M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə29/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   25   26   27   28   29   30   31   32   ...   211

97 

 

dərin nüfuz etməsinin nəticəsidir ki, C.Hacıbəyli geniş oxucu kütləsinin diqqətini 



bu sahəyə məharətlə yönəldə bilmişdir. 

I  Dünya  müharibəsinin  acı,  ağır  nəticələri  Bakıda  da  kədərli  mənzərə 

yaratmışdı. On minlərlə Qars qaçqını Bakıya pənah gətirmişdi. Onların vəziyyəti 

xeyriyyəçilik  hərəkatını  zəruri  etmişdi.  Məhz  belə  bir  şəraitdə  C.Hacıbəyli 

xeyriyyəçiliyin yayılması üçün fədakarlıqla çalışır, xeyriyyəçiliyin inkişafına təkan 

verir, imkanlıların bu işə səfərbər  olunmasına səy göstərirdi. C.Hacıbəyli «1912-ci 

il  müsəlman  həyatı»  adlı  məqaləsində  göstərirdi  ki,  yenicə  yaranmış  «Nicat»  və 

«Səfa» cəmiyyətləri fəaliyyətlərini genişləndirmiş, məktəblər açmış, səhnəyə yeni 

tamaşalar  qoymuşlar»  («Kaspi»  qəzeti,  1913,  1  yanvar,  №  1,  3  yanvar,  №  2,  4 

yanvar  №  3).  «Nəşri-maarifin  məktəbləri»  adlı  məqalədə  C.Hacıbəyli  yazırdı  ki, 

hazırda  bu  cəmiyyətin  məktəblərində  600  nəfər  uşaq  təhsil  alır  («Kaspi»  qəzeti, 

1913,  17  iyul,  №  153).  Fərəhləndiricidir  ki,  son  vaxtlar  qızların  təhsilə 

yiyələnmələri geniş yayılır. «Nəşri-maarif»in məktəblərində 30 nəfər qız təhsil alır. 

Müəllif  mövcud  vəziyyəti  işıqlandırmaqla  kifayətlənmir,  cəmiyyətin  vəzifələri 

haqqında bəhs edirdi. 

C.Hacıbəyli  cəmiyyətdəki  tərəqqipərvər  qüvvələrin  birləşməsi,  onlar 

arasındakı  fikir  ayrılığının  ümumi  işə  ziyan  verməməsi  naminə  var  qüvvəsi  ilə 

çalışmışdır.  Müəllif  həmişə  xeyriyyə  cəmiyyətlərini  əməkdaşlıq  etməyə, 

birləşməyə səsləmişdir («Kaspi» qəzeti, 1912, 21 noyabr, № 264). Onun «Aydın 

deyil»  adlı  məqaləsi  də  bu  təmiz  niyyətə  xidmət  edir.  Müəllif  xeyriyyəçilik, 

xüsusilə maarifçilik sahəsində «Səfa» və «Nicat» cəmiyyətlərinin xidmətini təqdir 

edir. Sonra qeyd edir ki, hər iki cəmiyyət eyni məqsədə qulluq edir, eyni vəzifələri 

həyata  keçirir.  Onların  birləşməsinə  nə  mane  olur?  Axı,  bu  iki  qüvvə  birləşərsə, 

birgə hərəkət edərsə, daha böyük uğurlar qazanılar. 

Salnaməçi-jurnalist  öz  ənənəsinə  sadiq  qalaraq  1914-cü  ildə  qələmə  aldığı 

«1913-


cü  ildə  müsəlman  həyatı»  adlı  məqaləsində  ədəbiyyat,  teatr,  incəsənət, 

mədəniyyət və s. sahələrlə yanaşı maarif sahəsindəki nailiyyətlərindən, o cümlədən 

«Nəşri-maarif»  Cəmiyyətinin  fəaliyyətindən  ətraflı  bəhs  etmişdir.  «İşığın  şüası» 



98 

 

adlı məqaləsində müəllif mövzu dairəsini bir qədər də genişləndirmiş, «Cəmiyyəti-



xeyriyyə», «Səfa», «Nicat», «Nəşri-maarif» cəmiyyətləri haqqında sanballı məqalə 

yazmışdır  («Kaspi»  qəzeti,  1914-cü  il,  18  noyabr,  №  259).  Müəllif  maarifçiliyi 

yaymaq,  məktəblər  açmaq  sahəsində  bu  cəmiyyətlərin  rolunu  yüksək 

qiymətləndirməklə,  təqdir  etməklə  yanaşı,  daha  böyük  nəticələrə  nail  olmaq 

yollarından söhbət açmışdır. 

«1914-


cü ildə müsəlman həyatı» adı ilə dərc olunmuş yazısında Ceyhun bəy 

yazırdı  ki,  xalq  arasında  maarifi  və  mədəniyyəti  yayan  maarif  cəmiyyət  və 

təşkilatlarının sayı artmışdır («Kaspi» qəzeti, 1915-ci il, 1 yanvar, № 1, 6 yanvar, 

№ 4, 9 yanvar, № 6). «Səadət», «Səfa», «Nicat» cəmiyyətləri xeyli iş görmüşdür. 

İlk qadın xeyriyyə cəmiyyəti yaradılmışdır. 

C.Hacıbəyli «Nəşri-maarifin məktəbləri» adlı məqaləsində cəmiyyətlə Bakı 

quberniyası  və  Dağıstan  vilayəti  xalq  məktəblərinin  direktorluğu  arasındakı 

mübahisə doğuran məsələlərdən bəhs etmişdir («Kaspi» qəzeti, 1915-ci il, 26 may, 

№ 114, 2 iyun, № 120). Müəllif «Nəşri-maarif»in Bakı və ümumiyyətlə Qafqazın 

həyatında oynadığı müsbət rolu yüksək qiymətləndirir, göstərir ki, özünün 8 illik 

fəaliyyəti dövründə cəmiyyət müsəlman kütlələrinin savadlanmasında misilsiz rol 

oynamışdır. Müəllif 5-6 il əvvəlin mənzərəsini təsvir edir, xatırladır ki, həmin vaxt 

məktəb adı çəkiləndə onun əleyhdarları necə qıcıqlanırdılar. Məktəbə, maarifə az 

qala  «şeytan  əməli»  kimi  baxırdılar.  «Nəşri-maarif»  Cəmiyyəti  məhz  belə  bir 

şəraitdə  fəaliyyətə  başlamışdı.  Böyük  səy,  işə  alovlu  məhəbbət  maarifçilər 

qarşısına çəkilmiş, süni, təbii maneələri məhv etdi. Onlar ötən illər ərzində parlaq 

nəticələr  qazandılar.  Fəaliyyətinin  ilk  dövründə  «Nəşri-maarif»  təkcə  Bakıda  iş 

görürdüsə,  sonradan  o,  kəndlərdə  də  maarifi  yaymağa  başladı.  «Rus-tatar 

məktəblərindən  başqa  şəhərdə  elə  bir  məktəb  yox  idi  ki,  az,  ya  çox  dərəcədə 

müsəlman  uşaqları,  sözün  müasir  mənasında  təhsilə  yiyələnsinlər».  Cəmiyyətin 

rəhbərləri  gözəl  bilirdi  ki,  təhsil  işinin  düzgün  həyata  keçirilməsi  üçün  təkcə 

məktəbin  olması  kifayət  deyil,  həm  də  hazırlıqlı  müəllimlərin  olması  zəruridir. 

Seminariya və institut təhsilli müəllimlər azlıq edir, onlar da xidmət şərtləri daha 



99 

 

s



ərfəli  olan  dövlət  müəssisələrində  işləməyi  üstün  tuturdular.  Odur  ki,  «Nəşri-

maarif»  müəllim  hazırlığı  üçün  əməli  tədbir  görürdü.  «Darülmüəllim»  3  illik 

fəaliyyəti  dövründə  28  nəfər  müəllim  buraxmışdı.  Həmin  müəllimlər  «Nəşri-

maarif»in, «Səadət» və başqa cəmiyyətlərin məktəblərində dərs deyirdilər. 

Kənddə  fəaliyyətini  genişləndirən  «Nəşri-maarif» ilk vaxtlar ciddi 

müqavimətə rast gəldisə də, işin düzgün təşkili, adamlarla yaxın münasibət tezliklə 

öz faydasını verdi. Qısa müddətdə 14 kənddə 16 ibtidai məktəb açıldı ki, bu maarif 

müəssisələrində 1200 nəfər kəndli uşağı təhsil alırdı. Əlamətdar faktdır ki, təhsil 

alanlar  arasında  qızlar  da  (130  nəfər)  vardı.  Elə  təkcə  bu  faktın  özü  Cəmiyyətin 

kənddə etibarına, nüfuzuna dəlalət edir. «Nəşri-maarif»in müəllimləri əvvəlcədən 

xəbərdar edilirdilər ki, onlar təhsil məsələlərində yalnız direktorluğa, bütün digər 

məsələlərdə,  o  cümlədən  maliyyə-təsərrüfat  işində  Cəmiyyətə  tabedirlər. 

C.Hacıbəyli direktorluq və Cəmiyyət arasındakı ixtilafa işarə vuraraq göstərirdi ki, 

m

əktəblərin açılması, fəaliyyəti ilə bağlı bütün təşəbbüs və məsuliyyət Cəmiyyətin 



üzərinə  düşür.  Direktorluğun  fəaliyyəti  onunla  məhdudlaşır  ki,  qanunlar 

çərçivəsində  məktəblərə  cüzi  maddi  yardım  göstərir.  Həmin  vəsait  Cəmiyyətin 

büdcəsinə daxil edilir və ehtiyaca uyğun sərf olunur. Beləliklə, C.Hacıbəyli özünün 

güclü  məntiqi,  ağıllı  dəlillərilə  direktorluqla  Cəmiyyət  arasındakı  münaqişənin 

mənasız  olduğunu,  Cəmiyyətin  fəaliyyətini  məhdudlaşdırmağa  yönəldilən 

cəhdlərin işə ziyan gətirdiyini üzə çıxarırdı. 

Q

afqazın  ictimai-siyasi,  ədəbi-mədəni  həyatında  misilsiz  xidmətləri  olan 



xeyriyyə  cəmiyyətlərinin  fəaliyyəti  C.Hacıbəyli  publisistikasının  aparıcı 

mövzularındandır.  Bu  baxımdan  onun  «Xeyriyyəçiliyimizin  10  illiyi»  adlı 

məqaləsi  böyük  əhəmiyyət  kəsb  edir.  Məqalə,  bir  tərəfdən  10  illik  tarixə  malik 

xeyriyyəçilik hərəkatına baxışdırsa, digər tərəfdən xeyriyyə cəmiyyətləri qarşısında 

duran vəzifələri göstərən dəyərli mənbədir («Kaspi» qəzeti, 1915-ci il, 15 noyabr, 

№ 256). «Bu gün ehtiyacı olan qardaşlarına təşkilatlanmış qaydada yardım etmək 

istəyən  Bakı  müsəlmanlarının  arzusunun  həyata  keçməsinin  10  ili  tamam  olur». 

Ceyhun  bəy  göstərir  ki,  müsəlmanlar  xeyriyyə  cəmiyyətləri  yaratmağa  dəfələrlə 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə