LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə198/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   194   195   196   197   198   199   200   201   ...   216

Üçbucaq(lı)

• •




iiçbucaq(lı) bax üçkünc(lü) 

üçguşə(li) bax üçkünc(lü) 

ÜÇKÜNC(LÜ) Onun böyründə duran 

qısaboy bir ləzgi əlindəki üçkünc kağızı 

Aslana uzatdı (M.Hüseyn); ÜÇBUCAQ(LI), 

ÜÇGUŞƏ(Lİ).

1. ÜÇÜN  (səbəb  bildirir) Gülşənəm ye­

kəldikcə  öz  tapdığı  yemekləıin  ləzzətlisini 

qardaşı üçün gizlər, Şamo evə gəldikdə onun 

boynuna  sarılar  (S.Rəhimov);  BİNAƏN 



(köhn.)  Buna  binaən  boşamaq  da  istəmirdi 

(N.Nərimanov); QARŞI Bəs oxu bu şeri yarə 

qaışi;  Bülbül  kimi  gülzara  qarşi  (Xetayi); 

ÖTRÜ [Vəliş:] İbrahim beyin sözlərini ye­

rinə  yetirmək,  məndən  ötrü  bəxtəvərlikdir 

(Ə.Vəliyev).

2.  ÜÇÜN  (məqsəd  bildirir)  Bu,  müştəri 

yığmaq  üçün  yalandan  yazılmış  sözlər  de­

yildi..  (Elçin);  ÖTRÜ  [Sevər:]  Qızları  da 

göndərərəm ki, çöldən sənin üçün tac qayır­

maqdan ötrü çiçək dersinlər (C.Cabbarlı).

3. üçün bax uğrunda 

üdüləmək  bax  naqqallamaq 

üfləmək  bax  üfürmək 

üfunət  bax  qoxu 

üfunətlənmək  bax  iylənmək 

ÜFÜRMƏK Veysəl qayıdıb əyləşdi; tum­

banın  gözünü  çəkib  papiros  çıxardı,  kibriti 

odlayanda  Ziynət  dərhal  üfürüb  keçirdi 

(B.Bayramov); PÜFKÜRMƏK Papiros tüs­

tüsünü  püjkürərək  ağzından;  O  dalıb  fikrə, 

baxır  qurğuya  heyran-heyran  (S.Rüstəm); 



PÜFLƏMƏK [Mirzə Abbas:] Amma, hayıf 

və  hayıf,  nə  qədər  püfləyirəm  tütək  heç  bir 

səs  vermir  (C.Məmmədquluzadə);  ÜFLƏ­

MƏK  Gülebetin  tüstüləyən,  lakin  heç  cür 

alışmayan samovara yaxınlaşdı, dudkeşi gö­

türüb bərk-bərk üflədi.. (M.İbrahimov).

üqab bax qartal

382

Ümumbəşəri

ülfət bax hüsn-rəğbət

1. ÜLGÜ, QƏLİB, ŞABLON

2. ÜLGÜ, BİÇİ(M), FASON, FORMA, 

MODEL, ÖLÇÜ {paltarda, ayaqqabıda və 

s. -də)

ülgüləmək bax biçmək 2 

ÜLKƏR (astr.) [Alı:] Axırda qar o qədər 

ucalmışdı ki, keçinin buynuzları Ülkər uldu­

zuna dəyirdi (Çəmənzəminli); YEDDİQAR- 

DAŞ  O  deyərdi:  “Bu  ağaran  hacıların  yo­

ludur; Yeddiqardaş, ulduzların hamısının yo­

ludur” (M.Rahim); PƏRVİN, SÜRƏYYA, 

ülüş bax lavaş

1. ÜLVİ Şəfqət! Nə ülvisən, şəfa səndə­

dir; Ağır xəstələrə dava səndədir (M.Rahim); 



MÜQƏDDƏS (məc.) Coşdu könlümdə mü-

\  qəddəs  əməlim  (S.Rüstəm);  UCA  {məc.) 

Gözəldir  bir  uca  əməl  bəsləyib;  Bu  əməl 

uğrunda qan-tərə batmaq (M.Müşfiq); ALİ, 

YÜKSƏK.

2. ÜLVİ, TƏMİZ, PAK

|  ÜMDƏ,  BİRİNCİ,  ƏN  BAŞLICA,  ƏN 

ƏSAS, ƏN MÜHÜM 

ÜMİD [Meri:] Mən imza qoymuşam. Ye­

ganə  ümidimiz  budur  (R.Rza);  EHTİMAL 

..vaxta ki, bir-birinizdən ayrıldınız, sizin puç 

olmağınıza çox ehtimal var, necə ki, bu yerdə 

tökülən çubuqlar.. (N.Nərimanov); GÜMAN 

Gümanını budur ki, ola ziyado; Günbəgün- 

dən etibarım yanında (Q.Zakir); ŞANS.



ÜMİDSİZ  (ümidini  kəsmiş)  Kərəm  öm­

ründə  bu  qədər  qəmgin  və  ümidsiz  olma­

mışdı (M.Hüseyn); MƏYUS [Direktor] mə­

yus  nəzərlərlə  Könülü  süzüb,  yanında  dur­

muş adamlara, birinci növbədə, konferansye 

qıza  müraciətlə  dedi:  -  Salonu  sakitləşdirin 

(X.Hasilova); NAÜMİD [Sevindik:] İnanın 

menim  sözlərimə,  gələcək  barədə  naümid 

olmayın (M.Hüseyn).



ÜMİDSİZLİK, NAÜMİDLİK, MƏ­

YUSLUQ 

ümman bax okean 

ümumbəşəri bax ümumxalq


Ümumən

ümumən bax elliklə 

ÜMUMXALQ Avqust ayının 29-da Çok- 

yakartada biz “Sekaten” adlanan ümumxalq

(

bayramında iştirak etdik (M.İbrahimov);



ÜMUMBƏŞƏRİ O günün həsrətilə yaşayır, 

o günü yaxınlaşdırmağa çalışırdıq ki, ümum­



bəşəri dostluq və qardaşlıq dövlətlərin do si­

yasətinə,  əxlaqına  istiqamət  verəcək,  həyat 

tərzini  müəyyən  edəcək,  heç  kəs,  heç  kəsi 

hədələməyəcəkdir (M.İbrahimov).

I

 

ÜMUMİYYƏTLƏ (ara söz kimi) Ümu­

miyyətlə, elə bil ki, meyvələr get-gedə dad- 

sızlaşırdı.. (Elçin); BİLCÜMLƏ Bir gün gələ 

bidar ola bilcümlə cəmaət; Təzviri-ibadet- 

dən edə fərq bu millət (M.O.Sabir); BİLÜ- 



MUM Və bir də bu məktəblilər bilümum; 

Oxurlar komalmca ali ülum (M.Ə.Sabir), 



ün bax səs 1 

ünqa bax ənqa 

ünləmək bax çağırmaq 1 

1. ÜNSİYYƏT (dilç.), ƏLAQƏ, RA­

BİTƏ, KOMMUNİKASİYA 

2. ünsiyyət bax əlaqə 1 

3. ünsiyyət bax təmas 

ÜNVAN [Gülsüm:] Adam da sürücü tay­

fasına ünvan verər (X.Hasilova); ADRES 

Bakıda adreslərini aldığı adamları görmək 

lazım idi (M.S.Ordubadi).



ÜRƏK Ağagül “aerodrom” papağını ba­

şından  çıxarıb  köhnə  divanın  üstünə  çırpdı 

və ürəyində Yer üzündəki bütün pis adam- 

larçün, o cümlədən də, təbii ki, Zübeydəçün 

hansı söz lazımıydısa, o sözü də dedi (Elçin); 

BAĞIR Dedi: “Ömrüm xoş günlərlə bağ-

it' tvn rinııir İn 

hq«ı

ııvAiı, 


•» 

........................

y- o--------------------

--

(M.Rahim);  DİL  (kl.əd.)  Müjdə  ey  dil  ki, 



səni  görməyə  canan  gəldi;  Əlini  çal  ələ, 

can-can söylə ki, can gəldi (Nəbati); KÖKS 



(məc.)  Çəkilib  köksümə  dağlar,  düyünlər 

(Q.Zakir);  KÖNÜL  (şair.)  Eşqə  çırpınan 



könül diyarı; Məni çekmişdi bir məzara sarı 

(A.Şaiq); QƏLB (şair.) Qəlb aralanmır, bə­

dən üzvlərinin bir çoxu qoymurdu (Ə. Vəli-

Ürəyəyatan

yev);  RUH  (məc.)  Qızdırmadan  bədənim 

narahat olur, amma qızıl dükanlarından ru­

hum rahatsız olur (C.Məmmədquluzadə).

ÜRƏKAÇAN  Axı,  o  [Fərid],  ömründə 

bu qeder gözəl yerlər, ürəkaçan mənzərələr 

görməmişdi (M.İbrahimov); DİLARA (kl.əd.) 

Dəham gül-şəkər, zülfü dilara; Gibi, qoynu 

hilli, cy sənəm-sənəm (Nəbati); DİLFİRUZ 

(arx.) [Sitarə:] Ox, nə qədər də gözəl, sanki 

səmadan enmiş bir fıriştəyi-hüsn, yaxud bir 

alihoyi-lehndir ki, fəryadi-dilfıruzi yaşıllıq­

lar altında titrəyə-titrəyə bu qocaman orma­

nın göbeyinədək yayılır (A.Şaiq); DİLGÜŞA 

(kl.əd.) Niqabın üzdən aç, ey gül; Kim, ol­

sun dilgüşa məclis (S.Ə.Şirvani); DİLKEŞ 



(kl.əd.) Ey camalı günəş, zülfləri dilkeş; Cana 

saldın  atəş  çıxanda  sərxoş  (M.P.Vaqif); 



DİLRÜBA  (şair.)  Azərşəhr,  doğrudan  da, 

Azerbaycanın dilrüba bir guşəsidir (M.İbra­

himov);  KÖNÜLAÇAN  ...Hamı  təzə  pal­

tarda, süfrəyə çərəz və səməni otu qoyulmuş



könülaçan  söz  danışır...  (Çəmənzəminli); 

DİLBAZ  (kl.əd.)\  FƏRƏHLƏNDİRİCİ, 

RƏVANBƏXŞ (kl.əd.).

ÜRƏKGETMƏ(Sİ) [Zəhra:] Axır zaman­

larda  [Çingiz]  ürəkgetmə  azanna  düşübdür 

(S.S.Axundov); ÜRƏKKEÇMƏ(Sİ) Ürək- 

keçməsi olanlar, baş ağrısına mübtəla olan­

lar,  bir  para  xəstəliklərə  tutulanlar  hamısı 

Ağ Mollanın duası ilə məramlarına çatmaq 

istəyirlər (Ə.Haqverdiyev); BAYĞINLIQ, 



ürəkkeçməsi  bax ürəkgetməsi 

ÜRƏKLƏNMƏK  Sonra  yavaş-yavaş 

ürəklənib  yenə  əvvəlki  Mirzoppa  kimi 

böyük-böyük danışmağa başladı.. (Elçin);

/-’irnrvT’i nıMüıf^ı/ ıı»

m

,



GU1VU/ 1 1

j

U/İ31T1V1\ ııuıuı ufuğu ı\ııuı



döndü,  uşaq  cürətlənib  hərəkətə  gəldi  (Mir 

Cəlal); RUHLANMAQ Cahangir qoca ata­

sının  bu  sözlərindən  daha  da  ruhlandı 

(M.Hüseyn); CƏSARƏTLƏNMƏK (bax). 



ürəkli bax 1. cəsarətli; 2. igid 

ürəkotu bax bədrənc 

ürəksiz bax 1. qorxaq; 2. könülsüz 

ürəyəyatan bax xoşagələn

383


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə