M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə33/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   29   30   31   32   33   34   35   36   ...   211

109 

 

həsr olunmuş «Bu bayramın fitrəsi» məqaləsi istisna deyil («Kaspi» qəzeti, 1915-ci 



il,  31  iyul,  №  170).  Məlum  olur  ki,  Zaqafqaziya  müftisi  və  şeyxülislamı  bu  ilki 

bayram fitrəsini qarslı qaçqınlara verməyi məsləhət bilmişlər. Müəllif bu təşəbbüsü 

alqışlayır və arzu edir ki, təkcə Qafqaz yox, bütün Rusiya müsəlmanları gərək bu 

nəcib  işə  qoşulaydı.  Məqalə  belə  qurtarır:  «Qoy  oruc  bayramı  günü  hər  bir 

müsəlman  yalnız  bir  sözü  yada  salsın:  «Qars!»  Sonra  vicdanı  necə  məsləhət 

bilərsə, o cür hərəkət etsin». 

Dəmir    məntiqə,  dərin  müşahidə  qabilyyətinə  malik      C.Hacıbəylinin 

publisistikasında ilk baxışda çox adi görünən, diqqətdən kənarda qalan mövzu elə 

təqdim  edilir  ki,  heyrətamiz  mənzərə  yaranır.  «Dəri  məsələsi»  belə 

məqalələrdəndir  («Kaspi»  qəzeti,  1915-ci  il,  5  oktyabr,  №  220).  Qurban 

bayramında qoyun kəsilir, dərisi soyulur. Dərinin qiyməti 50-60 qəpikdir. Bu dəri 

insan taleyini həll edə bilərmi, onu ölümdən qurtara bilərmi? C.Hacıbəyliyə görə, 

bu  suala  məsələnin  mahiyyətinə  varmadan    -  «yox»  demək  olar.  Lakin…  Əgər 

qurban  kəsən  hər  kəs  desə  ki,  50  qəpik  dəyəri  olan  dəri  ehtiyacı  olan  bədbəxtə, 

qaçqına  nə  verəcək?  Yaxud,  hər  kəs  düşünsə  də,  qaçqınlara  yardım  məqsədilə 

minlərlə  dəri  toplanacaqsa,  mənim  verəcəyim  bir  dəriyə  ehtiyac  qalırmı?  Lakin 

fikirləşmək lazımdır ki, həmin minlər sizin verəcəyiniz birlərdən əmələ gəlir. Əgər 

hamı yuxarıdakı kimi fikirləşsə, onda nəinki min, yüz, heç on da düzəlməz. 

Humanizmə yüksək dəyər verən  C.Hacıbəyli qurbanlıq qoyunların dərisi ilə 

Qars  zərərçəkənlərinə  böyük  miqdarda  yardım  etməyin  mümkün  olduğunu 

statistika  vasitəsi  ilə  sübuta yetirir: «Rusiyada 20-25  milyon  nəfər  müsəlman 

yaşayır. Hər ailədə orta hesabla 5 nəfər olduğunu nəzərə alsaq, bu 4-5 milyon ailə 

edir. Tutaq ki, 1 milyon ailənin qurban kəsmək imkanı yoxdur. Hər ailədə kəsilən 

qoyunları hesablasaq, bu ən azı 3-4 milyon dəri edər. Elə imkanlı bəy, xan var ki, 

bir yox, bir neçə qoyun kəsir. Kəsilmiş qoyunların dərisini pula çevirəndə bu 1,5 

milyon  – 

2  milyon  rubl  edər.  Müharibədən  zərərçəkənlərə  həmin  vəsaitin  bir 

hissəsi uzun müddət kifayət edər». C.Hacıbəyli bütün bunlardan sonra oxucusuna 

müraciət edir ki, Qurban bayramı günü qoyun kəsəndə bunu unutmasın. 



110 

 

«Yetimləri unutmayın» məqaləsini də böyük publisistin harayı adlandırmaq 



olar («Kaspi» qəzeti, 1915-ci il, 5 oktyabr, № 22). «Siz bu gün (Qurban bayramı 

nəzərdə  tutulur  –  T.A.)  şəriətin  buyurduğu  kimi,  10-20  rubl  xərcləyir,  qurbanlıq 

qoyun  alırsınız.  O  zaman  yetimləri  yedirməyə  50-60  qəpik  xərcləməyə  də 

təəssüflənməyin. Axı, belələrinə əl tutmağı da şəriətimiz bizə buyurur. C.Hacıbəyli 

publisistikasında inandırmaq məharəti, güclü məntiq çox böyük gücə malikdir. 

«Müvəqqəti  Müsəlman  Komitəsində»  («Kaspi»  qəzeti,  1915-ci il, 19 

sentyabr, № 208), «Cəmiyyətimizin borcu» («Kaspi» qəzeti, 1915-ci il, 20 noyabr, 

№  260),  «Kəndə  kömək»  («Kaspi»  qəzeti,  1917-ci  il,  5  mart,  №  51)  və  başqa 

məqalələrində  də  C.Hacıbəyli  ehtiyacı  olanlara,  xüsusilə  müsəlman  qaçqınlara 

yardım  göstərilməsi  sahəsindəki  nöqsanlardan  bəhs  edir,  xeyriyyəçiləri  fəallığa 

çağırır. 

İstedadlı  publisist  C.Hacıbəylinin  yaradıcılığında  əhəmiyyətli  yer  tutan 

xeyriyyəçilik mövzusu bu gün də çox aktualdır. Onun bu mövzudakı əsərləri: 

ənənələrimizi,  xeyriyyəçilik  tarixini  öyrənmək,  tədqiq  etmək  baxımından 



zəngin, maraqlı mənbədir; 

tariximizin  müəyyən  bir  dövrünün  mənzərəsini  əks  etdirən  faktlar 



toplusudur; 

xeyriyyəçilik mövzusunda yazan jurnalist-publisistlər üçün məktəbdir; 



indiki  dövrdə  xeyriyyəçilik  hərəkatının  güclənməsinə,  ona  təkan 

verilməsinə təsir edən amil kimi dəyərlidir; 

iş  adamlarını,  biznesmenləri  müəyyən  bir  məsələ  ətrafında  səfərbər  edə 



biləcək qüvvədir; 

böyüməkdə olan nəslin mənəvi tərbiyəsində güclü vasitədir; 



nəhayət, həyatın ibrət dərsidir. 

Mahir publisist Ceyhun Hacıbəylinin «Kaspi» qəzetindəki fəaliyyəti ilə bağlı 

fikirlərimizi  yekunlaşdırsaq,  aşağıdakı  qənaətə  gəlmək  olar:  «Kaspi»  qəzeti  XX 

əsrin əvvəlləri Azərbaycan cəmiyyəti üçün xarakterik olan dirçəliş prosesinin, milli 

şüurun oyanışı hərəkatının liderlərinin, tərəqqipərvər, maarifçi ziyalıların ciddi və 




111 

 

yüksək  tribunası  idi.  Başqa  sözlə  və  mübaliğəsiz  desək,  «Kaspi»  Azərbaycan 



xalqının iradəsinin, istəyinin ifadəçisi, eyni zamanda istedadının parlaq nümunəsi, 

nümayişi və təzahürü idi. 



Üç 

əsrin qəzeti. Bakı, “Qanun” nəşriyyatı, 2011, 528 səh. 

 

«Dövl

ət və din» toplusu, № 1, yanvar-fevral 2012. 

 

 



Əbdul  Kərimin ilk  cəhdi, yaxud «Baş tutmayan ziyarət» 

İlk  qələm  sınaqlarına  kiçik  həcmli  novella,  hekayə  və  felyetonlarla  başlayan 

Ceyhun 

Hacıbəyli  qısa  zamanda  çox  qüdrətli  qələm  sahibi  kimi  tanınmağa 



başlamışdı.  Onun  bədii  əsərləri  yerli  və  xarici  mətbu  orqanlarda  dərc  edilirdi. 

Doğrudur,  Ceyhun  bəyin  bədii  irsi  kəmiyyət  baxımından  o  qədər  də  çox  deyil, 

lakin onun əsərlərinin mövzu, məzmun, ideya, sənətkarlıq nöqteyi-nəzərindən çox 

sanballı,  diqqətə  və  təqdirəlayiq,  olduğu,    ən  əsası  isə  bu  gün  də  aktuallığını  və 

əhəmiyyətini    itirmədiyi  şübhəsizdir.  Nasirin  bədii  obraz  kimi  baş  və  sevimli 

qəhrəmanı Hacı Kərimdir. Onun Hacı Kərimlə bağlı 8 hekayəsi – «Hacı Kərimin 

səhəri», «Zəruri şər», «Hacı Kərim iş başında», «Hacı Kərim qonaqlıqda», «Hacı 

Kərimin məhəbbəti», «Hacı Kərimin səfərə hazırlığı», «Hacı Kərim toyda», «Hacı 

Kərim  hamamda»  adlı  əsərləri  mühacirətə  qədərki  dövr  yaradıcılığının 

məhsuludur.  Biz  həmin  hekayələrdə  Hacı  Kərimi  hiyləgər,  yalançı,  ikiüzlü  tacir, 

son dərəcə xəsis, qəddar ailə başçısı, savadsız, cahil, simasız, saxta, əməldə yox, 

sözdə  mömin,    şorgöz,  ailəsinə  xəyanət  edən,  yeri  gələndə  artistlərin  də  həsəd 

apara  biləcəyi  dərəcədə  özünü  abırlı,  həyalı,  sakit,  dinməz-söyləməz,  dürüst, 

düzgün  göstərə  bilən  obraz  kimi  tanıyırıq.  Hacı  Kərim  real  tipdirmi?  Bəli,  XIX 

əsrin  sonu,  XX  əsrin  əvvəllərində  Hacı  Kərimlərə  təkcə  Ceyhun  Hacıbəylinin 

qəhrəmanının  yaşadığı  «Ş»  şəhərində  yox,  Azərbaycanın  bütün  bölgələrində  bu 

qəbildən olan insanlara rast gəlmək olardı. Təsadüfi deyil ki, M.F.Axundovdan üzü 

bu yana yazıçıların əsərlərində Hacı Kərimin bu və ya digər keyfiyyətlərini özündə 

birləşdirən çox sayda qəhrəmanlar var. 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə