M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə30/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   26   27   28   29   30   31   32   33   ...   211

100 

 

cəhd  göstərmişlər.  Amma  buna  nail  olmamışlar.  Erməni,  yəhudi, gürcü xeyriyyə 



cəmiyyətlərinin  tarixi  isə  on  illərlə  ölçülür.  İlk  dəfə  «Cəmiyyəti-xeyriyyə» 

fəaliyyətə  başlamışdı.  Onun  qarşısında  kasıb  müsəlmanlara  yardım  etmək, 

həmçinin müsəlman şagirdlərin orta və ali təhsil almasına kömək etmək vəzifələri 

dururdu. 

Təsisçilərinin  varlı  və  ziyalıların  olduğu  «Cəmiyyəti-xeyriyyə»nin  10  illik 

fəaliyyəti haqqında danışanda, heç şübhəsiz, onu digər xalqların bu cür təşkilatları 

ilə  maliyyə  və  təsir  imkanları  baxımından  eyniləşdirmək  olmaz.  Bununla  belə, 

«Cəmiyyəti-xeyriyyə» də xalqın həyatında müəyyən iz qoymuşdur. 1914-cü ildən 

– 

müharibə  başlayandan sonra  Cəmiyyətin  fəaliyyət  dairəsi  xeyli  genişlənmişdir. 



«1915-

ci il müsəlman həyatı» adlı məqaləsində C.Hacıbəyli həyatın digər sahələri 

kimi maarifçilikdə, xüsusilə qızların təhsilində görülən işləri qiymətləndirir, qeyd 

edir ki, bu sahədə fəaliyyət gücləndirilməlidir («Kaspi» qəzeti, 1915-ci il, 1 yanvar, 

№ 1; 3 yanvar, № 2; 8 yanvar, № 5; 9 yanvar, № 6, 13 yanvar, № 9; 15 yanvar, № 

11). 


Ceyhun  Hacıbəyli  xeyriyyə  cəmiyyətlərinin  mədəni-maarif  sahəsindəki 

fəaliyyətləri ilə yanaşı, digər tədbirlərindən də müntəzəm yazmışdır. Təəssüflər ki, 

ayrı-ayrı xeyriyyəçilərin və xeyriyyə cəmiyyətlərinin işi heç də həmişə təqdirəlayiq 

olmamışdır.  Ceyhun  bəy  belə  hallara  göz  yummamış,  həyəcan  təbili  vurmuş, 

cəmiyyətin  diqqətini  müşahidə  etdiyi  nöqsana  tərəf  yönəltməyə  çalışmışdır. 

«Aktyora kömək edin» adlı məqalədə şöhrətli komik aktyor Mirzə Ağa Əliyevin 

böyük  maddi  köməyə  ehtiyacı  olduğunu  yazır  və  xeyriyyəçiləri  yardıma  çağırır 

(«Kaspi» qəzeti, 1912-ci il, 31 oktyabr, № 246). «Cəmiyyətin artistə ehtiramı»nda 

müəllif  yenidən  bu  mövzuya  qayıdır  («Kaspi»  qəzeti,  1912-ci  il,  14  noyabr,  № 

258).  Kədərlə  qeyd  edir  ki,  çağırışlarımıza  baxmayaraq,  istedadlı  artistə  indiki 

vəziyyətində əl tutan yoxdur. Müəllif qəzəblə yazır ki, M.Əliyevə yardım niyyəti 

ilə səhnəyə qoyulan «Nadir şah» tamaşasına da dəvət edilənlərdən savayı heç kim 

gəlməmişdir.  C.Hacıbəyli  məqaləsini  belə  bitirir:  «Buna  nə  ad  vermək  olar: 

diqqətsizlik, yoxsa bundan daha pis?» 




101 

 

Bir müddət sonra C.Hacıbəyli taleyin hökmü ilə yenə bu mövzuya toxunmalı 



olur.  Bu  dəfə  o,  vərəm  xəstəliyinə  tutulan  şöhrətli  səhnə  ustası  Hüseyn 

Ərəblinskinin  təcili  köməyə  ehtiyacı  olduğunu  yazır.  Üzünü  xeyriyyə 

cəmiyyətlərinə,  varlılara,  gənclərə  tutur,  onlara  müraciət  edir  ki,  ilk  artistimizə 

yardım etsinlər. Sonra gec olar («Kömək lazımdır». «Kaspi» qəzeti, 1913-cü il, 24 

avqust,  №  190).  Amma  bu  dəfə  də  publisistin  harayına  cavab  verən  tapılmır. 

«Müsəlman  səhnəsinin  ilk  istedadlı  artisti  ağır  xəstələnib  yardım  üçün  əlini 

cəmiyyətə uzatmışdı. O cəmiyyətə ki, ona çox əl çalmışdı». Bəs cəmiyyət artistin 

müraciətinə necə cavab verdi? Biganəliklə, laqeydliklə. Cəmiyyət susdu. Tək-tək 

adamlar  kömək  əli  uzatdı.  C.Hacıbəyli  üzünü  oxuculara  tutub  təəssüflə  soruşur: 

«Belə vəziyyətdə yaşadığımız mühiti «cəmiyyət» adlandırmaq olarmı?» («Kaspi» 

qəzeti, «Bizdə cəmiyyət varmı?» məqaləsi, 1913-cü il, 8 sentyabr). 

Cəmiyyətdə  bir  qisim  adamlar  var  ki,  onlar  hay-küysüz,  səssiz-səmirsiz  iş 

görməklə,  xalqa  fayda  verməklə  məşğuldurlar.  Onlar  şan-şöhrət  naminə  yox, 

xalqın  tərəqqisi,  maariflənməsi  üçün  ömür-günlərini  şama  döndərirlər. 

C.Hacıbəylinin  fikrincə,  bu  cür  şəxsiyyətlərdən  biri,  «xalqın  xilaskarı»,  «xalq 

ziyalısı» İmran Qasımovdur («Xalq xadiminin xatirəsi» məqaləsi, «Kaspi» qəzeti, 

1914-

cü  il,  11  fevral,  №  34).  C.Hacıbəylinin  qəti  qənaətinə  görə  «…İmran 



Qasımovun sayəsində ilk müsəlman operası işıq üzü görmüşdür. İndi çox populyar 

olan ziyalılardan biri ilk opera haqqında söhbət düşəndə demişdi: - Cənablar, bir 

baxın,  heç  ermənilərin  öz  operası  yoxdur,  biz  onu  necə  səhnəyə  qoya  bilərik?» 

İ.Qasımov  çoxları  kimi  «bundan  heç  nə  olmaz»  -  deməmişdi.  Əksinə,  o, 

həvəsləndirir, «hər cür süni və təbii maneələrə sinə gərirdi». Operanın ilk məşqi də 

mərhumun mənzilində keçmişdi. Məqalənin sonunda C.Hacıbəyli xalq qarşısında 

böyük  xidməti  olan  belə  bir  şəxsiyyətin  adının  əbədiləşdirilməsinin  zəruri 

olduğunu söyləyirdi. 

Mətbuat və mədəniyyət tariximizdə silinməz iz buraxmış «Əkinçi» qəzetinin 

redaktoru  Həsən  bəy  Məlikovun  vəfatının  beş  illiyi  münasibətilə  C.Hacıbəyli 

yazırdı ki, hər bir jurnalistin borcudur ki, bu əlamətdar tarixi günü qeyd etsin. «Bu 



102 

 

ictimai  və  mənəvi  şüura  təsir  edir,  onu  dirçəldir»  («Həsən  bəy  Məlikovun 



xatirəsinə» məqaləsi, «Kaspi» qəzeti, 1914-cü il, 28 noyabr, № 267). C.Hacıbəyli 

H.Məlikovu «nəhəng» adlandırır və yazırdı: «O, bizim cəmiyyəti belə xarakterizə 

edirdi:  Çağırıram-gəlmir,  göstərirəm-görmür,  deyirəm-eşitmir».  C.Hacıbəyli  öz 

ustadının  dedikləri  ilə  razılaşır  və  bu  qənaətə  gəlirdi  ki,  istəyə  nail  olunanadək 

çalışmaq  lazımdır.  Verdiyi  sözə  sadiq  olan  Ceyhun  bəy  böyük  alim  və  maarifçi 

mühərrir Həsən bəy Zərdabinin vəfatının 7 illiyi münasibəti ilə yazırdı: «Bu gün 

müsəlman-maarif  işinin  pioneri  sayılan  H.Məlikovun  ölümündən  7  il  keçir. 

Gurultulu nitq və təntənəli mərasimlə dəfn olunan Məlikovun vəfatından 7 il keçir» 

(«Kaspi» qəzeti, 1914-cü il, 29 yanvar, № 10). Məqalə müəllifi mərasimdən sonra 

H.Məlikova  münasibətlə  bağlı  hansı  işlər  görüldüyünü  araşdırmaq  istəyir.  Bu 

qənaətə gəlir ki, «deyəsən, o çıxışları elə həmin gün külək aparmışdı…». 

«Böyük xalq xadimi təntənə ilə dəfn olundu, qəzetlər iki-üç gün yazdı, şəkil 

və  tərcümeyi-halı  dərc  edildi.  Vəssalam.  Müsəlman  cəmiyyəti  bu  nəhəng 

şəxsiyyəti  unutdu.  Həsən  bəyə  abidə  qoymadı.  Mərhuma  baş  daşı  qoymaq  üçün 

onun  xanımına  yardım  belə  etmədi».  C.Hacıbəyli  bu  münasibətin  təsirindən 

hiddətlə  yazırdı  ki,  vəhşilər  belə  öz  liderlərinin  qəbrini  abadlaşdırır,  bəzəyirlər. 

Görünür,  C.Hacıbəyli  bir  qədər  əvvəl  «Müsəlmanın  qeydləri»ndə  cəmiyyətin 

diqqətini  bu  məsələyə  yönəldəndə  ümid  edirdi  ki,  xeyriyyə  cəmiyyətləri  onun 

dediklərindən  nəticə  çıxaracaq  («Kaspi»  qəzeti,  1915-ci  il,  29  yanvar,  №  29). 

Bütün həyatını xalqa həsr etmiş, xalq naminə şəxsi səadətdən imtina etmiş, bir çox 

sahələrdə pioner olan bu şəxsə müsəlman cəmiyyətində adi baş daşı qoymağa pul 

tapılmadı. 

Ceyhun  bəy  böyük  satira  ustası  Mirzə  Ələkbər  Sabir  və  xalqın  tərəqqisi, 

maariflənməsi  yolunda  ömrünü  şama  döndərən  Haşım  bəy  Vəzirovun  da  irsinin 

toplanması,  gələcək  nəslə  çatdırılması,  adlarının  əbədiləşdirilməsini  çox  zəruri 

vəzifə  kimi  irəli  sürürdü  («Bir  ölüm  ətrafında»,  «Kaspi»  qəzeti,  1913-cü il, 20 

aprel, № 87, «Kədərli ildönümü», «Kaspi» qəzeti, 1917-ci il, 5 fevral, № 29). 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə