Təsvın sənət və onun tədrisi metodikası
hissələri bir-birinə kip bərkitmək (yerləşdirmək); enli zolaqlar
dan hissələr almaq üsulunu möhkəmləndirmək .
Vəsait: Tərbiyəçidən oyuncaq kirpi personajı, kağızlardan
kəsilmiş əlavə kiçik fiqurlar uşaqlarda müxtəlif rəngli kağız zo
laqlar (3x6 sm ölçüsündə kvadratları ayırmaq üçün), düzbucaqlar
3x12sm; ensiz zolaqlar 2x20sııı ölçüdə və müxtəlif ölçüdə hazır
üçbucaqlar, yapışqan qayçı 1/2 albom vərəqi və ya 18x21 sm
ölçüdə ağ kağızlar.
Məşğələnin gedişi:
Oyuncaq kirpi (tərbiyəçi) məşğələyə gələrək uşaqlarla sa
lamlaşdıqdan sonra nəql etməyə başlayır: Mən və dovşan dostu
ma bir qutu tikinti materialı bağışlayıblar. Dovşan özünə üçbu
caq və düzbucaqlardan cəld ev tikdi və kublardan qala qurdu.
Mən isə ancaq darvaza quraşdıra bilirəm o da nədənsə tez-tez
dağılır. Uşaqlar mənə müxtəlif tikinti qurmağı öyrətsəydilər çox
sevinərdim.
Tərbiyəçi kirpiyə cavab verir ki: “Bizim uşaqlar ev, qala,
körpü qurmağı bacarırlar. Ancaq onlarda tikinti materialı yox
dur. Görürsən onlar əyləşib kəsib yapışdırma işinə hazırlaşırlar.
Onlarda yalnız kağızdan zolaqlar vardır. Ancaq biz sənə kömək
edərik. Uşaqlar öz zolaqlarını tən yarı kəsərək ondan düzbucaqlı
kvadratlar alar və bu fiqurlardan müxtəlif tikintilər qurub kağıza
yapışdıraraq şəkillər ala bilərlər, sən bunlara baxıb müxtəlif qu-
raşdımıalar edə bilərsən. Mən uşaqlardan sənə hansı tikintinin
təsvirini quracaqlarını soruşacağam”.
Bir neçə uşaqdan hu haqda soruşur. Cavablar təkrarlanan
da (quracaqları üst-üstə düşdükdə) tərbiyəçi mövzunu dəyişməyi
və yaxud əlavələr verməklə fərqləndimıətyi təklif edir. Fərqlən
dirmək üçün qutuda lazımı hissələr təqdim edilir.
188
IV DÖVR
HEYVAN TƏSVİRİ ÜZRƏ
MƏŞĞƏLƏLƏRİN SİYAHISI
1. Didaktik oyun. “Sözlə təsvirə görə tap”
2. Yapma. “Kirpi”
3. Yapma. “Siçan”
4. Yapma .“Dovşan”
5. Yapma. “Oyuncaq ayı”
6. Yapma, “iki ac göz ayı balası”
7. Kiçik həcmli heykəllərlə tanışlıq
8. Yapma. “Yolka ətrafında meşə heyvanları”
9. Rəsm. “Yolka altında dovşan”
10. Rəsm. “Dələ göbələk yeyir”
11. Rəsm. “Dələ ilə dovşan görüşdülər”
llu dövrdə:
3 məşğələ rəsm üzrə
6 məşğələ yapma üzrə
1 didaktik oyun
1 məşğələ incəsənətlə tanışlıq
189
Təsvın sənət və onun tədrisi metodikası
MƏŞĞƏLƏ 1
Didaktik ovun “Təsəvvürə görə tap”.
Məqsəd: Uşaqlara heyvanın xarici görünüşü, xüsusiyyəti
haqqında məlumat verərək təsəvvürə görə verilmiş 4-5 təsvirin
içində tapmaq (I variant); heyvanı əyani vəsaitə görə heç bir iza
hat vermədən tapmaq (II variant); heyvam onun hissələrinə görə
tanımaq (III variant).
Vəsait: Tərbiyəçidə kirpi, dovşan, pişik, siçan, ayı təsvirli
beş kart, fışqa; kardondaıı hazırlanmış pəncərəli cv, (III variant)
oyun üçün örtük.
Oyunun gedişi:
Tərbiyəçi uşaqların gözü qarşısında beş heyvan təsvirli
kartları düzərək, burda hansı heyvanların təsvir olduğunu soru
şur və oyun oynamağı (təsəvvürə görə) təklif edir.
Oyunun qaydasını izah edir: mən sizə bu heyvanlardan bi
rini təsvir edəcəyəm, kim bu heyvanı mənim təsvirimə görə ta
parsa sakitcə mənə yaxınlaşıb qulağıma adını deməlidir. Düzgün
cavaba görə mən ona fişqa verəcəyəm. Daha çox fişqa yığan
uşaq mükafatlandırılacaq (kiııder sürprizlə).
Heyvanın xarici görünüşünə görə təsviri (şifahi).
Kirpi. Bu boz rəngli heyvandır. Çənəsi ili, qara bumu var
dır. Quyruğu o qədər balacadır ki. heç görsənmir. Çənəsində və
qanımda tükü yumuşaq, kürəyində və yanlardan isə iti tikanlıdır.
Bu hansı heyvandır?
Siçan. Bu balaca boz. rəngli heyvandır. Onun iti çənəsi və
yumru qulağları vardır. Quyruğu uzun və nazikdir.
Dovşan. Bu heyvan müxtəlif rəngdə: ağ, boz, qara rənglərdə
ola bilir. Onun arxa ayaqlan uzun olduğu üçün o yerimədən yalnız
tullanır. Bu heyvanın quyruğu qısa qulağları isə uzundur.
Ayı. Bu böyük və güclü heyvandır. ( hıun iti dişli çənəsi, yum
ru qulaqları, qısa quyruğu, ili caynaqlan vardır. O qəhvəyi rəngdədir.
190
Təsvın sənət və onun tədrisi metodikası
Pişik. Hamının sevimlisi olan bu heyvan yumşaq tüklüdür.
Cinsindən asılı olaraq tükləri xırda və ya uzun ola bilir. Yumru
sifəti, uzun bığları vardır. Asta yerişi vardır. Daim insanların ya
nında olmaq istəyir və əzizlənir. Müxtəlif rəngdə ola bilir.
Heyvanların əlamətlərini sadalayarkən ən əsas xarakterik
əlamət sonda deyilməlidir.
Oyunun II variantı. Tərbiyəçi masanın üzərinə heyvan təs-
virli kartları düzərək qarşısını örtüklə bağlayır. Uşaqlar (əvvəldə
mənimsədikləri heyvan üzrə) düşündüklərini bir-bir şifahi təsvir
etməyə başlayırlar. Düz təsvir etmiş uşağa tərbiyəçi örtüyü qal
dıraraq götürməyi təklif edir. Bu ardıcıllıqla digər uşaqlar da
masaya yaxınlaşır. Qalib gələn uşaq fişqa alır.
Oyunun III variantı. Tərbiyəçi (uşaqların qarşısına kardon-
dan hazırlanmış evi qoyaraq); heyvanlardan hansısa bunun içəri
sində gizlənmişdir. Pəncərədən biz onun hansısa hissəsini görə
bilərik. Tapan uşaq sakitcə yaxınlaşaraq onun adını mənə demə
lidir. Daha çox fişqa qazanan uşaq sonda mtikafatlanacaqdır.
MƏŞĞƏLƏ 2
Yapma. “Kirpi”.
Məqsəd: Oval formalı heyvanla tanış etmək, yapma zamanı
kirpinin xarici gömüşüııü xarakter xüsusiyyətini düzgün vermək,
gil çubuğu ilə xırda hissələrin alınması texnologiyasını mənimsət
mək. Tanış üsul və vasitələrin möhkəmlənməsinə nail olmaq.
Vəsait. Tərbiyəçidə oyuncaq kirpi, plastilin (kürə forması
almış), gil çubuğu 2-3 yolka ağacı (kağızdan və ya faııel taxta)
uşaqlarda gil, gil lövhəsi,gil çubuğu, nəm əsgi.
Məşğələnin gedişi:
Tərbiyəçi keçmiş məşğələdə heyvanları təsəvvürə görə tanı
dıqlarını yada salır və deyir ki, bu gün bu heyvanlardan birini ya-
pacayıq. Heyvanı tapmaq üçün söyləniləcək tapmacanı tapmalı
dırlar (tərbiyəçi): “Bu o heyvandır ki, sanki iynəli yolka ağacıdır.
191
Təsvın sənət və onun tədrisi metodikası
Tərbiyəçi uşaqlara kirpi oyuncağını göstərərək deyir. Tapın
görüm, bu hansı heyvandır? Oyuncaq kirpini sol əlinə götürərək sağ
əlini onun üzərinə gəzdirir. Hərəkəti sözlə (əlini gəzdirərkən) ifadə
edir: “Kirpi formasına görə yumurtaya oxşayır. Ön tərəfdən bədən
uzadılmış, arxa tərəfdən isə yumrulanmışdır. Oval formasım almaq
üçün ilk öncə biz gil parçasını yumrulayıb kürə formasım alınq.
Daha sonra onu bir qədər irəli geri vədələməklə oval forması alırıq”.
Tərbiyəçi alınmış oval formasını oyuncaq kirpinin yanında
tutaraq, baxın bu yapılmış forma necə də kirpiyə oxşayır. Kim
deyər, bu formadan kirpi yapmaq üçün nə etmək lazımdır?
(uşaqlardan müəyyən cavablar alır). Düz deyirsiz ilk öncə ön tə
rəfi dartaraq kirpinin iti çənəsini və bir yadar yuxarı qaldırılmış
dik bumunu yapıram. Kim deyər kirpinin iynələrini necə ala bi
lərik? Onu gil çubuğu ilə cızaraq almağı düşünürəm.
Məşğələnin gedişində tərbiyəçi uşaqlara fərdi yanaşır, lazımı
uşaqlara düzəlişlər verərək çalışır ki, uşaq özü bu səhvi düzəltsin.
Məşğələnin sonunda tərbiyəçi masanın üzərinə oyuncaq kirpini qoya
raq: “Ana kirpi öz balalarını gözləyir ki, meşəyə yollansınlar” - deyir.
Uşaqlar işlərini tamamladıqca ana kirpinin ətrafına toplanır
lar. Tərbiyəçi ifadəli tərzdə təhlil verir (kirpinin dili ilə): “Bu mə
nim iti burunlu balaca oğlumdur, bu isə iti tikanlı böyük oğlumdur,
bu isə mənim anq qızımdır. Onu yaxşı yedirtməliyəm”. Bu ardıcıl
lıqla təhlil davam edir, yekunda tərbiyəçi: “Baxın kirpinin nə qədər
balaları var. Onlar eyni olsalar da bir-birindən fərqlənirlər. Ana kir
pi öz balalarını lap yaxşı tanıyır. Balalarını tapıb meşəyə yollanır”.
MƏŞĞƏLƏ 3
Yapma “Siçan”.
Məqsəd: Uşaqlara siçanın xarakter əlamətini verməklə
yapmağı mənimsətmək (bədəni oval ön hissədə dartılmış çənəsi
yumru qulağları və nazik uzun quyruğu); yapma zamanı hissələ
ri möhkəm birləşdirmək lazımı yerləri sığallamaq, hamarlamaq
və s. priyomları mənimsətmək.
192
Təsvın sənət və onun tədrisi metodikası
Vəsait. Tərbiyəçidə oyuncaq siçan, uşaqlarda gil və ya
pilastilin. gil lövhəsi, nəm əsgi, gil çubuğu
Məşğələnin gedişi:
Tərbiyəçi uşaqlara siçanın əsasən yaşadığı yerləri qeyd edərək
oyuncaq siçanı müşahidə etdirir və əlamətlərini qeyd edir. Uşaqlarla
müsahibə vasitəsi ilə hissələr adlandırılır və icra üsulları aydınlaşdırı
lır. İşə başlamazdan öncə tərbiyəçi bir daha yada salır ki: baş bədənlə
bir yerdə yapılır. Bunun üçün əvvəlcə gili yumuşaldaraq kürə fonııa-
sı almat), ardınca irəli geri vərdənələyərək alınmış oval formasından
bir ucunu dartaraq siçanın çənəsini və dik bumunu almaq mümkün
dür. Ardınca siçanın uzun nazik quyruğu yapılaraq birləşdirilir. Ən
sonda balaca kürəcikləri göstərərək bundan siçanın balaca yumru
qulaqlarım yapmaq mümkün olduğunu izah edir. İşi icra edərək baş
hissəyə yerləşdirir. Uşaqların diqqətinə çatdırır ki. birləşən hissəni
hamarlayırıq ki. qulaqlar qopmasın. Məşğələnin gedişində tərbiyəçi
icra prosesüıə nəzarət edir, laziıııi uşaqlara fərdi yanaşaraq buraxılan
səhvləri üzə çıxarır, və düzgün icra üçün miiəyən göstərişlər verir.
Uşaqlar baxııı ana siçan öz balalarını gözləyir. Uşaqlar işləri bitirdik
cə oyuncaq siçanı yanına yığır, bu zaman tərbiyəçi əvvəlki məşğələ
lərdə keçirdiyi təhlili ardıcıllıqla yerinə yetirirlər. Uşaqlara öz hey
vanları haqqında fikir söyləmək üçün şərait yaradılır.
MƏŞĞƏLƏ 4
Yapma. “Dovşan”.
Məqsəd. Uşaqlara oval formalı heyvan yapılmasını davam
etdirmək. Yapmada dovşanın xarakterik əlamətlərini düzgün ve
rilməsinə nail olmaq, birləşən hissəni davamlı etmək yaxma, ha
marlama. priyomlanmn mənimsədilməsi.
Vəsait. Tərbiyəçidə oyuncaq dovşan (və ya kiçik dovşan
heykəli). Kiçik dovşan oturmuş vəziyyətdə; bir neçə yolka ağacı
kollar (kardon və ya fanerdən); dovşanın hissələri: iki böyük və
193
Təsvın sənət və onun tədrisi metodikası
kiçik ovallar (baş və bədən), nazik şilindirlər (qulaqlar). Uşaq
larda gil. gil lövhəsi, gil çubuğu, nəm əski.
Məşğələnin gedişi:
Tərbiyəçi masanın üzərinə ağ kağız sərərək üstünə bir ne
çə yolka ağacı və kollar düzür. Onun dalında isə oyuncaq dovşa
nı gizlədir; dialoq qurur Tərbiyəçi: “Uşaqlar, baxın burada qış
mənzərəsi görürüsünüz hər tərəf ağ qardır. Burda yolkalar və
kollar yetişmişdir. Bu nə səsdir? Kolların dalından nədir görsə
nən? Bu uzun qulaqlı balaca dovşandır. Baxın, onun balaca quy
ruğu da var, (dovşanı əlinə götürərək uşaqların qarşısına qoyur).
Ay dovşan sən burda nə edirsən?
Dovşan (tərbiyəçi): Mən tülküdən qaçdım, onun üçündə
ağacın altında gizlənib istirahət edirəm. İndi tək qorxuram, əyər
mənim dovşan dostlarım olsa heç tülküdən qorxmaram.
Tərbiyəçi: uşaqlar gəlin dovşana kömək edək özü kimi uzun
qulaq dovşanlar yapaq. Ay dovşan gəl səni elə yerləşdirim ki,
bütün uşaqlar görə bilsinlər. Dovşan (tərbiyəçi): onda gərək uşaqlar
mənə diqqətlə baxsın. Çünki dostlarım mənə oxşamalıdırlar.
Tərbiyəçi işin gedişinə nəzarət edir və uşaqların yadına salır
ki, dovşanın oval fonııalı bədənini yapmaq üçün əvvəlcə gil par
çasını əldə yumuşaldaraq böyük-kiçik hissələrə ayırmaq, böyük
hissədən bədəni, kiçik hissədən isə baş və quyruğu almaq, ayrı-
aynhqda hissələri yapdıqdan sonra bir-birinə birləşdinııək lazımdır.
Birləşən hissəni sığallamaq və barmaqlarla hamarlamaq lazımdır ki,
qulaqlar və quyruq qopmasın, (əvvəlki heyvanları vapdığlan üsulla)
kürə forması alaraq ondan oval forması almaq lazımdır.
İş prosesinə tərbiyəçi nəzarət edərək əvvəlki məşğələ ilə oxşar
iş üsulunu uşaqların yadına salır. Məşğələnin sonunda iş bitdikcə
tərbiyəçi dovşana müraciətlə: bax artıq bir yoldaşın hazır oldu.
Dovşan (tərbiyəçi): “Nə vaxşı bu ki, mənə oxşayır. Mənim
kimi qulaqları uzundur”.
Bu ardıcıllıqla tərbiyəçinin nəzarəti altında işlər taıııamla-
194
Təsviri sənət və onun tədrisi metodikası
nır v ə dovşanın dili ilə təhlil aparılır. Sonda dovşanlar yolka
ağacların və kolların arxasında yerləşdirilir. Tərbiyəçi dovşana
müraciətlə: “ Ay dovşan bax onlar da sənin kim i istirahət edirlər,
hərə bir kolun və ağacın altında gizlənib” .
M əşğələnin sonunda tərbiyəçi oyun keçirir. Oyuncaq ca
navar (və ya tülkü) nə qədər axtarırsa gizlənm iş dovşanı görm ür
və çıxıb gedirlər. O yuncaq dovşan öz m innətdarlığını bildirir.
M Ə ŞĞ Ə LƏ 5
Yapma. “ Oyuncaq ayı” .
Məqsəd: Uşaqlara üç hissəli müxtəlif for
madan ibarət heyvanın yapılmasını mənim
sətmək; gil parçasını hissələrə düzgün bölmək,
yapılmış hissələri birləşdirərərkən sığallama, ha
marlama priyomlarım düzgün icra etmək. Gil çu
buğu ilə xırda hissələrin (tərbiyəçinin köməkliyi
ilə) düzgün verilməsinə nail olmaq.
Vəsait. Tərbiyəçidə gildən yapılm ış ayı
balası (ayaqsız) və eyni ayı balasının ayrı-ayrı hissələri uşaq
larda plastilin, gil lövhəsi, gil çubuğu, nəm əsgi.
M əşğələnin gedişi
Tərbiyəçi uşaqlara iki lentlə bağlanmış qutunu göstərərək:
“ Mən mağazada idim. Bu iki oyunvaq ayını gəlinciklər üçün aldım.
Gəlin baxaq. Vay ayının biri bütöv qalıb biri isə hissələrə ayrılıb”
Bütöv oyuncaq ayını çıxararaq uşaqların qarşısına qoyur və
təklif edir ki, sınmış oyuncağı təmir etsinlər. Hissələri düzgün yığ
maq üçün tərbiyəçi onları bir-bir adlandırmağı (qutudan çıxardıq
ca). Ardınca uşaqlara plastilindən oyuncaq ayı yapmağı təklif edir.
Əvvəlcə, plastilini yumşalaraq böyük və kiçik hissələrə ayırır. Bö
yük hissədən ayının bədənini yapdıqdan sonra (oval formada)
uşaqlardan daha hansı hissələrin yapılacağını sorulur. Gil parçası
195
Təsvın sənət və onun tədrisi metodikası
iki bərabər hissəyə bölünür. Bir hissədə ayının başı və qulaqları, di
gər hissədən isə qolları yapılır. Tərbiyəçi qeyd edir ki. ayının hissə
lərinin birləşən yerinin davamlı olması üçün hamarlamaq vacibdir.
İş prosesinə nəzarət edəıı tərbiyəçi lazım gəldikcə düzəliş və göstə
rişlərini verir. Məşğələninin sonuna yaxın tərbiyəçi uşaqlara ayıla
rını ifadəli tərzdə yapmağı (idman edir və s.) təklif edir. Məşğələ
nin sonunda tərbiyəçi “uşaqlar oyuncaq sizin yapdığınız ayıcığa
baxmaqa gəlir”. İstədiyiniz oyuncağa hədiyyə verərkən Sizin ayını
zın nə etdiyini, bacardığını izah etməyi unutmayın.
MƏŞĞƏLƏ 6
Yapıııa: “ İki acgöz avı balası”.
Məqsəd: Quraşdırma üsulu ilə oyuncaq ayı balasını yap
maq: sərbəst gili yumşaltmaq və hissələrə bölmək. Bu zaman ta
nış yapma üsullarından istifadə etmək (vərdənələmə. çimdiklə-
mə. lıamarlma. sığallama). Birləşən hissəni davamlı etmək yap
dıqlarına sadə əl hərəkəti vermək. Uşaqlarla işləyərkən bir-biri
ilə tikirlərini bölüşdürmək. Yapmada xirda hissələrin verilmə
sində gil çubuğundan istifadə texnikasını təkmilləşdirmək.
V əsait Tərbiyəçidə iki acgöz ayı balası nağılına aid şəkil
illüstrasiyalar. İki oyuncaq ayı balası. Uşaqlarda plastilin gil
lövhəsi, gil çubuğu.
Məşğələnin gedişi:
Tərbiyəçi: “Uşaqlar, biz indi çox maraqlı bir nağıldan ayı
balalarını yapacavıq. Kim deyər bu hansı nağıldandır? Düzdür ki,
ac göz ayı balası. Kim devər ayı balaları hara yollanmışdırlar?
(TDC) Yolda onlar nə tapdılar? (TDC) Düzdür, baxın bu böyük ayı
balası, bu isə onun qardaşı kiçik ayı balasıdır. Onlar yolda pendir
tapdılar. Və onlar pendiri bölmək istədilər. Kim gəlib bu oyuncaq
avı balalarının pendiri bölərkən aldıqları vəziyyətlərini göstərər.
Tərbiyəçi uşaqlardan birini dəvət edib həmin vəziyyəti qurur
196
Təsvın sənət və onun tədrisi metodikası
və uşaqlara işə başlamağı təklif edir: “Uşaqlar sizin bəziləriniz
ayrılmış plastilindən asılı olaraq böyük ayı balasını, bəziləriniz isə
kiçik ayı balasım yapacaqsınız. Bunun üçün ilk öncə gili yu-
muşaldaraq böyük-kiçik hissəlro ayırmalı, böyük hissədən ayının
bədənini kiçik hissədən isə başı və qollarını yapacaqsınız. Hissələr
avn-ayn yapıldıqdan sonra qurama üsulu ilə bir-birinə birləşdirilir".
Tərbiyəçi birləşən hissəni (möhkəm olması üçün) hamarla
mağı yada salır. Xırda hissələrin verilməsində gil çubuğu ilə iş
ləyərkən uşaqlara fərdi yanaşır. Məşğələnin sonunda tərbiyəçi
uşaqlara (böyük və kiçik ayı balasına görə) yapdıqları avıdan
asılı olaraq birləşməyi və əlavə pendir yapmaqla öz ayılarım bir-
biniıı qarşısında yerləşdirməyi təklif edir (bu zaman tərbiyəçi
nəzarəti vacibdir). Uşaqlardan birinə bu nağılı nəql etməyi (əv
vəlki məşğələyə əsaslanaraq) təklif edir.
MƏŞĞƏLƏ 7
Yapma. “Yolkanın altında gizlənən heyvanlar”.
Məqsəd. Mənimsənmiş üsullarla (quraşdırma) heyvanın ya-
pılama texnologiyasını möhkəmlətmək. Uşaqlarda öz düşüncə
lərinə əsasən kiçik süjetlər qurmağa həvəs göstərməyə alışdırmaq.
Vəsait. Tərbiyəçidə qış mənzərəli taxtadan və ya plasmas-
daıı xüsusi vəsait. Ovuncaq şaxtababa. qarqızı və ya onların kar-
doııdan hazırlanmış təsviri (dayaq üstə qoyulmuş vəziyyətdə);
oyuncaq dovşan və dələ.
Məşğələnin gedişi
Tərbiyəçi masanın üzərinə qış mənzərəli maket təsvirini qo
varaq (taxta və ya plasmasdan hazırlanmış) qarşısına Şaxtababa və
Qarqızım yerləşdirərək uşaqlara müraciət edir: “Uşaqlar Şaxtababa
və Qarqızı yolka şənliyi keçirmək üçün öz qonaqlarını gözləyirlər.
Gəlin onlar üçün istədiyiniz heyvanı yapıh yolka şənliyinə yola sa
laq. Yapacağınız heyvanları oyuncaq guşəsindən seçə bilərsiniz (əv-
197
T e s v ir i s ə n ə t və o n ıa ı tə d risi m e to d ik a sı
vəldə yapdıqları heyvanlara aid hazırlanmış oyuncaqları göslərərk) '.
H ər uşaq ö z sevdiyi heyvanı seçdikdən sonra tərbiyəçi ay
rı-ayrılıqda uşaqlara m üəyyən m əsləhətlər verir və işə başlamağı
təklif edir, iş prosesinə nəzarət edən tərbiyəçi lazım ı anda uşaq
lara fərdi yanaşır səhvlərə düzəliş verərək xırda hissələrin yapıl-
m asında köm əklik göstərir.
Məşğələnin sonunda hər uşaq öz yapdığı heyvanı Şaxtaba-
ba və Qarqızııı qarşısına gətirir. Tərbiyəçi Qarqızın və y a Şaxta-
babanın dili ilə heyvanları salam layır və m üəyyən təhlilini verir
(ayının bir qədər arıq olması, dovşanın qulağlaruıın qısalığı və s.
çatm ayan cəhətləri qeyd edərək). M əşğələ sonda yolka şənliyinə
aid olan mahnı və ya səhnəciklə tamamlanır.
MƏŞĞƏLƏ 8
Rəsm “Yolka altında gizlənmiş dovşan”.
Məqsəd.
Rəsmdə çətin olm ayan hərə
kəti verm əyi davam etdirmək. Yolka ağacı
nın və dovşanın düzgün təsvirinə nail olmaq,
sadə hərəkətdən asılı olaraq m üxtəlif təsvir
vəziyyətinin alınm asını mənimsətmək.
Vəsait.
Tərbiyəçidə ayaqlarını altına
yığmış yan vəziyyətdə dovşan təsvirli illüstra
siyalar; tamamlanmamış dovşan təsvirli boz
fonlu kağızlar və hazır çəkilmiş dovşan təsviri.
Uşaqlarda düzbucaqlı formasmda boz kağızlar
rəngli quaş yum uşaq fırça.
Məşğələnin gedişi:
Uşaqlar kim bu təsvir haqda danışar? Sizcə bu dovşan nə üçün
yığılıb oturmuş sanki qorxaq vəziyyət almışdır. Kim deyər dovşan
kimdən qorxub? Düzdür (uşaqların cavabından sonra). O tülküdən
qorxduğu üçün burda gizlənmişdir. İndi onu tülkü tapa bilməyəcək.
1 9 8
Mehriban Əkbərova
Təsviri sənət və onun
tədrisi metodikası
Dostları ilə paylaş: |