M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə26/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   22   23   24   25   26   27   28   29   ...   211

88 

 

Onun bir şüarı var: «Talan etmək». Quldurda başqa stimul, ideya axtarmaq ən azı 



sadəlövhlükdür. Quldurların basqınında müsəlman «həmrəyliyi», «dözümsüzlüyü» 

axtarmaq  ən  azı  gülüncdür.  C.Hacıbəyli  böyük  kədərlə  yazırdı:  «Erməni-tatar 

qırğını zamanı qarışıqlıqdan istifadə edən şahsevənlər Arazdan bu tərəfə keçmiş və 

Arazboyu  kəndləri  talamışlar,  hətta  onların  silahlarını  da  almışlar.  Budurmu, 

müsəlman həmrəyliyi?» Müəllifin qənaətinə görə, bütün deyilənlər onu göstərir ki, 

bəzi  Qafqaz  qəzetlərinin  söylədikləri  təhlükə  daha  çox  sərhəddəki  müsəlman 

əhalisi  üçün  realdır  və  ən  əvvəl  zərər  çəkən  onlar  olacaqlar.  Xristianları  əslində 

təhlükə gözləmir. C.Hacıbəyli məqaləni belə yekunlaşdırır: «Əgər ali hakimiyyət 

orqanları  sərhəddəki  xristian  əhalinin  silahlanmasına  razılıq  versə,  həmin  tədbir 

müsəlmanlara  da  şamil  edilməlidir.  Yalnız  bu  şərtlə  sərhəd  əhalisinin 

silahlandırması deyilən ideya doğru məqsədə xidmət etmiş olardı». 

Bu məqalə ilə Ceyhun bəy İslam «fanatizmi», «həmrəyliyi», «dözülməzliyi» 

ibarələri  ilə  hay-həşir  salan,  mətləbə  dəxli  oldu-olmadı  İslama  hücum  edənlərə 

layiqli  cavab  vermişdi.  Maraqlı  və  təqdirəlayiqdir  ki,  C.Hacıbəyli  öz  fikrində, 

mövqeyində  möhkəm,  əməlində  ardıcıldır.  Toxunduğu  mövzunu  «taleyin 

ixtiyarına» buraxmır. Mətbuatda və ictimaiyyətdə onun əks-sədasını izləyir, lazım 

gələndə mövzuya yenidən müraciət edir. 

«Kaspi»  qəzetinin  1915-ci il 6 mart tarixli 52-ci  nömrəsindəki  «Ordan-

burdan»  adlı  məqaləsində  oxuyuruq:  «Əgər  oxucu  xatırlayırsa,  sərhəd  əhalisinin 

bi

r  qismini  silahlandırmağa  həsr  olunmuş  məqalədə  demişdik  ki,  şahsevənlərin 



«panislamist»  ideyasından  qorxub  əhalinin  bir  hissəsini  silahlandırmaq,  digər 

hissəsini  taleyin  ixtiyarına  buraxmaq  sadəlövhlük  olardı.  Sanki  mənim  o  vaxt 

dediklərimi sübut etmək üçün qəzet səhifələri şahsevənlərin quldurluğundan bəhs 

edən  materiallarla  doldurulmuşdur».  C.Hacıbəyli  «müsəlman  həmrəyliyi»  deyə 

hay-

küy  qaldıranlara  qəzəbli  suallarla  müraciət  edir:  «Quldurlar  öz  qurbanlarını 



seçmişlərmi? Müsəlman həmrəyliyi onlarda öz dindaşlarının həyatına və əmlakına 

qarşı  az  da  olsa,  mərhəmət  hissi  oyatmışdırmı?»  Daha  sonra  müəllif  öz  fikrini 

faktlarla  möhkəmləndirir.  Aydın  olur  ki,  bir  gün  ərzində  quldurların  basqını 



89 

 

zamanı müsəlmanlar 21 at, 1 samovar, 1 xalça, 1 yəhər, 4 qatır, 1 xurcun, 12 inək, 



17 öküz, 4 çuxa, 4 arxalıq, 1436 rubl, 10 döyüş patronu, 6 dəvə, 1220 baş qoyun, 1 

buzov, 60 pud un, 1400 rublluq zinət əşyaları, 6 keçi, 20 rublluq mal-qara, 1818 

rublluq  digər  əşya  itirmişlər.  Bir  nəfər  öldürülmüş,  iki  nəfər  yaralanmışdır.  Bir 

mülk  dağıdılmış,  10  desyatin  meşə  qırılmışdır.  Məqalədə  müəllif  zərərçəkən 

müsəlman  kəndlərinin  adını  sadalayır.  Aydın  olur  ki,  zərərçəkən  yaşayış 

məntəqələri arasında erməni kəndi yoxdur. «İndi baxaq ki, xristian əhalisi nə qədər 

zərər  çəkib?  Şahsevənlərin  basqın  etdiyi  bütün  müddət  ərzində  yoldan  keçən  bir 

erməninin  60  rublluq  malı  qarət  edilmişdir».  C.Hacıbəyli  bütün  faktları 

sadaladıqdan  sonra  nəticə  çıxarmağı  oxucunun  ixtiyarına  buraxır:  «İndi  ədalət 

naminə  oxucu  hökm  çıxarsın:  sərhəd  quldurlarından  daha  çox  kimin  müdafiəyə 

ehtiyacı var?» 

«Kaspi» qəzetində C.Hacıbəyli təkcə İslamın cari problemləri ilə yox, həm 

də bu dinin tarixi, digər dinlərlə münasibəti, dünya mədəniyyətindəki yeri və rolu 

barədə sanballı məqalələr yazmışdır. Bu yazılarında müəllif təkcə öz mühakimələri 

ilə  kifayətlənmir,  yeri  gəldikcə  Şərqin  və  Qərbin  tanınmış  din  tədqiqatçılarına 

müraciət  edir.  İslamın  qüdrətli  təəssübkeşi  C.Hacıbəyli  müsəlman  qayda-

qanunlarını əxlaq və hüquq normalarını təftiş edən, yaxud qərəzli təhrif edənlərə 

qarşı  amansız  mövqe  tutur,  özünün  kəsərli  dəlilləri  ilə  həqiqətin  meydana 

çıxmasına çalışırdı. 

«Avropalılar İslam haqqında» məqaləsində («Kaspi» qəzeti, 1913-cü il, 12 

iyun,  №  129)  C.Hacıbəyli  J.Filipatın  «La  Revue  bleue»  jurnalında  «Nə  üçün 

fransızlar  İslamı  öyrənməlidir»  adlı  yazısına  münasibətini  bildirir.  Müəllif 

məqalədəki «Avropalılar İslamı kifayət qədər bilmir» - fikrini təsdiqləyir və İslama 

münasibətdə bir sıra yanlışlıqların da yaranmasının səbəbini bunda görür. Qraf de-

Bulanvilin  «Məhəmmədin  həyatı»  əsəri  İslamı  dərindən  öyrənmək  baxımından 

yaxşı mənbədir. C.Hacıbəyli oxucularını inandırır ki, yalnız İslamı mənimsəməklə 

həqiqəti ortaya çıxarmaq olar. 



90 

 

«Ərəblərin fəthi və hökmranlığı dövründə İslam» («Kaspi» qəzeti, 6 noyabr 



1915-

ci  il,  №  248)  adlı  məqaləsi  Ceyhun  bəyin  islamı  dərindən  mənimsədiyinə 

dəlalət edir. Məqalədə qraf Anri de Kastrinin 1907-ci ildə çap olunmuş (dördüncü 

nəşr)  «İslam»  adlı  tanınmış  əsərinin  ikinci  hissəsinin  Qirey  Metsxal  tərəfindən 

fransız  dilindən  ixtisarla  tərcüməsindən  danışılır.  Bəri  başdan  deyək  ki,  müəllif 

Q.Metsxalın  bu  təşəbbüsünü  alqışlayır  və  başqalarını  da  belə  təcrübələrdən 

bəhrələnməyə  dəvət  edir.  Q.Metsxal  tərcüməyə  yazdığı  ön  sözdə  qeyd  edir  ki, 

fransız  müəllifinin  toxunduğu  bütün  problemlər  rus  oxucusu,  rus  müsəlmanları 

üçün  böyük  əhəmiyyət  daşıyır.  Çünki  İslamın  cəmiyyətdə  yeri  və  rolu  barədə 

xoşagəlməz fikirlər hakimdir, həm də onun digər dinlərlə, o cümlədən xristian dini 

ilə münasibətləri haqda bəzən qeyri-obyektiv mülahizələr yürüdürlər. 

İslam  yaranandan Avropada belə bir ədalətsiz fikir formalaşmışdı ki, guya 

bu dinin yayılması üçün hakimiyyətdən və qılıncdan istifadə olunur. C.Hacıbəyli 

təəssüflə  qeyd  edir  ki,  müsəlman  «dözülməzliyi»  və  «müsəlman  fanatizmi» 

ifadələri bu gün də bəzi publisistlərin səxavətlə işlətdikləri sözlərdir. Bunu onların 

öz vicdanlarının mühakiməsinə buraxaq. C.Hacıbəyliyə görə, çox hallarda «islam 

fanatizmi», «həmrəyliyi» barədə rəy qəsdən, qərəzli yaradılır; sadəcə olaraq İslam 

barədə  məlumatın  azlığı  buna  şərait  yaradır.  Odur  ki,  vacib  məsələyə  –  islam-

xristian münasibətlərinə həsr olunmuş təşəbbüslər təqdir olunmalıdır. Müəllif əmin 

olduğunu  bildirir  ki,  bu  mövzuda  əsaslandırılmış,  qərəzsiz  yazılar  İslam  barədə 

cəmiyyətdə cərəyan edən pis fikirləri alt-üst edəcək. Ceyhun bəy hesab edir ki, hər 

bir müsəlman ziyalısı da bu sahədə bacardığını etməlidir, hər kəs öz ətrafındakı rus 

vətəndaşını  xalqının  həyatı,  adət-ənənəsi,  inancı,  mənəviyyatı,  tarixi  ilə  tanış 

etməyə səy göstərməlidir. Əgər bunu öz qüvvəmizlə edə bilmiriksə, bacarmırıqsa, 

o  zaman  əcnəbi  müəlliflərin  bizim  üçün  daha  əhəmiyyətli  əsərlərini  yaymağa 

çalışmalıyıq. 

«İslam»ın  Q.Mextsalın  tərcüməsində  təqdim  olunan  hissəsində  əsas  ideya 

ondan  ibarətdir  ki,  İslamı  və  onun  nümayəndələrini  fanatizmdə,  dözülməzlikdə 

günahlandırmaq üçün heç bir əsas yoxdur. İslam barədə bu iradların  müqabilində 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə