LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə205/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   201   202   203   204   205   206   207   208   ...   216

Yy

YABA (ot, küləş və başqa bu kimi şeyləri 

toplamaq, qaldırmaq və s. üçün işlənən alət) 

Əllərində  tüfənglər,  əllərində  ya6a/ar;  Ana 

vətən  uğrunda  bizim  ulu  babalar;  Vaxtilə 

düşmənləri  bu  yollarla  qovmuşlar  (S.Rüs- 

təm);  ŞANA  ..dadaşım  da  ətəyi  ilə  alnının 

tərini silib şanam götürdü və başladı küləşi 

çevirməyə (C.Məmmədquluzadə).

1. YABANI (ağac, ot vəs. haqqında) Sanki 

başları üstə yabanı otlar bitmiş.. (M.Dilbazi); 



VƏHŞİ Tarladakı saı ı sünbül; Çöllərdeki o 

vəhşi gül (S. Vurğun).

2. yabanı bax cır



YABI  (zəif,  arıq  at)  [Alo]  yabını  noxta- 

layıb yenə toxum xurcununun yanma çekdi 

(S.Rəhimov); ALAŞA Hazırlaş, alaşaıı har­

dadır. Uşaqlara de ki, tutub gətirsin (M.Hü- 

scyn).

I  YAD  (məlum  olmayan,  tanınmayan) 

[Adilə:] Pah atonnan, elə bil yad adamıq, qa­

raçı köçündən qırılıb qalmışıq (Ə.Qasımov); 

BAŞQA  [Ramazan:]  Adamın  öz  daxması 

başqalarının  sarayından  qiymətli  görünür 

(M.Hüseyn); BİGANƏ Nə baxırsan oğrun- 

oğrun; Mənə biganələr kimi (Xəstə Qasım); 

KƏNAR  [Şamo:]  Kənar  adam  yoxdur?  - 

deyə soruşdu (S.Rəhimov); QIRAQ Stolun 

başında  bir  nəfər  də  olsun  qıraq  adam  yox 

idi  (M.S.Ordubadi);  NAMƏHRƏM  [Şölə- 

xanım:]  Buyur  görək,  mən  hansı  naməh­

rəmlərlə  aşnalıq  edirəm  (M.F.Axundzadə); 

ÖZGƏ  Biri  zəif,  zərif,  hər  bir  işdə  özgəyə 

möhtac olduğu halda, o biri polad kimi sağ­

lam  bədənli.,  bir  uşaq  idi  (S.S.Axundov); 

QEYRİ, BAŞQASI.

II yad bax yaddaş

III yad bax naməlum

YADDAŞ Dolaşdıq tarlanı, bağçanı, bağı; 

Buyur,  yaddaşını  köməyə  çağır  (M.Araz); 



HAFİZƏ  [Yusif:]  O  günlər  hamısı  bir-bir 

mənim  hajizəmdədir  (S.Rəhman);  ZEHİN



Yaba

396

[Mişa:] Cavan oğlansanzehnin itidi, tez qav­

rayarsan (H.Abbaszadə); ZƏNN [Zülfüqar:] 

Zənnim korlanıb, sizi yaxşı tanıya bilmədim 

(B.Bayramov); AĞIL, HUŞ (bax), YAD.



YADDAŞLI, HAFİZƏLİ, HUŞLU, ZE- 

HİNLİ

YADDAŞSIZ, HUŞSUZ, UNUTQAN

(bax)

YADDAŞSIZLIQ, HUŞSUZLUQ (bax), 

UNUTQANLIQ

1. YADİGAR  Bu  papağı  Qaçaya  böyük 

bacısı yadigar olaraq bağışlamışdı (M.S.Or­

dubadi);  HƏDİYYƏ  Onun  divarları  al- 

əlvan  naxış;  Əsrdən-əsre  hədiyyə  qalmış 

(S.Vurğun).

2. yadigar bax abidə 1 

yağı bax düşmən 2

YAĞIŞ  Yağış  çoxdan  kəsmişdi  (Elçin); 

BARAN (kl.əd.) Əbr tək himməti töküb ba­

ratı; Seyi tək qeyrəti edib cərəyan (M.Ə. Sa­

bir);  YAĞMUR  Bir  azdan  sonra  şiddətli 



yağmur yağmağa başladı (S.S.Axundov).

YAĞIŞLI ..yağışlı ruzgarda, həmin çuluna 

bürünərdin.. (S.Rəhimov); YAĞMURLU 

Bir axşam yağmurlu bir havada qapı döyüldü 

(Çəmənzəminli); YAĞINTILI. 



yağlanmaq bax kökəlmək 

yağmalamaq bax talamaq 

yağmalanmaq bax talanmaq 

yağmur bax yağış 

yağmurlu bax yağışlı 

YAĞMAQ (qar, yağış haqqında) Sulu qar 

yağırdı (Elçin); TÖKMƏK Yağış hələ tö­

kürdü (H.Abbaszadə).

1. YAXA  Məsum  kişi  arxalığının  yaxa­

sını  düymələyə-düymələyə  içəri  girdi  (Mir 

Cəlal); GİRİBAN (kl.əd.) Götür, tulla bir kə­

nara çarqatı; Giribandan sinən ağı görünsün 

(Q.Zakir).



2. yaxa bax döş

3. yaxa bax yaxalıq

4. yaxa bax sahil

11. YAXALAMAQ Mustafa çavuş straj- 

niklərlə  qabağa  keçib  Alonu  yaxaladılar 

(S.Rəhimov); QAMARLAMAQ [Mehralı:]

Yaxalamaq



Müxtəsər,  bankadan  bizim  çeklərle  pul 

alanda hərifləri qamarladılar (S.Rəhimov); 



ƏLƏ KEÇİRMƏK, TUTMAQ (bax).

2. yaxalamaq bax boğazlamaq

II yaxalamaq bax yumaq I

I yaxalanmaq bax tutulmaq 1

II  yaxalanmaq bax yuyunmaq



YAXALIQ Nərgiz kəlağayısım əlinə al­

mışdı, sinəsi açıq idi. Güllü şifon koftasının 

tünd-yaşıl yaxalığı ağ boynunu daha da gö­

zəl göstərirdi (İ.Şıxlı); YAXA Əlləzoğlu qra­

fini götürüb yaxasını, dizlərini islada-islada 

su içdi (İ.Hüseynov).



yaxdan bax mücrü

YAXIN  (müxtəlif  mənalarda)  Yaxın  gəl, 

gözəl  qız;  Yaxın  gəl  bir  az!  (S.Vurğun); 

YOVUQ  Nola  saqqala  yovuq  gəlməsə  bir 

gül üzlü; Kim qıyar ki, düşə gül yarpağı qan­

qal içinə (M.P.Vaqif).



yaxınlaşmaq bax yanaşmaq

yaxlaşmaq bax yanaşmaq

YAXMAC Kimisi yaxmac qayırır, ..kimisi 

yağla şorun qatışığından dürmək eləyib Qə­

mərin  stəkanının  yanma  qoyurdu  (Ə.Vəli- 

yev); BUTERBROD Xosrovboyli ilə bufetə 

çıxdıq,  o  məni  buterbroda,  qəhvəyə  qonaq 

elədi (Mir Cəlal); YAXMA.



1. YAXMAQ [Məşədi İbad:] Görünür ki

heyvan  balası  dəllək  xınanı  pis  yaxıbdır 

(Ü.Hacıbəyov);  SÜRTMƏK  [Yusif:]  Qara 

gelin boynuna keçi piyi sürtməklə onun yeri­

şini, gücünü artırmaq olmaz.. (B.Bayramov); 

ÇƏKMƏK.

2. yaxmaq bax yandırmaq



I.  YAXŞI  Mənim  rəfıqim  hər  cəhətdən 

yaxşı bir insandır, lakin atalarımız: “Eyibsiz 

gözəl olmaz” demişdir (S.S.Axundov); EYİ 



(köhıı.) Atalıq borcu eyi tərbiyənin qeyri de­

yil; Yoxsa bir işdədir insanlar ilə heyvanlar 

(M.Ə.Sabir); XOŞ (dan.) [Gülebətin:] ...Heç 

olmasa bunlar xoş bir gün görsünlər (M.İbra­

himov); XUB (kl.əd.)Xub çəkilib qəddi-dal­

lar;  Ağ  üzündə  qara  xallar  (Aşıq  Ələsgər); 



PAKİZƏ,  YAMAN  (dan.)  Lakin  cavanlı­

ğımı  çox  yaman  keçirmişəm  (N  .Nəri­



Yaxalamaq

manov); SALEH (köhıı.) [Ağa Səttar:] Beli, 

elə  kişidən  şəksiz  saleh  övlad  qalacaqdır 

(M.F.Axundzadə); YÖNLÜ (dial.) Sən heç 



yönlü şey yersən ki, əməl eləsən (ADDL).

2. yaxşı bax gözəl 1, 2

YAXŞILIQ  [Fərman:]  Sənin  barəndə 

yaxşılıqdan başqa bir fikrim yoxdur (M.İbra- 

himov); EHSAN (kl.əd.) Bu Xətayi xəstənin 

vergil muradın, ya ilah; Kim mənə lütf eylə 

ehsan,  səndən  özgə  kimsə  yox  (Xətayi); 

EYİLİK (köhıı.) [Aşıq Süleyman:] Fənalıq, 

eyilik bil nə deməkdir; Yarın adın dastan olur 

dillərdə (H.Cavid); XEYİRXAHLIQ (bax).



I YAL (itə verilən yemək) Yalı bol olanı, 

zəncir də saxlamaz (S.Rəhimov); HORRA.



II  YAL (atlarda) Bəy ata yaxınlaşdı, eli 

ilə onun yalım tumarladı (M.Hüseyn); YAL­



MAN Koxa atın yalmanından tutub ləngərlə 

qalxdı (S.Rəhimov).



III yal bax yamac, yoxuş

yalaq bax yaltaq

YALAN  (düz  olmayan)  [Ovçu  Qasım:] 

Mənim bu hekayətim yalana oxşayır, amma 

sizin üçün, sırf həqiqətdir (Ə.Haqverdiyev); 

ALTDAN-ÜSTDƏN (dan.) [Xan:] Düzünü 

de,  görüm  necə  oldu?  dedi,  bax  birini  alt­



dan-üstdən  desən,  başın  cəllad  əlindədir 

(Çəmənzəminli); BATİL Həqqi batil eylə­

mişlər, işlənir cürmi-kebir; Şeyxlər şeyyad, 

abidlər 


abusən 

kəmtərir 

(M.P.Vaqif); 

BƏHANƏ  Kazak  briqadası yüz cür  bəha­

nələrlə bu vəzifənin ifasından boyun qaçırdı 

(M.S.Ordubadi); ƏFSANƏ Canım, səs-küy 

imiş, əfsanə imiş; Orda da görmədim nə in­

san, nə iş (S.Vurğun); ƏSASSIZ Onun ver­

diyi xəbərlərin bir çoxu əsassız xəbərlər idi 

(M.S.Ordubadi); GOP (dan.) Gop-gop kimi 

bifaidə  əhli-qələm  olma;  Ol  Başıqapazlı, 

vəli, Biderdü qəm olma (M.Ə.Sabir); XİLAF 

[Əmir:] Zeyd, mənim sözüm əmir sözüdür; 

onda xilaf ola. bilməz.. (Ü.Hacıbəyov); KIZB 



(kl.əd.)  Munca  kim,  etdim  tamaşa,  sözlərə 

asdım qulaq; Kizbü böhtandan səvayi bir he­

kayət görmədim (M.P.Vaqif); SAXTA [Vey­

səl:]  Mən  saxta  danışmağı  öyrənməmişəm



Yalan

397


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə