M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə54/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   58

Təsviri sənət və onun tədrisi metodikası
MƏŞĞƏLƏ 7
Dekorativ  rəsm. “Naxışlanmış  parçalar"
Məqsəd: Verilmiş forma daxilində (kvadrat və ya düzbucaqlı) 
niyyət  üzrə  naxış  tərtib  etməyi  mənimsətmək.  Bütün  vərəq  boyu 
işləməklə rəng və naxış uyğunluğunu (fona əsasən) düzgün verməyi 
bacannaq.  arzuya  əsasən, həndəsi,  nə­
bati  və s.  naxış  elementlərinin  düzgün 
təsvir  edilməsi,  fırça  və  ya  boyadan 
düzgün  istifadə etmək (fırçanın ucu ilə 
basma  və  bütün  xovu  ilə  yaxma 
naxışlarının  alınması).  Müxtəlif  is­
tiqamətlərdə  fırçanı  işlətmək  texnika­
sının mənimsədilməsi.
Məşğələyə  hazırlıq:  Müxtəlif 
paltarlarda parça  naxışlarını görmək, 
bir neçə naxışlı  parça hissəciklərinin 
baxılması, təhlili (xal-xal. qınx xətli, 
dalğavari  və.s)
Vəsait  və  avadanlıq:  Ağ  və 
ya  rəngli  kağızlar.  Akvarcl  və  ya 
quaş  flamastr,  rəngli  qələmlər,  müx­
təlif ölçülü fırçalar, palitra, su doldu­
rulmuş  bankalar.  Bir  neçə  naxışlan­
mış  parça  hissəcikləri,  m üxtəlif ge­
yim  trafaretləri  (altından  uşaqların 
rəsm etdiyi  parçanı  qoymaq üçün).
Məşğələnin gedişi:
Tərbiyəçi  uşaqları  bir-birinin  paltarlarına  baxmağı  onların 
rəngini  və  baxışlarını  seçərək  adlandırmağı  təklif edir.  Ardınca 
naxışlanmış  parça  kəsikləri  paylayır və  əllərini  parçanın  üzərin­
də gəzdirməyi təklif edərək soruşur:  Uşaqlar parça necədir?
175


Təsvın sənət və onun tədrisi metodikası
Düzdür, yumşaq, incə. Sizə paylanmış parçalar necə də müx­
təlif  naxışlarla  bəzədilmişdir.  Uşaqlar,  bəzilərinin  naxışlan  yar­
paqlardan.  digərləri  güllərdən  və  ya  xallardan  ibarətdir.  Dalğavari 
və  qırıq  xətlərlə  də  naxışlar vardır.  Onlar ıtccədo  gözəldir,  səliqə­
lidir.  Sizcə, bu parçalardan nə tikmək olar? Şalvar yoxsa donluq?
Tərbiyəçi,  naxışdan  asılı  olaraq  parçanı  şalvar  və  ya  don­
luq trafaretin altına qoymağı təklif edir.
İşi  düzgün  yerinə  yetirən  tərbiyəçi  tərəfindən  mükafatlan­
dırılır (kinder sürprizlə).
Ardınca tərbiyəçi ikinci hissəyə keçir:  Uşaqlar, bu parçala­
rı rəssam tərtib etmişdir.  Siz də bu gün balaca rəssamlarsız.  Qar- 
şınızdakı  rəngli  kağızlara  uyğun  gələn  boyadan  istifadə  etməklə 
“parçanızı” naxışlava bilərsiz.
Məşğələnin  gedişində  tərbiyəçi  fərdi  yanaşaraq  məsləbət 
və ya müəyyən göstərişlər verir.  İncə  və səliqəli  işlər sərgi  üçün 
və s.  ayrıla bilər.  Qaliblər mükafatlandırılır (kinder sürpriz).
Məşğələdən sonra, uşaqların əl işlərindən personajların ha­
zırlanmasında  (barmaq  teatrı)  həmçinin.digər  aplikasiva  məşğə­
lələrində də istifadə etmək mümkündür.
Parçanın  digər  üsulla  hazırlanması.  Həyətin  bağçasındakı 
müxtəlif ağac yarpaqlarından yığaraq hazır vəziyyətə gətirmək (yu­
yub təmizləmək) yarpağın arxa hissəsini quaş boya ilə rəngləyərək 
üzü  aşağı  yerlik  üzərinə düzmək (tərbiyəçinin  köməkliyi  ilə kom­
pozisiya  qumıaq).  Quruduqdan  sonra  pambıqla  boş  hissələrə  fon 
vermək (qələmdən yonulmuş rəngli tozlara batırmaqla).
MƏŞĞƏLƏ 8
Rəsm. “Yaylıqlar və dəsmallar zivədə quruyur”
Məqsəd:  Uşaqlara  kvadrat  və  düzbucaqlı  forma  arasındakı 
fərqi anlatmaq və təsvirdə verməyi mənimsətmək.  Qələmlə işləyə­
rək  konturdan  çıxmamaq  şərti  ilə  (qələmi  kağızdan  ayırmadan) 
rəngləmə  texnikasını  təkmilləşdimıək.  Paralel  və  kəsişən  xətlərin 
düzgün icrasına nail olmaq.
176


Təsviri sənət və onun tədrisi metodikası
Vəsait:  Kirpi təsviri, oyuncaq­
ların əl  yaylığı, dəsmalları,  ağ  kağız 
(albom  vərəqinin  yarısı  ölçüsündə), 
rəngli  qələmlər;  II  varianta  əlavə 
(kompleks  məşğələ  üçün);  rəngli 
düzbucaq  və kvadrat  kağızlar,  qayçı 
yapışqan silgi; III varianta əlavə rəngli quaş, yumuşaq fırça.
M əşğələnin gedişi:
Tərbiyəçi  lövhədən  oyuncaq  gəlinciyin  təsvirini  asır və nəql 
etməyə  başlayır:  Bir  meşədə  kirpi  yaşayırdı  o  paltar  yumağı  çox 
xoşladığı  üçün  meşənin  bütün  heyvanlarının  paltarlarını  yuyurdu. 
Paltar yuyan kirpiyə "uxti-tuxti" adını vermişdilər. Ona görə ki pal­
tarı  yuyanda  belə  səs çıxarırdı.  Günlərin  bir günü  dovşan  və  dələ 
"uxti-tuxtiniıı'' yanına gələrək onların paltarlarını, əl və üz dəsmal­
larını  yumağı  xahiş  etdilər.  Uşaqlar (dəsmal  və yaylıqları  göstərə­
rək) sizcə dəsmal hansı  formadadır? (düzbucaqlı), bəs bu  əl yalığı? 
(kvadrat). Fikir verin, dovşanın yaylığı və dəsmalı  ağ rəngdə, dələ- 
ninki  san,  qurbağanınki  yaşıl,  ayı  balasının  dəsmal  və yaylığı  isə 
qəhvəyi  rəngdədir.  Gəlincik  çox  məsuliyyətlə  səliqə  ilə  yuyaraq 
bunları  sərmək  istədi.  Ancaq,  paltar zivəsi  qırıldığından  asa bilmə­
di. İndi o bizdən xahiş edir ki, biz zivənin üstündə bunları asaq.
Tərbiyəçi  ilk öncə kiçik əl yaylığı (kvadrat), daha sonra dəs­
malın (düzbucaqlı) çəkilmə qaydasım izah edərək göstərir. Dəsmalı 
çəkərkən  xətti  aşağıya  doğru  düz  və  bir  qədər  yaylıqdan  uzun 
çəkmək  lazım  gəldiyini,  sonra  ikinci  pararlcl  düz  xətti  endirərək 
onları  bir-biri  ilə  kəsişdiıərək  əl  yaylığından  uzun  (düzbucaqlı) 
alındığını  izah  edir.  Qələmin  rəngini  (hansı  heyvanın  yaylıq  və 
dəsmalını çəkəcəyindən asılı olaraq) düzgün seçməyi qeyd edir.
İşin  icra  prosesində  fərdi  yanaşaraq  lazımı  məsləhətlər verir 
məşğələnin  sonunda  fəallaşdıncı  suallar  ilə  havanı  isidən  günəşi, 
torpaqdan çıxan otlan  və.s əlavələr etməyi (arzuya görə) təklif edir. 
Yekunda, hər uşaq öz rəsmi  ilə lövhəyə dəvət olunur və çəkdikləri
177


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə