M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə57/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   58


Tasviri sana! va onun tadrisi metodikası
göstərərək  (eyni  təsvirli)  soruşur:  Bu  təsvirlər  eynidirmi?  İzah 
edir  ki.  dəqiqliyi  görmək  üçün  cvuıı  hissələrini  tutuşdurmaq  la­
zımdır.  İlk  öncə evin damından  başlayın.  Onlar eyni  foımadada- 
dırmı?  Sonra  isə  divarlarını  tutuşdurun  eynidirmi?  Ardınca  pən­
cərələri  tutuşdurun və eyniliyi yoxlayın (birinki kvadrat digərin- 
ki  isə düzbucaqlıdır).
I  v ariant:  Uşaqlar fərqlənən  hissələri tapırlar.  Ardınca tər­
biyəçi  fərqlənən  hissəyə  fışqa  qoymağı  təklif edir.  İşi  səhv  icra 
edənin fışqası götürülür.
II  v ariant:  Tərbiyəçi  uşaqlara  kartlar  paylayır  və  əlindəki 
rəngli kaıtı göstərərək  izah edir ki, bu kartdakı təsviri  sizdəki kar­
tın boş hissəsinə (damaya) yığın.  Kartlar masanın ortasında  sinidə 
qoyulur,  uşaqlar sərbəst işi icra edirlər.  İşi düzgün icra edənə fışqa 
verilir.  Yekunda  tərbiyəçi  uşaqdan  nəyə  göıa  rəngli  kartı  həmin 
damaya qoyduğunu eyniliyin nədə olduğunu soruşur.
III  v ariant:  Tərbiyəçi  rəngli  kartları  bir  əşyanın  üzərinə 
digərini  isə  təsvir  olunmuş  əşyanın  üzərinə  qoymağı  təklif edir. 
Kartda  təsvir  olunmuş  əşyanın  hissələri  (dairələr -   təkərlər,  üç­
bucaqlar -  damlar) qutudan  götürülüb eyni  olan  hissələrin  üzəri­
nə  yerləşdirilir.  Uşaqlar  forma  və  böyüklüyün  seçilməsində  çə­
tinlik  çəkərsə  ilk  öncə  təsvir  olunmuş  əşyanın  üzərinə  qoyaraq 
düzgünlüyünü  yəqin etdikdən sonra boş damada yerləşdirilir.  İşi 
düzgün  icra edən uşaq fışqa alır.
MƏŞĞƏLƏ  14
Aplikasiya. “Gözəl darvazalar”
Məqsəd:  Forma  və  böyüklüyünü  nəzərə  alaraq  tikintinin 
hissələrini  simmetrik  yerləşdirmək,  tikinti  variantlarını  sərbəst 
185


Təsvın sənət və onun tədrisi metodikası
seçməyi  öyrətmək;  enli  zolağdan  qatlama vasitəsilə  düzünə  kəs­
mə priyomunu möhkəmləndirmək; simmetriyam  gözləməklə tiki­
ntinin hissələrini xırda formalarla sərbəst bəzəməyə nail olmaq.
Vəsait:  Tərbiyəçidən üç darvaza nümunəsi, oyun persona­
jı laxtadan  oyuncaq  gəlincik,  və  bir neçə  xırda oyuncaqlar  (kin- 
der sürpriz  və.  s):  ev quşları və ya ev heyvanları; kardoııdan ha­
sarlı  ev və ya stolüstü tikinti materialından;  llaııeleqraf və üzəri­
nə  düzmək üçün  darvazanın hissələri.  Uşaqlarda 20  x3 sm ölçü­
sündə  kağız  zolaqları  (darvazanın sütunu  üçün);  12x4 sm  ölçü­
sündə  düzbucaqlar. 14x2  sm  zolaqlar  və  tikintini  örtmək  üçün 
üçbucaqlar,  bəzək  üçün  xırda kvadrat və üçbucaqlar;  qayçı,  ya­
pışqan, fırça, qurulama, albom ölçüsündə qalııı vərəqlər.
Məşğələnin  gedişi:
Tərbiyəçi  masanın  üzərinə  hasarla  əhatə  olunmuş  ev  ma­
keti qoyaraq  balaca bir səhnəcik yaradır və nəql etməyə başlayır: 
“Bu  balaca  evdə  bir  gəlincik yaşayırdı.  O  qərara  aldı  ki,  toyuq 
saxlasın.  Evi  hasara  alıb  toyuqları  gəzməyə  buraxdı.  Toyuqlar 
həyətdə gəzib  dən  axtarırdılar.  Birdən  onlar gördülər ki,  hasarın 
darvazası  yoxdur  və  həyətdən  qaçdılar.  Gəlincik  toyuqlara  don 
verməyə  çıxdı  və  gördü  ki,  toyuqlar  yoxdur.  Bərkdən  “cip.cip- 
cip”  çağırdı.  Cücələr  eşitcək  həyətə  gəldilər.  Gəlincik  düşündü 
mütləq  həyətə  darvaza  lazımdır  ki, toyuqlar həyətdən  qaçmasın. 
Ancaq  nə  etmək?  Birdən  yadına  düşdü  ki.  rəfiqəsi  ona yaxında 
yerləşən uşaq bağçasında (gəlinciklər üçün) uşaqlar çoxlu lazım­
lı əşyalar; xalçalar, evlər, qatarlar, hazırlamışdılar.
Cialincik (tərbiyəçi):  Bilmirəm bu sizin bağçadımıı?”
Uşaqların  cavabından  sonra tərbiyəçi təklif edir:  “Uşaqlar 
galiıı  gəlinciyə  kömək  edək  onun  üçün  darvaza  hazırlayaq. 
Uşaqlar yerlərinə keçirlər.  Tərbiyəçi onların qarşısında üç bir-bi­
rindən  fərqli  darvaza  təsviri  yerləşdirir  və  onların  eyni  və  ya 
fərqli olduğunu soruşur.
186


Təsvın sənət və onun tədrisi metodikası
Uşaqlardan  aldığı  cavablardan  sonra  fikirləri  ümumiləşdi­
rərək:  “Bütün  darvazalar  hündürdür”  darvazanın  ortasında  iki 
hündür  dayaq  var.  üstü  örtülüdür.  Lakin  iki  örtüyün  üstü  üçbu­
caq  biri  isə  düzbucaqdan  ibarətdir.  Bu  ardıcıllıqla  eyniliyi  və 
fərqi  uşaqlara  izah etdikdən sonra təklif edir ki, flaneleqraf üzə­
rində  bəmin  darvazaları  qursunlar.Və  ilk  öncə  ııadən  başlaya­
caqlarını  (dayaqlardan)  aydınlaşdıraraq  işin  gedişinə  (darvaza 
arasındakı  məsafənin  düzgün qoyulmasına)  nəzarət  edir.  Bu  za­
man  uşaqlara  seçimdə  sərbəstlik  verir.  Məşğələnin  gedişində 
uşaqların yadına salır ki. ilk öncə yerlik üzərində darvazanın his­
sələrini  qurmaq,  ardınca  yapışqanlayaraq  yapışdırmaq  lazımdır. 
Hissələr  elə  yerləşdirilməlidir  ki,  darvaza  möhkəm  və  davamlı 
olsun.  Darvazanı  qurduqdan sonra onun üzərini naxışlamağı tək­
lif edir və  uşaqların  yadına  salır ki, naxışlar  darvazanın  rənginə 
uyğun  olmalıdır.  Məşğələnin  sonunda,  işlər  lövhəyə  düzüldük­
dən  sonra  gəlinciyi  dəvət  edərək  özü  üçün  ən  yaxşı  darvazanı 
seçmək  təklif edilir.  Gəlincik  çətin  seçim  qarşısındadır.  Darva­
zaların çoxu onun  xoşuna gəlir.  Biri  səliqəli  icra olunub,  digəri­
nin  isə naxışları  gözəldir.  Bunları  qeyd edərək uşaqlara minnət­
darlığını  bildirir  və  nəhayət  özünə  ən  gözəl  darvazanı  seçdiyini 
bildirir və  uşaqlardan  xahiş  edir ki.  bu darvazanın hansı olduğu­
nu  göstərsinlər.  Yekunda  tərbiyəçi  halə  işin  tam  bitmədiyini 
qeyd  edir,  və seçilmiş  darvazaya  qat  xətti  salaraq  onu müəyyən 
olunmuş  yerlərdən  qatlamaqla  şaquli  vəziyyətdə  masa  üzərinə 
yerləşdirir.  Darvaznın ön hissəsi  kəsilir ( qapı  üçün) məşğələdən 
sonra boş  vaxtlarda  tərbiyəçi  digər  darvazaları  da  bu  üsulla  şa­
quli istiqamətdə (ayaq üstə) qurur və stolüstü oyun keçirir.
MƏŞĞƏLƏ  15
Applikasiya. “Tikintini öziin fikirləş və qur”.
Məqsəd:  Uşaqlarda  yaradıcı  qabiliyyəti  inkişaf  etdirmək, 
kvadrat  düzbucaq  və  üçbucaqlardan  sərbəst  tikinti  təsvir etməyi 
öyrətmək,  tikintinin  oxşar  hissələrini  simmetrik  yerləşdirmək;
187


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə