M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə55/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   58

Təsviri sənət və onun tədrisi metodikası
rəsmin hansı heyvana aid olduğunu söyləyir. Tərbiyəçi yaxşı və pis 
işləri  uşaqlarla  təhlil  edir.  Məşğələnin  sonunda  oyuncaq  gəlincik 
(tərbiyəçi)  uşaqlara  minnətdarlığım  bildirərək  "siz  mənə  kömək 
etməsəy. mən vaxtında  işimi qurtara bilməzdim.  Yaxşı ki,  dəsmal­
lar və yaylıqlar bir-birindən  seçilir (qısa-kvadrat,  uzun-düzbucaqlı 
olmasına  görə).  Rəngləri  də  qarışdırmadığınız  üçün  dəsıııal  və 
yaylığları səhv etmədən qaytara bilərəm.
II  v ariant:  Məşğələ  kompleks  təlim  əsasında  keçirilir. 
Aplikasiya  işi  rəsmlə  bərabər aparılır.  Qruplara  bölünmədə  sər­
bəstlik  verilir.  Uşaqlara  verilmiş  formalardan  düzünə  kəsməklə 
kvadrat  (düzbucaqlıdan)  və  düzbucaqlar  (kvadratdan)  almaqla 
formanı  yerlik  üzərində  düzgün  yerləşdirməklə  səliqəli  yapış- 
qanlama  və  yapışdırma  işi  icra  edilir.  Bu  zaman  (hər  heyvaııııı 
yaylıq  və  dəsmalına  uyğun)  rəngli  kağızlardan  düzgün  istifadə 
etmək  təklif olunur.  Uxti  -tuxti  (kirpi)  bu  işlər  haqqında  da  öz 
fikirini  söyləyir və səliqəli icra edilmiş işlər seçilir.
III  v arian t:  Dəsmallar  və  yaylıqlar  sadə  naxışla  (üfüqi, 
şaquli və mayili) qırıq xəttlər və nöqtələrlə naxışlanır.
MƏŞĞƏLƏ 9
Rəsm. “Kubları və kərpicləri  qutuya yerləşdirək”. 
Məqsəd.  Kvadıat  və  düzbucaq  formalarım  bir-birindən  fərq­
ləndirməyi öyrətməyi davam etmək, köməkçi  nöqtələri birləşdirərək 
düzbucaq forması almaq. Kvadrat və düzbucaq forması almaq  üçün 
düz  xətlərin  çəkilməsinə  nail  olmaq. 
Konturdan çıxmamaq şərti ilə alınmış kub 
və  kərpicləri bir-birindən  fərqli  rəngi  sər­
bəst seçərək rəngləmək.
Vəsait:  Tərbiyəçidə  nümunə  təs­
vir (açılmış  və  buton güllər);  uşaqlarda 
ağ kağız və təsvir üçiin  köməkçi nöqtə­
lər  qoyulmuş  yarım  albom  ölçülü  ağ 
kağızlar.
178


Təsvın sənət və onun tədrisi metodikası
Məşğələnin  gedişi:
Tərbiyəçi  oyuncaq labrikiııdə uşaqlar üçün kub və kərpiclər ha­
zırlandığını  söyləyir  və  uşaqlara  göstərir.  Kubun  və  kərpicin  üzərinə 
barmağını çəkərək formanı bir daha uşaqların diqqətinə çaldırır.  Digər 
uşaqlar isə bu kub və kərpicləri yerləşdəmıək üçün böyük yerliklərə ay­
rılmış  (kvadrat  və düzbucaqlı) qutular hazırlamışlar (qutuları  uşaqlara 
göstərir). Oyuncaqlan mağazaya daşımaq üçün gələn sürücü tələsdiyini, 
gözləməyə  vaxtının  olmadığını  söyləyir və  kubları,  kərpicləri  qutuya 
yığmadan  bağçaya  gətirərək  onları  qutulara  yığmağı  xahiş  edir  (yük 
maşının  üzərinə  bir  neçə  qıılu.  kub  və  kərpiclər  yığılmış  nümunəni 
uşaqlara göstərir və toxunmaq imkanı  verir. Onları əyani surətdə qutu­
lara  yerləşdinnəyi  təklil' edir  və  uşaqlar  həvəslə  işə  başlayırlar.  Məş­
ğələnin  gedişinə,  işin  icrasına  nəzarət  edərək  qutularda  kublar  və 
kərpiclər üçün yerliyin səliqəli çəkilməsini uşaqların diqqətinə çatdırır 
və əks təqdirdə kubiklər və kərpicləri qutulara yerləşdirməyin mümkün 
olmadığını söyləyir. Əvvəlcə paralel üliqi xətləri  ardınca şaquli xətləri 
birləşdirərək  qutu almaq daha sonra kərpicləri  və kubları yerləşdinnək 
üçün yerliklərə ayınınıq təklil' olunur.  Kubları və kəıpicləri rəngləmək 
üçün  rəng  seçimində  uşaqlara  sərbəstlik  verilir.  Məşğələnin  sonunda 
kərpiclərin uzunsov düzbucaqlı fonııada olması, kubların isə bərabər tə­
rəfli olması uşaqların diqqətinə çatdırılır. 1  saqlara fonııalan və rəngləri 
göstərərək  adlandırmaq  təklif olunur.  Məşğələnin  sonunda  tərbiyəçi 
sürücüyə uşaqların yanında zəng edərək tapşırığın yerinə yetirildiyini və 
mağazaya daşımaq üçün oyuncaqların qutulara yığıldığını söyləyir.
MƏŞĞƏLƏ 10
Kəsııı. Vük qatarı
Məqsəd:  Uşaqlara yük qatarının düzbucaq və pəncərələrin 
kvadrat  formasım  düzgün  təsvir etməyi  bacarmağı  davam  etdir­
mək,  təsviri  kağız  üzərində  düzgün  yerləşdirməklə  sərbəst  yük 
qatarını  və pəncərələrini  rəngləməyi  təklif etmək və  təsvirə əla­
vələr etməkdə uşaqlara sərbəstlik vermək.
179


T əsviri sən ə t və o n u n  tə d risi m etodikası
□   □ □ □ □

o
Tərbiyəçidə  paravoz  və 
ona  qoşulmuş  yük  qatarının 
təsviri,  uşaqlarda  uzunsov  for­
malı 25x17 sm ölçülü ağ kağız­
lar,  rəngli  quaş.  fırça,  quru 
əski
Məşğələnin  gedişi:
Oyuncaq  gəlincik  məşğələyə  gələrək  bütün  oyuncaqların 
meşəyə  göbələk  yığmağa  getmək  istədiklərini  söyləyir.  Bunun 
üçün yalnız qatarda getmək mümkündür.
Lakin,  oyuncaqların yalnız bir yük  qatarı  olduğundan  heç 
də hamısı  meşəyə gedə bilmirlər və onlar uşaqlardan  xahiş edir­
lər ki, uşaqlar onlar üçün yük qatarı çəksinlər.
Tərbiyəçi:  Uşaqlar gəlin oyuncaqlara kömək edək.
Gəlincik  (tərbiyəçi):  uşaqlar  bilirlər  yük  qatarı  hansı  for­
madadır.
Tərbiyəçi:  Əlbəttə  bilirlər  Axı  onlar özləri  bu qatarda ge­
diblər  Düzdür uşaqlar? (TDC) Düzdür.
Dənizə gedəndə,  bağa gedəndə  və basşqa səfərlərə gedən­
də qatara miniblər.
Gəlincik (tərbiyəçi):  Ancaq qatarlara pəncərə qoymaq yad­
dan çıxmasın.
Tərbiyəçi:  lövhəyə  ağ  kağız  yerləşdirərək  əvvəlcə  qatan 
(düzbucaqlı  formada)  daha  sonra  kvadrat  pəncərələri  çəkir  (uşaq­
lardan  birinə  pəncərəni  rəngləmək  təklif  oluna  bilər).  Ən  sonda 
qatann  təkərlərini  (dairə  formasında)  çəkmək  təklif olunur.  Rəng 
seçimində təsvirə istənilən əlavələr edilməsində uşaqlara  sərbəstlik 
verilir.  Sonda uşaqların  təsvirlərini  yerdə bir-birinin  ardınca  düzə­
rək uzun qatar alındığını və qatarın rəngbərəng olduğunu,qatarlarm 
düzbucaqlı,  pəncərələrin  isə kvadrat  olduğunu  uşaqların  diqqətinə 
çatdırır.  Gəlincik  sonda  uşaqlara  öz  minnətdarlığını  bildirir  və 
oyuncaqları meşəyə göbələk yığmağa dəvət edir.
1 8 0


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə