M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə23/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   19   20   21   22   23   24   25   26   ...   211

79 

 



xeyriyyəçilik,  onun  cəmiyyət  həyatı  üçün  faydası,  formaları,  xeyriyyə 

təşkilatları  (Aktyora  kömək  edin.  №  246,  31  oktyabr  1912;  Cəmiyyətin  artistə 

ehtiramı. № 258, 14 noyabr 1912; «Nəşri-maarif»in nəşrləri. № 159, 17 iyul 1913; 

Kömək  lazımdır.  №  190,  24  avqust  1913;  «Nicat»  cəmiyyətinin  yeni  heyəti.  № 

291, 29 dekabr 1913; «Nəşri-maarif»in məktəbləri. № 114, 26 may, № 120, 2 iyun 

1915; Bir bayramın fitrəsi. № 170, 31 iyul 1915; Dəri məsələsi. № 220, 4 oktyabr 

1915; Yetimləri yada salın. № 222, 5 oktyabr 1915; Uşaq evləri haqqında. № 223, 

8 oktyabr 1915; Xeyriyyəçiliyimizin 10 illiyi. № 256, 15 noyabr 1915); Bayram 

naminə. № 54, 8 mart 1916 və s.); 

Qars  qaçqınları,  onların  problemləri  (Yaralılara  kömək  edin.  №  210,  20 



sentyabr 1914; İnanmaq olmur. № 213, 21 sentyabr 1914; Müharibə və qadınlar. 

№  221,  4  oktyabr  1914;  Qadın  qaçqınların  məsələsi  haqqında.  №  85,  18  aprel 

1915; Qardaş köməyi. № 99, 102, 6, 9 may 1915 və s.); 

-

nadanlığın,  laqeydliyin,  çürük  adət-ənənələrin  tənqidi  (Bizim 



sentimentalizmimiz.  № 78, 7 aprel 1912; Bizim degeneratlarımız. № 79, 8 aprel 

1912; Etinasızlığımız. № 96, 28 aprel 1912; Qan düşmənçiliyi haqqında. № 240, 

24  oktyabr  1912;  Oxu  dairəmiz.  №  264,  21  noyabr  1912;  Sərlövhəsiz.  №  271,      

30  noyabr  1912;  Paxıllıq.  №  62,  17  mart  1913;  Bizdə  cəmiyyət  varmı.  №  202,             

8  oktyabr  1913;  İctimai  biganəliyin  qurbanı.  №  108,  17  may  1914;  Kimdir 

günahkar. № 187, 22 avqust 1915; …Pis üzrxahlıq. № 241, 29 oktyabr 1915 və s.); 

mətbuat, nəşriyyat məsələləri (Qəzet işi haqqında. № 226, 7 oktyabr 1912; 



İranda  mətbuat.  №  103,  9  may  1913;  Yeni  kitablar.  №  203,  10  sentyabr  1913; 

İmperator kütləvi kitabxanasında müsəlman əlyazmaları. № 247, 2 noyabr 1913; 

Kit

ab sərgisində. № 52, 5 mart 1914; Mətbəə işinin təkmilləşdirilməsi. № 66, 21 



mart 1914; Mətbuat haqqında Qanun layihəsi və müsəlman redaktorlar haqqında. 

№  77,  4  aprel  1914;  Müsəlman  həyatı  və  mətbuatından.  №  7,  10  yanvar  1917; 

Cənab Vermişevə sual. № 213, 6 iyun 1917 və s.); 

ədəbi-mədəni mühit, onun problemləri (Müsəlman teatr mövsümü. № 2, 3;  



3, 4 yanvar 1913; Səhnəmiz haqqında. № 181, 183, 13, 15 avqust 1913); 


80 

 



tarixi  şəxsiyyətlər,  onların  xidmətlərinin  dəyərləndirilməsi,  xatirələrinin 

əbədiləşdirilməsi  (Həsən  bəy  Məlikovun  xatirəsinə.  №  269,  28  noyabr  1912; 

Kədərli beşinci ildönümü. № 151, 11 iyul 1913; Xalq xadiminin xatirəsi. № 34, 11 

fevral 1914; İsmayıl bəy Qasprinski. № 204, 14 sentyabr 1914; Səttarxan. № 252, 

9 noyabr 1914; Yeddi il. № 267, 28 noyabr 1914;  Akakinin qəbri üstündə. № 30, 8 

fevral  1915;  Xalq  xadiminin  xatirəsi.  №  30,  7  fevral  1916;  Hüseyn  Əfəndi 

Qayıbov. № 42, 22 fevral 1917 və s.); 

ilin  ədəbi-mədəni,  ictimai-siyasi  hadisələrinə  həsr  olunmuş  hesabatlar  və 



qarşıda  duran  vəzifələr  (1912-ci  il  müsəlman  həyatı.  №  2,  3;  3,  4  yanvar  1913; 

Yeni ildə vəzifələrimiz. № 6, 9; 8, 11 yanvar 1913; 1914-cü il müsəlman həyatı. № 

1, 2, 3, 4, 7, 10; 1, 3, 4, 5, 10, 14 yanvar 1914; 1914-

cü il müsəlman həyatı. №№ 1, 

2, 4, 6; 1, 3, 6, 9 yanvar 1914; 1915-

ci ildə müsəlman həyatı. № 1, 2, 3, 4, 5, 6, 9, 

11; 1, 3, 5, 6, 8, 9, 18, 15 yanvar 1915; Müsəlman həyatı və mətbuatından. № 7, 10 

yanvar 1917; 1916-

cı il müsəlman həyatı. № 18, 24, 28; 22, 29 yanvar, 24 fevral 

1917 və s.). 

Ceyhun  Hacıbəyli  publisistikasının  məğzi,  mahiyyəti,  ideyası,  amalı 

maarifçilik  missiyasına  xidmət  etməsidir  ki,  onun  da  qida  mənbəyi  müəllifin 

təhsilə,  məktəbə  tükənməz  sevgisidir.  Maarifçiliyin  bütün  nümayəndələri  üçün 

maarifpərvərlik  düşüncəsi,  duyğusu  hakimdir,  C.Hacıbəylidə,  onun 

publisistikasında  bu  keyfiyyət  daha  qabarıq  təzahür  edir.  Fikrimcə,  «Kaspi» 

qəzetinin  Azərbaycanda  təhsilin  inkişafına  xidməti  barədə  danışanda 

C.Hacıbəylinin  bu  problemlə  bağlı  qəzet  səhifələrində  dərc  etdirdiyi  çoxsaylı, 

ciddi,  prinsipial  yazılarına  istinad  etsək  kifayətdir.  Bu  istiqamətdə  «Kaspi»nin 

fəaliyyətini  «İrşad»,  «Dirilik»,  «Rəhbər»,  «Məktəb»,  «İqbal»  kimi  nəşrlərlə  də 

müqayisə etmək olar. 

Məktəbi, təhsili tərəqqinin əsası, açarı hesab edən C.Hacıbəyli bu sahədəki 

ciddi  nöqsanları  cəsarətlə  tənqid  edir,  təhsildə  islahatların  aparılmasının 

zəruriliyinə  dönə-dönə  diqqət  çəkirdi.  O  yazırdı:  «Təhsil  müəssisələrinin 

artırılmasına  səy  göstərilməsi  ilə  yanaşı  müsəlman  şagirdlərin  öz  dillərini 




81 

 

öyrənməsinə 



diqqəti  artırmalıyıq… 

Ana 


dilinin 

tədrisi  sistemini 

təkmilləşdirməliyik» (Yeni ildə vəzifələrimiz. № 9, 11 yanvar 1913). 

Təhsil  sahəsində  irəli  atılan  hər  bir  addımı  alqışlayan  publisist  mesenat 

H.Z.Tağıyev  tərəfindən  Aleksandrinsk  Qadın  Gimnaziyasının  açılışını  sevinclə 

təhsil tariximizdə «yeni dövr» kimi dəyərləndirmişdir (Yeni dövr. № 47, 28 fevral 

1913).  Başqa  bir  yazısında  isə  Aleksandrinsk  Qadın  Gimnaziyasının  açılışından 

qısa  müddət  sonra  daha  4  rus-tatar  qadın  məktəbinin  açıldığını  yazan  müəllif 

(Qadın  təhsilinin  ehtiyacları.  №  123,  5  iyun  1913)  eyni zamanda mövcud 

problemləri, onların aradan qaldırılması yollarını da göstərir. 

C.Hacıbəyli  publisistikasının  səciyyəvi  və  üstün  keyfiyyətlərindən  biri  də 

odur  ki,  qələm  sahibi  faktlardan,  statistik  məlumatlardan  gen-bol, eyni zamanda 

yerli-

yerində  istifadə  edir,  rəqəmlər  çox  olsa  da,  oxucunu  yormur,  müəllifin 



mülahizələri,  fikirləri,  müddəaları  içərisində  «əriyib»  gedir.  «Qafqaz 

müsəlmanlarının  təhsili»  məqaləsində  (№  89,  22  aprel  1914)  göstərilir  ki,  1908-

1912-

ci  illər  ərzində  3  milyonluq  Qafqaz  müsəlman  əhalisindən  vur-tut 17.725 



nəfəri ümumi təhsil almışdır. Bu o deməkdir ki, hər 100 nəfər müsəlman uşağından 

yalnız 7 nəfəri ümumi təhsilə yiyələnmişdir. Halbuki, hər 100 rus uşağından 58-i 

təhsillidir.  Digər  millətlərlə  də  müqayisədə  təhsilimiz  acınacaqlı  vəziyyətdədir. 

Təhsili  «yaralı  yerimiz»  adlandıran  C.Hacıbəyli  yazırdı:  «Böyüməkdə  olan nəslə 

daha çox məktəb, daha çox maarif lazımdır» (Yaralı yerimiz haqqında. № 240, 24 

oktyabr 1912). 

Yeni  məktəblərin  açılması,  daha  çox  uşağın  təhsilə  cəlb  edilməsinin 

vacibliyini göstərən C.Hacıbəyli eyni zamanda pedaqoji kadrların hazırlanmasının 

da  zəruriliyini  vurğulayırdı.  O,  Qori  və  Yerevan  seminariyalarının  artan  tələbatı 

ödəmədiyini,  Bakıda  seminariya  açmağın  vaxtı  çatdığını  «Kaspi»nin  səhifəsində 

cid

di problem kimi  ortaya qoymuşdur (Müəllim seminariyası haqqında. № 73, 4 



aprel 1915). 

«Maariflənmək  ehtirası!  –  indi  müsəlmanların  böyük  əksəriyyətini  əhatə 

edən  əhval-ruhiyyəni  dəqiq  ifadə  etmək  üçün  bundan  uğurlu  ifadə  seçmək 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə