M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə58/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   58

Təsvın sənət və onun tədrisi metodikası
hissələri  bir-birinə  kip  bərkitmək  (yerləşdirmək);  enli  zolaqlar­
dan hissələr almaq üsulunu möhkəmləndirmək .
Vəsait:  Tərbiyəçidən  oyuncaq  kirpi  personajı,  kağızlardan 
kəsilmiş  əlavə  kiçik fiqurlar uşaqlarda  müxtəlif rəngli  kağız zo­
laqlar (3x6 sm ölçüsündə kvadratları ayırmaq üçün), düzbucaqlar 
3x12sm;  ensiz  zolaqlar  2x20sııı  ölçüdə  və  müxtəlif ölçüdə  hazır 
üçbucaqlar,  yapışqan  qayçı  1/2  albom  vərəqi  və  ya  18x21  sm 
ölçüdə  ağ kağızlar.
Məşğələnin gedişi:
Oyuncaq  kirpi  (tərbiyəçi)  məşğələyə  gələrək  uşaqlarla  sa­
lamlaşdıqdan  sonra nəql etməyə başlayır:  Mən və dovşan dostu­
ma  bir  qutu  tikinti  materialı  bağışlayıblar.  Dovşan  özünə  üçbu­
caq  və  düzbucaqlardan  cəld  ev  tikdi  və  kublardan  qala  qurdu. 
Mən  isə  ancaq  darvaza  quraşdıra  bilirəm  o  da  nədənsə  tez-tez 
dağılır.  Uşaqlar mənə müxtəlif tikinti qurmağı  öyrətsəydilər çox 
sevinərdim.
Tərbiyəçi  kirpiyə  cavab  verir  ki:  “Bizim  uşaqlar  ev,  qala, 
körpü  qurmağı  bacarırlar.  Ancaq  onlarda  tikinti  materialı  yox­
dur.  Görürsən  onlar əyləşib  kəsib  yapışdırma  işinə  hazırlaşırlar. 
Onlarda  yalnız  kağızdan  zolaqlar vardır.  Ancaq  biz  sənə kömək 
edərik.  Uşaqlar öz zolaqlarını  tən yarı kəsərək ondan düzbucaqlı 
kvadratlar alar və bu fiqurlardan müxtəlif  tikintilər qurub kağıza 
yapışdıraraq  şəkillər ala  bilərlər,  sən  bunlara  baxıb  müxtəlif qu- 
raşdımıalar  edə  bilərsən.  Mən  uşaqlardan  sənə  hansı  tikintinin 
təsvirini quracaqlarını soruşacağam”.
Bir neçə  uşaqdan  hu  haqda  soruşur.  Cavablar təkrarlanan­
da (quracaqları üst-üstə  düşdükdə) tərbiyəçi mövzunu dəyişməyi 
və yaxud  əlavələr verməklə fərqləndimıətyi təklif edir.  Fərqlən­
dirmək üçün qutuda lazımı hissələr təqdim edilir.
188


IV  DÖVR
HEYVAN TƏSVİRİ ÜZRƏ 
MƏŞĞƏLƏLƏRİN SİYAHISI
1.  Didaktik oyun. “Sözlə təsvirə görə tap”
2.  Yapma. “Kirpi”
3.  Yapma. “Siçan”
4.  Yapma .“Dovşan”
5.  Yapma. “Oyuncaq ayı”
6.  Yapma, “iki ac göz ayı balası”
7.  Kiçik həcmli heykəllərlə tanışlıq
8.  Yapma. “Yolka ətrafında meşə heyvanları”
9.  Rəsm.  “Yolka altında dovşan”
10.  Rəsm. “Dələ göbələk yeyir”
11.  Rəsm.  “Dələ ilə dovşan görüşdülər”
llu dövrdə:
3  məşğələ rəsm üzrə 
6 məşğələ yapma üzrə 
1  didaktik oyun 
1  məşğələ  incəsənətlə tanışlıq
189


Təsvın sənət və onun tədrisi metodikası
MƏŞĞƏLƏ  1
Didaktik ovun “Təsəvvürə görə tap”.
Məqsəd:  Uşaqlara  heyvanın  xarici  görünüşü,  xüsusiyyəti 
haqqında  məlumat  verərək  təsəvvürə  görə  verilmiş  4-5  təsvirin 
içində tapmaq (I  variant); heyvanı əyani vəsaitə görə heç bir iza­
hat  vermədən tapmaq (II  variant);  heyvam  onun hissələrinə  görə 
tanımaq (III variant).
Vəsait:  Tərbiyəçidə  kirpi,  dovşan,  pişik,  siçan,  ayı təsvirli 
beş  kart,  fışqa; kardondaıı hazırlanmış pəncərəli  cv,  (III variant) 
oyun üçün örtük.
Oyunun gedişi:
Tərbiyəçi  uşaqların  gözü  qarşısında  beş  heyvan  təsvirli 
kartları  düzərək,  burda  hansı  heyvanların  təsvir  olduğunu  soru­
şur və oyun oynamağı (təsəvvürə görə) təklif edir.
Oyunun  qaydasını  izah edir: mən sizə bu heyvanlardan bi­
rini  təsvir edəcəyəm,  kim  bu  heyvanı  mənim  təsvirimə  görə  ta­
parsa sakitcə mənə yaxınlaşıb qulağıma adını deməlidir.  Düzgün 
cavaba  görə  mən  ona  fişqa  verəcəyəm.  Daha  çox  fişqa  yığan 
uşaq mükafatlandırılacaq (kiııder sürprizlə).
Heyvanın xarici görünüşünə görə təsviri (şifahi).
Kirpi.  Bu boz rəngli heyvandır. Çənəsi ili, qara bumu var­
dır.  Quyruğu o  qədər  balacadır ki.  heç  görsənmir.  Çənəsində  və 
qanımda tükü yumuşaq, kürəyində və yanlardan isə iti  tikanlıdır. 
Bu hansı heyvandır?
Siçan.  Bu balaca boz. rəngli  heyvandır.  Onun  iti  çənəsi  və 
yumru qulağları vardır. Quyruğu uzun və nazikdir.
Dovşan.  Bu heyvan müxtəlif rəngdə: ağ, boz, qara rənglərdə 
ola bilir.  Onun arxa ayaqlan uzun olduğu üçün o yerimədən yalnız 
tullanır.  Bu heyvanın quyruğu qısa qulağları isə uzundur.
Ayı. Bu böyük və güclü heyvandır. ( hıun iti dişli çənəsi, yum­
ru qulaqları, qısa quyruğu, ili caynaqlan vardır. O qəhvəyi rəngdədir.
190


Təsvın sənət və onun tədrisi metodikası
Pişik. Hamının  sevimlisi olan bu heyvan yumşaq tüklüdür. 
Cinsindən asılı  olaraq tükləri  xırda  və  ya  uzun  ola bilir.  Yumru 
sifəti, uzun bığları vardır.  Asta yerişi  vardır.  Daim insanların ya­
nında olmaq istəyir və əzizlənir. Müxtəlif rəngdə ola bilir.
Heyvanların  əlamətlərini  sadalayarkən  ən  əsas  xarakterik 
əlamət sonda deyilməlidir.
Oyunun II variantı. Tərbiyəçi  masanın  üzərinə  heyvan təs- 
virli kartları  düzərək qarşısını  örtüklə bağlayır.  Uşaqlar (əvvəldə 
mənimsədikləri heyvan üzrə) düşündüklərini  bir-bir şifahi təsvir 
etməyə başlayırlar.  Düz  təsvir  etmiş  uşağa  tərbiyəçi  örtüyü qal­
dıraraq  götürməyi  təklif  edir.  Bu  ardıcıllıqla  digər  uşaqlar  da 
masaya yaxınlaşır.  Qalib gələn uşaq fişqa alır.
Oyunun III  variantı.  Tərbiyəçi (uşaqların qarşısına kardon- 
dan hazırlanmış evi qoyaraq);  heyvanlardan  hansısa bunun içəri­
sində  gizlənmişdir.  Pəncərədən  biz  onun  hansısa  hissəsini  görə 
bilərik.  Tapan uşaq  sakitcə yaxınlaşaraq onun adını mənə demə­
lidir. Daha çox fişqa qazanan uşaq sonda mtikafatlanacaqdır.
MƏŞĞƏLƏ 2
Yapma. “Kirpi”.
Məqsəd:  Oval  formalı heyvanla tanış  etmək, yapma zamanı 
kirpinin  xarici  gömüşüııü  xarakter  xüsusiyyətini  düzgün  vermək, 
gil  çubuğu  ilə  xırda hissələrin  alınması texnologiyasını  mənimsət­
mək. Tanış üsul və vasitələrin möhkəmlənməsinə nail olmaq.
Vəsait.  Tərbiyəçidə  oyuncaq  kirpi,  plastilin  (kürə  forması 
almış),  gil  çubuğu  2-3  yolka  ağacı  (kağızdan  və  ya  faııel  taxta) 
uşaqlarda gil, gil  lövhəsi,gil çubuğu, nəm əsgi.
Məşğələnin  gedişi:
Tərbiyəçi  keçmiş  məşğələdə heyvanları təsəvvürə  görə tanı­
dıqlarını  yada  salır və  deyir ki,  bu  gün  bu  heyvanlardan birini  ya- 
pacayıq.  Heyvanı  tapmaq  üçün  söyləniləcək  tapmacanı  tapmalı­
dırlar (tərbiyəçi): “Bu o heyvandır ki, sanki iynəli yolka ağacıdır.
191


Təsvın sənət və onun tədrisi metodikası
Tərbiyəçi  uşaqlara  kirpi  oyuncağını  göstərərək  deyir.  Tapın 
görüm, bu hansı heyvandır? Oyuncaq kirpini sol əlinə götürərək sağ 
əlini  onun  üzərinə  gəzdirir.  Hərəkəti  sözlə  (əlini  gəzdirərkən)  ifadə 
edir:  “Kirpi  formasına  görə  yumurtaya oxşayır.  Ön tərəfdən  bədən 
uzadılmış,  arxa tərəfdən isə  yumrulanmışdır.  Oval formasım almaq 
üçün  ilk  öncə  biz  gil  parçasını  yumrulayıb  kürə  formasım  alınq. 
Daha sonra onu bir qədər irəli geri vədələməklə oval forması alırıq”.
Tərbiyəçi alınmış oval formasını oyuncaq kirpinin yanında 
tutaraq,  baxın  bu  yapılmış  forma  necə  də  kirpiyə  oxşayır.  Kim 
deyər,  bu  formadan  kirpi  yapmaq  üçün  nə  etmək  lazımdır? 
(uşaqlardan müəyyən cavablar alır).  Düz deyirsiz  ilk öncə ön tə­
rəfi  dartaraq kirpinin  iti  çənəsini  və  bir  yadar yuxarı  qaldırılmış 
dik bumunu yapıram.  Kim deyər kirpinin  iynələrini necə ala bi­
lərik? Onu gil çubuğu ilə cızaraq almağı düşünürəm.
Məşğələnin  gedişində  tərbiyəçi  uşaqlara  fərdi  yanaşır,  lazımı 
uşaqlara  düzəlişlər  verərək  çalışır  ki,  uşaq  özü  bu  səhvi  düzəltsin. 
Məşğələnin sonunda tərbiyəçi masanın üzərinə oyuncaq kirpini qoya­
raq: “Ana kirpi öz balalarını gözləyir ki, meşəyə yollansınlar” -  deyir.
Uşaqlar  işlərini tamamladıqca ana  kirpinin  ətrafına toplanır­
lar.  Tərbiyəçi  ifadəli  tərzdə təhlil  verir (kirpinin  dili  ilə):  “Bu mə­
nim iti burunlu balaca oğlumdur, bu isə iti tikanlı böyük oğlumdur, 
bu isə mənim anq qızımdır. Onu yaxşı yedirtməliyəm”.  Bu ardıcıl­
lıqla təhlil davam edir, yekunda tərbiyəçi: “Baxın kirpinin nə qədər 
balaları var. Onlar eyni olsalar da bir-birindən fərqlənirlər. Ana kir­
pi öz balalarını lap yaxşı tanıyır. Balalarını tapıb meşəyə yollanır”.
MƏŞĞƏLƏ 3
Yapma “Siçan”.
Məqsəd:  Uşaqlara  siçanın  xarakter  əlamətini  verməklə 
yapmağı  mənimsətmək (bədəni  oval  ön  hissədə  dartılmış  çənəsi 
yumru qulağları və nazik uzun quyruğu); yapma zamanı hissələ­
ri  möhkəm  birləşdirmək  lazımı  yerləri  sığallamaq,  hamarlamaq 
və s.  priyomları mənimsətmək.
192


Təsvın sənət və onun tədrisi metodikası
Vəsait.  Tərbiyəçidə  oyuncaq  siçan,  uşaqlarda  gil  və  ya 
pilastilin. gil  lövhəsi, nəm əsgi, gil çubuğu
Məşğələnin  gedişi:
Tərbiyəçi uşaqlara siçanın əsasən yaşadığı yerləri qeyd edərək 
oyuncaq siçanı müşahidə etdirir və əlamətlərini qeyd edir. Uşaqlarla 
müsahibə vasitəsi ilə hissələr adlandırılır və icra üsulları aydınlaşdırı­
lır.  İşə başlamazdan öncə tərbiyəçi bir daha yada salır ki: baş bədənlə 
bir yerdə yapılır. Bunun üçün əvvəlcə gili yumuşaldaraq kürə fonııa- 
sı almat), ardınca irəli geri vərdənələyərək alınmış oval formasından 
bir ucunu dartaraq siçanın çənəsini və dik bumunu almaq  mümkün­
dür.  Ardınca siçanın  uzun nazik quyruğu yapılaraq  birləşdirilir.  Ən 
sonda  balaca  kürəcikləri  göstərərək  bundan  siçanın  balaca  yumru 
qulaqlarım yapmaq mümkün olduğunu izah edir.  İşi  icra edərək baş 
hissəyə  yerləşdirir.  Uşaqların  diqqətinə  çatdırır  ki.  birləşən  hissəni 
hamarlayırıq ki.  qulaqlar qopmasın.  Məşğələnin gedişində tərbiyəçi 
icra prosesüıə nəzarət edir, laziıııi uşaqlara fərdi yanaşaraq buraxılan 
səhvləri  üzə  çıxarır,  və  düzgün  icra üçün  miiəyən  göstərişlər  verir. 
Uşaqlar baxııı ana siçan öz balalarını gözləyir. Uşaqlar işləri bitirdik­
cə oyuncaq siçanı yanına yığır, bu zaman tərbiyəçi əvvəlki məşğələ­
lərdə  keçirdiyi  təhlili  ardıcıllıqla  yerinə yetirirlər.  Uşaqlara  öz hey­
vanları haqqında fikir söyləmək üçün şərait yaradılır.
MƏŞĞƏLƏ 4
Yapma. “Dovşan”.
Məqsəd.  Uşaqlara oval  formalı heyvan yapılmasını  davam 
etdirmək.  Yapmada dovşanın xarakterik əlamətlərini düzgün ve­
rilməsinə nail  olmaq,  birləşən hissəni davamlı  etmək yaxma, ha­
marlama. priyomlanmn mənimsədilməsi.
Vəsait.  Tərbiyəçidə  oyuncaq  dovşan  (və  ya  kiçik  dovşan 
heykəli).  Kiçik  dovşan oturmuş vəziyyətdə;  bir neçə yolka ağacı 
kollar (kardon  və  ya  fanerdən);  dovşanın  hissələri:  iki  böyük və 
193


Təsvın sənət və onun tədrisi metodikası
kiçik  ovallar  (baş  və  bədən),  nazik  şilindirlər  (qulaqlar).  Uşaq­
larda gil. gil  lövhəsi, gil çubuğu, nəm əski.
Məşğələnin  gedişi:
Tərbiyəçi masanın üzərinə ağ kağız sərərək üstünə  bir ne­
çə yolka ağacı  və kollar düzür.  Onun dalında isə oyuncaq dovşa­
nı  gizlədir;  dialoq  qurur  Tərbiyəçi:  “Uşaqlar,  baxın  burada  qış 
mənzərəsi  görürüsünüz  hər  tərəf ağ  qardır.  Burda  yolkalar  və 
kollar  yetişmişdir.  Bu  nə  səsdir?  Kolların  dalından  nədir görsə­
nən? Bu uzun qulaqlı  balaca dovşandır.  Baxın,  onun balaca quy­
ruğu da var, (dovşanı  əlinə götürərək uşaqların qarşısına qoyur). 
Ay dovşan sən burda nə edirsən?
Dovşan  (tərbiyəçi):  Mən  tülküdən  qaçdım,  onun  üçündə 
ağacın  altında  gizlənib  istirahət  edirəm.  İndi tək qorxuram,  əyər 
mənim dovşan dostlarım olsa heç tülküdən qorxmaram.
Tərbiyəçi: uşaqlar gəlin dovşana kömək edək özü kimi uzun­
qulaq  dovşanlar  yapaq.  Ay  dovşan  gəl  səni  elə  yerləşdirim  ki, 
bütün uşaqlar görə bilsinlər. Dovşan (tərbiyəçi): onda gərək uşaqlar 
mənə diqqətlə baxsın. Çünki dostlarım mənə oxşamalıdırlar.
Tərbiyəçi  işin  gedişinə  nəzarət  edir  və  uşaqların yadına salır 
ki,  dovşanın  oval  fonııalı  bədənini  yapmaq  üçün  əvvəlcə  gil  par­
çasını  əldə  yumuşaldaraq  böyük-kiçik  hissələrə  ayırmaq,  böyük 
hissədən  bədəni,  kiçik  hissədən  isə  baş  və  quyruğu  almaq,  ayrı- 
aynhqda hissələri yapdıqdan sonra bir-birinə birləşdinııək lazımdır. 
Birləşən hissəni sığallamaq və barmaqlarla hamarlamaq lazımdır ki, 
qulaqlar və quyruq qopmasın,  (əvvəlki heyvanları vapdığlan  üsulla) 
kürə forması alaraq ondan oval forması almaq lazımdır.
İş prosesinə tərbiyəçi nəzarət edərək əvvəlki məşğələ  ilə oxşar 
iş  üsulunu  uşaqların  yadına  salır.  Məşğələnin  sonunda  iş  bitdikcə 
tərbiyəçi dovşana müraciətlə: bax artıq bir yoldaşın hazır oldu.
Dovşan (tərbiyəçi):  “Nə vaxşı  bu ki, mənə oxşayır.  Mənim 
kimi qulaqları uzundur”.
Bu  ardıcıllıqla tərbiyəçinin  nəzarəti  altında işlər taıııamla- 
194


Təsviri sənət və onun tədrisi metodikası
nır  v ə   dovşanın  dili  ilə  təhlil  aparılır.  Sonda  dovşanlar  yolka 
ağacların  və  kolların  arxasında  yerləşdirilir.  Tərbiyəçi  dovşana 
müraciətlə:  “ Ay dovşan bax onlar da sənin kim i  istirahət edirlər, 
hərə bir kolun və ağacın altında gizlənib” .
M əşğələnin  sonunda  tərbiyəçi  oyun  keçirir.  Oyuncaq  ca­
navar (və ya  tülkü)  nə qədər axtarırsa gizlənm iş  dovşanı görm ür 
və çıxıb gedirlər.  O yuncaq dovşan öz m innətdarlığını bildirir.
M Ə ŞĞ Ə LƏ 5
Yapma. “ Oyuncaq  ayı” .
Məqsəd:  Uşaqlara  üç hissəli  müxtəlif for­
madan  ibarət  heyvanın  yapılmasını  mənim­
sətmək;  gil  parçasını  hissələrə  düzgün  bölmək, 
yapılmış  hissələri  birləşdirərərkən  sığallama,  ha­
marlama priyomlarım düzgün icra etmək.  Gil çu­
buğu  ilə xırda  hissələrin  (tərbiyəçinin  köməkliyi 
ilə) düzgün verilməsinə nail olmaq.
Vəsait.  Tərbiyəçidə  gildən  yapılm ış  ayı 
balası  (ayaqsız)  və  eyni  ayı  balasının  ayrı-ayrı  hissələri  uşaq­
larda plastilin, gil  lövhəsi, gil çubuğu, nəm  əsgi.
M əşğələnin gedişi
Tərbiyəçi  uşaqlara  iki  lentlə  bağlanmış  qutunu  göstərərək: 
“ Mən mağazada  idim.  Bu iki oyunvaq ayını gəlinciklər üçün  aldım. 
Gəlin baxaq.  Vay ayının biri bütöv qalıb biri isə hissələrə ayrılıb”
Bütöv  oyuncaq  ayını  çıxararaq  uşaqların  qarşısına  qoyur  və 
təklif edir ki, sınmış oyuncağı  təmir etsinlər.  Hissələri  düzgün yığ­
maq  üçün  tərbiyəçi  onları  bir-bir  adlandırmağı  (qutudan  çıxardıq­
ca).  Ardınca uşaqlara  plastilindən oyuncaq ayı yapmağı təklif edir. 
Əvvəlcə,  plastilini  yumşalaraq  böyük və kiçik hissələrə ayırır.  Bö­
yük  hissədən  ayının  bədənini  yapdıqdan  sonra  (oval  formada) 
uşaqlardan  daha  hansı  hissələrin  yapılacağını  sorulur.  Gil  parçası 
195


Təsvın sənət və onun tədrisi metodikası
iki bərabər hissəyə bölünür.  Bir hissədə ayının başı və qulaqları, di­
gər hissədən isə qolları yapılır. Tərbiyəçi qeyd edir ki. ayının hissə­
lərinin birləşən yerinin davamlı olması  üçün hamarlamaq vacibdir. 
İş prosesinə nəzarət edəıı tərbiyəçi lazım gəldikcə düzəliş və göstə­
rişlərini  verir.  Məşğələninin sonuna yaxın tərbiyəçi  uşaqlara ayıla­
rını  ifadəli  tərzdə  yapmağı  (idman  edir və s.) təklif edir.  Məşğələ­
nin  sonunda  tərbiyəçi  “uşaqlar  oyuncaq  sizin  yapdığınız  ayıcığa 
baxmaqa gəlir”.  İstədiyiniz oyuncağa hədiyyə verərkən Sizin ayını­
zın nə etdiyini, bacardığını izah etməyi unutmayın.
MƏŞĞƏLƏ 6
Yapıııa: “ İki acgöz avı  balası”.
Məqsəd:  Quraşdırma  üsulu  ilə  oyuncaq  ayı  balasını  yap­
maq: sərbəst  gili yumşaltmaq  və hissələrə bölmək.  Bu zaman ta­
nış  yapma  üsullarından  istifadə  etmək  (vərdənələmə.  çimdiklə- 
mə.  lıamarlma.  sığallama).  Birləşən  hissəni  davamlı  etmək yap­
dıqlarına  sadə  əl  hərəkəti  vermək.  Uşaqlarla  işləyərkən  bir-biri 
ilə  tikirlərini  bölüşdürmək.  Yapmada  xirda  hissələrin  verilmə­
sində gil çubuğundan  istifadə texnikasını təkmilləşdirmək.
V əsait  Tərbiyəçidə  iki  acgöz  ayı  balası  nağılına  aid  şəkil 
illüstrasiyalar.  İki  oyuncaq  ayı  balası.  Uşaqlarda  plastilin  gil 
lövhəsi, gil çubuğu.
Məşğələnin  gedişi:
Tərbiyəçi:  “Uşaqlar,  biz  indi  çox  maraqlı  bir  nağıldan  ayı 
balalarını  yapacavıq.  Kim  deyər bu  hansı  nağıldandır?  Düzdür ki, 
ac  göz  ayı  balası.  Kim  devər  ayı  balaları  hara  yollanmışdırlar? 
(TDC) Yolda onlar nə tapdılar? (TDC) Düzdür, baxın bu böyük ayı 
balası,  bu  isə  onun  qardaşı  kiçik ayı  balasıdır.  Onlar yolda  pendir 
tapdılar.  Və onlar pendiri  bölmək  istədilər.  Kim  gəlib bu oyuncaq 
avı balalarının pendiri bölərkən aldıqları vəziyyətlərini göstərər.
Tərbiyəçi  uşaqlardan birini  dəvət edib  həmin  vəziyyəti  qurur 
196


Təsvın sənət və onun tədrisi metodikası
və  uşaqlara  işə  başlamağı  təklif  edir:  “Uşaqlar  sizin  bəziləriniz 
ayrılmış  plastilindən  asılı  olaraq  böyük  ayı  balasını,  bəziləriniz  isə 
kiçik  ayı  balasım  yapacaqsınız.  Bunun  üçün  ilk  öncə  gili  yu- 
muşaldaraq  böyük-kiçik  hissəlro  ayırmalı,  böyük  hissədən  ayının 
bədənini  kiçik  hissədən  isə  başı  və  qollarını  yapacaqsınız.  Hissələr 
avn-ayn yapıldıqdan sonra qurama üsulu ilə bir-birinə birləşdirilir".
Tərbiyəçi birləşən hissəni (möhkəm olması  üçün) hamarla­
mağı yada salır.  Xırda  hissələrin verilməsində  gil  çubuğu  ilə  iş­
ləyərkən  uşaqlara  fərdi  yanaşır.  Məşğələnin  sonunda  tərbiyəçi 
uşaqlara  (böyük  və  kiçik  ayı  balasına  görə)  yapdıqları  avıdan 
asılı olaraq  birləşməyi və əlavə pendir yapmaqla öz ayılarım bir- 
biniıı  qarşısında  yerləşdirməyi  təklif  edir  (bu  zaman  tərbiyəçi 
nəzarəti  vacibdir).  Uşaqlardan  birinə  bu  nağılı  nəql  etməyi  (əv­
vəlki məşğələyə əsaslanaraq) təklif edir.
MƏŞĞƏLƏ 7
Yapma. “Yolkanın altında gizlənən  heyvanlar”.
Məqsəd.  Mənimsənmiş  üsullarla  (quraşdırma) heyvanın ya- 
pılama  texnologiyasını  möhkəmlətmək.  Uşaqlarda  öz  düşüncə­
lərinə əsasən kiçik süjetlər qurmağa həvəs göstərməyə alışdırmaq.
Vəsait.  Tərbiyəçidə qış mənzərəli taxtadan  və ya plasmas- 
daıı xüsusi vəsait.  Ovuncaq şaxtababa. qarqızı və ya onların kar- 
doııdan  hazırlanmış  təsviri  (dayaq  üstə  qoyulmuş  vəziyyətdə); 
oyuncaq dovşan və dələ.
Məşğələnin  gedişi
Tərbiyəçi masanın üzərinə qış  mənzərəli  maket təsvirini  qo­
varaq  (taxta və ya  plasmasdan hazırlanmış)  qarşısına  Şaxtababa  və 
Qarqızım  yerləşdirərək uşaqlara  müraciət  edir:  “Uşaqlar  Şaxtababa 
və  Qarqızı  yolka  şənliyi  keçirmək  üçün  öz  qonaqlarını  gözləyirlər. 
Gəlin  onlar üçün  istədiyiniz heyvanı  yapıh yolka şənliyinə yola sa­
laq.  Yapacağınız heyvanları oyuncaq guşəsindən seçə bilərsiniz (əv- 
197


T e s v ir i s ə n ə t və o n ıa ı tə d risi m e to d ik a sı
vəldə yapdıqları heyvanlara aid hazırlanmış oyuncaqları göslərərk) '.
H ər uşaq ö z  sevdiyi heyvanı  seçdikdən sonra tərbiyəçi ay­
rı-ayrılıqda  uşaqlara m üəyyən m əsləhətlər verir və  işə başlamağı 
təklif edir,  iş  prosesinə nəzarət  edən  tərbiyəçi  lazım ı  anda  uşaq­
lara  fərdi yanaşır səhvlərə düzəliş verərək  xırda hissələrin yapıl- 
m asında köm əklik  göstərir.
Məşğələnin  sonunda hər uşaq öz yapdığı heyvanı  Şaxtaba- 
ba və Qarqızııı  qarşısına  gətirir.  Tərbiyəçi Qarqızın və y a  Şaxta- 
babanın dili  ilə heyvanları  salam layır və m üəyyən  təhlilini verir 
(ayının  bir qədər arıq olması,  dovşanın  qulağlaruıın qısalığı və s. 
çatm ayan cəhətləri qeyd edərək).  M əşğələ sonda yolka şənliyinə 
aid  olan mahnı və ya səhnəciklə tamamlanır.
MƏŞĞƏLƏ 8
Rəsm “Yolka altında gizlənmiş dovşan”.
Məqsəd. 
Rəsmdə  çətin  olm ayan  hərə­
kəti  verm əyi  davam   etdirmək.  Yolka  ağacı­
nın və dovşanın düzgün təsvirinə nail olmaq, 
sadə  hərəkətdən  asılı  olaraq  m üxtəlif  təsvir 
vəziyyətinin alınm asını mənimsətmək.
Vəsait. 
Tərbiyəçidə  ayaqlarını  altına 
yığmış yan vəziyyətdə dovşan təsvirli illüstra­
siyalar;  tamamlanmamış  dovşan  təsvirli  boz 
fonlu kağızlar və hazır çəkilmiş dovşan təsviri. 
Uşaqlarda düzbucaqlı formasmda boz kağızlar 
rəngli quaş yum uşaq fırça.
Məşğələnin gedişi:
Uşaqlar kim bu təsvir haqda danışar? Sizcə bu dovşan nə üçün 
yığılıb  oturmuş  sanki  qorxaq  vəziyyət almışdır.  Kim  deyər dovşan 
kimdən  qorxub?  Düzdür  (uşaqların  cavabından  sonra).  O   tülküdən 
qorxduğu üçün burda gizlənmişdir.  İndi  onu tülkü tapa  bilməyəcək.
1 9 8





Mehriban Əkbərova
Təsviri sənət və onun 
tədrisi metodikası

Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə