bax vəhşilik 

vandallıq bax vəhşilik 

vanəfsa bax fəryad 

vanna bax ləyən 

vapor bax paroxod

I VAR [Ağamürsəlin] ən böyük məqsədi 

atasının  varma  yiyələnmək.,  idi  (A.Şaiq); 



DÖVLƏT  Xanın  qardaşı  oğlu  o  gün keçdi 

xanlığa; Əl atdı yamanlığa; Talan etdi sarayın 



dövlətini,  varım  (B.Vahabzadə);  HAŞAN- 

KAŞAN  (məh.)  İmranın  haşan-kaşani  aşıf 

daşır (ADDL); MAL Divanədirlər malını bu 

yolda  qoyanlar  (M.Ə.Sabir);  MAL-DÖV­

LƏT [Kərim:] Hər şeyimiz var. Mənə mal- 

dövlət  lazım  deyil,  Könül  lazımdır  (X.Ha- 

silova); MAL-MÜLK [Paşa bəy:] Bu qədər 

cah-calal,  ad-san,  şan-şöhrət,  mal-mülk  əl­

dən  çıxsa  dözmək  olarmı?  (Ə.Vəliyev); 



MÜLK 

[Hacı Abdulla:] Qızın yaxşı cehizi, 



mülkü vo maaşı var (N.Nərimanov); SƏR­

VƏT  Sərvət  getsə  qəm  deyil,  sərvət  gələr 

yenə  də  (B.Vahabzadə);  TANQAH  Başı 

gora  əsənlər,  yırtmağa  tələsənlər;  Tanqa- 

hının  üstündə  əsim-əsim  əsənlər  (R.Rza); 

TAVANA Əlində qələmi, ev boş, ev soyuq

Bircə şam almağa tavanası yox (B .Vahab­

zadə);  VAR-DÖVLƏT  [Gülşənəm:]  Kişi 

gecə-gündüz əlləşir, ..var-dövlətini göz bə­

bəyi kimi qoruyur (M.Hüseyn); VARİYYAT 

Molla sonbeşik Salehdən bəri başdan xeyli



Var

387


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə