Mədəniyyət.AZ / 9 • 2016
29
BTİ-nin Yaxın Şərq ölkələri üzrə müşaviri İbrahim Əssiri (Səudiyyə
Ərəbistanı), İFTR idarə heyətinin üzvü Boris Daussa-Pastor (İspani-
ya), ASSİTEJ-in İsrail Milli Mərkəzinin
prezidenti Razi Amitai, “Pikko-
lo” Teatrının bədii rəhbəri Sercio Eskobar (İtaliya), Batumi İncəsənət
Universitetinin rektoru Ermile Mesxiya (Gürcüstan), Kəlküttə Univer-
sitetinin professoru Priyanka Çaterci (Hindistan), “Trinistra” Dövlət
konsert və nəfəs alətləri orkestrinin rəhbəri Deyvidas Stoponkus
(Litva), Perm şəhəri “U mosta” Dram Teatrının bədii rəhbəri Sergey
Fedotov (Rusiya), “Tənqidi səhnələr” jurnalının baş redaktoru Savas
Patsalides (Yunanıstan), Vyetnam teatrı üzrə ekspert Şuntaro Yoşida
(Yaponiya) və başqaları var.
IV Bakı Beynəlxalq Teatr Konfransının start mərhələsi isə noyab-
rın 4-də mətbuat konfransı ilə başlayacaq. Ayın 6-da misirli alim
Abdel Rahman əl-Xamissinin ərəb dilinə çevirdiyi “İrəvan xanlığı”
(müəllif Y.Mahmudov) kitabının təqdimat mərasimi təşkil ediləcək.
Konfrans iştirakçıları üçün noyabr ayının 6-da
Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrında xalq artisti Azər Paşa Nemətovun
quruluşunda C.Məmmədquluzadənin “Ölülər” pyesinin tamaşası nü-
mayiş olunacaq. 6 və 9 noyabr tarixində Azərbaycan Dövlət Rus Dram
Teatrında “Karri Marqolis metodu” (Boris Daussa Pastorun semina-
rı), Azərbaycan Dövlət Musiqili Teatrında “Teatr teatrşünaslardan nə
gözləyir?” (Pavel Rudnevin seminarı), “Müasir teatrda idarəetmə”
(Devid Pərrişin seminarı), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Te-
atrında “Aktyor sənətində improvizə” (Andrey Sidelnikovun treninqi)
mövzularında seminar və treninqlər, habelə beynəlxalq təşkilatların
milli mərkəz üzvləri ilə görüşlər keçiriləcək.
“Mədəniyyət.AZ”
30
Mədəniyyət.AZ / 9 • 2016
M
üharibə insan yaradılışından ayrı-ayrı torpaqlar
üzərində güclü və zəif tərəfl ərin mübarizəsidir. Həmin
mübarizədə qalib və məğlub tərəfl ər olsa da, əslində,
müharibə hər iki tərəfin məğlubiyyəti deməkdir...
Azərbaycan üçün müharibə qaysaq bağlamış yaradır. Bu
yaranın gözü düşmənlər və onların himayədarları tərəfindən
dəfələrlə qəddarcasına qopardıldığından hələ ki sağalmayıb,
göynədir və zaman-zaman qanamaqdadır...
Bəs görəsən Rusiya rejissorları üçün “Müharibə” nə
deməkdir?
Bəlkə onlar üçün bu, sadəcə Gənc Tamaşaçılar Teat-
rının səhnəsində göstərilən tamaşadır? Əbəs yerə Rusiya rejis-
sorları demədim. Sözümün canı var...
Ötən mövsüm Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teat-
rında Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının dəstəyi ilə
beynəlxalq rejissor laboratoriyası keçirildiyi müddətdə bu tədbirə
qatılanların bir qismi hər gün baxdıqları tamaşaları müzakirə
edir, teatrın bir qrup aktyoruna isə Rusiya Teatr Akademiyasının
səhnə hərəkəti və plastika kafedrasının müdiri, professor Aydar
Zakirovun başçılığı ilə səhnə döyüşləri üzrə təlimlər keçirilir-
di. Laboratoriya dərslərinin davam etdiyi müddətdə rejssorlar
Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində R.Ağayevin “Bir
gecənin nağılı”, Rus Dram Teatrında İ.Əfəndiyevin “Büllur saray-
da”, Akademik Milli Dram Teatrında H.Cavidin “Əmir Teymur”,
Dövlət Pantomim Teatrında Ç.Aytmatovun “Manqurt”
və yenə də
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İsveç dramatur-
qu Lars Nurenin “Mən gəldim, qızlar” (“Müharibə”) tamaşalarını
RUSİYA REJİSSORLARININ GÖZÜ İLƏ...
RUSİYA REJİSSORLARININ GÖZÜ İLƏ...
31
Mədəniyyət.AZ / 9 • 2016
izlədilər. Tamaşalardan sonra baxılan səhnə əsərinin rejissor işi,
aktyor oyunu, səhnə tərtibatı və ümumiyyətlə, hər bir detal labo-
ratoriya iştirakçıları tərəfindən müzakirə olundu.
Hər bir əsər haqqında öz fikirlərini bildirən rejissorlar digər
teatrlarda, eləcə də Gənc Tamaşaçılar Teatrında baxdıqla-
rı iki tamaşa, xüsusilə də “Müharibə” haqqında yüksək fikirlər
səsləndirdilər.
Rifkat İsrafilov (Rusiyanın
xalq artisti, RF dövlət müka-
fatı laureatı, Rusiya Teatr Xadimləri İttifaqı sədrləri şurasının
sədri, Orenburq Dövlət Dram Teatrının bədii rəhbəri, professor,
beynəlxalq rejissor laboratoriyasının rəhbəri):
“Laboratoriya müddətində Xalq yazıçısı Elçinin
“Şekspir” pyesini rejissorlarla bərabər təhlil etdik.
Hər bir rejissor öz məqsədinə görə
pyesdə bu və ya digər epizodların
səhnə həlli barədə konsepsiyalarını
irəli sürdü. Sonradan Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının
baş rejissoru Bəhram Osmanovun
“ÜNS” yaradıcılıq
səhnəsində bir neçə
il bundan əvvəl həmin pyes əsasında
hazırladığı tamaşaya videobaxış
keçirdik. Düzdür, səhnə oyununa canlı
baxmaq daha məqsədəuyğundur.
Lakin texniki tərəfdən gözəl çəkilmiş
tamaşa bizdə maraq oyatdı. B.Osmanov
rejissor laboratoriyasında təhlil zamanı
deyilənlərdən tam fərqli mükəmməl bir
səhnə əsəri hazırlaya bilmişdi.
Bakıda olduğumuz müddətdə Rus Dram Teat-
rında, Akademik Milli Dram və Pantomim teatrın-
da müxtəlif səpkili tamaşalara baxdıq. Məşğələlər
Gənc Tamaşaçılar Teatrının bazasında olduğu
üçün burada iki tamaşanı seyr etdik. Kiçik səhnədə
R.Ağayevin “Bir gecənin nağılı”, böyük səhnədə isə
L.Nurenin “Müharibə” tamaşasına.
Hər iki əsər
istər laboratoriya iştirakçılarında, istərsə də labo-
ratoriyada iştirak edən peşəkar tənqidçilərdə çox
böyük maraq oyatdı. Mənə elə gəlir ki, teatr bu gün
özünün ən parlaq yaradıcılıq dövrünü yaşayır. Tanış
olmadığım “Müharibə” pyesi əsasında hazırlanan
tamaşa məndə heyrət doğurdu. İstər mahir akt-
yor ansamblı, istər rejissor işi çox mükəmməldir.
Gəldiyim qənaət budur ki, Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında gənc və orta
nəsil daha güclü və perspek-
tivlidir. Onlar müxtəlif müəllimlərdən sənət təhsili alsalar da, va-
hid oyun və ideya ətrafında birləşə bilirlər. Bunun bariz nümunəsi
barəsində danışdığım “Müharibə” tamaşasıdır. Uzun illər müxtəlif
festivallarda direktor, bədii rəhbər və münsifl ər heyətinin sədri
olduğuma əsaslanıb ürəklə deyə bilərəm ki, “Müharibə” tamaşa-
sı öz mükəmməlliyi, aktuallığı və sənət
səviyyəsinə görə bir çox
Avropa və Rusiyada keçirilən festivallarda Azərbaycanın teatr
sənətini yüksək səviyyədə təmsil edə bilər və təmsil etməlidir
də. Bakıda olduğum az müddət ərzində izlədiyim tamaşalar və
Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidovla gö-
rüşümüz və apardığımız faydalı söhbətlər, gələcək yaradıcılıq
əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı həm direktor
(M.Həmidov), həm də mənim verdiyim təklifl ərin reallığı, heç
şübhəsiz, sevindiricidir. Hiss etdim ki, Rusiya – konkret ola-
raq özümün rəhbərlik etdiyim Orenburq Dövlət Dram Teatrı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının timsalında
layiqli
tərəfdaş qazanmaq üzrədir.
Mən bütün əlaqələrimdən istifadə edərək bu tamaşanın təbliği
ilə məşğul olacam. Bu gün sürətlə inkişaf edən Azərbaycan bir
ölkə kimi artıq dünyada öz sözünü deməyi bacarır. Bakı inanıl-
maz dərəcədə füsunkar və cəlbedicidir. Əminəm ki, bu tamaşa da
Azərbaycan teatr sənətinin nəyə qadir olduğunu sübut edəcək”.
Rifkat İsrafilov